Ders İnformasiya anlayışı, onun formaları və xassələri İnformasiya termini mənşəcə latın sözü olub, izahetmə, şərhetmə, məlumatvermə mənalarını daşıyan «informatio»


DERS- 18. PROQRAM TƏMİNATININ NÖVLƏRİ



Yüklə 367,5 Kb.
səhifə20/20
tarix31.12.2021
ölçüsü367,5 Kb.
#81776
1   ...   12   13   14   15   16   17   18   19   20
Informatika-Abdullayeva Rena-

DERS- 18. PROQRAM TƏMİNATININ NÖVLƏRİ
Bildiyiniz kimi, kom pyu ter sistemi müxtəlif qurğulardan – kla viatura, siçan, monitor, printer, mikrosxemlər, disksürənlər və başqa qurğulardan ibarətdir. Onlar özlüyündə heç nə etmir, yəni bu qurğuların işləməsi üçün xüsusi proqramlar lazımdır. Kompyuterdə istifadə olunan proqramlara onun proqram təminatı deyilir. Buna uyğun olaraq da kompyuter sistemini təşkil edən qurğular aparat təminatı adlanır. Kompyuter verilənləri emal edərkən aparat və proqram təminatları qarşılıqlı əlaqədə olur. Verilənlər kompyu terə giriş qurğuları vasitəsilə daxil edilir. Sonra xüsusi proqramlar kom pyuterə həmin veri lənləri necə emal etməyi “bildirir”. Başqa sözlə, proqram təminatı aparat təminatına nə etməli olduğunu göstəriş verir. Verilənlərin lazım olan formaya salınması və monitora, printerə çıxarılması da proqramlar vasitəsilə həyata keçirilir.

Kompyuter proqramlarını üç sinfə ayırırlar: sistem proqramları, tətbiqi proqramlar və proqramlaşdırma alətləri.

sisteminin köməyi ilə kom pyuter və istifadəçi arasında ünsiyyət yaranır. Antivirusproqramları, arxivləşdirmə proqramları, kompyuter qurğularının iş qa biliyyətini yoxlayan proqramlar, qurğuların işini idarə edən proqramlar (drayverlər) və bukimi proqramlar da sistem proqramlara aiddir.

Paint qrafik redaktoru, WordPad mətn redaktoru, Power Point təqdimat proqramları ilə artıq tanışsınız. Kompyuterdə oyun oynamağı isə, yəqin ki, hər biriniz xoşlayırsınız. Belə proqramlara tətbiqi proqramlar deyilir. Kompyuterin tətbiq olunduğu hər bir sahədə yüzlərcə tətbiqi proq ramdan istifadə olunur. Bəs yuxarıda sadalanan proqramlar necə yaranır? Proqramlaşdırma alətləri sinfinə aid olan proqramlar bunun üçün nəzərdə tutulub. Tətbiqi proqramların hazırlanması üçün Basic, Pascal, C++ kimi proqramlaşdırma dillərindən geniş istifadə olunur. Qeyd olunduğu kimi, insan və kompyuter arasında ünsiyyət prosesi əməliy yat sistemi vasitəsilə həyata keçirilir. Kompyuterdə işlə məyin rahatlığı məhz bu ünsiyyətin necə təşkil olunmasından asılıdır. İnsanın kompyuterlə ünsiyyət qaydalarına istifadəçi interfeysi deyilir.

İstifadəçi interfeysi əməliyyat sistemini xarakterizə edən əsas cəhətlərdəndir Uzun müddət ən geniş yayılmış əməliyyat sistemi DOS idi. İndi bu sistemə bəzi köhnə və zəif kompyuterlərdə rast gəlmək olar.

Hazırda Windows əməliyyat sistemi daha geniş yayılmışdır. Bu əməliyyat sistemi nin geniş yayılmasının əsas səbəblərindən biri isə onun qrafik interfeysə, daha dəqiqi, qrafik istifadəçi interfeysinə malik olmasıdır.

Bu interfeysdə siz kompyuterlə qrafik simvollar, başqa sözlə, şəkillər vasitəsilə ünsiyyətdə olursunuz. Kompyuteri işə saldıqda ekranda iş ma sası açılır və orada müxtəlif obyektlər, yaxud simgələr görünür(1-7). Bu qrafik simvollar – fayl, disk, proqram və başqa obyektləri təmsil edir.

Bugünkü kompyuterlərin əksəriyyətində qrafik istifadəçi interfeysinin hər hansı bir növü olur. Yaxşı hazırlanmış qrafik istifadəçi interfeysi istifadəni asanlaşdırır, istifadəçini mətn komandalarını yadda saxlamaqdan azad edir.



Proqramları, yaxud komandaları aktivləşdirmək üçün istifadəçi, sadəcə, siçanın göstəricisini uyğun obyektin üzərinə aparır və onu çıqqıldadır.


Yüklə 367,5 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə