DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə22/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   18   19   20   21   22   23   24   25   ...   77

68 

 

və sonra: 



Ey mənşəyi-cövhər-həyatım, 

Xoşnudluğundadır nicatım! 

Bildim işimi, günahkaram! 

Gəldim sənə xarü şərmsarəm. 

Dünyadə səni mən eylədim zar. 

Üqbadə məni sən eyləmə xar. 

Yaxdın məni atəşi-cəfayə! 

Saldın ğəmi mehnətü bəlayə! 

Sən meyli-fəraqü rahət etdin

Bir künci tutub fərağət etdin! 

Kim eylədi həll müşkilatın? 

Kim verdi bu güssədən nicatın? 

Şəb tu səhər ol əsiri-hicran 

Matəm tutub etdi ahü əfgan (6.s.126-127) 

«Leyli  və  Məcnun»  əsərində  Füzuli  zülmət  gecənin  təsvirini 

verib  müxtəlif  ulduzlardan,  bürclərdən  söhbət  açır.  Zöhrənin 

siyahi-keysuini-qara  saçlarını  dağıtmasından,  bürcün  qara  libasa 

bürünməsindən bəhs edir: 

Dəlvi dəlib afəti-zamanə, 

Min qətrə sacıldı asimanə. 

Hut eylədi həbsi-Yunisi-ruz

Bərqi-şəfəq oldu asimansuz. 

Ərz eylədi əxbəşə cinasın, 

Cəbhə dəxi cəbhəsin ziyasın. (6. s. 131)

 

Bu  parçada  Füzuli  Peyğəmbər  Yunis  əleyhissəlamın  rəvayə-



tini  yada salmışdır. Yunis  əleyhissəlamın  Qurani Kərimin  «Şaf-

fat» «Əl Ənbiya», «Nun və ya Qələm» surələrində onun haqqında 

rəvayətlər verilmişdir. 

Yunis  əleyhissəlamı  Allah-təalanın  hidayətdə  qovuşdurub 

başqa insanlardan üstün tutduğu peyğəmbərlik verdiyi bəndələrin-

dəndir.  Qurani-Kərimin  onuncu  surəsi  Yunus  adlanır.  Tövratda 

Yunis  adı  Yaşa  kimi  verilib.  Müsəlman  ilahiyyatçıları  və  tarix-

çilər onun adını Yunis ibn Məttə kimi veriblər. 




69 

 

«Yunisin həyatı eramızdan əvvəl VIII əsrə təsadüf edir. O, As-



suriyanın paytaxtı Neynəvada peyğəmbərlik etmişdir. Ərəb tarix-

çiləri  Neynəvanı  Mosul  kəndlərindən  biri  olduğunu  göstərirlər». 

(1. s. 145). «Qurani-Kərim»də Yunisin yüz min nəfərə və ya daha 

çox adama peyğəmbər olaraq göndərilməsindən bəhs edilir. 

Qurani-Kərim. Əl-Ənam («Davar») surəsi. 

86.  Biz  həmçinin  İsmailı  əlyəsəyi.  Yunusu  və  Lutu  da 

hidayətə  qovuşdurur  və  onları  (özləri  ilə  bir  dövürdə  yaşayan 

bütün) insanlardan üstün etdik (4. s. 137). 

Qurani-Kərim. Əş-Saffat («Cərgə-cərgə durnalar») surəsi. 

139.  Həqiqətən,  Yunis  da  /Bizim  tərəfimizdən  göndərilmiş/ 

peyğəmbərlərdəndir! 

140. (Ya Peyğəmbər!) Yadına sal ki, bir zaman o, (qövmünün 

küfrü üzündən yük və adamla dolu bir gəmiyə qaçmışdı). 

141. (Gəmidə olanlar) püşk atmış və (püşk ona düşdüyü üçün) 

məğlubedilənlərdən  olmuşdu.  (Yunus  gəmiyə  mindiyi  zaman 

gəmi  yerindən  tərpənməmiş,  buna  görə  də  sərnişinlər-yəqin  ki, 

içərimizdə  ağasından  qaçmış  kölə  vardır-demişlər.  Gələnin  kim 

olduğunu  bilmək  üçün  püşk  atılmış  və  o,  Yunisa  düşmüşdü. 

Yunus özünü dənizə atmağa məcbur olmuşdu). 

142. (Yunus Allahın izni olmadan qövmün tərk edib getdiyinə 

görə) özünü qınadığı halda (dənizə atılarkən) balıq onu udmuşdu. 

143.  Əgər  o,  (Allahı)  çox  təqdis  edənlərdən  (namaz  qılan-

lardaq) olmasaydı. 

144. Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı. 

145.  Nəhayət,  o  xəstə  olduğu  halda  onu  boş  bir  yerə  (sahilə) 

atdıq. 


146.  Və  (başı)  üstündə  (ona  kölgə  salmaq  üçün)  iri  yarpaqlı 

bir ağac (yaxud qabaq tağı) bitirdik. 

147.  Biz  onu  yüz  min  nəfərə  və  ya  daha  çox  kimsəyə 

peyğəmbər göndərdik. 

148.  Nəhayət,  onlar  ona  (Yunusa)  iman  gətirdilər  və  Biz  də 

onlara müəyyən vaxtadək (ömürlərinin axırına kimi) gün-güzəran 

verdik. (4. s. 450). 

Qurani-Kərim. Əl-Ənbiya («Peyğəmbərlər») surəsi. 




70 

 

87. Zün-Nunu (balıq sahibi Yunusu) da xatırla!  Bir zaman o 



(küfr  etməkdə  həddi  aşmış  ümmətinə  qarşı)  qəzəblənərək  çıxıb 

getmiş  və  (Bizə  xoş  gəlməyən  bu  səbirsizliyinə  görə)  onu 

möhnətə düçar etməyəcəyimizi (gücümüzün, yaxud hökmümüzün 

ona  yetməyəcəyini)  güman  etmişdi.  Amma  sonra  qaranlıqlar 

içində  (balığın  qarnında:  gecənin  yaxud  dənizin  zülmətində): 

«Pərvərdigara!  Səndən  başqa  heç  bir  tanrı  yoxdur.  Sən  pak  və 

müqəddəssən! Mən isə, həqiqətən, zalimlərdən olmuşam (əmrinə 

qarşı çıxaraq özümə zülm eləmişəm)» -deyib dua etmişdi.  

88.  Biz  onun  (Yunusun)  duasını  qəbul  buyurduq  və  (balığın 

qarnından  çıxartmaqla)  onu  qəmdən  qurtardıq.  Biz  möminlərə 

belə nicat veririk!(5.s.328). 

Qurani-Kərim: Nun və ya qələm surəsi. 

48. (Ya Rəsulum!) Sən öz Rəbbinin hökmünə səbr et və balıq 

sahibi (Yunus peyğəmbər) kimi  olma (risaləti təbliğ etməyi  yerə 

qoyma). O zaman o, (balığın qarnında) qəm-kədər içində boğula-

raq (Rəbbinə) dua etmişdi. 

49. Əgər Rəbbindən ona bir mərhəmət, nemət yetişməsəydi,o, 

məzəmmət olunaraq quru yerə (səhraya) atılacaqdı. 

50. Amma (tövbə etdikdən sonra) Rəbbi onu (öz bəndələri içə-

risində) seçdi və salehlərdən (peyğəmbərlərdən) etdi. (5. s. 565). 

Rəvayətə  görə,  Yunus  33  il  bütpərəstliyə  tapınıb  fitnə-fəsad 

törədən Neynəva əhlinin təkallahlığa çağırmış, yalnız iki nəfərdən 

başqa şəhər əhli ona inanmamış, öz müşrikliyini və bəd əməllərini 

davam  etdirmişdir.  Artıq  usanmış  Yunus  Rəbbini  çağırıb  şəhər 

əhlinə qarğış  edir. Bu zaman Tanrıdan ona vəhy nazil olunur ki, 

daha qırx gün adamları haqq dininə çağırsın.Yunis 37 gün heç bir 

irəliləyiş  olmadığını  və  adamların  öz  kafirliklərində  qaldığını 

görərək onların 3 gün içərisində dəhşətli əzaba düçar olacaqlarını 

deyib  şəhəri  tərk  edir.  Yunisin  bu  hərəkəti  Tanrı  tərəfindən 

dözümsüzlük və səbirsizlik kimi qarşılanır (Nun və yaxud qələm 

surəsi. 48-50-ci ayələr). 

Yunis  Neynəvanı  tərk  edib  dərya  sahilinə  gəlir,  bir  gəmiyə 

minir.  Dini  rəvayətlərdə  onun  gəmidə  olanlar  tərəfindən  dənizə 

atıldığı  göstərilir.  Gəminin  dənizdə  hərəkət  etmədiyinə  görə  onu 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə