“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə38/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   35   36   37   38   39   40   41   42   43

 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
120 
 
Bu misrallardakı  ―ayğır‖ sözünün müxtəlif mənalar ifadə 
etməsi  ilk  dəfə  olaraq  A.Hacıyev  tərəfindən  müəyyənləĢdiril-
miĢdir:  ―...bütün  araĢdırıcılar  bu  sözləri  eyni  anlamda  ―erkək 
cins  at‖  mənasında  dərk  etmiĢlər.  Bizcə,  birinci  mənada  ayğır 
sözü  ―erkək  təkə‖,  ―erkək  dağ  keçisi‖  mənasında  iĢlənmiĢ-
dir...Yakut və çuvaĢ dillərində buğa və erkək marala məhz ―ay-
ğır‖  deyilməsi  bu  ilkin  məna  ilə  əlaqədardır.  M.KaĢğari  lüğə-
tində ―ayğırak‖ ―erkək keyik‖, ―dağ keçisi, təkəsi‖ mənalarında 
Ģərh olunmuĢdur. Digər baxımdan, abidənin dilində yayın məhz 
erkək  təkə  buynuzundan  düzəldilməsinə  iĢarə  edilməsi  ehti-
malımızın doğruluğuna dəlalət edir: 
 
       Avcına sığmayan əlüklü oğlu (oxlı – Ə.T.) 
       Ərdil təkə buynuzundan qatı yaylı. 
 
Deməli,  yuxarıdakı  misallarda  indiyə  qədər  düĢünüldüyü 
kimi ―ayğır‖ sözü eyni mənada deyil, müxtəlif mənalarda, daha 
dəqiq  desək, birinci  məqamda ―erkək dağ keçisi,  təkə‖,   ikinci 
məqamda isə müasir anlamda – ―erkək at‖ mənasında iĢlənmiĢ-
dir  ki,  bu  da  fikrin  dəqiq,  aydın  ifadəsinə  zəmin  yaradır‖
1
2

Burada  bir  cəhəti  də  qeyd  edər  ki,  atın  qopuz  və  yayla  dəyiĢ-
dirilməsi  ―Baybörənin  oğlu  Bamsı Beyrək  boyu‖nda müĢahidə 
olunur.  Bu  cür  dəyiĢmələr  isə  bütövlükdə  həmin  ―boy‖un  po-
etik  strukturunu  əhatə  edir:  ―...Dünyaya  metaforik  məna  ver-
məyə  çalıĢan  sehrli  nağıl  süjeti  üçün  simulyativ  situasiyalar, 
davranıĢ aktları xüsusilə vacibdir. ―Öz arvadının toyunda ―Bey-
rək  imitator  kimi  çıxıĢ  edir.  O,  qiyafətini  dəyiĢir  və  toya  ozan 
kimi gəlir‖
2
1
. Yeri gəlmiĢkən, ― Beyrəyin boyu‖nda  özünü baĢ-
qa  adam  kimi  təqdim  etmə,  geyimini,  qiyafəsini  dəyiĢmə  bir 
                                                 
1
2
  A.Hacıyev. ―Dədə Qorqud kitabı: oxunuĢlar, açımlar.  
Bakı, 2007, s.137-138. 
2
1
 
Rüstəm Kamal. Arxaik ritual semantikası ―Bamsı Beyrək boyunda‖ 
metonimik-metaforik süjet yaradıcılığında. Qobustan, N 4, Bakı, 2005, s.35. 


 
Язизхан Танрыверди 
 
 
121 
 
silsilə  təĢkil  edir,  həm  də  biri  digəri  ilə  zəncirvari  olaraq  bağ-
lanır. Bu tip metonimik detalların bəzilərinə diqqət yetirək: 
Beyrək özünün kim olduğunu tacirlərdən gizlədir:... Bay-
börəniŋ oğlı oldığın biləmədilər; 
Banıçiçək özünü dayə kimi aparır: ... Əmma mən Banıçi-
çəgiŋ dadısıyam; 
Boğazca Fatma qaftanını dəyiĢərək gəlin statusunda çıxıĢ 
edir: Qızıŋ qaftanını geydi:... Ərə varan qız mənəm, oynayayım 
– dedi; 
Qısırca yengə özünü ərə gedən qız – Banıçiçək kimi təq-
dim edir: ―Mərə, dəli ozan, ərə varan qız mənəm!- dedi: Oyna-
mağa baĢladı. 
 
At belində ov 
 
―Kitab‖da atla ov etmə səhnələrinə bir neçə boyda təsadüf 
olunur. Bəzi epizodlara diqqət yetirək: 
Qazan bəg əlin əkinə çaldı,  qas-qas güldi. Aydır: ―A bəg-
lər. Uruz xub söylədi, Ģəkər  yedi. Siz yegüŋiz – içüŋiz, söhbə-
tiŋüz tağıtmaŋuz. Mən bu oğlanı alayım, ava gedəyin. yedi gün-
lik azuğla çıqayın. Ox atduğım yerləri, qılıc çalub baĢ kəsdügim 
yerləri göstərəyim. Kafər sərhəddinə cızığlara,  Ağlağana, Gög-
cə  tağa  aluban  çıqayın.  Soŋra    oğlana  gərək  olur,  a  bəglər!‖  – 
dedi. Qoŋur atın çəkdirdi, bütün  bindi... 
Bu sintaktik bütövün semantik  yükünü ―Kitab‖dakı digər 
mətnlər  kontekstində  dəqiqləĢdirmək  mümkündür.  Bu  istiqa-
mətdə araĢdırma aparan N.Cəfərov yazır: ―...burada əsl məqsəd 
ova  getmək,  yeyib-içmək  deyil,  Qazan  istəyir  ki,  oğlu  Uruzu 
qazi  kimi  yetiĢdirsin,  kafirlə  döyüĢməyə,  onu  istənilən  vaxt 
məğlub  etməyə  hazırlasın.  ―Həqiqətən,  bu  öyrətmə,  hazırlama 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
122 
 
prosesi  ―Kitab‖da  bütün  aydınlığı,  dəqiqliyi  ilə  öz  əksini 
tapmıĢdır...‖
1
  
Xatun  aydır:  ―Yigidim,  bəg  yigidim!  PadĢahlar  təŋrinin 
kölgəsidir. PadĢahına asi olanıŋ iĢi rast gəlməz. Arı köŋüldə pas 
olsa,  Ģərab  açar.  Sən  gedəli,  xanım,  arqurı  yatan  Ala  tağlaruŋ 
avlanmamıĢdır. Ava bingil, köŋlüŋ, açılsun!‖ – dedi. 
Yuxarıdakı nümunədən fərqli olaraq, burada at belində ov 
etmə istirahət, ruhun qidası hesab olunur. Amma həmin sintak-
tik  bütövün  sonrakı  hissələrindən  məlum  olur  ki,  ov  uğursuz 
alınır, istirahət pozulur: ...Bəkil at cilovsın yeŋimədi, bilə uçdı. 
Sağ  oylığı  qayaya  toqındı,  sındı  ...  Heç  Ģübhəsiz  ki,  bu  səhnə 
real bir hadisənin təsviridir. Amma onun mifoloji aləmlə bağlı-
lığını  da  inkar  etmək  olmaz.  Yeri  gəlmiĢkən,  bu  istiqamətdə 
kifayət  qədər  araĢdırma  aparılmıĢdır.  Məsələn,  M.Seyidov 
həmin hadisənin mifoloji köklərini müəyyənləĢdirərkən Bəkilin 
yaralanmasını  reallaĢmıĢ  Bəkilə  verilən  cəza  hesab  edir:  ―... 
Bəkil indi hətta yaralı keyikin arxasınca at salır, onu özünü uca 
yerdən atmağa məcbur edir. Deyəsən, elə buna görə də dağ və 
meĢə  kultları,  tanrı  və  ilahəsi  onu  cəzalandırır  və  Bəkil  ―sol 
oyluğu‖nu sındırır. Bizcə, bu hadisə ov heyvanlarının himayə-
çilərinin  yersiz,  ehtiyac  olmadan  ov  edən,  reallaĢmıĢ  Bəkilə 
verdikləri cəzadır
2
.  
Qeyd etdiyimiz kimi, Oğuz igidlərinin ən  yaxĢı  istirahəti 
məhz at belindədir: 
At  minməyən,  atla  ov  etməyən  Oğuz  igidinin  yata-yata 
yanı  ağrıyır,  dura-dura  beli  quruyur,  günü  xoĢ  keçmir:  Ünim 
aŋlaŋ,  bəglər,  sözüm  dinləŋ,  bəglər!  Yata-yata  yanımız  ağrıdı. 
Tura-tura  belümiz  qurudı.  ...Oğuz  igidi  bu  cür  tənbəllik  və  ya 
passivliklə  barıĢmır:  Yüriyəlim,  a  bəglər!  Av  avlıyalım,  quĢ 
                                                 
1
 N.Cəfərov. Eposdan kitaba. Bakı, 1999, s..97 
2
 M.Seyidov. Azərbaycan xalqının soykökünü düĢünərkən. 
Bakı, 1989, s.244. 
 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə