Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

46 
 
asan həll olunan formadadır.  
Pişikquyruğunun çəmən üçyarpağı yaxud digər paxlalı otlarla 
qarışıq becərilməsi yemin keyfiyyətini yaxşılaşdırır. Çəmən pişik-
quyruğunun əsas yaxşı cəhəti yüksək turşuluğa dözməsi və mine-
ral qida elementləri ilə kasıb torpaqlarda boy atmaq qabiliyyətidir. 
Digər  ot  növlərinin  pis  bitdiyi  yerdə  pişikquyruğu  qənaətbəxş 
məhsul  verir.  Meşə,  meşə-çöl  və  dağlıq  sahələrdə  ot  çalımı  və 
otlaq üçün əkilir. 100 kq quru otunda 50 yem vahidi və 5 kq zülal 
var. 
Pişikquyruğunun yemlik keyfiyyəti yüksəkdir. Bütün heyvan-
lar onu iştaha ilə yeyirlər. Azərbaycanın dağlıq və dağətəyi bölgə-
lərində  çəmənçiliyi  inkişaf  etdirmək  və  dəmyə  şəraitdə  biçənək 
yaradıb yem istehsalını artırmaq üçün böyük əhəmiyyəti vardır. 
Çəmən  pişikquyruğunun  hər  hektarından  orta  hesabla  15-50 
sentner quru ot tədarük olunur. 
Botaniki  təsviri.  Çəmən  pişikquyruğu  (Phleum  pratense  L.) 
çoxillik  seyrəkkollu  ot  bitkisidir.  Kök  sistemi  saçaqlıdır,  əsasən 
torpağın  əkin  qatında  yerləşir.  Çoxlu  miqdarda  incə  kökcükləri 
olur. Kökü torpağın 80-100 sm dərinliyinə qədər uzanır. Gövdəsi 
içərisi  boş,  silindr  şəkillidir,  aşağı  hissəsi  əyiləndir.  Gövdənin 
hündürlüyü 1 metrə çatır. Çiçək qrupu sıx  sünbüləbənzər süpür-
gədir (sultan). Sünbülcüyü xırda, birçiçəklidir. Meyvəsi uzunsov-
oval  formalı  dəndir.  Toxumları  xırda  boz-sarı  rənglidir.  Mütləq 
kütləsi 0,4 - 0,5 qr-dır (şəkil 8).   
Avropa, Asiya və Afrikada 15 növü, Azərbaycanda isə 3 növü 
məlumdur. 
Bioloji  xüsusiyyətləri.  Çəmən  pişikquyruğu  uzun  gün  bitki-
sidir, temperatura tələbkardır. Toxumları 1-2 
0
C temperaturda cü-
cərməyə başlayır. Soyuğa və şaxtaya davamlılığı ilə fərqlənir. Op-
timal  temperatur  15-20 
0
C  -  dir.  Qışa  və  şaxtaya  davamlılığı  pa-
yızlıq taxıllar qədərdir. Yerüstü kütlənin formalaşması üçün opti-
mal temperaturun miqdarı 18-19 
0
C
 
- dir.  
 Çəmən pişikquyruğunun hər bir kolunda üç cür cavan budaq 
olur. 1. Qısa vegetativ  yarpaq dəstələri, 2. Uzun vegetativ budaq 
(inkişaf etmiş çiçəksiz budaqlar), 3. Generativ budaqlar (budaq və 


47 
 
çiçək qrupundan ibarətdir). 
Bir kolda budaqların miqdarı 6-280 ədədə qədər olur. Çəmən 
pişikquyruğunun  kollanması  yazda  və  yay-payız  dövründə  olur. 
Hər bir budaq generativ fazanı keçdikdən sonra məhv olur. Yəni 
bir  il  yaşayır.  Ona  görə  də  çoxillik  istifadə  zamanı  çəmən  pişik-
quyruğunun  kütləsini  torpaq  səthindən  4  sm-dən  aşağı  olmadan 
biçilməsi zəruridir. Ona görə ki, qalan vegetativ budaq yaxşı inki-
şaf edərək tam qiymətli kol əmələ gətirir.  
Çəmən  pişikquyruğu  nəmlik  sevən  bitkidir.  1  sentner  quru 
kütlə  yaratmaq  üçün  500  sentnerə  qədər  su  buxarlandırır.  Yaxşı 
quru ot və toxum məhsulu verərkən torpaqdan çoxlu qida element-
ləri tələb edir. Çəmən pişikquyruğu 1 sentner quru otla  torpaqdan 
1,3-1,4  kq  azot,  0,6-0,8  kq  fosfor,  1,9  -  2,0  kq  kalium  elementi 
aparır. Toxumluq bitki isə 1 sentner toxum və ona müvafiq yerüs-
tü kütlə ilə torpaqdan 7 kq azot, 6,3 kq fosfor və 25-26 kq kalium 
elementi aparır. Çəmən pişikquyruğu müxtəlif torpaqlarda becəri-
lir, qumsal və duzlu torpaqlar yararlı hesab edilmir. 
Sortları:  Vita -1. Mayskaya -1, Marusinskaya - 297, Pskov-
skaya mestnaya və s. 
Növbəli əkində yeri. Adətən çəmən pişikquyruğunu yonca və 
üçyarpaqla bir yerdə qarışıq səpirlər. Təmiz halda toxum məqsədi 
ilə becərilirBelə halda çoxillik paxlalı  otlardan sonra kartof   və 
çuğundurdan sonra yaxşı gübrə və peyin verilmiş tarlaya səpirlər, 
yaxud da xüsusi növbəli əkində yerləşdirirlər. 
Torpağın  becərilməsi.  Çəmən  pişikquyruğunun  toxumları 
xırda və cavan cücərtilərinin inkişafı  yavaş getdiyinə görə torpa-
ğın  ciddi  hazırlanmasına  tələbkardır.  Kövşənlik  üzlənir  və  payız 
şumu aparılır. Erkən yazda malalama ilə yanaşı kultivasiya çəkə-
rək torpağın üzərini xüsusi alətlərlə hamarlayırlar və sonra çəmən 
pişikquyruğunu  yazlıq  taxıllar  üçün  örtük  bitkisi  kimi  səpirlər. 
Toxumlar,    alaq  otlarından  təmiz,  məsaməli  və  düz  səthi  olan 
torpağa  0,5-1,0  sm  dərinliyində  basdırılır.  Eyni  zamanda  son 
dövrdə taxıl otlarını örtüksüz bitki kimi becərirlər.  
Gübrələmə.  Mineral  gübrələrin  əsas  hissəsini  çəmən  pişik-
quyruğu  kollanma  və  borulaşma  dövründə  mənimsəyir.  Alaqlan-


48 
 
manın  qarşısını  almaq  üçün  çəmən  pişikquyruğunun  sələfi  altına 
30-40  ton  peyin  verilir.  Azot  gübrəsinə  tələbkar  bitkidir.  Gübrə 
verilmədən hektardan 2 sentner toxum alındığı halda, hektara 40 
ton peyin verdikdə məhsuldarlıq 10 sentnerə, 90 kq azot verdikdə 
isə 3 sen-dən 5 sen-ə çatır.  
Səpin.  Gencərgəli  səpinlərdə  çəmən  pişikquyruğunun  səpin 
norması hektara 4-5 mil. adi cərgəvidə 8-10 milyon, qarışıq əkin-
lərdə isə 4-6 mil.- dur. 
Əkinlərə  qulluq.  Əkinlərə    ən  çox  alaq  otları  zərər  gətirir. 
Qorxulu  dövr  səpindən  1,5-2,0  ay  keçənə  qədərdir.  Çıxışlar  alın-
dıqdan sonra birinci cərgəarası becərmə aparılır. İkinci becərməni 
cərgələrdə alaq otları göründükdə aparırlar. Lazım gəldikdə üçün-
cü  becərməni  də  aparmaq  mümkündür.  Erkən  yazda  toxumluq 
sahələrə  gübrə  verərək  iki  iz  malalayırlar.  Alaq  otlarına  qarşı 
mübarizə məqsədi ilə hektara 0,4-0,8 kq 2,4-D (butil efiri) herbi-
sidini 2-3 yarpaq yaxud borulaşma dövründə çiləyirlər.  
Məhsul  yığımı.  Məhsul  tam  yetişkənlik  dövründə  birbaşa 
kombaynla,  mum  yetişkənlik  dövründə  isə  hissə-hissə  yığılır. 
Kombaynla  yığılmış  ot  toxumu  adətən  çox  zibillənmiş  və  hədsiz 
nəmli olur. Yığılmış toxumu sərərək çevirirlər, quruduqdan sonra 
sort ayıran maşınlarda çeşidləyirlər və kisələrə doldururlar. Toxu-
mun nəmliyi isə 15%-ə çatdırılır.  
 
2. 2. Qılçıqsız tonqalotu 
 
Əhəmiyyəti.  Qılçıqsız  tonqalotu  yüksək  məhsuldarlığına, 
yemlik keyfiyyətinə, quraqlığa davamlığına, müxtəlif torpaq-iqlim 
şəraitində  yetişmək  qabiliyyətinə,  eləcə  də  digər  keyfiyyətləri  ilə 
yanaşı çoxillik otlar arasında birinci yerlərdən birini tutur. Tarla ot 
əkinləri  üçün  böyük  əhəmiyyətə  malikdir.  Torpaq  münbitliyinin 
bərpaedicisi kimi dənli taxıl bitkiləri üçün yaxşı sələfdir. Qılçıqsız 
tonqalotu alaq otları ilə müvəffəqiyyətlə mübarizə etmək qabiliy-
yətinə malikdir. Artıq həyatının birinci ilinin sonuna yaxın örtük-
süz  əkinlərdə  o  alaq  otlarını  məhv  etməyə  başlayır,  ikinci  ilin 
yazında erkən boy atmağa başlayır, sürətlə inkişaf edir və alaqları 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə