Dastan yatir



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə22/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   18   19   20   21   22   23   24   25   ...   65

Hüseyn Saraçlı 
 
 
114 
görək  dəlilər  gəlirmi?  Baxdılar  ki,  aşağıdan  bir  atdı  çıxıfdı,  elə 
gəlir  ki,  elə  bil  ki,  yeldi.  Yaxınnaşır  yavaş-yavaş.  Koroğlu  nəzər 
ellədi  ki,  bu  Kosa  Səfərdi.  Dedi,  Xotyar  qızı,  bu  gələn  Kosa 
Səfərdi, amma bunnan heç xeyir xəbər eşitməmişəm. Bunun öyü 
yıxılsın, yəqin dəlilər tutuldu. Gəlhagəl dedi, salam ağa Koroğlu. 
Dedi, salamın başına dəysin, de görüm nə var. Dedi, nolajax, adı 
bəlli  dəlilərin  qoç  qırxını  kimi  bir  zırı  oğlan  gəlif  çıxıf  oruya, 
hamısını bağladı, bilmirəm kəsdimi, kəsəjiydi. Koroğlunun irəngi 
dəyişirildi,  yaman  böyük  düşündü,  əyə  inidiyətən  qolları 
qatdanmıyıf mənim dəlilərimin, bu kimdi? 
Niyar  xanım  dedi,  Qoç  Koroğlu,  niyə  durdun?  Dedi,  nağay-
rım? Dedi, hancarı nağayrım, ə? Sənin dəlilərinin indiyətənə qolu 
qatdanmıyıf,  o  kimdi  ki,  sənin  adıbəlli  dəlilərinin  bütününü 
bağlıyıf?!  Onu  gözümün  qavağına  gətiməsən  qolubağlı,  mənim 
ləçəklərim sənin başında olsun. Niyə susuf durursan? 
Amma məjbur oldu, Allah kəssin elə qalxmağı, Koroğlu qalx-
dı.  Əmr  verdi  Dəli  Mehtərə,  Qırat  hazırransın.  Qırat  yəhərrəndi, 
qılınc,  qalxan,  əmud,  nizə,  şeşpər,  yay  oxu,  gürz  götürüf  ata  bir 
qamçı,  günə  bir  mənzil  düşdü  yola.  At  nəqqara  kimi  ağzını  açıf 
elə  gəlir  ki.  Amma  bu  yaqın  ellədi  ki,  indi  gələn  yaqın  Koroğlu 
olajax,  atam  olajax,  bunnarı  demədi.  Bir-birini  bərkitdilər.  Belə 
baxdı ki, bir atdı gəlir, elə bil ki, dumanı başına alıf bir dağ gəlir. 
Atdı yetirdi, o saat anasının dediyi şəkil gözünün qavağına gəldi. 
Dedi, and olsun Yaradana, bu elə həmən Qoç Koroğludu ki, var. 
– Salam, ay oğul.  
Dedi əlöykümə-salam, babacan.  
Əl bağladı.  
Dedi, oğul, bu uşaxların-zadın qolunu niyə bağlıyıfsan? 
–  Babacan,  gələn  mana  zor  göstərdi,  mən  də  güjüm  yetəni 
bağlamışam.  Soruşuram  ki,  Koroğlunun  nəyisiniz,  demillər, 
Koroğlu hardadı, demillər.  
– Oğul, Koroğluyu neynirsən axtarıf? Xeyirriyəmi axtarırsan, 
şərriyəmi?  
Dedi tapanda görərsən xeyirrikdimi, şərrikdimi.  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
115 
Koroğlu yaman qorxdu, amma dəlilər göz vurdu ki, adını, özünü 
nişan vermə öyün yıxılsın, bütününü kəsər. Koroğlu dedi, oğul, indi 
fikrin nədi? Dedi, sən Koroğlusanmı, onu deynən. Dedi, xeyr. Koroğ-
lu məmləkəti var dedi, Koroğlu dediyim var, amma üş günnük yol var 
burdan  belə.  Sən  Koroğlu  deyilsən?  Dedi,  xeyr  oğlum,  Koroğlunun 
heç kəsinti dırnağı olammaram. Dedi, kim olduğunu deynən. 
Əl atdılar əmuda, nizəyə, şeşpərə, bir-birinə şıraqqa şıraq, elə 
bil ki, göy gürüllüyür. Murat hasil olmadı. Atdan tüşdülər, küştü 
tutdular. Çox böyük helləşillər. Bəli, elə bil ki, bir deset yeri herik 
qayırdılar. Axırı Koroğluyu vurdu yerə, sinəsində otdu. Dedi, dü-
zünü deynən, sən Koroğlusanmı? Dedi xeyr, oğul, mən Koroğlu 
döyüləm.  Başını  kəsirəm,  dedi.  Dedi,  oğul,  mən  Koroğlu  döyü-
ləm. Sən kimsən onu soruşursan? Dedi, mən kim olduğumu deyə-
rəm, sən deynən. Dedi, sən kim olduğunu de, onda mən deyəjəm. 
Bəli, burda “Qəhrəmanı” havasıynan deyəjək. 
 
Dağıstandan çıxdım bahar çağında, 
Gəzə-gəzə bu diyara yetiĢdim. 
Bac vermədim, düĢmannardan bac aldım, 
Çoxunu saldım ahu-zara yetiĢdim. 
 
Dedi  oğul,  sən  Dağıstannısanmı?  Dedi,  xeyr,  yolum  ordan 
tüşüf. Bəs kimsən? Dedi: 
Anamdan ayrıldım, mən düĢdüm yola, 
Qırdım düĢmannarı, qan döndü selə. 
Gəzə-gəzə yetdim bu Çənlibelə, 
Dilimdən çəkdir sən dara, yetiĢdim. 
 
Dedi  oğul,  bura  Çənlibel  döyül,  sana  dedim  üç  günnük  yol 
var.  Üç  gün  munnan  belə  zəhmət  çəhsən,  həmən  yerə  çatarsan, 
Koroğlu  da  ordadı.  Götürüb  axırıncı  bəndini  Hasan  bəy  necə 
deyir. 
Hasan bəyəm, bu cəbrə dözərəm, 
Qalxan əldə, qılınc beldə gəzərəm. 


Hüseyn Saraçlı 
 
 
116 
Dəlilərini yan-yanaĢı düzərəm, 
Səni də eyləmiĢəm günü qarə, yetiĢdim. 
 
Söz  cavabını  deyif,  dedi,  kim  olduğunu  de,  başını  kəsirəm. 
Dedi oğul, mən  kim  olduğumu  nə  deyim? Çəkib  qaldırır.  Çünki 
birinci  dəfə  iyid  basdığını  kəsməz.  İkinci  dəfə  gənə  vurur  yerə. 
Çox böyük helləşillər. Elə bil bir kasıvın heriyini qayırdılar. Dedi, 
bax indi sözün nədi, başını kəserəm, düzünü deynən.  
Götürüb  orda  Koroğlu  kim  olduğunu  nejə  deyir.  Burda 
“Koroğlu bozuğu”nu oxuyur.  
 
Neynirsən oğul, mənnən söz xəvər alıf, 
Yıxıb ölkələri talayan mənəm. 
Alaylar dağıdıb, ordular pozan, 
LeĢi leĢ üstünə qalıyan mənəm. 
 
Dedi, onu eşitmişəm. Nəyini? Neçə sərçiyi başını kəsif çökəh-
lərə  yığıfsan,  adın  leş-leş  qoyufsan.  Leş  leşin  üstünə  yığmışam. 
Nağddan danışax, nisyədən yox. Dedi, o qəflə-qatırı gətirif zağıya 
doldurufsuz. Onu deynən.  
 
Atım dəli, özüm dəli, görürsən, 
Dəllərini qol-qola bağlıyan mənəm. 
Dizim döĢdə, qılınc baĢda, 
Ciyarını çal-çarpaz dağlıyan mənəm. 
 
Dedi, oğul, elə döyül. 
 
Ġyid olan heç ayrılmaz elindən, 
Tərlan konlum sona qoymaz gölünnən
Ölkələr zar olub mənim əlimnən, 
ġəhəri Ģəhərin üstünə qalıyan mənəm. 
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
117 
Dedi,  onu  da  eşitmişəm.  Bir  neçə  kasıb-kusuvun  çardağını 
yatırdıfsan,  adını  şəhər  qoyufsan.  Gör  mən  nağayırmışam. 
Nağddan danışaq. 
 
ġirəkdə qırdım bir neçə paĢa, 
Taciri-tüccarı doldurdum daĢa. 
Qılınc vurram qalxanı çək baĢa, 
Üstündə dost kimi ağlıyan mənəm. 
 
Koroğlu  o  qədər  fikir  elləmədi  ki,  bu  nə  dedi.  Dedi  kim 
olduğunu deynən. 
 
Koroğlu deyiləm, ona timsalam, 
Ġsmidə bir bəĢər, ismidə salsalam. 
Neçə paĢaları taxtından salam, 
Ğəlimlər üstündə uluyan mənəm. 
 
Dedi, gənə demədin. Amma mən gənə düzünü deyirəm. Adım 
Hasan bəydi.  
Hasan bəyəm, dəryələrə dalaram, 
ġirin canımı mən oddara salaram. 
Köhnə baba, sənnən xəbər alaram
Seçib gohəri saxlıyan mənəm. 
 
Söz  cavabını  tamam  eylədi,  dedi  başını  kəsirəm.  Dedi,  oğul, 
atalar  üçətən  deyib.  Bu  yerdə  Niyar  xanım  gəlir,  o  yerdə  yetirir 
Niyar xanım ki, baxdı ki, Koroğlu bunun altından qalxdı. Yetirdi 
salam verdi, salam-əleykini aldı: 
– Oğul, bu uşaxların qolunu niyə bağlıyıfsan? Bu kişiyi niyə 
incidifsən? 
Dedi gələn mana zor göstərdi. Mən də güjüm yetəni bağlamı-
şam. Deyirəm Koroğlunun nəyisiniz, heş biri demir.  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə