Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə28/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   45

114 
 
kcik ondur, onlardan doqquzunun saplağı yarısına qədər bir-birinə 
bitişir, biri əsasından sərbəst qalır. Yuxarı tacı biryuvalıdır. 
Meyvəsi  birtoxumlu,  nadir  hallarda  iki  toxumlu  paxladır. 
Toxumu yumurtavarı, rüşeym kökcüyü qabarıq, yastılaşmış, sarı-
mtıl,  qonuru  yaxud  bənövşəyi  rənglidir.  Toxumun  100  ədədinin 
kütləsi 1,6-1,8 qramdır. 
Bioloji  xüsusiyyətləri.  Çəmən  üçyarpağı  soyuğa  davamlı 
bitidir. Kök boğazcığı yerləşən zonada böhran temperatur zamanı 
güclü seyrəklik müşahidə edilir, bu bitkinin yaşından və becərilmə 
şəraitindən  asılıdır.  Qışın  başlanğıcında  üçyarpağın  həyatının 
birinci  ili  kök  üzərindəki  tumurcuqlar  -15 
0
C  şaxtalara  yaxşı 
dözürlər. Həyatının ikinci ilindən üçüncü ilinə keçərkən qış zama-
nı şaxtaya davamlığı adətən birinci ilə nisbətən aşağıdır. Bitkinin 
aşağı temperatura davamı qışın ikinci yarısından nəzərə çarpacaq 
dərəcədə  alçalır.  Üçyarpaq  həyatının  ikinci  ili  -11-13 
0
C  tempe-
raturda  demək  olar  ki,  50%-i  seyrəlir.  Ən  az  şaxtaya  davamlılıq 
yazda qeydə alınır.  
Vegetasiya  dövründə  məhsulun  formalaşması    üçün  zoğ 
əmələ gələndən birinci biçinin keçirilməsinə qədər təxminən 950 
0
C fəal temperatur cəmi lazımdır. Biçindən sonra cücərtinin əmələ 
gəlməsindən  ikinci  biçinə  qədər  quru  ot  üçün  600-800 
0
C  tələb 
olunur. 
Çəmən üçyarpağı  nəmlik sevən bitkidir. Əgər torpağın nəm-
liyi tarla rütubət tutumundan davamlı surətdə aşağı düşərsə, onda 
üçyarpağın  simbiotik aparatı işləmir və bitkinin inkişafı zəifləyir. 
Üçyarpaq  torpaqda  artıq  nəmliyə  dözmür,  tarlada  su  yığılıb 
qaldıqda o məhv olur.  
Çəmən üçyarpağı uzun gün bitkisidir. Cənub üçyarpağına nis-
bətən  şimal  üçyarpağı  günün  uzunluğunun  dəyişməsinə  qarşı 
nisbətən  həssasdır.  Cənuba  getdikcə  gün  uzunluğunun  qısalması 
və  temperatur  rejiminin  gərgin  artması  gecyetişən  üçyarpaqlarda 
buğumaralarını  qısaldır,  gövdənin  hündürlüyünü  gözə  çarpacaq 
dərəcədə  kiçildir.  Bu  onunla  əlaqədardır  ki,  cənubda  bir  fazadan 
başqa  fazaya  keçmək  üçün  üçyarpaq  lazım  olan  fəal  temperatur 
cəmini tez toplayır və boyatma prosesinə az vaxt qalır. 


115 
 
Çəmən  üçyarpağı  nisbətən  kölgəyə  davamlıdır,  ona  görə  də 
onu müxtəlif örtük bitkilər altına səpmək olar. Tez yığılan bitkilər 
–  yaşıl  kütlə  üçün  payızlıq  çovdar,  yaşıl  yem  üçün  vələmir  və 
gülül-vələmir qarışığı yaxşı örtük (qoruyucu) bitkisi hesab olunur. 
Əgər  gözlənilən  məhsul  hektardan    2,0-2,5  tonu  keçmirsə  üçyar-
pağı  dən  üçün  becərilən  dənli  taxıl  bitkiləri  altına  səpmək  olar. 
Üçyarpağın əziyyət çəkməməsi üçün dənli taxıl bitkilərinin səpin 
norması  25-30%  azaldılmalıdır.  Yatmaya  qarşı  meylli  olan  taxıl 
sortlarından  sonra  üçyarpağın  səpilməsi  arzuolunmazdır.  Çəmən 
üçyarpağı  turş və güclü şorlaşmış torpaqları sevmir.  
Qönçələmə  fazasında  bir  ton  quru  ot  yaratmaq  üçün  çəmən 
üçyarpağına  maksimum 31 kq azot, 9 kq fosfor, 22 kq kalium, 16 
kq  kalsium,  5  kq  maqnezium,  1,5  kq  kükürd  lazımdır.    Çəmən 
üçyarpağı bir ton quru ot məhsulu  ilə torpaqdan 22 kq azot, 5 kq 
fosfor  və  16  kq  kalium  aparır.  Üçyarpaq  bor  və  molibden 
elementlərinə  kifayət  qədər  tələbkardır.  Molibden  havanın  mole-
kulyar  azotunu  təsbit  edən  nitrogenaza  ferment  kompleksinin 
tərkibinə  daxildir,  bor  elementi  isə  ötürücü-borular  sisteminin 
yaxşı inkişafına, simbiotik sistemin enerji ilə təminatına və bioloji 
azotun maksimal təsbit olunmasına köməklik göstərir. 
Becərilmə  xüsusiyyətləri.  Torpağın  əsas  becərilməsi  sələf-
lərdən  və  örtük  bitkisindən  asılıdır.  Səpinqabağı  becərmənin 
məqsədi, torpaq kapillyarlarının əlaqəsini bərpa etmək və toxum-
ların  eyni  dərinliyə  düşməsi  üçün  torpağın  malalanması  və  diq-
qətli tapanlanmasından ibarətdir. Yazlıq dənli taxıl bitkiləri altına 
örtük bitkisi  ilə eyni vaxtda  yaxud dərhal onun səpinindən sonra 
cərgələrin  köndələninə    çəmən  üçyarpağı  səpilir.  Üçyarpağın  sə-
pininin gecikdirilməsi onun kəskin əziyyət çəkməsinə səbəb olur. 
Payızlıq örtük bitkisi yazlıqlara nisbətən tarladan tez yığıldığından 
səpin  aparılan  ili  üçyarpağın  yaxşı  inkişafı  üçün  şərait  yaranır. 
Lakin  yazlıqlardan  fərqli  olaraq  payızlıqlar  yüksək  dən  məhsulu 
verdikdə üçyarpaq güclü əziyyət çəkir.  
Səpin  norması  bir  hektara  7-8  kq,    yaxud  3,5-  4,0  mln. 
cücərmə  qabiliyyətli  toxumdur.  Becərilmə  aqrotexnikası  qeyri-
düzgün  aparıldıqda,  torpağın səpinqabağı becərilməsi keyfiyyət-


116 
 
siz olduqda və yaxud da örtük bitkisi düzgün seçilmədikdə səpin 
normasını  artırmaq lazım gəlir.  
Çəmən  üçyarpağının    xırda  toxumları  cücərən  zaman  ləpə 
yarpaqlarını torpaq səthinə çıxarır. Cücərməsi üçün toxumun quru 
maddəsinin 13-18%-i fizioloji proseslərə sərf olunur. Kifayət qə-
dər nəmlik olan torpaqlarda üçyarpaq toxumları 1-2 sm dərinliyə 
səpilir. Bunun nəticəsində  müntəzəm çıxışların alınması, vegeta-
siya  müddətində seyrəkliyin  az olması və əkinin  yüksək  məhsul-
dar olması təmin  edilir. 
Yüngül  torpaqlarda  toxumla  torpağın  əlaqəsini  yaxşılaş-
dırmaq və kapillyar əlaqələrin bərpası üçün səpindən sonra torpaq 
sıxlaşdırılır.   
Çəmən  üçyarpağının    donmasını  azaltmaq  üçün  örtük  bitkisi 
yığılan  zaman  yaxşı  olardı  ki,  biçin  10-15  sm  hündürlükdən 
aparılsın. Hündür kövşən qarı yaxşı saxlayır, bununla belə üçyar-
pağın  şaxtadan  əziyyət  çəkməsinin  qarşısını  alır.  Növbəti  ili 
birinci  biçində  yemin  keyfiyyətinin  pisləşməməsi  üçün  kövşən 
mala  ilə  torpağa  çevrilir.  Kalium  elementi  ilə  kasıb  olan 
torpaqlarda torpaq münbitliyinin səviyyəsindən və planlaşdırılmış 
məhsulun  miqdarından  asılı  olaraq    üçyarpaq  kalium  gübrəsi  ilə 
normal yemləndirilməlidir. Fosforla yemləmə faydasızdır, belə ki, 
gübrə  vegetasiya  müddətində  torpağın  üst  təbəqəsində  qalır  və 
kök  sistemi  üçün  əlçatmaz  olur.  Azot  gübrəsi  üçyarpağa  yalnız 
ziyan gətirir. Havanın bioloji azotunun təsbit olunma səviyyəsini 
aşağı salır, ayrı-ayrı bitkilərin boy və inkişafını qeyri-bərabər sti-
mullaşdırır, əkinlərin seyrəlməsinə və məhsuldarlığın aşağı enmə-
sinə səbəb olur. 
Çəmən  üçyarpağı  müxtəlif  xəstəliklərə  tutulur.  Daha  çox 
yayılanları aşağıdakılardır: 
Antroknoz – xəstəlik yarpaqları, budaqları, çiçək başlığını, və 
toxumları  zədələyir.  Bu  orqanlarda  darçını-qonur  rəngli  çökək 
ləkələr əmələ gəlir. Nəticədə ayrı-ayrı orqanlar quruyur və qırılıb 
tökülürlər.  Bitkinin  yüksək  dərəcədə  zədələnməsi  quru  ot  məh-
sulunun 50%-ə qədər və toxum məhsulunun isə 60%-ə qədər aşağı 
düşməsinə gətirib çıxarır. Mübarizə tədbiri - səpinqabağı toxumla-


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə