Язизхан Танрыверди
71
müĢahidə olunmur. Digər növlərdə olanlar isə cəmi bir-iki
nümunəni əhatə edir. Bəzi faktları təqdim edirik:
Məlum növdə: dəpmək. At dəpdilər;
kişnəmək. ...iki ayağının üzərinə turdı,
kiĢnədi;
yortmaq. YaxĢı yigitlər ilə eĢ yort;
QayıdıĢ növdə: atlanmaq. Baybörə bəgiŋ oğlı atlandı...;
QarĢılıq növdə: yarışmaq. Yügrək olsa yarıĢsam;
Birgəlik növdə: kişnəşdirmək. Qaraquc atları kiĢnəĢdirən!;
Ġcbar növdə: çapdırmaq. Qan dərlədi çapdırayım səniŋ
içün.
Təsirlik və təsirsizlik kateqoriyası. Atla bağlı fellərin
bir qismi təsirlik, bir qismi isə təsirsizdir. Bəzi nümunələri
təqdim edirik:
təsirli fellər: bindirmək. Al ayğıra Bəkil məni bindirdi;
çapdırmaq. Qan dərlədi çapdırayım..;
kişnətmək. ... qaraquçın kiĢnətdi.
təsirsiz fellər: kişnəmək. ... iki ayağının üzərinə turdı,
kiĢnədi;
atlanmaq. Baybörə bəgiŋ oğlı atlandı....;
yarışmaq. Yügrək olsa, yarıĢsam;
oğramaq.
Bədəvi
atlar issini görüb
oğradıqda.
Ġnkarlıq kateqoriyası. ―Kitab‖dakı atla bağlı fellərin
təsdiq və inkarda iĢlənməsi, bir tərəfdən, sintaktik mühitlə,
digər tərəfdən isə həmin tip fellərin semantik yükü ilə bağlıdır.
Qeyd edək ki, inkarlıq mənası bəzən –ma
2
Ģəkilçisinin iĢtirakı
olmadan reallaĢır ki, bu da bilavasitə fellərin semantikasından
doğur. Məsələn, ―yorulmaq‖ feli gücdən düĢmək, zəifləmək,
üzülmək və s. mənalara malik olduğu üçün təsdiqdə iĢləndikdə
inkar, inkarda iĢləndikdə isə təsdiq məzmunu ifadə olunur.
Məsələn, ―Toqlı baĢlu Turu ayğır yoruldı‖ cümləsinin feli
xəbəri təsdiqdə iĢlənsə də, inkar məzmunludur, daha dəqiqi,
«Дядя Горгуд китабы»нда ат кулtу
72
çox asanlıqla ―qaça bilmədi‖ sözü ilə əvəzlənə bilir. Ġnkar
Ģəkilçisi ilə iĢlənmiĢ ―yorulmaq‖ felində isə təsdiq məzmunu
ifadə olunur: Yorulmadı. Bu cümlənin semantik tutumu güclü-
dür, qüvvətlidir və ya gücdən düĢmədi, üzülmədi kimi mənaları
əhatə edir. Fikrimizcə, bu, -ma
2
inkar Ģəkilçisinin arxetipləri ilə
bağlıdır: ―...ümumtürk ―boĢ‖ sözünün karaqas dilindəki ―bot‖
variantı göstərir ki, burada bo+Ģ//t tərkib hissələri və ―bo‖ kö-
kü vardır və həmin kök inkarlıq bildirən ―ba‖ ilə bağlıdır, çün-
ki inkarlıq morfemi zəiflik, azlıq, boĢluq məna çaları daĢıyan
sözlə eyni yuvaya girə bilər‖
1
.
Yaxud ―büdrəmək‖ feli müvazinətini itirmək, yeriĢini
pozmaq və s. mənaları ifadə edir. Deməli, ―büdrəmək‖ feli situ-
asiyadan asılı olaraq təsdiqdə iĢlənərsə, mənfi çalar, hətta
qarğıĢ mənası ifadə edilər: Büdrəsin! – YeriĢini itirsin! Müvazi-
nəti pozulsun! və s. Əksinə, inkarda iĢləndikdə müsbət məna
çaları, hətta alqıĢ mənası ifadə olunur. Yeri gəlmiĢkən, ―Ki-
tab‖da ―büdrəmək‖ felinin bir neçə dəfə məhz inkarda iĢlənmə-
si müĢahidə olunur: büdrəməsin. Çaparkən ağ-boz atıŋ büdrə-
məsün! AlqıĢ mənası ifadə olunan bu tipli cümlələr ―Kitab‖ın
poetik dilini zənginləĢdirən detallardan hesab olunur.
Göründüyü kimi, yorulmaq və büdrəmək tipli fellər təs-
diqdə iĢləndikdə inkar, inkarda iĢləndikdə isə təsdiq məzmunu
yaranır (cümlənin semantikasından doğan məna nəzərdə
tutulur). KiĢnəmək və oğramaq tipli fellər isə -ma
2
inkar Ģəkil-
çisi ilə iĢləndikdə daha çox inkar, əksinə olduqda isə daha çox
təsdiq mənası yaranır: kiĢnəĢdirmək. Qaraquc atları kiĢnəĢ-
dirən!; kiĢnətmədin (burada –ma
2
inkar Ģəkilçisi – mədin
2
feli
bağlama Ģəkilçisinin tərkibində iĢlənmiĢdir). Qaraqucda Qazlıq
atım kiĢnətmədin (Qaracıqda Qazlıq atımı kiĢnətmədən).
―Kitab‖da diqqət çəkən məqamlardan biri də məhz at kiĢnəməsi
təsvir olunan səhnələrdir. Konkret desək, Oğuzların Ģad və
1
F.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s.248.
Язизхан Танрыверди
73
kədərli anlarının ilkin konturlarını, həm də ―kiĢnəmək‖ sözü
kontekstində dəqiqləĢdirmək mümkündür: At kiĢnəməsi eĢidilir
= Oğuzların Ģad günləri; At kiĢnəməsi eĢidilir = Oğuzların kə-
dərli günləri. Bu mənada ―Kitab‖da ―Bədəvi atlar yiyəsini
görüb kiĢnədikdə (Bədəvi atlar issin görüb oğradıqda) feli bir-
ləĢməsinin ―Saqallu boz ac turğay sayradıqda‖, ―Köksi gözəl
qaya tağlara gün dəgəndə‖ və s. kimi birləĢmələrlə eyni mətn
daxilində verilməsi dediklərimizi arqumentləĢdirir. Yeri gəl-
miĢkən, həmin mətn poetik çəki baxımından çox zəngindir.
Sanki bu mətndə təbiət gözəlliyi ilə türkün poetik təfəkkürü
çulğaĢmıĢ vəziyyətdədir.
Ümumiyyətlə, at kiĢnəməsi müəyyən bir hadisə barədə
siqnal, iĢarədir. Heç Ģübhəsiz ki, qədim türk at kiĢnəməsini
dərindən müĢahidə etmiĢ, onun nə üçün kiĢnədiyini çıxartdığı
səsin – kiĢnəmənin alçaqlıq və yüksəklik dərəcəsi ilə - ton
müxtəlifliyi ilə müəyyənləĢdirmiĢdir (bu, atçılıqla məĢğul olan
bütün xalqlara aiddir). ―Kitab‖da at kiĢnəməsi təsvir olunan
səhnələrin mətn semantikası müstəvisində təhlili aĢağıdakıları
söyləməyə imkan verir:
At Beyrəyi tanıdığı üçün kiĢnəyir: Boz ayğır dəxi Beyrəgi
görüb tayandı, iki ayağınıŋ üzərinə turdı, kiĢnədi;
Dan yelləri əsir, torağay ötür, dağlara gün dəyir, igidlər
güləĢir- bir sözlə, Oğuz elində hər Ģey gözəldir, bu anlarda bə-
dəvi atlar sahibini gördüyü üçün kiĢnəyir: Bədəvi atlar issin
görüb oğradıqda;
Qazan çətin vəziyyətdədir, dəvələrini nərildədiblər, atla-
rını kiĢnədiblər: Qazan buŋlu oldu... Qaraqucda Qazlıq atlarımı
kiĢnətdilər;
Burla xatun oğlu Uruzu itirdiyi üçün quluncuq kimi kiĢ-
nəmək istəyir: Quluncığı kiĢnəyib belə keçdi. Quluncığım
aldırmıĢam,kiĢnəyəyinmi?
Dostları ilə paylaş: |