Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

141 
 
yerləşir. Həyatının 3-4-cü ili yerüstü budaqların qoltuq tumorcuq-
larından kökümsovlar törəyir ki, bunlar da yeni budaqlar və əlavə 
köklər törədir. 
Kökün  əsas  kütləsi  torpağın  üst  qatında  yerləşir.  Köklərində 
çoxlu aşılayıcı maddələr vardır. 
 Gövdəsi  2,5  m  hündürlüyündə  dikdayanan,  düyünlərindən 
yüngülcə  əyilmiş,  dərin  şırımlı,  buğumaralarında  içi  boş,  tüklü, 
zəif  budaqlanandır. Yarpaq ayası 30 sm uzunluqda, 15 sm enində 
azca ürəyəbənzər formada, iti  kənarı, alt  hissəsi tüklüdür. 
Çiçək  qrupu  süpürgədir.  Yan  budaqları  üzərində  süpürgə-
ciklər 3-6 ədəd olmaqla yerləşir. Çiçək qrupunda onların sayı bir 
neçə mindir. Çiçək tacı ağımtıl- çəhrayı  rəngli olmaqla xırda və 
çirkindir.  Bu  bitki  üzərində  funksional  dişi  (qısa  erkəkcikli, 
dişicikli), funksional erkək (uzun erkəkcikli,  erkəkcikli) və ikici-
nsli  çiçəklər olur.  Onlar ayrı-ayrı bitkilərdə  yerləşir. Ona  görə də 
veyrix  qırxbuğumu  ikievli,  çarpaztozlanan  bitki  hesab  edilir. 
Toxumlaması pisdir, çiçəklərinin yalnız ¼ - i toxum əmələ gətirir. 
Meyvəsi  xırda  qozcuqdur.  Meyvləri  səpin  qarabaşağının  mey-
vəsinə  oxşardır.  1000  ədəd  toxumunun  kütləsi  2,5-  4,0  qramdır. 
Orta  toxum  məhsuldarlığı  1,5-3,0  s/ha-dır.  Yüksək  aqrotexnika 
tətbiqi ilə becərildikdə 4,0-4,5 s/ha-da toxum almaq olur.  Toxum-
ları  ilə  çoxaldılır.  Plantasiyalarını  yaratmaq  üçün    şitilindən  və 
kökümsovlarından hazırlanmış çilikləri də istifadə edilir . 
Rusiyada  bu  bitkinin  seleksiya  sortları  yaradılmışdır.  Bu 
bitkinin birinci sortu “Sıktıvkarlı“ sortu hesab edilir.  Yem məqsə-
di ilə becərildikdə qırxbuğumun  başqa növləri də məs:  Panyutin, 
Zabaykalye, Saxalin və s. perspektivlidir. 
Bioloji xüsusiyyətləri. Veyrix qırxbuğumu soyuğa və şaxtaya 
davamlı bitkidir. Onun kökümsovları -35 
0
C şaxtaya dözə bilir. 
Veyrix qırxbuğumunu nəmlik sevən bitkidir, ancaq quraqlığa 
da  yaxşı  dözür.  Nəmliyə  ən  çox  tələbatı    həyatının  birinci  ili, 
cücrətilər  əmələ  gələn  dövrdə  və  cücrətilərdə  köklərin  inkişafı 
dövründə    göstərir.  Bitki  böyüdükcə    nəmliyə  daha  az  tələbat 
göstərir və payız-qış və yaz yağıntılarından istifadə edir. 


142 
 
Veyrix  qırxbuğumu  üçün  ən  yaxşı  torpaqlar  qranulometrik 
tərkibi    orta  gillicəli  və  qumsal  torpaqlar  hesab  edilir.  Torpaq 
məhlulunun reaksiyası  (pH) 5,5-6,5 olduqda daha yaxşı bitir. 
1 ton yaşıl kütləsi ilə veyrix qırxbuğumu torpaqdan 4-5 kq N, 
0,9-1,0 kq P
2
O
5
, 5-6 kq K
2
O, 1,9-2,3 kq CaO aparır. 
Təcrübələrdə 60,5 ton/ha (dörd ildə orta) yaşıl kütlə məhsulu 
vermişdir. 
Toxumları payızın axırında, şaxtalar düşməzdən əvvəl səpilir. 
Yaz  səpinlərində  çıxışları  kəskin  azalır.  Səpini  tərəvəz  toxumu 
səpənlərlə  60  x  70  sm  cərgəarası  olmaqla  aparmaq  olar.  Səpin 
norması  hektara  6-8  kq,  basdırılma  dərinliyi  1-2  sm-dir.  Veyrix  
qırxbuğumunun toxumları saxlandıqda cücərmə qabiliyyəti kəskin 
azalır.  Ona  görə  də  səpin  üçün  təzə  toxumlarından  istifadə  
olunmalıdır.  
Veyrix  qırxbuğumu  birinci  ili  zəif  böyüyür  ona  görə  də 
birinci il əsas diqqəti alaq otları ilə mübarizəyə  vermək lazımdır. 
Bunun üçün 2-4 dəfə cərgəarası becərmə aparılmalıdır. İkinci il və 
sonrakı illərdə erkən yazda və ya birinci biçindən sonra cərgəarası  
becərmələr və mineral azotla yemləmə aparılır. 
 Veyrix  qırxbuğumunu  adətən  birinci  ili  biçmirlər.  Çünki 
məhsuldarlıq  aşağı  olur  və  biçin    bitkilərin  zəifləməsinə  səbəb 
olur.  İkinci  və  sonrakı  illərdə  biçilib  yaşıl  yem  və  ya  silos  kimi 
istifadə  edilir.  Optimal  biçin  vaxtı  kütləvi  çiçəkləmə  vaxtı  hesab 
edilir.  Ot  unu  hazırlamaq  üçün    qönçələmə  fazasında    biçilməsi 
məqsədəuyğundur. 
Qeyri  -  qaratorpaq  zonanın  mərkəzi  rayonlarında    qırxbuğu-
mun  yığılmasını  iyunun  axırı,  iyulun    əvvəlində  aparmaq  olar. 
Qırxbuğum  sahəsi  istismar  edilərkən  sahəni  2-3  ildən  bir  olmaq 
şərti ilə, ildə 2 dəfə yox, 1 dəfə biçmək  məsləhət görülür. Qrıbu-
ğumun  yaşıl  kütləsi  yaxşı  olar  ki,  başqa  bitkilərlə  qarışdırılaraq 
siloslaşdırılsın.  Əkinə  qulluq  və  siloslaşdırma  zamanı  ələ  rezin 
əlcək geyinməli və bədənin başqa hissələrini örtmək lazımdır. 
 
 
 


143 
 
5. 1. 3. Deşikyarpaq silfiya  
 
Deşikyarpaq silfiya (Silphium perfoliatum L.) astra fəsiləsinə 
(Asteraceae) daxil olan, çoxillik, polikarp, yem bitkisidir. Avropa-
ya  XVIII  əsrdə  Şimali  Amerikadan  gətirilmişdir.    Şimalı  Ameri-
kada  onun çoxlu yabanı formaları vardır. Bal verən  bitki kimi də 
maraq  doğurur.  Xarici  ölkələrdə  dərman  bitkisi  kimi  də  istifadə 
edilir. Onun  əkinləri əsasən Ukraynada (Çernovski vilayəti) Komi 
də, Volqaboyunda, Qərbi Sibirdə, Belorusda, Baltkyanı ölkələrdə 
və Uzaq Şərqdədir. Yüksək ekoloji plastikliyə malik olan bitkidir.  
100  kq  yaşıl  kütləsində  12-15  yem  vahidi,  1,8-2,3    kq  asan 
həzm olunan protein vardır. Tərkibi həmçinin şəkərlərlə,  mineral 
duzlarla,  vitaminlərlə (karotin, askorbin turşusu)  zəngindir. Quru 
maddəsi  (12-20%)    heyvan  orqanizmi  tərəfindən  yaxşı  mənim-
sənilir. Yem kimi həm  yaşıl halda, həm silos halında, həm  də ot 
unu şəkilində istifadə olunur. 
Hektardan  yaşıl  kütlə    məhsuldarlığı  900-1000  sen.ə    qədər-
dir.  Orta hesabla 400-500 s/ha yaşıl kütlə verir. Plantasiyaları 12-
15 il istifadə edilə bilər. 
Kök sistemi qarışıq  tiplidir. Əsas kökü əlavə və  yan köklərə 
budaqlanır.  Kökün  əsas  kütləsi  əkin  qatında  yerləşir.  Lakin  bəzi  
kökləri torpağın dərin qatlarına gedə bilir. 
Gövdəsi 2,0-2,5  m hündürlükdə, dik dayanan, şirəli, dördüz-
lü, tüklü, orta hissələrindən budaqlanandır. Yarpaqları qarşı-qarşı-
ya  düzülmüş, oturaq, əsasından birləşmiş, iri, uzunsov-ellips  for-
malı, sərt tükcüklüdür (şəkil 39). 
Çiçək  qrupu  3-5  sm  diametri  olan  səbətdir.  Hər  gövdədə  5-
dən 20-yə qədər səbət olur. 
Silfiyada 2 tip  çiçək olur. 1) Xarici çiçək - sarı ləçəkli yalançı 
dilcik  çiçəkləri.  Bunlar    dişicikli,  məhsuldar  çiçəklərdir.  2)  Mər-
kəzi çiçək - bunlar boru şəkilli ikicinsli, məhsulsuz olurlar. Çarpaz 
tozlanan bitkidir. 
Meyvəsi 10-12 mm  uzunluğunda uzunsov - ürək formalı iki 
qanadlı toxumcadır. Meyvənin eni 8-10 mm, rəngi bozumtul-qara 
və  ya  qəhvəyi  olmaqla  yastı,  sıxılmış  vəziyyətli,  yuxarı  hissəsi 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə