Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə11/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

49 
 
zəiflədir, lakin üçüncü ili alaqlardan tamamilə azad olur. 
Mədəni otlaqlar və biçənəklərin  yaradılması və  yaxşılaşdiril-
masında, eləcə də yamaclar və yarğanların möhkəmləndirilməsin-
də,  yemçilik  növbəli  əkinlərində  qılçıqsız  tonqalotundan  istifadə  
edilir. O, qurudulmuş bataqlıqlarda və şoran yerlərdə çəmən salma 
(biçənək)  üçün  ot  qarışığının  əsas  komponentidir.  Qurudulmuş 
bataqlıq  torpaqlarda  qılçıqsız  tonqalotunun  təmiz  səpini  ot  unu, 
yaxud  da briket (kərpic kimi preslənmiş ot unu) hazırlanmasında 
perspektivlidir. 
Yüksək  yem  keyfiyyətinə  malik  qiymətli  otlaq  bitkisidir  və 
heyvanlar  tərəfindən  çox  yaxşı  yeyilir.  Yaşıl  kütləsi  və  quru  otu 
yüksək  qidalılığı  ilə  fərqlənir.  Bir  sentner  quru  otun  tərkibində 
0,57 yem vahidi və 6 kq həzmə gedən protein vardır. Sünbülləmə 
fazasında biçildikdə quru otun tərkibində 19% protein, 16% zülal, 
3%  yağ,  21%  sellüloz,  9%  kül  elementləri  və  47%  azotsuz 
ekstraktiv maddələr olur. 
Otlaq  və  biçənəklər  yaratmaq  üçün  olduqca  faydalıdır. 
Yüksək  qidalılığı  çoxlu  miqdarda  yarpaqlı  vegetativ  budaqların 
(gövdə) olması ilə izah edilir. Yarpaqlarının tərkibində gövdəsinə 
nisbətən çoxlu miqdarda qida maddələri var.  Azərbaycanın dağlıq 
və  dağətəyi  bölgələrində  yüksək  məhsul  verir.  Əkmə  otlaqların 
yaradılmasında  qarışıq  ot  səpini  aparmaq  üçün  əvəzsiz  bitkidir. 
Güclü saçaq əmələ gətirdiyinə görə yamaclarda torpağın eroziya-
sının  qarşısını  alır.  Əlverişli  şəraitdə  hər  hektardan  orta  hesabla 
50-60 sentner quru ot məhsulu verir. 
Qışadavamlılığı və quraqlığa davamlılığı yaxşıdır. Müvəqqəti 
subasmaya dözümlüdür. Subasar torpaqlarda daha yüksək quru ot 
məhsulu verir. 
Suvarma  şəraitində  qılçıqsız  tonqalotu  çəmən  pişikquyruğu-
nun qarışığı ilə hektardan 100-110 sentnerə qədər quru ot məhsulu 
verir.  Şoran  torpaqlarda  bitir.  Çaybasar  çəmənliklərdə,  eləcə  də 
çürüntü ilə zəngin gilli torpaqlarda yaxşı inkişaf edir. Eyni tarlada 
8-10 il, lakin gübrə verilmiş subasar torpaqlarda 20 il bitir. 
Botaniki və bioloji xüsusiyyətləri. Qılçıqsız tonqalotu (Bro-
mopsis  inermis  Holub.)  qırtıckimilər  (Poaceae)  fəsiləsinə  daxil 


50 
 
olan  birillik,  yaxud  çoxillik  bitki  cinsidir.  Yer  kürəsində  hər  iki 
yarımkürənin  mülayim  qurşaqlarında  50,  Azərbaycanda  13  növü 
yayılmışdır. Kökümsov gövdəyə malikdir, buğumlarda kök atmaq 
qabiliyyəti var ki, bu da yeni kolların yaranmasına gətirib çıxarır. 
Güclü  inkişaf  etmiş  kök  sistemi  səpilən  ili  torpağın  50-60  sm, 
həyatının üçüncü ili torpağın 200 sm dərinliyinə işləyir.  Tonqal-
otu  çəmən  yulafına,  çobantoppuzuna  və  pişikquyruğuna  nisbətən 
daha artıq kök kütləsi toplayır (şəkil 9).    
Gövdəsi  dikduran,  səthi  sığallı,  hündürlüyü  2  m-ə  qədərdir. 
Uzunluğu  5-20  sm  olan    torpaqaltı  zoğları  (kökümsov  gövdəsi) 
torpağın  8-10  sm  dərinliyində  yerləşir.  Kökümsov  gövdənin  tu-
murcuqları  torpaq  səthində  göründükdə  yaşıl  vegetativ  budaqlara 
çevrilir və öz ətrafında kollanma zoğlarını formalaşdırır. Köküm-
sov gövdələrin həyatının uzunluğu 3-4 ildir. 
Qılçıqsız  tonqalotunun  yarpaq  ayası  uzun,  enli  (eni  2  sm  -ə 
qədər  ola  bilər),  açıq-yaşıl,  yaxud  tünd-yaşıl,  orta  damarı  ağ 
rənglidir.  Dilçəsi  qısa,  oval  formalıdır.  Yarpaqlanması  48-60%-
dir. Uzanmış vegetativ zoğlar daha artıq yarpaqlanırlar. 
Çiçək  qrupu  uzunluğu  10-35  sm-ə  qədər  olan  süpürgədir. 
Süpürgəsi  çiçəkləməyə  qədər  sıx,  çiçəkləmədən  sonra  dağınıq 
olub,    yetişdikdə  bir  tərəfə  əyiləndir.  Süpürgədə  30-a  qədər 
sünbülcük olur. Sünbülcükləri iri, 5-12 çiçəkli, çox vaxt bənövşəyi 
rənglidir.  Meyvəsi  (səpin  materialı)  çiçək  pulcuğu  ilə  kip  örtülü, 
9-12 mm uzunluqda, 2,5-3,0 mm enində tünd-boz rəngli, qılçıqsız, 
tökülməyən  dənmeyvədir.  Çılpaq  meyvəsi  tünd-darçını  rənglidir. 
Toxumun  1000  ədədinin  kütləsi  3,5  qrama  yaxındır.  Toxumlar 
cücərmə qabiliyyətini 4-5 il saxlayır. 
Tonqalotu istiliyə az tələbkardır. Həyat qabiliyyətli cücərtiləri 
4-5 
0
C temperaturda  alınır, lakin toxumlar 20-30 
0
C temperaturda 
daha  yaxşı  cücərirlər,  35-40 
0
C  temperaturda  cücərmə  dayanır. 
Yaz    zoğlarının  əmələ  gəlməsi  orta  sutkalıq  temperatur  6-7 
0

olduqda  başlayır,  payızda  torpağın  temperaturu  4-5 
0
C  endikdə 
inkişafı  dayanır.  Qidalanma  mühitində  temperaturun  10-23 
0

olması  kökün daha yaxşı inkişafı üçün zəruridir. 
Çiçəkləmənin  başlaması  üçün  aktiv  temperaturlar  cəmi  800 


51 
 
0
C-dən  az  olmamalıdır.  Temperaturun  21-30 
0
C və havanın nisbi 
rütubətinin 30-60% olması çiçəkləmə üçün əlverişli şəraitdir. 
Qılçıqsız  tonqalotu  şaxtaya  davamlıdır.  Qarsız  qışda  o,  -  40 
0
C-yə  qədər  şaxtalara  dözür.  Tonqalotunun  cücərtiləri  və    cavan 
zoğları  şaxtalara  daha  asan  dözürlər.  Cücərtilər  temperaturun  -5 
0
C-yə  enməsinə  dözürlər,  yaşlı  bitkilər  yazda  -18 
0
C-yə  qədər 
şaxtalara  dözürlər.  Eyni  zamanda  sünbülləmə  və  çiçəkləmə 
dövründə  əhəmiyyətli  dərəcədə  daha  kiçik  şaxtalar  sünbülcük 
pulcuqlarının və yarpaqların uc hissəsinin qurumasına səbəb olur. 
Payızda  temperaturun  aşağı  düşməsinə  həssaslıq  yenə  də  azalır. 
Tonqalotunun  yüksək qışadavamlılığı kollanma düyününün digər 
taxıl otları ilə müqayisədə daha dərində yerləşməsi ilə izah olunur. 
Tonqalotu  quraqlığa  davamlı  bitki  hesab  olunur.  Ancaq  ilk 
dövrlərdə o nəmliyə çox tələbkardır. Toxumun şişməsi və cücər-
məsi üçün öz kütləsinin 120%-i  qədər nəmlik tələb olunur. Daha 
yaxşı  cücərtilərin  alınması  üçün  torpağın  nəmliyi  tarla  rütubət 
tutumunun 60% həddində olmalıdır. Transpirasiya əmsalı 720-yə 
çatır. 
Tonqalotunun mühüm bioloji xüsusiyyətlərindən biri də artıq 
nəmliyə  yüksək  davamlı  olmasıdır.  O,  yaz  subasmalarına  30-45 
gün dözür. İşıq sevən bitkidir, ona görə açıq sahələrdə yaxşı bitir.  
Tonqalotu  müxtəlif  torpaqlarda  inkişaf  edə  bilir,  lakin  hava-
lanması yaxşı olan, gilli və qumsal torpaqlarda, qara torpaqlarda, 
yumşaq çaybasar torpaqlarda, qurudulmuş torflu torpaqlarda daha 
yüksək məhsul  verir. 
Sortları: Geniş yayılmış sortlarına misal olaraq Dedinovskiy -
3, Fakelnıy və s. göstərmək olar. 
Becərilmə  texnologiyası.  Tarla  növbəli  əkinlərində  qılçıqsız 
tonqalotu  qarğıdalıdan,  kartofdan,  günəbaxandan  və  dənli-paxlalı 
bitkilərdən sonra yerləşdirilir. 
Tonqalotu  üzvi  və  mineral  gübrələrin  verilməsinə  (xüsusən 
azotlu  və  fosforlu)  yaxşı  reaksiya  göstərir.  Əsas  şum  altına  hər 
hektara 3-4 sentner superfosfat və 1 sentner kalium gübrəsi veril-
dikdə daha çox məhsul artımı əldə etmək mümkün olur. Azot güb-
rəsi vegetativ kütlənin boy atmasını gücləndirir, ona görə də o, hər 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə