Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə36/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   45

138 
 
20-30% azalır. İki il saxlanmış toxumlar isə demək olar ki, cücərti 
vermirlər.  
Baldırğanın yuva üsulu ilə səpildikdə daha müntəzəm çıxışlar 
alınır.  Baldırğan  toxumlarının  başqa  bitkilərin    toxumlarını 
məsələn qarğıdalı toxumlarını səpən selkalarla (СУПН-8), kartof 
əkənlə (СКС-4), şitiləkən maşınla (СКН-6А) və başqa maşınlarla 
aparmaq olar. Bunun üçün səpinqabağı bu maşınların səpən apa-
ratları  müəyyən  dərəcədə  dəyişdirilib  baldırğan  toxumu  səpmək 
üçün uyğunlaşdırılmalıdır. 
Baldırğan  toxumlarını  tərəvəz  toxumu  səpən  selkalarla  (СО-
4,2) gencərgəli üsulla səpdikdə də yaxşı nəticələr alınır. Səpicinin 
hər bir cığıraçanına iki ədəd toxumaparan  istiqamətləndirilir. Bu 
zaman yuvalarda yox, cərgələrdə sıxlaşdırılmış səpin alınır. 
Yuva üsulunda hər yuvaya 25-30 toxum, hektara isə 15-20 kq 
toxum  səpilir.  Gencərgəli  üsulda  səpin  norması  25  kq-a  qədər 
artırılır. Toxumlar 1,5-2,0 sm dərinliyə basdırılır. 
Əkinə qulluq. Həyatının birinci ili baldırğan zəif böyüyür və 
alaqlardan  zərər  görür.  Ona  görə  də  bu  dövrdə  alaqlarla  müba-
rizəyə xüsusi fikir verilməlidir.  Herbisidlərin istifadə edilməsi də 
yaxşı nəticə verir. 
Vegetasiya  müddətində  mütəmadi  olaraq    cərgəarası  becər-
mələr aparılır. Onlardan biri (vegetasiyanın ortasında) ammonium 
şorasının (100-150 kq/ha) verilməsi  ilə birlikdə aparılır. 
Nəmliklə yaxşı təmin olunmuş  rayonlarda baldırğanın örtük-
lü  səpini  də  mümkündür.  Örtük  bitkisi  kimi  gülüllə  yulafın  qarı-
şığı və erkən   yazda cərgəaraları becərilən zaman səpilmiş günə-
baxan ola bilər. Örtük bitkiləri hektardan 210-290 sen. yaşıl kütlə 
verir və alaqlarla mübarizədə əlverişli üsul hesab edilir. 
İkinci  ili  baldırğanın  özü  güclü  inkişaf  edib  alaqları  məhv 
edir. Bu zaman qulluq işləri cərgəaralarının becərilməsi və yemlə-
mələrin  aparılmasından  ibarət olur. 
Gübrələnməsi.  Baldırğana  gübrələr,  xüsusən  də  azotlu  güb-
rələr  yaxşı, təsir göstərir.  Aparılan hesablamalar göstərir ki,  hek-
tardan 500 sen. yaşıl kütlə məhsulu verdikdə baldırğan torpaqdan  
125 kq azot, 29 kq fosfor, 212 kq kalium və 75 kq kalsium aparır. 


139 
 
Torpaqdan  istifadə  etdiyi  azotun  və  fosforun  miqdarına  görə 
qarğıdalıya yaxın, kalium və kalsiumun miqdarına görə isə ondan 
üstündür. 
Elmi-Tədqiqat institutlarında aparılan təcrübələrlə sübut olun-
muşdur ki,  baldırğan N
60
P
80
K
120
 normasında ( təsir edici  maddə 
hesabı ilə) gübrələnməlidir. 
Bəzi tədqiqatçılar isə N
80
P
80
K
80 
normasını məsləhət görürlər. 
Ümumiyyətlə baldırğanın gübrələnməsi  də başqa bitkilərdə oldu-
ğu  kimi  torpağın  qida  maddələri  ilə  təmin  olunma    dərəcəsindən 
və planlaşdırılmış məhsuldan asılı olaraq həyata  keçirilməlidir. 
Yığım. Baldırğanın yaşıl kütləsini birinci il biçmək məsləhət 
görülmür. İkinci və sonrakı illərdə baldırğanın yaşıl kütləsini silos 
üçün    qönçələmə    fazasının    sonu,  çiçəkləmənin  əvvəlində  silos 
yığan kombaynlarla biçirlər. 
Avqustun  sonu,  sentyabrın  əvvəllərində    isə  o  ikinci  çalım 
(biçin) üçün hazır olur. 
Baldırğanın  toxumluq  sahələri  mərkəzi  çətirləri  saralmağa 
başladıqda  və  toxumları  qonurlaşanda,  onlara  yüngülcə  toxun-
duqda  tökülməyə  başlayan zaman yığılmağa başlayır. 
Bu  məqsədlə  uyğunlaşdırılmış  taxıl    kombayınlarından  isti-
fadə  edilir.  Yığılıb  döyülmüş  toxum  kütləsinin  içərisində    yan 
çətirlərdən  yığılmış  və  yaxşı  yetişməmiş  toxumlar  da  olur.  Bu 
toxumlar  yetişdikdən  sonra  yaxşı  cücərti  verir.  Toxumları  yığıl-
dıqdan  sonra  nazik  qatla  çardaq  altında    və  ya  yaxşı  havalanan 
yerlərdə    sərilir,  qurudulur  və  sortlaşdıran  maşınlardan  keçirilir. 
Baldırğan  toxumlarını  yığmaq  üçün  СМ-2,6  markalı  sorqoyığan 
maşınlardan  da  istifadə  etmək  olar.  Bu  maşın  baldırğanın  çiçək 
qrupunu kəsib yanında gedən qoşquya tullayır. 
Yada salmaq lazımdır ki, Sosnovski baldırğanının tərkibində  
bioloji aktiv   maddə olan furokumarin vardır. Bədənin açıq   his-
sələrinə  düşdükdə  dərinin  günəş  şüalarına  həssaslığını  artırır, 
dəridə  qızartılar  bəzən  də  yanıqlar  əmələ  gəlir.  Ona  görə  də 
əkinlərə qulluq və yaşıl kütlənin yığılması zamanı ələ rezin əlcək 
geyinməli və bədənin açıq hissələri  örtülməlidir. 


140 
 
Sosnovski    baldırğanının    iki  sortu  yaradılmış  və  rayonlaş-
dırılmışdır.  Bunlardan  biri  “Uspex”,  digəri  isə  “Severyanin” 
sortudur.  Sosnovski  baldırğanının  yerli  materiallardan  fərdi  və 
kütləvi  seçmə  yolu  ilə  yaradılmış  sortlarının  popolyasiyalarından 
da  istifadə  olunur.  Tərkibində  furokumarin  olmayan  və  az  miq-
darda olan sortları da yaradılmışdır. 
 
5. 1. 2. Veyrix qırxbuğumu 
 
Veyrix  qırxbuğumu  (Poligonum  weyrichii  Fr.  Schmidt) 
qarabaşaq  (Poligonaceae)  fəsiləsinə  daxil  olan  çoxillik  yem 
bitkisidir. Bu bitkiyə Yaponiyada Saxalin və Kuril adalarında rast 
gəlinir.  MDB  ölkələrində  mədəni  şəkilə  yaxın    vaxtlarda  salın-
mışdır.  Onu  Rusiyanın  Qeyri-qaratorpaq  vilayətlərində  (Moskva, 
Kalinin, Murmansk, Komi MR) Belarusda və Baltikyanı ölkələrdə 
becərirlər. Ukraynada, Şərqi Sibirdə, Uzaq  şərqdə və s. yerlərdə 
suvarma şəraitində becərilmək perspektivi vardır. 
Yaşıl  kütlə  məhsuldarlığı  hektardan  orta  hesabla  450-500  
sen. dir. Yüksək aqrotexnika ilə becərildikdə   600-800 s/ha - da 
məhsul almaq olar. 100 kq yaşıl kütləsində  11-16 yem vahidi, 2-
2,4 kq asan həzm olunan protein vardır. 
Quru  maddəsi  (23-25%)  proteinlə  (15-22%)  zəngindir. 
Tərkibində  0,9-4,6%  yağ,  5-14%  kül,  24-28%  sellüloz,  43-48% 
azotsuz ekstraktiv maddələr vardır. 
Yaşıl kütləsində çoxlu askorbin turşusu (40-200 mq %) rutin 
(quru  maddənin  2,0-2,8  %-nə  qədəri),  karotin  (10-25  mq%)    fol 
turşusu və mikroelementlər olur. Yaşıl siloslaşır, amma yaxşı olar 
ki,  ona  başqa  karbohidratlı  yemlər  qatılsın.  Silosunun  100  kq-da 
15-16  yem  vahidi  vardır.  Bir  yem  vahidində  150  qrama  qədər 
həzm olunan protein olur. 
Qönçələnmə fazasında yığıldıqda ot unu hazırlamaq üçün də 
yararı  olur.  Siloslamaq  üçün  çiçəkləmə  fazasının  başlanğıcında 
biçirlər. Bitkinin həyatı 10-15 il davam edir (şəkil 38).  
Torpağın  2  m  dərinliyinə  gedən  mil  kökü  vardır.  Kök 
üzərində  2-ci  il  əmələ  gətirdiyi  yan  köklər  torpağın  üst  qatında 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə