Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   45

147 
 
dəniz  ətrafı  meşələrdə  və  onun  cənub  hissələrində  bitən  ağımtıl 
çiçəkləri olan bitkidir. 
Bu  vaxta  qədər  xəndəkotunun  çox    növləri  (hibrid,  dərman 
Qafqaz və s.) üzərində seleksiya işləri aparılmışdır. Xəndəkotunun 
bütün  növləri  polimorf  olmaqla  təsərrüfat  formalarının  
yaradılması üçün yaxşı materialdır.  
5.1.5.1.  Tüklü  xəndəkotu.  Tüklü  xəndəkotu  (Symphytum 
asperum  Lepech)  çuğundur  (Boraginaceae)  fəsiləsinə  daxil  olan  
çoxillik,  polikarp,  ot    tipli    yem  bitkisidir.  Mədəni  halda  XVIII 
əsrdən məlumdur. Əvvəllər dərman və bəzək bitkisi kimi istifadə 
edilirdi. Aralıq dənizi ölkələrində, Avropada, Afrikada və Asiyada 
rast  gəlinir.  Xarici  ölkələrdə  xüsusən  də  Yaponiyada    Avstriyada 
və  İngiltərədə  yem,  dərman,siderat  və  hətta  ərzaq  bitkisi  kimi 
istifadə  edilir.  Perspektivli  növləri  Qafqazda,  Sibirdə  və  Orta 
Asiyada  bitir.  Bu  bitki  hələ  kifayət  qədər  yayılmamışdır.  Amma 
yüksək  plastiklik  qabiliyyətinə  görə  bir  çox  bölgələr  üçün 
perspektivli sayılır. 
Yaşıl  kütləsi  qidalılıq  dəyərinə  görə  paxlalı  otlardan    geri  
qalmır. Tərkibi proteinlə, karbohidratlarla, vitaminlərlə (B
12
, karo-
tin, askorbin  turşusu) və  mineral duzlarla  zəngindir. 
 100  kq-da   15-19  yem  vahidi,  2-3  kq  asan həll   olunan pro-
tein vardır. Qurudulduqdan sonra heyvanlar tərəfindən yaxşı yeyi-
lir. Quru ot, ot unu, silos və senaj istehsalına yararlıdır. 
Vegetasiya  ərzində    bir  neçə    dəfə  biçilməsi  (suvarma  şərai-
tində 5 dəfə) xəndəkotundan 550-1000 sen/ha yaşıl  kütlə məhsulu 
götürməyə imkan verir. Plantasiyaları 10-12 il istifadə edilir. 
Kök  sistemi qarışıq tiplidir. Mil (əsas) kökdən, ondan ayrılan 
yan  köklərdən,  əlavə  köklərdən  və  yerüstü  gövdəköklərindən  
(kökümsovlardan) ibarətdir. Yerüstü hissəsində 5-7  gövdə əmələ 
gətirir. Hündürlüyü  1,5-2,0 m,  içi boş, qabırğalı,  yuxarı hissədən 
budaqlanan,  sərt  tükcüklüdür.  Ona  görə  də  ona  tüklü  xəndəkotu 
adı verilmişdir. Generativ budaqlardan  əlavə, üzərində yalnız yar-
paq rozetləri olan  vegetativ gövdələr də əmələ gətirirlər. Yarpaq-
ları  rozet şəkilli, saplaqlı 50-70 sm  uzunluğunda, 10 sm-ə qədər 


148 
 
enində  olmaqla  gövdə  yarpaqları  xırda,  yuxarı  yarpaqları  oturaq  
olur (şəkil 42).  
Çiçəkdaşıyan  budaqları  yuxarı  yarpaqların  qoltuğunda  yer-
ləşir. Çiçək qrupu süpürgə  tiplidir. Süpürgəsi hər birində 20 çiçək 
toplanan burumlardan (qıvrımlardan)  ibarətdir. Çiçəyin tacı boru-
lu  zəngşəkilli  olmaqla  moruğu  rəngdən  tutmuş  tünd-mavi  rəngə 
qədər dəyişilir. Çarpaz tozlanan bitkidir. 
Meyvəsi  4-5  mm  uzunluqda  qozcuqdur.    1000  ədədinin  küt-
ləsi  8-10    qr-dır.  Orta  toxum    məhsuldarlığı  1,0-1,5  s/ha  -  dır. 
Qabaqcıl təsərrüfatlar 4-5 s/ha - da götürə bilir. Toxumları  ancaq  
payızda  səpəndə  yaxşı  cücərir.  Plantasiyalarını  şitillə  və  ya  kök 
çilikləri ilə də yaratmaq olar. 
Tüklü  xəndəkotu  nəmliklə  yaxşı  təmin  olunmuş  münbit 
torpaqlara  tələbkardır.  Onu  toxumla  və  vegatativ  yolla  artırmaq 
olar.  Toxumları  yaxşı  olar  ki,  qışqabağı  səpilsin.  Hektara  səpin  
norması  7-10  kq-dır.  Cərgəaraları  60-70  sm  olmaqla  gencərgəli 
üsulla səpilir. Toxumları 2-3 sm dərinliyə basdırılır. 
Həyatının birinci ili  xəndəkotu, xüsusən  də toxumla səpilən 
xəndəkotu  yavaş  (zəif)  böyüyür  və  2-3  cərgəarası  becərmə  tələb 
edir.  Sonrakı  illərdə  əkinə  qulluq  işləri  yemləmə  gübrələrinin  
verilməsindən,  cərgəaralarının  yaz  becərməsi  və  biçindən  sonra 
becərilməsi işlərindən ibarətdir. 
Yaşıl  yem  və  ot  unu  hazırlamaq  üçün  xəndək  otu  tez,  yəni 
çiçəkləməyə  qədər  biçilir. Silos hazırlamaq üçün isə onu kütləvi 
çiçəkləmə və ya toxumların yetişməsi dövründə biçirlər. 
 Tez  biçildikdə  xəndəkotunu  başqa  yaxşı  siloslaşan  bitkilərlə 
qarışıq siloslamaq olar.  
Toxumları  eyni  vaxtda  yetişmir  və  tez    tökülür  ki,  bu  da 
yığım  vaxtı  çətinlik  yaradır.  Yetişmiş  çiçək  qruplarını  yığmaq 
üçün sorqo yığan  maşınlardan istifadə edilir. 
 
5. 1. 6. Ürəkyarpaq katran 
 
Ürəkyarpaq katran (Crambe cardifolia Stev.) - Kələmkimilər 
(Brassicaceae) fəsiləsinə daxil olan çoxillik quraqlığa davamlı bit-


149 
 
kidir. Aralıq  dənizi hövzəsi ölkələrinin  və şimali Qafqazın təbii 
florasında rast  gəlinir. Yem kimi istifadə olunmasına  yaxın  vaxt-
larda    başlanılmalıdır.  Ukraynada    Krasnodar  diyarında  Komidə 
Udmurtyada  xeyli  əkin    sahələri  vardır.  Quraqlıq  rayonlar  üçün 
daha yararlı bitki hesab olunur. 
Yaşıl kütləsi qidalılıq dəyərinə görə yem  kələminə yaxındır. 
Onunla  müxtəlif  heyvanları,  xüsusən  qoyunları  yemləyirlər.  Kar-
bohidratlı  bitkilərlə    siloslayır,  həm  də  ot  unu  hazırlamaq  üçün 
istifadə  edrilər.  Bitki  yaxşı  xora  vermək  qabiliyyəti  ilə  seçilir  və 
ondan “yaşıl konveyer”- də istifadə etmək olar. 
Yüksək məhsuldarlığı 900-1000 s/ha, orta   məhsuldarlığı isə 
400-500 s/ha -dır. 
Torpağın  3-m-ə  qədər  dərinliyinə  işləyə  bilən,  yaxşı  inkişaf 
etmiş güclü kök sistemi vardır. Kökü torpağın 0-0,5 və 1-2  m-lik    
qatlarında  budaqlanır.  Bu  bitkinin    quraqlığa  dözümlülüyünün 
səbəbi də elə bununla izah edilir. 
Gövdəsi 1,5-2,5  m hündürlükdə, çılpaq və budaqlanandır. 3-
7 ədəd gövdə əmələ gətirir (şəkil 43). 
Aşağı  yarpaqları  (kökə  yaxın  olanlar)  iri,  uzun    saplaqlı, 
yumurta  və  ya  böyrəkşəkilli,  əsasən  dərin  ürək    formalı  olmaqla 
kənarları  qeyri-bərabər  dişşəkillidir.  Bəzən  saplağında  və  yarpaq 
ayasında  tükcük  (qılçıq)  olur.  Gövdə  yarpaqları  qısa  saplaqlı 
olmaqla nisbətən xırdadır. 
Çiçək qrupu 1,5-1,7 metr diametri olan iri süpürgədir. Çarpaz 
tozlanır.  Meyvəsi  iki  üzvcüklü  açılmayan    qındır.  Qının  yuxarı 
üzvcüyü  (hissəsi)  iri  olmaqla    aşağı  hissəsi    inkişaf  etməmişdir. 
Qınında  bir  ədəd,  müstəsna  hallarda  iki  ədəd  toxum  yerləşir. 
Toxumları  üzəri  damarlı,  qabırğalı  qozcuqdur.  1000  ədədinin 
kütləsi 30-35 qr-dır. Hektardan 5-15 sen. toxum verir. 
Katranın  yerüstü  hissəsinin  tərkibində  qlükozinolitlərin 
azaldılması istiqamətində seleksiya işləri aparılır. 
 
 
 
 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə