Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə13/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   45

55 
 
2. 5. Çobantoppuzu 
 
Əhəmiyyəti. Çobantoppuzu yazda yüksək və keyfiyyətli yem 
kütləsi  verir.  İlk  yazda  bütün  bitkilərdən  tez  inkişafa  başlayır  ki, 
bu  da  körpə  quzuların  və  ana  qoyunların  otlaması  üçün  əlverişli 
şərait yaradır. Bundan əlavə, çobantoppuzu Azərbaycan şəraitində 
qış  fəsli  öz  yaşıl  hissəsini    itirmir.  Bu  da  qış  otlaqlarında  mal-
qaranın  otarılması  üçün  böyük  əhəmiyyət    kəsb  edir.  Torpağın 
strukturunu yaxşılaşdırır, münbitliyini bərpa edir (xüsusən çoxillik 
paxlalı  otlarla  qarışıq  əkdikdə),  qışı  sərt  keçən  dağlıq  dəmyə 
bölgələr  və  quraqlıq  ərazilər  üçün  son  dərəcə  əhəmiyyətlidir. 
Qışadavamlılığı nisbətən yüksək, quraqlığa davamlılığı isə zəifdir. 
Qurudulmuş  düzən  bataqlı  torpaqlarda,  eləcə  də  gilli  və  gillicəli 
torpaqlarda yaxşı bitir.  
Naxçıvan  Muxtar  Respublikasının  dəmyə  torpaqlarında  ço-
bantoppuzunun təmiz və qarışıq səpinlərinin öyrənilməsi onun yay 
otlaqlarının  bitki  örtüyünə  də  yaxşı  təsir  etdiyini  göstərir.  O, 
yonca və xaşa ilə qarışıq halda səpildikdə bitki örtüyü zənginləşir 
və  məhsuldarlığı  artır.  Havalar  quraq  keçdikdə  dəmyə  şəraitdə 
çobantoppuzunun  yerüstü  hissəsi  quruyur,  yağıntı  olduqda  və 
torpaqda  normal  rütubət  yarandıqda  yenidən  göyərib  yaşıl  kütlə 
əmələ gətirir. 
100  kq  yaşıl  kütləsində  23  yem  vahidi,  1,5  kq  asan  həzm 
olunan  protein  vardır.  Hektardan  80-90  sen.  quru  ot,  7-8  sen. 
toxum  verə  bilir.  Orta  quru  ot  məhsuldarlığı  40-45  s/ha,  toxum 
məhsuldarlığı  isə 7-8 s/ha-dır. 
Avropanın  hər  yerində  və  Asiyanın  bəzi  ərazilərində  çoban-
toppuzunun  5  növü  yayılmışdır.  Çobantoppuzu  Orta  Asiyada, 
Qafqazda, Ukraynada və Rusiyanın Qeyri-qaratorpaq bölgələrində 
də yaxşı inkişaf edir. Azərbaycanda 3 növü vardır. 
Botaniki quruluşu və bioloji xüsusiyyətləri. Çobantoppuzu 
(Dactylis  glomerata  L.)  seyrəkkollu  çoxillik  ot  bitkisidir.  Saçaqlı 
kök sistemi torpağın 100 sm dərinliyinə işləyir. Gövdəsi dikduran-
dır  və  hündürlüyü  150  sm-ə  çatır.  Hər  gövdədə  4-8  buğum  olur. 
Uzun  müddət  biçilməmiş  qaldıqda  gövdəsi  qabalaşır.  Yarpaqları 


56 
 
enli (4-12 mm) və uzundur (60 sm -ə qədər). Yarpaqları silindrşə-
killidir,  yeni  əmələ  gəldikdə uzununa  ikiqat  bükülür. Yarpaqların 
rəngi əvvəl göyümtül-yaşıla, sonra isə sarımtıl-yaşıla çalır. Yarpa-
ğın dilçəsi uzun (3-8 mm) örtüklü, yuxarı hissədən itiləşmiş olur. 
Çiçək  qrupu  sıx  süpürgədir.  Süpürgəsi    çiçəkləməyə  qədər  yığ-
cam, çiçəkləmədən sonra dağınıq olur.  Sünbülcüyü 2-3 çiçəkli, 6 
-7  mm  uzunluqda,  uzunsov-yumurtavari,  ağımtıl-yaşılımtıl,  çox 
vaxt isə bənövşəyi rəngli olur. Sünbülcüklər süpürgənin əsas oxu, 
yaxud  da  yan  budaqların  üzərində  yerləşir.  Toxumu  (meyvəsi) 
yastı,  pərdəli,  üçkünc nisbətən uzunsov formalı və boz rənglidir. 
Mütləq kütləsi 0,5-1,46 qramdır (şəkil 12). 
 Çobantoppuzu  tez  inkişaf  edən  və  nəmlik  sevən  bitkidir.  
Birinci ili  0,3-1,4 metr hündürlükdə, uzun yarpaqlı vegetativ göv-
dələr,  ikinci  və  sonrakı  illər  isə  vegetativ  və  generativ  gövdələr 
əmələ  gətirir.  İkinci  ilin  iyununda  çiçəkləyir,  toxumunun  yetiş-
məsi  isə  iyulun  əvvəlində  başa  çatır.  Bir    ton  quru  ot  yaratmaq 
üçün çobantoppuzu torpaqdan 21 kq azot, 11 kq fosfor və 33 kq 
kalium elementi aparır. Azot gübrəsinə daha tələbkardır.  
Becərilmə  xüsusiyyətləri.  Təmiz  səpinlərdə  səpin  norması 
hektara  14-15  kq  (6-7mil.)-dır.  Toxum  məqsədilə  gencərgəli  sə-
pinlərdə  isə  norma  8-9  kq-  a  (3-4  mil.)  bərabərdir.  Tarla  növbəli 
əkinlərində  qarışıq  səpilərkən  səpin  norması  7-8  kq  götürülür. 
Toxumu tam yetişkənlik fazasında kombaynla yığırlar.  
Həyat  tərzi  yoncaya  uyğun  olduğundan  Azərbaycanın  suva-
rılan  bölgələrində  xüsusən  pambıqçılıq  rayonlarında  yonca  ilə 
qarışıq əkildikdə daha yaxşı nəticə verir.  
Çobantoppuzu  suvarıldıqda  bol  məhsul  verir.  O,  işığa  tələb-
kardır, lakin kolların, ağacların altında və meşələrdə də yaxşı inki-
şaf edir. Bu, çobantoppuzunun işıq və kölgəsevən bitki olduğunu 
göstərir. Onun çoxillik paxlalılarla qarışıq əkini torpağın struktu-
runu yaxşılaşdırır. 
Sortları: Ot əkinlərində, çəmənçilikdə və otlaqlarda  çoban-
toppuzunun 20-dən çox sortu istifadə edilir. Azərbaycanda (2010)  
АзНИИКЛиП - 3 sortu (AzETYÇ və Oİ- da alınmışdır).1996-cı 
ildən rayonlaşdırılmışdır.  


57 
 
2. 6. Ayrıq  
 
Əhəmiyyəti.    Ayrığın    quru  otunda  6,5-8,0%  protein,  yaxşı 
mineral maddələr vardır. Qidalılığı çox yüksəkdir. Ayrığın  becə-
rilməsinə XX əsrdə başlanılmışdır. 
Torpağı külək və su eroziyasından çox yaxşı qoruyur. Hektar-
dan  70-80  sen.  quru  ot,  5-6  sen.  toxum  verə  bilir.  Orta  quru  ot 
məhsuldarlığı  30-35  s/ha,  toxum  məhsuldarlığı    isə  3,0-3,5  s/ha-
dır. 
Botaniki təsviri. Ayrığın  (Agropyron) kök sistemi saçaqlıdır 
və  torpağın  2,0-2,5  m  dərinliyinə  işləyir.  Gövdəsinin  içi  boş  və 
yaxşı  yarpaqlanandır.  Bitkinin  hündürlüyü  50-80  sm-dir.  Bir 
bitkidə çoxlu budaqlar olur. Birinci ili bitkinin 40-a qədər budağı 
olur.  Çiçək  qrupu  1,5-6,5  sm  uzunluqda,  1,0-2,5  sm  enində  sıx 
sünbüldür. Sünbülcüyündə 3-10 ədəd çiçək olur. Meyvəsi küləşi-
sarı rəngli, ensiz-lansetvari, uzunsov, 5-7 mm uzunluqda, 1,0 mm-
ə  qədər  enində,  nəhayəti  qılçıqşəkilli  (3-4  mm)  dənmeyvədir. 
1000  dəninin    kütləsi  1,8-2,7  qr-dır  (şəkil  13).  Çarpaz  tozlanan 
bitkidir,  ancaq  öz-özünə  də  tozlana  bilir.  Sünbülünün  formasına 
görə ayrıq iki yerə ayrılır: ensizsünbül  ayrıq  və  enlisünbül ayrıq. 
Ensizsünbül ayrığın  ən çox iki növü  yayılıb. Sibir (qırılan)  ayrıq 
(Agropyron  fragile  P.  Candargy)  və  Səhra  ayrığı  (Agropyron 
desertorum Schult.). Enlisünbül ayrığın da iki növü mədəni yayıl-
mışdır:  Daraqsünbül  (Agropyron  cristatum  Beauv.)  və  daraqvari 
(Agropyron pectinatum Beauv.) ayrıq.  
Bioloji  xüsusiyyətləri.  Ayrıq  soyuğa  və  şaxtaya  davamlıdır. 
Hətta  səpin  yoncasından  da  davamlıdır.  Quraqlığa  davamlılığı 
yüksəkdir.  Uzun  müddət  quraqlığa  dözür,  nəmlik  düşən  kimi 
yaxşı  inkişaf  edir.  Neytral  reaksiyalı  və  zəif  duzlu  torpaqlarda 
yaxşı  bitir.  1  sentner  quru  ot  məhsulu  yaratmaq  üçün  torpaqdan 
2,2 kq azot, 0,54 kq fosfor və 2,1 kq kalium elementi tələb edir. 
Eyni tarlada 5-6 il becərilə bilir. Ən yüksək məhsulu 4-cü və 5-ci 
illərdə  verir.  Ayrığı    örtük  bitkisi  kimi  yazlıq  taxıllardan  sonra 
səpirlər.  Örtük  bitkisini  yerli  şəraiti  nəzərə  alaraq  seçirlər.  Ayrıq 
əkinlərinə  hektara  30-50  kq  azot,  45-60  kq  fosfor  və  30-45  kq 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə