Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə12/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   45

52 
 
il  yazda  yemləmə  şəklində  malalamadan  qabaq  təsiredici  maddə 
hesabı ilə hektara 50-60 kq verilir.  
Tonqalotunu  quru  ot  üçün  örtüksüz,  eləcə  də  örtük  bitkisi 
altına səpərək becərmək  mümkündür. Onu erkən  yazda, eləcə də 
yayda və payızda səpirlər. Daha yaxşı səpin müddəti payızdır.   
Səpin norması başdan - başa cərgəvi əkinlərdə hektara 4 mln. 
ədəd  cücərmə  qabiliyyətli  toxum  (16-18  kq),  gencərgəlidə  isə  2 
mln.  ədəd  cücərmə  qabiliyyətli  toxumdur  (10-11kq).  Münbit 
torpaqlarda  səpin  norması  azaldıla  bilər,  şoran  torpaqlarda  isə 
əksinə artırılır. Qılçıqsız tonqalotunun toxumları yüngül olduğuna 
görə  çətin  səpilir.  Səpinin  bir  bərabərdə  aparılması  üçün  əkin 
materialına xırda dənəvərləşdirilmiş superfosfat (50 kq/ha)  əlavə 
edilir. 
Əlverişsiz  şəraitə  davamlılığının  əsas  səbəbi  toxumun  basdı-
rılma  dərinliyi  ilə  nizamlanan  kollanma  düyününün  dərində  yer-
ləşməsidir. Tonqalotunun kollanma düyününün normal dərinlikdə 
yerləşməsinə  toxumları  4-5  sm  dərinliyə,  qranulometrik  tərkibi 
ağır  olan  torpaqlarda  isə  2-3  sm  dərinliyə  basdırdıqda  müvəffəq 
olmaq mümkündür. 
Qılçıqsız  tonqalotu  çiçəkləmə  fazasına  qədər  (süpürgələmə 
dövründə)  biçildikdə  yaxşı  quru  ot  məhsulu  verir,  çiçəkləmədən 
sonra tez qabalaşır. 
Toxumluq sahənin yığılması kombaynla birbaşa, yaxud hissə-
hissə tam  yetişkənlik  fazasında  yerinə  yetirilir.  Hissə-hissə  yığım 
üsulunda biçini mum yetişkənlik fazasında həyata keçirmək müm-
kündür.  Yığımdan  sonra  toxum  digər  qarışıqlardan  təmizlənir, 
qurudulur və saxlanılan yerə yığılır. 
 
2. 3. Çəmən topalı 
 
Əhəmiyyəti.  Çəmən  topalı  yaxşı  keyfiyyətli  yem  verir.  Çə-
mən topalı çəmən pişikquyruğundan sonra daha çox yayılmış taxıl 
otudur.  Yerüstü  hissəsi  seyrəkləşmiş  kolu  xatırladır.  Səpilən  ili 
güclü  budaqlanır.  Quru  otun  tərkibində  12%-ə  qədər  zülal  olur. 
Hər hektardan 30-40 sentner quru ot məhsulu götürülür. 


53 
 
Azərbaycanın dağlıq və dağətəyi bölgələrində, xüsusən dəm-
yə torpaqlarda yaxşı inkişaf edib güclü yaşıl kütlə əmələ gətirir. 
Respublikamızın  suvarılan  bölgələrində  çoxillik  paxlalı  yem 
bitkiləri ilə qarışıq əkdikdə  yüksək məhsuldar əkmə otların  yara-
dılması üçün əvəzsiz yem bitkisidir.  
Botaniki  quruluşu  və  bioloji  xüsusiyyətləri.  Çəmən  topalı 
(Festuca pratensis Huds.) güclü inkişaf etmiş saçaqlı kök sistemi 
olan  çoxillik  ot  bitkisidir.  Süpürgələmə  dövründə  kökü  torpağın 
80 sm, həyatının ikinci ilinin sonunda isə 160 sm-ə çatır. Gövdəsi 
dikduran  və  yaxşı  yarpaqlanandır.  Yarpağın  alt  tərəfi  parlayır  və 
bitkinin  hündürlüyü  140  sm-ə  çatır.  Çiçək  qrupu  süpürgədir. 
Meyvəsi açıq-boz rəngli və pərdəlidir (şəkil 10). Toxumun mütləq 
kütləsi  2  qrama  yaxındır.  Həyatının  birinci  ili  yalnız  vegetativ 
gövdələr  əmələ  gətirir.  Örtüksüz  səpinlərdə  tam  inkişafına  həya-
tının ikinci ili çatır. Örtük bitkisi kimi qarışıq səpinlərdə tam inki-
şafına  həyatının  üçüncü  ili  çatır.  Çiçəkləmə  iyunun    əvvəlində 
qeydə alınır, toxumların yetişməsi isə iyulun birinci yarısında başa 
çatır. 
Çəmən  topalı  qışa  davamlıdır.  Quraqlığa  davamlılığı  da 
yüksəkdir.  Küləşi  keyfiyyətlidir.  Çəmən  topalı  1  ton    məhsulla 
torpaqdan  19  kq  azot,  7    kq  fosfor,  20  kq  kalium  elementi  tələb 
edir. Çürüntü qatı çox olan gilli və gillicəli torpaqlarda yaxşı bitir. 
Azotla  zəif  təmin  olunmuş  qumsal  torpaqlar  da  bu  bitki  üçün 
əlverişlidir.  
Becərilmə  texnologiyası.  Çəmən  topalını  səpin  yoncası  və 
xaşa  ilə  qarışıq  da  səpmək  mümkündür.  Paxlalılarla  qarışıq 
səpdikdə hektara 10-12 kq (3-4 mily.) toxum götürülür. Dən məq-
sədi ilə təmiz səpinlərdə çəmən topalını gencərgəli yaxud adi cər-
gəli üsulla səpirlər. Gencərgəli əkinlərdə səpin norması hektara 8-
9 kq(2-3 mil.), adi cərgəvi əkinlərdə isə 15-16 kq (4-5 mil.) - dır. 
Əkinlərə  qulluq  çəmən  pişikquyruğunda  olduğu  kimidir.  Çəmən 
topalının  dəni  yetişən  zaman  tez  tökülür.  Ona  görə  də  yığıma 
mum yetişkənlik fazasında başlayırlar. Yaxşı olar ki, toxumluq sa-
hələr birbaşa kombaynla  yığılsın. Yığılmış toxumları təmizlədik-
dən sonra nəmliyini  14-15%-ə çatdırırlar və saxlama yerlərinə da-


54 
 
şıyırlar. Təcrübələr göstərmişdir ki, becərmə texnologiyasına düz-
gün əməl etdikdə hektardan 10-12 sentner dən məhsulu götürmək 
olar. 
Sortları: Geniş yayılmış sortlarına misal olaraq  Dedinovska-
ya - 8, Dotnuvskaya - 1 və s. göstərmək olar. 
 
2. 4. Qamışvari topal 
 
Qamışvari  topal  (Festuca  arundinacea  Schreb.)  qırtıckimilər 
(Poaceae) fəsiləsinə daxil olan çoxillik, seyrəkkollu, üst mərtəbəli 
ot  tipli  bitkidir.  Tarla  və  çəmən  yem  istehsalında  yaşıl  kütlə,  ot 
unu, qranul, briket, silos, senaj, quru ot və s. hazırlanması üçün is-
tifadə edilir. 
Yaxşı  xora  verməsi,  uzun  ömürlü  olması  və  yem  keyfiyyə-
tinin pis olmaması ilə seçilir. ABŞ-da və bir sıra Avropa ölkələ-
rinə yayılmışdır. 
Hektardan 100 sen.-dən artıq quru ot  verə bilir. Orta  quru  ot  
məhsuldarlığı 50-60 s/ha, toxum məhsuldarlığı isə 3-8 s/ha - dır.  
Kök  sistemi  saçaqlıdır,  güclü  inkişaf  etmiş  və  əkin  qatında 
yayılmışdır. 
Gövdələri  1,7  m-ə  qədər  hündürlükdə,  dik  duran,  elastiki, 
yoğunlaşmış, yatmaya davamlı süpürgənin əsasında tüklüdür. 
Yarpaqları uzun,  xətvari, uzunsov itiləşmiş, yastı, tünd yaşıl, 
qabadır. Qulaqcığı qısa, küt, bəzən kirpiklidir. 
Çiçək  qrupu  iri,  hər  tərəfə  budaqlanan  və  yaxud  bir  tərəfə 
əyilən  uzun    budaqcıqları  olan  süpürgədir.  Budaqcıqlarındakı 
sünbülcüklərin sayı çəmən topalında olduğundan 3-4 dəfə çoxdur. 
Sünbülcüyündə 4-5 çiçək olur (şəkil 11). 
Meyvəsi uzadılmış, bozumtul-sarı rəngli, çiyin tərəfdən qaba-
rıq, örtüklü, qılçıqlı dəndir. 
Aşağı  çiçək    pulcuğun  damarlarında  açıq  -  sarı  rəngli  tikan-
cıqlar vardır. Qılçığına və bu tikancıqların miqdarına görə qamış-
vari  topalı  çəmən  topalından    ayırmaq  olar.  1000  dənin  kütləsi 
2,2-2,6 qr-dır. Biçənəklərdə  və çəmənliklərdə istifadə etmək üçün 
yerli sortları yaradılmışdır. 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə