Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

144 
 
çuxurludur. 1000-ədədinin kütləsi18-24 qr-dır. Hektardan 5-8 sen. 
toxum  yığmaq  olur.  Silfiya    bitkisini  də  xəndəkotu  bitkisi  kimi 
şitillə və ya kök çilikləri ilə çoxaltmaq olar. 
Silfiyanın  perfoliatum  növü  çox  polimorfdur  və  seleksiya 
aparılmaq üçün yaxşı obyekt hesab edilir. 
Silfiya  nəmliyə  və  torpaq  münbitliyinə  tələbkar  bitkidir. 
Silfiya  toxumları payızın axırında səpilir. Hektara səpin norması 
15-20 kq-dır. 
Cərgə  araları  60  x70  sm    olmaqla  gencərgəli  üsulla    səpilir. 
Toxumları 2-4 sm dərinliyə basdırılır. Səpinin birinci ili silfiya da 
başqa  çoxillik otlar kimi zəif böyüyür və qulluq tələb edir. 
 Silos hazırlamaq  üçün yaşıl kütləsi   qönçələmə fazasında və 
ya  çiçəkləmənin    əvvəlində  biçilir.    Toxumluq  məqsədi  ilə  yaxşı 
olar  ki,  seyrəldilmiş  sahələr  istifadə  olunsun.  Toxumların  yetiş-
məsi  qeyri-bərabər  gedir.  Səbətlərin    60-70  %-i    qonurlaşanda  
taxıl biçən maşınlarla hündürdən biçilir. Yığılmış toxumlar həmin 
ilin payızında və ya növbəti ilin yazında istifadə edilməlidir. Çün-
ki  toxumlar  saxlandıqda  onların    cücərmə  qabiliyyətləri  aşağı 
düşür. 
5. 1. 4. Maral kökü (saflorabənzər rapontik) 
 
Maral  kökü  (Rhaponticum  carthamoides  (Willd.)  İljin.  astra 
(Asteraceae)  fəsiləsinə  daxil  olan  çoxillik,  polikarp,  müalicəvi 
yem bitkisidir. Qədim zamanlardan  xalq təbabətində köklərindən 
tonuslaşdırıcı maddələr almaq üçün istifadə edilir. Yaşlı və cavan 
marallar  cütləşmə  dövründə  rapontikin  yerüstü  hissəsini  və 
kökünü  yeyirlər  ki,  bu  da  onların  törədicilik  qabiliyyətini  və 
dözümlülüyünü  artırır.  Maral  kökünə    Altay,  Sayan,  Cunqar 
Tarbaqat  dağlarında  rast  gəlinir.  Monqolstanda  da  bitir.  Əvvəlcə 
dərman  bitkisi  kimi  mədəni  hala  salınmış,  sonradan  yem  bitkisi 
kimi istifadə edilməyə başlanmışdır. Maral kökünün  köklərindən 
alınmış  ekstraktı  tonuslaşdırıcı  içkilərdən  olan    “Sayan”-ın  tərki-
binə  də  qatırlar.  Maral  kökünün  ən  vacib  xüsusiyyətlərindən  biri 
heyvanlarda qısırlığın azalmasına  təsir göstərməsidir. Toxum ça-


145 
 
tışmamazlığı  səbəbindən  əkin  sahələri  azdır.  Ancaq  o  yaşıl  yem, 
silos, senaj və ot unu əldə etmək üçün perspektivli bitkidir. 
Maral  kökü  yaşıl  kütləsində  olan  zülalın  miqdarına  görə 
üçyarpaqdan və yoncadan geri qalmır. Bununla yanaşı tərkibində 
çoxlu karbohidratlar vardır, təmiz  halda yaxşı siloslaşır. 
Yaşıl kütləsində 15-20 % quru maddə vardır ki, onunda  16-
28  %-ni  protein,  3-7%-ni  yağ,  17-25  %-ni  sellüloz,  37-50  %  -ni 
AEM  (azotsuz  ekstraktiv  maddələr)  9-15  %-ni  kül  təşkil  edir. 
Vitaminlə  zəngindir.  Xüsusilə  tərkibində  rutin  (quru  maddənin  7 
%-i-nə qədər) çoxdur. 
100  kq  yaşıl  kütləsində  14-16  yem  vahidi,  1,6-2,0  kq  asan 
həzm  olunan  protein  vardır.  Hektardan  400-450  sen.  yaşıl  kütlə 
verə  bilər.  Orta  məhsuldarlığı  isə  200-250  sen.-  dir.  Maral  kökü 
plantasiyası 10-15 il istifadə edilə bilər. 
Kök sistemi güclü inkişaf etmişdir. Qarışıq tiplidir. Əsas kökü 
odunlaşmış,  torpağın  1,0-1,5  m  dərinliyinə  gedir.  Yan  və  əlavə 
kökləri  gövdənin  yeraltı  hissəsində  yerləşmiş  və  onları  çox  vaxt 
kökümsov adlandırırlar. 
Köklərini  torpaqdan  bitkinin  3-  4-  cü  yaşlarında  çıxarırlar. 
Hektardan 50-100 sen. kök məhsulu verir.  
Gövdəsi  budaqlanmayan,  1,0-2,2  m  hündürlükdə,  zəif 
qabırğalı,  içi  boş,  zərif  tüklüdür.  Bitki  vegetativ  budaqlar  ilə  ya-
naşı 1- 4 ədəd generativ budaqlar da əmələ gətirir. Rozet və gövdə 
yarpaqları  iri,  lələkvari  bölünmüşdür.  Yarpaqlarının  saplaqla 
birlikdə uzunluğu 60-100 sm-dir. Yarpaqların ölçüsü və dilimlən-
məsi gövdənin yuxarısına  doğru azalır (şəkil 40 - 41). 
Çiçək  qrupu  demək  olar  ki,  5-8  sm-lik  şarşəkilli  səbətdir. 
Çiçəklər  ikicinsli,  boruşəkilli  genişlənmiş,  yuxarı    hissədə    beş 
yerə bölünmüş bənövşəyi -zanbağı rəngli tacı vardır. Arılar vasitə-
silə çarpaz tozlanır. 
Meyvəsi  6-8  mm  uzunluqda,  3-4  mm  enində  dördüzlü 
qabırğalı  toxumcadır.  Meyvənin  rəngi  bozumtuldan  tutmuş 
bənövşəyi - qəhvəyi rəngə qədər dəyişir. Səbətində 200-400 ədəd 
toxumca  olur.  1000  ədədinin  kütləsi  14-16  qr,  toxum  məhsul-
darlığı 2-5 s/ha - dır. 


146 
 
Maral kökünün şərq yarımnövünə  (ssp. orientale) daxil olan 
populyasiyaları əkinlərdə daha çox yayılmışdur. 
Maral  kökü  tez  böyüməsi  ilə    seçilir,  biçiləndən  sonra  yaxşı 
böyüyür.  Mayın  axırı  və  iyunun  əvvəlində  yaşıl  kütləsi  biçilir.  2 
biçində  hektardan  350-450  sen.  yaşıl  kütlə  məhsulu  verə  bilir. 
Plantasiyaları  yüksək  məhsuldarlığını  10  il  və  daha  artıq  saxlaya 
bilir. Maral kökü torpaq münbitliyinə tələbkar bitkidir.  Toxumları 
ilə çoxaldılır. Toxumları cücərmə qabiliyyətinin yüksək olması ilə 
fərqlənir. Toxumları erkən yazda səpmək lazımdır. Səpin norması 
6-10 kq/ha - dır. Səpini adətən gencərgəli  (45 sm) üsulla aparılır, 
toxumları 2-3 sm dərinliyə basdırılır. Səpin üçün tərəvəz  toxumu 
səpən səpicilərdən istifadə edilir. 
Əkinə  qulluq  işləri  digər  cərgəaraları  becərilən  çoxillik 
bitkilərdəki kimidir. Silos  üçün yaşıl kütləsi çiçəkləməni əvvəlin-
də biçilir.  
Toxumluq sahələrində əvvəlcə çiçək qrupu yığılıb  götürülür. 
Yığıma çiçək qrupunun 70% - i qonurlaşanda  başlanır. Toxumları 
sorqo  yığan  maşınlarla  yığılır.  Qalan    kütləsini    isə  kombaynla 
biçib silos  hazırlayırlar. Hektardan 300-600 kq toxum verə bilir. 
 
5. 1. 5. Xəndəkotu 
 
Xəndəkotu cinsinin 20-25 növündən keçmiş SSRİ ərazisində 
17  növü  bitir.  Onlardan  ən  çox  yayılanları  aşağıdakılardır.  1. 
Krım  xəndəkotusu  (Symphytum  tauricum  Willd.)  Rusiyanın 
Avropa hissəsində, əsasən onun  cənub yarısında, həmçinin Şimali 
Qafqazda bitir.  2. Ürəkvarı xəndəkotu (S. cordatum Waldst. et. 
kit.  ex.  Willd.)  Karpat  dağlarında  daha    çox  rast  gəlinir.  Ona 
Rusiyanın    Xmelinski,  Ternopol,  Jitomir  vilayətlərində,  eləcədə 
Macarıstan  və  Rumıniyada  rast  gəlinir.  Meşə  senozlarında  üç 
endemik Qafqaz növünə rast  gəlinir. a) iriçiçəkli xəndəkotu (S. 
grandiflorum  DC.), b) köçəri xəndəkotu (S. peregrinum Ledeb.) 
-Bunların hər ikisinin də çiçəkləri tutqun-sarı rənglidir. c) Qafqaz 
xəndəkotusu (S. caucasicum Bieb.) - Mavi rəngli  çiçəkləri olan 
xovlu-tüklü  bitkidir. 3. Şərq xənədkotusu (S. orientale L.) - Qara 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə