Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   45

20 
 
spicatum Koern. (sin. P. tuphoides Stapf və Hubbard) Afrika mən-
şəlidir. Bitkinin becərilmə tarixi demək olar ki, 2 min ildir. Bu nö-
vün  Afrikada  və  Hindistanda  becərilən  sortları  çox  dəyişkənliyə 
uğramışdır. Bu da onların erkək və dişi cinslərinin eyni vaxtda ye-
tişməməsi və çarpaz  tozlanmaları ilə əlaqədardır.  
Afrika darısı birillik, dik dayanan yaxşı kollanan (2-40 budaq 
əmələ gətirir), güclü kök sisteminə malik olan taxıl bitkisidir. Kök 
sistemi saçaqlı və möһkəm olub, torpağın çox dərinliyinə işləyir. 
Gövdəsi  silindrik  formalı,  yaşıl  rəngli,  içərisi  parenximlə  dolu, 
qabarıq və düyün nöqtələri (buğumları) tüklüdür. Gövdəsi  0,5-4,0 
m hündürlükdədir. Becərmə şəraitindən asılı olaraq һər bitkidə 18-
ə qədər zoğ əmələ gəlir.  
Bir bitkidə 12-yə qədər yarpaq olur. Yarpağının forması tipik 
taxıllardakı  kimidir.Yarpaq  səthi  çılpaq  və  ya  tüklü  olmaqla    uz-
unluğu 30-100 sm, eni 0,5-5,0 sm olmaqla, qını uzun, yuxarı his-
sədən  açıqdır.  Gövdənin  nəhayətində  yerləşən  çiçək  qrupu  silin-
drik formalı, çox sıx, müxtəlif uzunluqda (10-50 sm) eni 0,5- 4,0 
sm olan yığcam süpürgədir. Bəzi formaları qısa, sərt, tikan şəkilli 
tükcüklüdür. Süpürgəsində 0,8-dən 3 minə qədər sünbülcük  olur. 
Sünbülcüyü  2  çiçəklidir.  Aşağı  çiçəkləri  yalnız  erkəkciyi  olduğu 
üçün  məhsulsuz,  yuxarı  çiçəkləri  ikicinsli  və  məhsuldardır. 
Meyvəsi xırda  yumurtavarı ucu itiləşmiş dəndir. 1000 dənin küt-
ləsi 7-12 qr-dır. Dəni ağ, sarı, boz və ya tutqun mavi rəngli olmaq-
la iri rüşeymlidir (şəkil 6-7). 
Bioloji  xüsusiyyətləri.  Afrika  darısı  istiliyə  çox  yüksək  da-
vamlılığı, suya və torpağa tələbkar  olmaması ilə seçilir. Onu qida 
maddələri    ilə  zəif  təmin  olunmuş  və  illik  yağmurların  miqdarı 
250-300 mm olan və başqa tropik dənli bitkilər üçün yararsız he-
sab olunan torpaqlarda becərmək mümkündür. Ancaq belə şərait-
də  ondan  yüksək  məhsul  gözləmək  olmaz.  Onun  becərilməsi  və 
yüksək  məhsul verməsi üçün optimal şərait olmalıdır.  Toxumları 
12-16 
0
C temperaturda cücərir. Temperatur səviyyəsi 25-30 
0
C, çi-
çəkləmə  vaxtı    ən  azı  20 
0
C  olmalıdır.  Toxumlar  normal  şəraitə 
düşdükdə  bir  һəftədən  sonra  cücərir.  İlk  cücərtilər  əmələ  gəldik-
dən sonra sürətlə inkişaf edib güclü kök sistemi yaranır. Bu dövr-


21 
 
də bitkinin yerüstü һissəsi çox zəif inkişaf edir. Kollanma vaxtı isə 
bitki sürətlə böyüyür. 
 Afrika darısı gündüzləri isti, gecələri sərin olan, ildə 600-700 
mm yağıntı düşən yerlərdə yaxşı bitir. Səpin vaxtı, cücərtilər alı-
nan vaxtı, kollanma çiçəkləmə və dən dolma vaxtı nəmliklə yaxşı 
təmin  olunmalıdır.  Yetişmə  vaxtı  yağışlar  düşməməlidir.  Çiçək-
ləyən  vaxtı  güclü  küləklər  qorxuludur.  Bu  tozlanmaya  pis  təsir 
edir  və  süpürgənin  məhsuldarlığını  aşağı  salır.  Qısa  günlərdə  tez 
çiçəkləyir və dəni yaxşı yetişir. Vegetasiya dövrü 60-150 gün  ara-
sında dəyişir. 
Afrika darısı neytral, yüngül gillicəli, münbit torpaqlarda yax-
şı bitir. 
Növbəli  əkində  yeri.  Afrika  darısını  tropiklərdə  ənənəvi 
olaraq başqa birillik bitkilərlə (nut, araxis, pambıq və. s) bir yerdə 
becərilir. Onun bir növlü (təmiz) əkinləri daha məhsuldar olur və 
daha məhsuldar sort və hibridlərinin intensiv  texnologiya ilə be-
cərilməsinə  imkan  olur.  Tez  yetişən  (60-90  günə)  sortları  qərbi 
Afrikada ikinci bitki kimi araxisdən və pambıqdan sonra əkilir və 
bir ildə iki məhsul alınmasına şərait yaradır. 
Gec yetişən (100-150 günə) sortları isə növbəli əkində viqna-
dan  (inək  noxudu),  araxisdən,  pambıqdan,  küncütdən  və.  s  sonra 
yerləşdirirlir.  Afrika  darısı  bir  tarlada  2-3  il  saxlandıqda  torpağı 
çox  kasıblaşdırır  və  ondan  sonra  torpaq  münbitliyinə    az  tələbat 
göstərən bitkilər araxis, inək noxudu və. s əkmək lazımdır. 
Səpin  qabağı  tədbirlər.  Səpin  qabağı    torpaq  10-15  sm  də-
rinlikdə  yumşaldılır. Bu iş torpaq səthi daş və kəsəklərdən təmiz, 
hamar və  yumşaq olana qədər aparılır. Torpaq nəm olduqda  darı  
tirəyə  səpilməlidir.  Səpin  vaxtı  dəmyə  şəraitdə  yağışların  yağma 
müddətindən əvvəl və ya bu müddətin ortaları, suvarma şəraitində 
isə  yağışlardan sonradır.  Afrika darısının ən  yaxşı səpin  müddəti 
aprelin axırı, mayın ortalarıdır. Respublikanın şoran torpaqlarında 
da  becərmək  mümkündür.  Toxumları  2-3  sm  dərinliyə  basdırılır. 
Səpinlə  birlikdə  və  ya  torpağın  axırıncı  becərilməsi  zamanı  hek-
tara  40-50  kq  fosfor  və  kalium  50-55  kq  azot  gübrəsi  verilməsi 
məsləhət görülür. Bu azotun normasının yarısı qədərdir. Qalan ya-


22 
 
rısı isə yemləmə şəklində 2 dəfəyə, səpindən 30 və 45 gün sonra 
verilir.  
Ancaq  darı  əkinlərinin  çox  hissəsinə  gübrə  verilmir.  Kəndli 
təsərrüfatlarında  darı  əllə  səpilir.    Hektara  7-9  kq  toxum  səpirlər 
(bəzən 10-12 kq ) və yaxud da yuva üsulu ilə hər yuvaya 4-6 to-
xum qoyulur.  
Cərgəvi  səpinləri  səpici  aqreqatla  cərgəaraları  60-100  sm  və 
daha  çox  olmaqla  aparılır  və  hektara  2-5  kq  toxum  səpilir.  Hin-
distanda  alçaq  boylu  sortları  daha  sıx,  cərgəaraları  22-30  sm  ol-
maqla səpilir. 
Lazım gəldikdə cücərtilər seyrəldilir. Quru tropiklərdə hektar-
da 30 - 40 min nəmli yerlərdə isə 80-100 min bitki saxlanılır. 
Qərbi Afrikanın bəzi ölkələrində və Hindistanın bəzi ştatların-
da  darı  şitillə  əkilir.  Şitilləri  20-30  gün  müddətində  xüsusi  açıq 
pitomniklərdə (şitilliklərdə) yetişdirilir və hər yuvaya 2-3 şitil əki-
lir. Şitil kimi bəzən yaşlı bitkilərin  yan budaqlarından da istifadə 
edilir. 
Əkinə qulluq. Darı əkinlərində qulluq asandır. 2-3 dəfə yum-
şaltma, əl kətmənləməsi aparılır. Bu iş sahələri alaq basdıqda, bit-
kilər  zəif  böyüdükdə  aparılır.  Hündürboylu  sortların  dibi  doldu-
rulur. Quraqlıq illərdə 2- 4 dəfə şırımlarla suvarma aparılır. 
Yığım. Afrika darısının yığımı bir qayda olaraq əllə aparılır. 
Süpürgələr tam  yetişdikdə yığılır. Əgər güclü kollanan sortu əki-
libsə onda yığım bir neçə dəfəyə aparılır.Toxumlar əllə və ya hey-
vanların köməyi ilə döyülür. 
Silos  üçün  bitkilər  çiçəkləməyə  başladığı  dövrdə  çalınır. 
Çünki  çiçəkləmə  dövründə  bitkilərin  yarpaq  və  gövdələri  zərif, 
tərkibi isə karboһidratlarla zəngin olur. 
 
 
 
 
 
 
 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə