Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il


 Birillik  üçyarpaqlar (üçyarpaq yoncalar)



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə20/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

77 
 
3. 5. Birillik  üçyarpaqlar (üçyarpaq yoncalar) 
 
3.5.1.  İran  üçyarpağı  (İran  üçyarpaq  yoncası)  (şabdar) 
(Trifolium resupinatum L.) birillik yazlıq və payızlıq bitkidir. İran 
üçyarpaq  yoncası  (şabdar)  suvarılan  rayonlarda  qiymətli  yem 
bitkisidir.  Respublikanın  rayonlarında  hər  hektardan  70  sentner 
əlverişli  şəraitdə  isə  150  sentnerə  qədər  quru  ot  məhsulu  verir. 
İran  üçyarpaq  yoncası  (bundan  sonra  İran  üçyarpağı)    yabanı 
halda  Lənkəran-Astara  zonasının  təbii  biçənəklərinin  30%-ni 
təşkil  edir.  Qidalılığına  görə  yonca  bitkisinə  yaxındır.  Gövdəsi, 
yarpaqları yumşaq və xoş iylidir (şəkil 25).  
Pambıq bitkisi üçün şabdar gözəl sələfdir.  Yaşıl gübrə kimi 
istifadə  etdikdə  pambığın  məhsuldarlığı  hektardan  10-12  sentner 
artır. 
İran üçyarpağının (şabdar)  becərilməsi üçün əlavə tarla tələb 
edilmir. Belə ki, iki mövsüm arasında onu pambıq cərgələri içinə 
payızda səpdikdə aprel ayına kimi yüksək məhsul almaq olar. Orta 
Asiyada  erkən  yaz  səpinində  iyun  ayında  çiçəkləyir.  Tərkibində 
17-18%  protein  olan  yüksək  qidalı  quru  ot  məhsuldarlığı  hektar-
dan 80-100 sentnerə çatır.  
Toxumları  əlverişli  şəraitdə  bir  sutkaya  cücərir.  Cücərtilər 
şaxtaya davamlıdır. 
Torpağa tələbkar deyildir.  İran üçyarpağı (şabdar)  çox məh-
suldar olduğundan onu yonca ilə qarışıq əkmək faydalıdır. Şabda-
rın hesabına yoncanın məhsulu birinci ili 35-40% artır.  
Kök sistemi orta güclüdür. Gövdəsi az budaqlanan, yüksələn-
dir.  Bitkinin  hündürlüyü  20-30  sm  və  daha  artıqdır.  Başcığı 
şarşəkillidir. Çiçəkləri çəhrayıdır. Yaxşı bal verən bitkidir. Suvar-
ma şəraitində 3-4 biçin verir. Vegetasiya dövrünün uzunluğu 80-
135 gündür. 
Suvarma şəraitində bitkinin boyu 70-100 sm-ə çatır. Yarpaq-
ları üçguşəlidir. Çiçək qrupu yarım şar şəkillidir. Toxumu yumur-
tavarıdır,  sarı,  yaşıl,  qəhvəyi  rəngdə  olur.  Mütləq  kütləsi  1,5-1,8 
qramdır. 
Suvarılan rayonlarda 2-3 dəfə biçmək olar. İkinci biçin üçün 


78 
 
30-40, üçüncü biçin üçün isə 50 gün tələb olunur. Çarpaz tozlanan 
bitkidir. 
Toxumları  çox  xırda  olduğundan  səpin  qabağı  sahəyə  mala 
çəkmək  lazımdır. Onu payızda səpdikdə səpinqabağı əkilmiş sahə 
suvarılmalı və malalanmadan sonra səpinə başlanmalıdır. 
Fosfor  və  kalium  gübrəsinə  tələbkardır.  Şabdar  adi  cərgəvi 
üsulla  səpilir.  Səpin  norması  hektara  12-16  kq,  toxumun 
basdırılma dərinliyi 1,5-2,0 sm-dir. Vegetasiya müddətində müx-
təlif şərtlərdən asılı olaraq şabdar 4-5 dəfə suvarıla bilər. Şabdarın 
səpin müddəti payızda oktyabr ayındadır. 
Quru  ot  üçün  çiçəkləmə  dövrünün  başlanğıcında  şabdarı 
biçmək lazımdır, gecikdirildikdə 2-ci biçinin məhsulu aşağı düşür. 
Toxum  almaq  məqsədilə  şabdarın  ancaq  birinci  biçini  sax-
lanılır.  Çünki,  birinci  biçindən  götürülən  toxum  məhsulu  keyfiy-
yətli olur. Biçin başcıqların 70-80%-i qonurlaşdıqda aparılır. Küt-
lə quruduqdan sonra birbaşa kombaynla döyülür. 
Şabdar kövşənlik əkinlərdə daha yaxşı bitir. Şabdarın kövşən-
lik əkinlərdə yaşıl kütlə məhsuldarlığı hektardan 230-240 sentnerə 
çatır. 
3.5.2. Al-qırmızı üçyarpaq yonca (Trifolium incarnatum L.) 
(bundan  sonra  al-qırmızı  üçyarpaq)  birillik  bitkidir.  Mil  kök  və 
çoxlu miqdarda yan köklərdən ibarətdir. Gövdəsi qüvvəli, qalın və 
yumşaq  tüklüdür.  Yarpaqları  iridir.  Hamaşçiçəyi  silindir  formalı 
başcıqdır. Süpürgənin çiçəkləri parlaq qırmızı rəngə boyanmışdır 
(şəkil 25).  
Al-qırmızı üçyarpaq istilik və nəmlik sevən bitkidir, havalan-
ması  yaxşı  olan  torpaqlar  onun  üçün  üstünlük  təşkil  edir.  Yaz 
nəmişli keçdikdə tez boy atır və inkişaf edir. Bitkinin hündürlüyü 
50-60 sm-dir. Qafqaz respublikalarında suvarma şəraitində hektar-
dan  50  sentner  quru  ot  və  3-5  sentner  toxum  məhsulu  verir.  Hər 
şeydən əvvəl bağçılıqda siderat bitki qismində becərilməsi müm-
kündür.  
Al-qırmızı  üçyarpaq  yazda  örtüksüz  bitki  kimi  səpilir.  Yem 
məqsədi  ilə  becərildikdə  səpin  norması  hektara  30-35  kq,  toxum 
üçün isə 20-25 kq götürülür.  


79 
 
Bu  üçyarpaq  adətən  bir  biçin  verir.  Toxum  üçün  başcıqlar 
qonurlaşdıqda kombaynla yığılır. 
3.5.3. Aleksandr üçyarpaq yoncası (Trifolium alexandrinum 
L.)  (bundan  sonra  Aleksandr  üçyarpağı)  -  kifayət  qədər  yaxşı 
inkişaf  etmiş    kök  sisteminə  malik  birillik  bitkidir.  Gövdəsinin 
hündürlüyü 25-60 sm, düz dayanan, budaqlanandır. Hamaşçiçəyin 
başcığı  girdə-silindirvari  formalıdır.  Çiçəkləri  sarımtıl-ağdır. 
Toxumun  1000  ədədinin  kütləsi  2,5-3,0  qramdır.  Vegetasiya 
müddətinin uzunluğu 90-120 gündür (şəkil 25). 
Aleksandr  üçyarpağının  səpini  payızda  yaxud  erkən  yazda 
aparılır. Səpin norması hektara 15-18 kq-dır. Toxumun basdırılma 
dərinliyi 2 sm-ə qədərdir. 2-3 biçin verir. Yaşıl kütlə  məhsuldar-
lığı  hektardan  120  sentnerə  çatır.  Bütün  növ  heyvanlar  yaşıl 
kütləsini və quru otunu yaxşı yeyirlər. Zaqafqaziya və Orta Asiya 
respublikalarında yaxşı bitir.  
 
3. 6. Lərgə 
 
Heyvanlar  üçün  möhkəm  yem  bazasının  təşkilində  lərgənin 
əhəmiyyəti  böyükdür.  Lərgədən  yüksək  keyfiyyətli  dən,  ot,  yaşıl 
yem və silos məhsulu istehsal edilir. 
Lərgənin (bucaqlı noxudun) dənində 23% protein, hər sentne-
rində 20,3% həzm olunan zülal vardır ki, bu da 102,5 yem vahi-
dinə  bərabərdir.  Zülalı  digər  dənli-paxlalıların  zülalına  nisbətən 
yaxşı həzm olunur. 
Lərgə  (Lathyrus sativus) bitkisinin hündürlüyü 25-200 sm-ə 
çatır.  Lərgənin  əsas  gövdəsindən  4-10  budaqcıq  ayrılır.  Yan  bu-
daqlar intensiv inkişaf edərək əsas budağı ötüb keçir. Kök sistemi 
torpağın  1,7  m  dərinliyinə  işləyir.  Gövdəsi  tüksüz,  dördkünc  və 
yerə yatandır. Yarpağın uzunluğu 60-80 mm, eni isə 6-8 mm-dir. 
Çiçəkləri  yarpaq  qoltuğunda  1-2  ədəd  yerləşir.  Çiçək  qrupu  2 
çiçəkcikdən ibarətdir. Çiçəklərin rəngi ağ, qırmızı, göy, bənövşəyi 
və  qəhvəyi  olur.  Həm  öz-özünə,  həm  də  çarpaz  (əksər  hallarda 
çarpaz) tozlanandır. Paxlası ellips yaxud xətkeş formalı, bir tərəfi 
tikiş  boyu  geri  çevrilmiş,  dalğalı  qındır.  Hər  paxlada  2-5  toxum 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə