50
olan birillik, yaxud çoxillik bitki cinsidir. Yer kürəsində hər iki
yarımkürənin mülayim qurşaqlarında 50, Azərbaycanda 13 növü
yayılmışdır. Kökümsov gövdəyə malikdir, buğumlarda kök atmaq
qabiliyyəti var ki, bu da yeni kolların yaranmasına gətirib çıxarır.
Güclü inkişaf etmiş kök sistemi səpilən ili torpağın 50-60 sm,
həyatının üçüncü ili torpağın 200 sm dərinliyinə işləyir. Tonqal-
otu çəmən yulafına, çobantoppuzuna və pişikquyruğuna nisbətən
daha artıq kök kütləsi toplayır (şəkil 9).
Gövdəsi dikduran, səthi sığallı, hündürlüyü 2 m-ə qədərdir.
Uzunluğu 5-20 sm olan torpaqaltı zoğları (kökümsov gövdəsi)
torpağın 8-10 sm dərinliyində yerləşir. Kökümsov gövdənin tu-
murcuqları torpaq səthində göründükdə yaşıl vegetativ budaqlara
çevrilir və öz ətrafında kollanma zoğlarını formalaşdırır. Köküm-
sov gövdələrin həyatının uzunluğu 3-4 ildir.
Qılçıqsız tonqalotunun yarpaq ayası uzun, enli (eni 2 sm -ə
qədər ola bilər), açıq-yaşıl, yaxud tünd-yaşıl, orta damarı ağ
rənglidir. Dilçəsi qısa, oval formalıdır. Yarpaqlanması 48-60%-
dir. Uzanmış vegetativ zoğlar daha artıq yarpaqlanırlar.
Çiçək qrupu uzunluğu 10-35 sm-ə qədər olan süpürgədir.
Süpürgəsi çiçəkləməyə qədər sıx, çiçəkləmədən sonra dağınıq
olub, yetişdikdə bir tərəfə əyiləndir. Süpürgədə 30-a qədər
sünbülcük olur.
Sünbülcükləri iri, 5-12 çiçəkli, çox
vaxt bənövşəyi
rənglidir. Meyvəsi (səpin materialı) çiçək pulcuğu ilə kip örtülü,
9-12 mm uzunluqda, 2,5-3,0 mm enində tünd-boz rəngli, qılçıqsız,
tökülməyən dənmeyvədir. Çılpaq meyvəsi tünd-darçını rənglidir.
Toxumun 1000 ədədinin kütləsi 3,5 qrama yaxındır. Toxumlar
cücərmə qabiliyyətini 4-5 il saxlayır.
Tonqalotu istiliyə az tələbkardır. Həyat qabiliyyətli cücərtiləri
4-5
0
C temperaturda alınır, lakin toxumlar 20-30
0
C temperaturda
daha yaxşı cücərirlər, 35-40
0
C temperaturda cücərmə dayanır.
Yaz zoğlarının əmələ gəlməsi orta sutkalıq temperatur 6-7
0
C
olduqda başlayır, payızda torpağın temperaturu 4-5
0
C endikdə
inkişafı dayanır. Qidalanma mühitində temperaturun 10-23
0
C
olması kökün daha yaxşı inkişafı üçün zəruridir.
Çiçəkləmənin başlaması üçün aktiv temperaturlar cəmi 800
51
0
C-dən az olmamalıdır. Temperaturun 21-30
0
C və havanın nisbi
rütubətinin 30-60% olması çiçəkləmə üçün əlverişli şəraitdir.
Qılçıqsız tonqalotu şaxtaya davamlıdır. Qarsız qışda o, - 40
0
C-yə qədər şaxtalara dözür. Tonqalotunun cücərtiləri və cavan
zoğları şaxtalara daha asan dözürlər. Cücərtilər temperaturun -5
0
C-yə enməsinə dözürlər, yaşlı bitkilər yazda -18
0
C-yə qədər
şaxtalara dözürlər. Eyni zamanda sünbülləmə və çiçəkləmə
dövründə əhəmiyyətli dərəcədə daha kiçik şaxtalar sünbülcük
pulcuqlarının və yarpaqların uc hissəsinin qurumasına səbəb olur.
Payızda temperaturun aşağı düşməsinə həssaslıq yenə də azalır.
Tonqalotunun yüksək qışadavamlılığı kollanma düyününün digər
taxıl otları ilə müqayisədə daha dərində yerləşməsi ilə izah olunur.
Tonqalotu quraqlığa davamlı bitki hesab olunur. Ancaq ilk
dövrlərdə o nəmliyə çox tələbkardır. Toxumun şişməsi və cücər-
məsi üçün öz kütləsinin 120%-i qədər nəmlik tələb olunur. Daha
yaxşı cücərtilərin alınması üçün torpağın nəmliyi tarla rütubət
tutumunun 60% həddində olmalıdır. Transpirasiya əmsalı 720-yə
çatır.
Tonqalotunun mühüm bioloji xüsusiyyətlərindən biri də artıq
nəmliyə yüksək davamlı olmasıdır. O, yaz subasmalarına 30-45
gün dözür. İşıq
sevən bitkidir, ona görə açıq sahələrdə yaxşı bitir.
Tonqalotu müxtəlif torpaqlarda inkişaf edə bilir, lakin hava-
lanması yaxşı olan, gilli və qumsal torpaqlarda, qara torpaqlarda,
yumşaq çaybasar torpaqlarda, qurudulmuş torflu torpaqlarda daha
yüksək məhsul verir.
Sortları: Geniş yayılmış sortlarına misal olaraq
Dedinovskiy -
3, Fakelnıy və s. göstərmək olar.
Becərilmə texnologiyası. Tarla növbəli əkinlərində qılçıqsız
tonqalotu qarğıdalıdan, kartofdan, günəbaxandan və dənli-paxlalı
bitkilərdən sonra yerləşdirilir.
Tonqalotu üzvi və mineral gübrələrin verilməsinə (xüsusən
azotlu və fosforlu) yaxşı reaksiya göstərir. Əsas şum altına hər
hektara 3-4 sentner superfosfat və 1 sentner kalium gübrəsi veril-
dikdə daha çox məhsul artımı əldə etmək mümkün olur. Azot güb-
rəsi vegetativ kütlənin boy atmasını gücləndirir, ona görə də o, hər