Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88


QURANIN ANLAŞILMASI VƏ TƏFSİR OLUNMASI



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə58/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   60

QURANIN ANLAŞILMASI VƏ TƏFSİR OLUNMASI
223
tab olan Quranın günümüzdəki cəmiyyətlərlə əlaqəsini sürdürmək 
üçün, onu günümüzün şərtləri çərçivəsində yenidən ələ açıqlama-
lıyıq. Ancaq bu əlaqənin doğru və düzgün tənzimlənməsi elmi və 
zehni səviyyəyə bağlıdır.
Bundan  başqa  keçmişdə  o  dövrün  elmi  və  zehni  anlayışına 
görə  təfsir  olunan  ayələr,  günümüzün  elmi  və  fikri  anlayışlarına 
görə yenidən izah olunmalıdır. Quranın anlaşılması və açıqlanması 
üçün müasir elmin, texnikanın, iqtisadi, sosial, dini və s. anlayışla-
rın ciddi şəkildə tədqiq olunması lazımdır.
Bütün  bu  söylənənlərdən  başa  düşürük  ki,  Quran  üzərində 
qrammatik  təhlillərlə yanaşı,  Quranın  aid  olduğu  dövrü və  ictia-
mi sahəni araşdırmaq onun anlaşılması üçün son dərəcə əhəmiyyət 
daşıyır.
c. Quran mətni üzərində lüğəvi və qrammatik tədiqiqatlar
Quran ərəb dilində nazil olduğu üçün onun dil cəhətdən araş-
dırılması mütləq lazımdır. Quranı başa düşməyə, təfsir etməyə ça-
lışan hər kəs onu lüğəvi yöndən incələmişdir.
Qurandakı bəzi kəlmələr Hz. Peyğəmbər tərəfindən açıqlanmış-
dır. Qeyri-ərəblərin İslam dinini qəbul etmələri ilə Quranın lüğəvi 
yöndən tədqiqi sahəsindəki araşdırmalar sürətlənmişdir.
1) Kəlmə və ifadələrin etimoloji və semantik təhlili
Kəlmələrin  də  öz  dünyası  var.  Onlar,  mədəniyyət  içərisində 
inkişaf  edir  və  dəyişikliklərə  uğrayırlar.  Quran  nazil  olduqdan 
sonra ərəb dünyası çox fərqli mədəniyyətlərlə qarşılaşmış və bu-
nun nəticəsində də ictimai dəyişikliklər çox sürətlənmişdir. Bu da 
Qurandakı bəzi kəlmələrin məna dəyişikliyinə uğramasına səbəb 
olmuşdur. Bu məsələ sonralar lüğətlərdə və təfsir kitablarında ələ 
alınmışdır. Lakin sistemli şəkildə ələ alınmamışdır.


TƏFSİR ÜSULU VƏ TARİXİ
224
Bu sahədə yazılmış ən yaxşı və sistemli kitab Rağıb əl-İsfəhaninin 
əl-Müfrədat  fi  Ğəraibil-Quran”  adlı  əsəridir.  Bu  əsərdə  kəlmələrin 
Quranda keçdiyi yerlərə görə gəldiyi mənalarla bağlı məlumatlar 
verilmişdir.
Kəlmə  və  ifadələri  əvvəlcə  cümlə  bütünlüyü  içərisində  anla-
maq lazımdır. Bir ayə hər zaman sadəcə bir mövzu ilə bağlı olma-
sa da, bir mövzunun əhatəsi dairəsindədir. Bəzi kəlmələr Quranın 
müxtəlif  yerlərində  fərqli  mənalara  gələ  bilir.  Biz  bu  fərqlilikləri 
ayənin mövzusu və ya ayələr toplusu çərçivəsində təsbit edə bili-
rik. Məsələn, “din” kəlməsi belə kəlmələrdən biridir. Bu kəlmə bəzi 
ayələrdə “din”, bəzi ayələrdə isə “cəza” mənalarına gəlir.
Bir  kəlmənin  ayə  çərçivəsndə  anlaşılmasına  bu  misalı  verə 
bilərik: Bəqərə surəsinin 275-ci ayəsinin əvvəlində faiz yeyənlərin, 
qiyamət günü şeytan vurmuş şəkildə dirildiləcəkləridən bəhs olu-
nur, ancaq ayənin davamında onların bu vəziyyətə düşmələrinin 
səbəbi üzərində durulur və Allah, ticarəti halal, faizi isə haram etdi-
yi halda, bu insanların ticarəti faizlə eyni tutduqları, bu ikisi arasın-
da fərq qoymadıqları üçün şeytan vurmuş şəkildə dirildiləcəkləri 
bildirilir. Əgər biz bu ayənin davamını diqqətə almadan ilk hissəsini 
anlamağa çalışsaq, fərqli bir nəticə əldə edərdik.
Bir  kəlmənin  ayələr  toplusu  çərçivəsində  anlaşılmasına  misal 
olaraq isə Şüəra surəsinin 19-cu ayəsində keçən və Fironun Hz. Mu-
saya söylədiyi bu sözləri verə bilərik: “Axırda elədiyini də elədin (bir 
qibtini vurub öldürdün). Sən nankorun birisən!.” O, bu sözlərlə Hz. Mu-
sanın bir misirlini öldürməsini qəsd edir və “ və əntə minəl kafirin” 
ifadəsi ilə Hz. Musanın nankor olduğunu dilə gətirir. Bu ayədən 
əvvəlki ayədə Firon, Hz. Musaya uşaqlıqda onu böyütdüyünü və 
uzun  müddət  yanında  saxladığını  deyir.  Buna  görə  də  buradakı 
“kafirin”  kəlməsi  “nankorluq  edənlər”  şəklində  tərcümə  edilmiş-


QURANIN ANLAŞILMASI VƏ TƏFSİR OLUNMASI
225
dir. Əslində bir çox yerdə “k-f-r” kökündən törəyən kəlmələr “in-
kar” mənasına gəlirlər.
2) Ərəb dili və ədəbiyyatı cəhətdən Quran ifadələrinin təhlili
Quran daha çox lüğəvi baxımdan incələnmişdir. Əslində Qu-
ranın ərəb ədəbiyytaının şahəsəri olduğunu düşündükdə, onun fi-
loloji və ədəbi yöndən araşdırılmasının önəmi ortaya çıxır. Çünki 
Quranı başa düşmək üçün əvvəlcə onun mətninin təhlilinə ehtiyac 
vardır.
C. Quranı anlamada və təfsir etmədə subyektivlik və onun 
səbəbləri
Anlama və təfsir etmə fərdi fəaliyyətlərdir. İnsanlar bir davra-
nışı, bir mətni doğru və ya yanlış anlaya bilərlər; hətta bəzən heç 
başa  düşməyə  də  bilərlər.  Sözün  olduğu  yerdə  anlama  və  izah 
etmədə fərqliliklər meydana çıxar. Çünki hər kəs öz təcrübəsi, dün-
ya görüşü və şüuruna görə anlayır və izah edir. Lakin tarix boyu 
İslam  dünyasında  Quranın  izahında  alimlərin  həmfikir  olduqları 
məsələlər çoxdur. İxtilaflı məsələlər onlara nisbətlə azdır. Deməli, 
anlama və izah etmədə obyektivliklə yanaşı bəzən subyektivlik də 
ortaya çıxır. Quranın izahında da bəzən subyektivliyin şahidi olu-
ruq ki, bunun bəzi səbəbləri vardır:
1. Quran mətninin subyektiv məna və izahlara səbəb olması
Hər şeydən əvvəl bilməliyik ki, ədəbi, dini və fəlsəfi mətnlər 
subyektiv  mənaların  verilməsinə  meyilli  mətnlərdir.  Quran  da 
dini  mətn  olduğu  üçün  onu  da  fərqli  şəkillərdə  mənalandırmaq 
mümkündür. Quran özü bəzi ayələrinin mütəşabeh olduğunu, bu 
ayələrin başa düşülməyəcəyini və ya çox çətin başa düşüləcəyini 
bildirir. Bu da Quranın bu cür ayələrinin hər kəs tərəfindən eyni 
şəkildə başa düşülməyəcəyini göstərir.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə