Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə40/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

150 
 
5. 1. 7. Topinsolneçnik 
 
Topinsolneçnik astra  (Asteraceae)  fəsiləsinə daxil olan bit-
kidir.  Bu  bitki  XX  əsrin    40-cı  illərində  sovet  seleksiyaçıları 
tərəfindən yerarmudu (Solanum   tuberosum L.) və günəbaxan bit-
kilərinin (Helianthus annus L.) növarası çarpazlaşdırılması nəticə-
sində yaradılmışdır (şəkil 44). 
İstifadə  olunması  istiqamətinə  görə  yerarmuduna  (topinam-
bura) çox  oxşayır.  Lakin onun bir sıra üstünlükləri vardır. Yum-
ruları yuvalarda daha kompakt (yığcam) yerləşir, yumruların irili-
yinin (həcminin) böyük olması, növbəli əkində becərilməsi, yaşıl 
kütləsi və kök  yumrularında daha  yüksək karbohidratların, zülal-
ların vitaminlərin və başqa  qida maddələrinin olması, şaxtaya da-
amlılığının  yüksək  olması,  həmçinin  daha  geniş  becərilmə  area-
lına və riskli əkinçilik rayonlarında da becərilməsinin mümkün ol-
ması bu bitkinin  üstün cəhətləridir. 
Xarici görünüşünə və bir çox xüsusiyyətlərinə görə valideyin 
formalarına  bənzəyir və onlardan üstündür. Yarpaqlarının sayına 
və  ölçüsünə,  gövdəsinin  yoğunluğuna  və  budaqlanma  qabiliyyə-
tinə görə aralıq mövqe tutur. 
Yüksək  məhsul  verən  bitkidir.  Düzən  şəraitdə  hektardan 
verdiyi köküyumru  və  yaşıl kütlə  məhsuldarlığına görə  yerarmu-
dundan üstündür. Bu üstünlük xüsusən Şimal rayonlarında özünü 
göstərir. 
Kök  yumrusu  ilə  vegetativ  çoxaldılması  (yerarmudu  kimi) 
heterozis  effektindən  daha  uzun    müddət  istifadə  etmək  imkanı 
verir. 
 Yaradılmış sort və hibridləri kökyumrusu və yerüstü hissəsi-
nin məhsul vermə nisbətinə görə silosluq, yumruluq və universal 
olmaqla  3  yerə  bölünür.  Yem  və  texniki  məqsədlər  üçün  daha 
geniş miqyasda becərilir. 
 
 
 
 


151 
 
5. 2. Birillik qeyri ənənəvi yem bitkiləri 
 
5. 2. 1. Yağlı turp 
Yağlı  turp  (Raphanus  raphanistrum  L.  var.  oleifera  Metzg.) 
kələmkimilər  (Brassicaceae)  fəsiləsinə  daxil  olan  birillik  ot  bit-
kisidir. Bu  bitki Şərqi Asiyada üç min il bundan əvvəl yağlı bitki 
kimi  mədəni  hala  salınmışdır.  Avropada  və  Rusiyada  XIX  əsrin 
axırlarından    becərilir.  Toxumunun  tərkibində  40%  -  dən  artıq 
yarımquruyan  yağ  olsa  da  toxumu  çətin  təmizləndiyindən  geniş 
vüsət    tapmamışdır.  Hazırda  Rusiyada  xüsusən  də  Qeyri-Qara-
torpaq bölgələrdə perspektivli yem bitkisi hesab edilir. Yaxşı  bal 
verən bitkidir.  
Turp torpaq münbitliyinə xüsusi tələbat göstərir.  Vegetasiya  
müddəti  qısadır. 50-60 gün ərzində hektardan 250-300 sen. yaşıl 
kütlə  verə bilir. Ona görə də onu tez yığılan bitkilərdən  sonra be-
cərmək və təkrar səpmək də olur. 
Yaşıl    kütləsi  silos  üçün  və  yaşıl    yem  kimi  istifadə  edilir. 
Tərkibində  zülal çox olduğu   üçün çiçəkləmə fazasının  sonuna  
qədər o  pis siloslaşır. Ona görə də tez biçildikdə turpu  başqa  bit-
kilərlə qarışıq siloslaşdırmaq lazımdır. Yağlı turpu ağ xardal kimi 
başqa birillik otların tərkibində  qarışıq becərmək olar.  Yağlı turp 
gülüllə  yulafın  və  ya  çöl noxudu ilə  yulafın qarışıq əkinlərində 
yaxşı komponent  hesab olunur. Çiçəkləmə fazasında yaşıl kütlə-
sində 10-16 % quru maddə, 12-26 % protein, C vitamini və mine-
ral duzlar olur.  
Əlverişli  şəraitdə  75-80  gün  hektardan  500-600  sen.  yaşıl 
kütlə verə bilir. Toxum məhsuldarlığı 10-18 sen/ha - dır. 
Kök  sistemi  milşəkillidir,  yuxarı  hissəsində  2-3  sm-ə  qədər 
yoğunlaşmışdır  və torpağın 0,8-1,0 m dərinliyinə işləyə bilir. 
Gövdəsi 0,7-1,4 m hündürlükdə, budaqlanan, yaşıl qranit rən-
gli, buğumlarından əyilmiş, içərisi dolu, yaxud boş, müxtəlif dərə-
cədə tüklüdür (şəkil 45). 
Yarpaqları  tükcüklüdür,  aşağı  yarpaqları  saplaqlı,  lirəvari-lələk-
şəkilli olmaqla 2-6 dilimlidir. Yuxarı yarpaqları xırda, tam kənarlı, 


152 
 
demək  olar  ki,  oturaqdır  (saplaqsız).Yarpağın  rəngi  sarımtıl- 
yaşıldan yaşıla qədər dəyişilir. 
Çiçək  qrupu  seyrək  salxımdır.  Çiçəklərinin  tacı  kələmkimi-
lərə xas olan ağ, çəhrayı və yaxud aşıq - bənövşəyi rənglidir, çar-
paz tozlanır. 
Meyvəsi  iti uclu, açılmayan, şişkin  qındır. Qının uzunluğu 3-
7,  diamteri  1,0-1,5  sm  olmaqla  çətin  seçilən  yuvalara  bölünmüş-
dür.  İçərisində  yumşaq  parenximdə  6-10  ədəd      açıq  qəhvəyi 
rəngli, qeyri  - düzgün oval formalı toxumları olur. 1000 ədəd to-
xumunun kütləsi 8-12 qramdır. 
Toxumunu  adi  taxıl  səpənlərlə  cərgəvi  üsulla  səpirlər. 
Hektara 6-7milyon ədəd cücərə bilən toxum səpilir. Toxumları 2-4 
sm dərinliyə basdırılır. 
Yaşıl  yem  üçün  turpu  çiçəkləmə  fazasından  meyvəvermə 
fazasına  qədər  olan  dövrdə,  silos  üçün  isə  təmiz  halda 
meyvəvermə fazasında yığırlar. Toxumluq sahələrini iki fazalı yı-
ğım üsulu ilə bitkinin orta hissəsindəki toxumlar yetişdikdə yığır-
lar. 
 İstehsalat  şəraitində  hazırda  Polşa,  Almaniya,  Rumıniya  və 
Hindistandan gətirilmiş formaları daha çox yayılmışdır. İlkin yerli 
sortları - “Tambovçanka” və “Raduqa” yaradılmış və təsərrüfat-
larda  becərilir. 
5. 2. 2. Perko 
Perko bitkisi tetraploid çin kələmi (Brassica chinensis L.) ilə   
tetraploid  payızlıq  turpəngin    (Brassica  campestris  L.)  hibridləş-
dirilməsindən  alınmışdır.  Bu  bitki    kələmkimilər  (Brassicaceae
fəsiləsinə  daxildir.  Mil  kök  sistemi  vardır.  Gövdəsi  dik  dayanan, 
yarpaqları  eyni  cür  deyildir.  Aşağı  yarpaqları  lirəşəkilli-lələkvari 
bölümlüdür.  Çiçəkləri  salxıma  bənzər  çiçək  qrupunda  toplanmış-
dır, sarı rənglidir, meyvəsi qıncıqdır. 
Torpağın nəmliyinə yüksək tələbat göstərir. Quraq rayonlarda 
məhsuldarlığı azalır  və  yemlik dəyəri  aşağı düşür.  Həm  yazlıq, 
həm də payızlıq bitki kimi becərilə bilər. Birinci ili çiçəkləmir an-
caq  tez  böyüməsi  ilə  əlaqədar  olaraq  aralıq  əkinlərdə  istifadə  et-
mək olar. Dənli-taxıl bitkiləri biçildikdən sonra səpildikdə sent- 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə