Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə35/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   45

135 
 
V FƏSİL. QEYRİ  ƏNƏNƏVİ  YEM  BİTKİLƏRİ 
 
5. 1. Çoxillik qeyri ənənəvi yem bitkiləri 
 
5. 1. 1. Sosnovski baldırğanı 
 
Sosnovski  baldırğanı  (Heracleum    sosnowskyi  Manden). 
kərəviz (Apiaceae) fəsiləsinə daxil olan  çoxillik ot bitkisidir. Qə-
dim  zamanlardan    qida  və  dərman  bitkisi  kimi  məlumdur.  Yaxşı 
bal  verən  bitkidir.  Bitkinin  şirəsində  olan  furokumarin  və  efir 
yağları  damarları daraltmaq və genəltmək qabiliyyətinə malik ol-
maqla  antiseptik  və  bakterisid  təsirə    malikdır.  Baldırğanın  tərki-
bində olan bəzi furokumarinlər dəriyə düşdükdə dermatid xəstəliyi 
yaradır.  Bu  bitkini  bəzək  bitkisi  kimi  də  əkirlər.  Lakin  o,  əsas 
etibarı ilə 7-8 il dalba-dal hektardan 600-1000 sentner yaşıl kütlə 
məhsul  verən  silosluq  yem  bitkisi  kimi  becərilir.  Quru  maddəyə 
(12-14%)  çevirdikdə  yaşıl  kütləsinin  tərkibində  10-24%  protein,  
50%-dən  artıq  azotsuz ekstraktiv  maddələr, 8-14% kül, 20-30% 
şəkərlər,  30-90  mq  %  karotinlər,  900-1300  mq  %    askorbin  tur-
şusu  vardır.  Baldırğanın  tərkibində  rutin,  fol    turşusu  və  çoxlu 
mikroelementlər  vardır.    Hər  100  kq  yaşıl  kütləsində  14-15  yem 
vahidi  vardır.  
Baldırğanın  silosu  sarımtıl-yaşıl  rəngdə  olmaqla  meyvə  iyi 
verir.  Turşuluğu  (pH)  3,65-4,2-yə  bərabər  olmaqla,  əsas  qida 
maddələrinin yüksək dərəcədə həll olunması ilə seçilir. Tərkibinə 
görə baldırğanın silosu yaşıl kütləsindən demək olar ki, seçilmir. 
Silosunun 100 kq-da 9-17  yem vahidi vardır.  Bir  yem vahidində 
isə 93-121 qr. asan həzm olunan protein vardır. Siloslama zamanı 
baldırğanın yaşıl kütləsinə 30 %-ə qədər saman  və ya püfə qatılır 
ki, nəmliyi bir qədər azalsın. 
Tərkibində şəkər çox olduğuna görə baldırğan yaxşı siloslaşır 
və çətin siloslaşan bitkilərə qatılmaq üçün yaxşı komponent kimi 
maraq  kəsb  edir.  Baldırğanın  yaşıl    kütləsi  ilə  bütün  ev 
heyvanlarını  həm  təzə  (yaşıl)  halda,  həm  də  qurudulmuş  halda 
yemləyirlər.  Qurudulduqdan  sonra  atlardan  başqa  qalan  bütün 


136 
 
heyvanlar onu yaxşı yeyir. O həm də vitaminli ot unu hazırlamaq 
üçün yararlıdır. 
Botaniki  təsviri.  Sosnovski  baldırğanı  (Heracleum    sosno-
wskyi  Manden)  Qafqaz  florasının  endemik  növüdür.  Burada  bu 
bitkinin 26  növünə rast gəlinir. 2 ildən 7 ilə qədər siklik inkişaf 
keçirən monokarp  bitkidir. Hər bir fərdi yalnız bir dəfə çiçəkləyir 
və  sonra  quruyub  məhv  olur.  Yenidən  əmələgəlmə  qabiliyyətinə 
malik  olduğu  üçün  onun  səpinlərini  8-10  il  istifadə  etmək  olur. 
Hal-hazırda bu bitki Moskva, Kalinin, Bryanskı, İvanov, Ryazan, 
Sankt-Peterburq vilayətlərində mədəni halda becərilir. 
Baldırğan  yaxşı  inkişaf  etmiş,  üzərində  yan  kökləri  olan  mil 
kök  sisteminə  malikdir.  Kökün  əsas  kütləsi  torpağın  üst  qatında 
yerləşir (şəkil 37). 
Gövdəsi 1,5- 4,5 hündürlükdə, tək-tək, içərisi boş, dəyirmi və 
şırımlı,  4-6  buğumarası  olmaqla  yuxarı  hissədən  budaqlanandır. 
Yarpaqları    rozetşəkilli,  saplaqlı,  üçlu  və  lələkşəkilli  olmaqla  iki 
cüt yan buğumludur. Ayasının ölçüsü 60-120 sm-dir. Çiçək qrupu 
çoxşüalı    mürəkkəb  çətirdir.  Əsas  çətirin  diametri  40-60,  yan 
çətirinki  isə  20-30  sm-dir.  Çiçəkləri  ağ  rəngli,  kəskin  iyli,  beşlə-
çəklidir.  Yandakı  çiçəklərin  xarici  ləçəkləri  böyümüşdür.  Çarpaz 
tozlanan bitkidir. 
 Meyvəsi  iki    toxumludur.  Meyvəni  əmələgətirən  toxumlar 
yastı,  oval-yumurtavari,  sarımtıl  qəhvəyi  rəngli  və  qanadlıdır. 
Uzunluğu 9-15mm,  eni 6-9 mm-dir. 1000  ədədinin kütləsi 12-15 
qr-dır.  Hektardan 3-6 sen.  toxum verir. Təzə yığılmış  toxumları-
nın  rüşeymi  tam  yetişməmiş  olur.  Bir  hektardan    əldə  olunan 
toxumla15-30 hektar səpin aparmaq olar. 
Bioloji  xüsusiyyətləri  və  becərilmə  aqrotexnikası.  Birinci 
ili baldırğan zəif böyüyür, payızda kök ətrafında 5-6 rozet yarpaq 
əmələ  gətirir.  Baldırğan  soyuğa  davamlı  bitkidir.  Gövdə  və 
yarpaqları 5-6 
0
C şaxtalara dözür. Yaxşı qışlayır, qalın qar örtüyü 
altında  -35-40 
0
C  şaxtaya  dözə  bilər.  İkinci  və  sonrakı  illərdə 
yarpaqların yaz oyanması qar əriyən kimi baş verir.  
Münbitliyi kifayət qədər olan, və nəmliklə yaxşı təmin olun-
muş torpaqlarda yüksək yaşıl kütlə məhsulu verir. 


137 
 
Baldırğan əkiləcək torpaq üzvi və mineral gübrələrlə (10 illik 
plantasiya üçün ilə  8-10 ton/ha peyin, 60-90 kq/ha t.e.m.ilə mine-
ral gübrə)  təmin olunmalıdır. Turşuluğu orta və yüksək olan tor-
paqları  4-6  kq/ha  hesabı  ilə  əhəngləyirlər.  Əkindən  sonra  sahə 
malalanır  və  hamarlaşdırılır.  Alaqlarla  zibillənmiş    torpaqlarda 
torpağın  səpinqabağı hazırlanması qara herikdə olduğu kimi apa-
rılır. 
Toxumları  payızda  səpilməlidir.  Yaz  səpini    aparılacaqsa 
toxumlar mütləq stratifikasiya olunmalıdır. 
Sosnovski  baldırğanının  maksimal  yaşıl  kütləsi  iyunun  axırı, 
iyulun    ortalarında    formalaşır.  Biçindən  sonra  o  tez  bitir,  xora 
əmələ gətirir ki, bunu da avqustun axırı və sentyabrın əvvəllərində  
şaxtalar düşməzdən əvvəl biçmək olur. 
Sosnovski baldırğanının çoxillik bitki olmasını nəzərə alaraq 
onu növbəli əkində yerləşdirmirlər. 
Baldırğanın ən yaxşı səpin müddəti payızda sentyabr-oktyabr  
aylarında  şaxtaların    düşməsinə  2-3  həftə  qalmışdır.  Hava  şəraiti 
imkan  verdikdə  və  torpaq  həddindən  artıq  nəm  olduqda  səpini 
yazda aparırlar. 
Əgər yazda səpin aparılacaqsa toxumlar mütləq stratifikasiya 
edilməlidir.  Stratifikasiya  aşağıdakı  kimi  aparılır.  Baldırğanın 
toxumları  suda  isladılır  və  nəm  halda  bir  sutka  saxlanılır.  Sonra 
toxumları  qumla  və  ya  yaxşı  olar  ki,  taxta  kəpəyi  ilə  3:1 
nisbətində  qarışdırılaraq  15-20  sm  qalınlığında  yeşiklərə 
(qutulara) yığırlar. Yeşikləri 2-5 
0
C temperaturu olan soyuq yerdə 
70-100  gün  saxlayırlar.  Yeşikdəki  qumlu  (kəpəkli)  toxumları  15-
20  gündən  bir  qarışdırırlar  və  quruduqda  isladırlar.  Toxumlar 
çərtdikdə  (cücərməyə  başladıqda)  yeşiklər  (qutular)  2-3 
0

temperaturu  olan  buzluğa  qoyulur  və  yaxud  da  qarda  saxlanılır. 
Qeyri-qaratorpaq bölgələrdə toxumların stratifikasiyasına fevralda 
başlanılır.  Baldırğanın  toxumları  digər  yazlıq  bitkilərlə  eyni 
vaxtda  səpilir.  Qeyd  etmək  lazımdır  ki,  yazda  səpilən  stratifi-
kasiya olunmamış toxumlar cücərti vermirlər. 
 Səpin üçün baldırğanın təzə  yığılmış toxumları istifadə edil-
məlidir.  Toxumların  bir  il  keçdikdən  sonra  cücərmə  qabiliyyəti 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə