Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

166 
 
Qıvrım  və köbəşəkilli əmənköməncilərlə isə Rusiyanın Avro-
pa hissəsində,  Orta Asiyada və Sibirdə təbii bitmə yerlərində rast  
gəlinir. Əvvəllər əmənkömənci bir sıra ölkələrdə dərman, ərzaq və 
dekorativ  bitki  kimi  becərilirdi.  Sonradan  onu  qaba  lif    verən 
texniki  bitki  kimi  becərməyə  başladılar.  Hektardan  11-18  sen. 
qaba lif  verir. Sonralar isə onu  yem bitkisi kimi öyrənməyə baş-
ladılar. Əmənkömənci yüksək yem keyfiyyətinə malikdir.  
Biçin  vaxtından  (fazasından)  asılı  olaraq  tərkibində  18-33% 
profein  olur  ki,  bu  da  yoncada  və  üçyarpaqda  olduğundan  geri 
qalmır.  Tərkibindəki  zülal,  amin  turşu  tərkibinə  görə  süd  zülalı 
kazeinə  yaxındır.  Yeminin  tərkibi  həm  də  mieral  duzlarla  və 
vitaminlərlə zəngin olduğu üçün qiymətlidir.  
Yaşıl  kütləsi  qarışıq  silos  hazırlamaq    üçün  maraq  doğurur. 
Tərkibində karbohidratların miqdarı az, zülali maddələrin miqdarı 
isə  çox  olduğu  üçün  təmiz  halda    pis  siloslaşır.  Əmənkömənci 
həmçinin  ot  unu  və  quru  ot  hazırlamağa  da  yararlıdır.  Toxum-
larının tərkibində15-20% yağ vardır. Toxumları ilə quşları və do-
nuzları  yemləmək  olur.  Hektardan  600-800  sen.  yaşıl  kütlə 
məhsulu verə blir. Orta məhsuldarlığı isə 300 - 400 s/ha- dır. 
Torpağın  1,5-2,0  m  dərinliyinə  işləyə  bilən  güclü  mil  kök 
sistemi vardır. 
Gövdəsi 2,0 -2,5 m hündürlükdə,  qeyri-düzgün dairəvi,  düz, 
şirəli, yerə yatmayan, budaqlanandır. Yaşıl rəngdə və ya antosion 
rənginə boyanmış olur. 
Yarpaqları iri, ürək formalı, 5-7 dilimli, saplaqlı tüksüz və ya-
xud zəif tüklüdür. 
Qıvrım  əmənköməncinin  yarpaq  ayasının  kənarları  qırçınlı-
dalğalıdır. 
Çiçəkləri  xırdadır.  Yarpaq  qoltuğunda    yerləşən  köbələrdə 
toplanır.  Hər  köbədə  4-11çiçək  olur.  Çiçək  tacının  rəngi  ağdan 
tutmuş  qırmızı-bənövşəyi  rəngə  qədər  dəyişilir.  Fakültativ  (istə-
nilən şəkildə) tozlanan bitkidir (şəkil 46 - 47). 
 Meyvəsi  açıq  qozadır.  Qozasında  10  ədəd  bozumtul  rəngli,  
səthi qırışıqlı, sərt qabıqlı toxum olur. 1000 ədəd toxumunun küt-
ləsi  3-4  qr.  olur.  Toxum  qabığının  möhkəm  olması  səbəbindən  


167 
 
yalnız  iki  il  saxlandıqdan  və  ya  skarifikasiya  edilib  əkildikdən 
sonra normal cücərti verir. 
Yerli  populyasiyalardan  seçmə  və  hibridləşmə  yolu  ilə  yara-
dılmış seleksiya  sortlarından istifadə edilir. 
Əmənköməncini  gencərgəli  (cərgəarası  60  sm)    üsulla  səpir-
lər. Cərgəarasını 45 sm-də götürmək  olar. Əmənköməncini yaşıl 
kütlə almaq üçün 30 sm cərgəarası qoymaqla səpilir. Qarğıdalı və 
günəbaxanla  qarışıq  səpinlərdə  əmənkömənci  iki  cərgədən  bir 
səpilir.  Təmiz  səpinlərdə  hektara  səpin  norması  5-6  kq  -  dir. 
Toxumları 2-3 sm dərinliyə basdırılır. 
Cücərtilərin  əmələ  gəldiyi  ilkin  dövrlərdə  bitkisi  yavaş  bö-
yüyür və qulluq tələb edir.  Yaşıl kütləsi silos üçün avqustun axırı 
və sentyabrın əvvəllərində biçilir. 
Toxum  məqsədi  ilə  becərildikdə  əmənköməncini  adi  cərgəvi 
və  ya  dar  cərgəvi  üsula  becərmək  məsləhətdir.  Sıx  səpinlərdə 
əmənköməncinin  yarpaqları  az,  toxumları  çox  olur.  Toxumluq 
sahələr  ot  biçənlərlə  biçilib  tökülür,  toxumlar  tam  yetişib-quru-
duqdan sonra kombaynla döyülüb təmizlənir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


168 
 
ƏDƏBİYYAT 
1.
 
Ağayev  H.  C.  və  b.  Aqronomun  məlumat  kitabı.,  Bakı, 
1989, 239 s. 
2.
 
Azərbaycan  Respublikasında  möhkəm  və  sabit  yem 
bazasının  yaradılması  yolları. Bunejmat  və doktor M. Səlimin 
razılığı ilə çap olunmuşdur. Bakı, 2001 
3.
 
Azərbaycanın biçənək və otlaqlarının yem bitkiləri. II cild. 
Azərb. SSR EA nəşriyyatı. Bakı, 1969, 165 s. 
4.
 
AzNİİKLiP - 495 xaşa  sortu. Bakı, 2007 
5.
 
Bağırov Q. H. Azərbaycanın dağlıq  və  dağətəyi rayonla-
rında xaşa və yonca becərilməsinə dair  tövsiyələr. Bakı, 1976 
6.
 
Behbudov  H. Ə.  Azərbaycanın yemçilik təsərrüfatı, Bakı,  
1991, 230 s. 
7.
 
Behbudov H. Ə. Qiymətli  yem bitkisi. Bakı, 1976 
8.
 
Behbudov H.Ə.Yemçilik, Bakı,Azər.döv.nəşr. 1971, 163 s. 
9.
 
Cəfərov M. İ. və b.  Kənd təsərrüfatı bitkilərinin becərilmə 
və  yığılma texnologiyası, Bakı, 2000, 264 s. 
10.
 
Çoxillik otlardan yüksək quru ot və toxum məhsulu yetiş-
dirək. Bakı, Azərnəşr, 1954, 32 s. 
11.
 
Əliyev  Ç.  Ə.,  İbrahimov  Ə.  K.,  Məmmədov  T.  H.  Azər-
baycan SSR-də yem bitkilərinin becərilməsi, Bakı, 1982. 
12.
 
Əliyev Ç. S., Zeynalov R.N., Qasımov H. Y. Torpaq mün-
bitliyinin yaxşılaşdırılması üçün yonca bitkisinin elmi əsaslarla 
becərilməsi.  Aqrokimya  jurnalı,  ATC-nin  III  qrultayının 
materialları. Bakı, Elm, 2011 
13.
 
Əliyev Ç.S., Kosayev E.M., Zeynalov R.N.,Salmanov R.S. 
Respublikanın  dağlıq  regionlarında  bir  illik  yem  otlarının 
müasir texniki vasitələrlə becərilmə texnologiyası Aəzərbaycan 
Aqrar Elmi jurnalı, № 2, 2011 s. 91-92. 
14.
 
Əliyev S. C. və  b.  Zülal probleminin həllində dənli - pax-
lalı   bitkilərin rolu., Kirovabad, 1988, 41 s. 
15.
 
Əliyev S. C. və baş. Təbii yem sahələri, onların sinifləşdi-
rilməsi və zonalara bölünməsi.  Gəncə, 1990. 75 s. 
16.
 
Hacıyev V. M. Mədəni otlaqlar və biçənəklər. Bakı, Azər-
nəşr, 1980,56 s. 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə