Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə34/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   45

132 
 
Əkinə  qulluq  işləri  ikinci  ildən  başlayaraq  sadələşir  (asan-
laşır)  cərgəaralarında  kultivasiya  aparılır  və  fosforlu  -  kaliumlu 
gübrələr verilir. 
Çəpişotu, ot unu hazırlamaq üçün gövdələmə və  yaxud qön-
çələmə fazsaında, quru ot, silos və senaj üçün çiçəkləmə fazasının 
əvvəlində  biçilir.  Xorası  oktyabrın  ikinci  yarısında  biçinə  hazır 
olur.  
Çəpişotu  stabil  toxum  məhsulu  verir  və  paxlaları  yetişdikdə 
toxumları tökülmür. Toxumunun yığılmasına paxlaların 75-80%-i 
qonurlaşanda  başlayırlar  ki,  bu  da  iyulun  axırı,  avqustun  əvvəl-
lərinə təsadüf edilir. Hektardan 2-8 sentner toxum verir. 
 
4. 7. Dərman çəpişotu 
 
Dərman  çəpişotu    (Galega  officinalis  L.)  Avropada  Aralıq 
dənizi  ölkələrində,  Kiçik  Asiyada  becərilir.  XVII  əsrdən  başla-
yaraq  onu  tərqovucu,  sidikqovucu  vasitə  kimi  və  bağırsaq  qurdu 
əleyhinə istifadə edirlər (şəkil 36). 
 Dərman  çəpişotunun  yarpaqları  şərq  çəpişotunun  yarpaqla-
rına  nisbətən daha uzundur və onda kökümsovlar olmur.  
Kökü  mil  şəkilli,  turp  formalı  olmaqla,  torpağın  dərin  qatla-
rına  gedir.  Çiçəkləri  solğun-bənövşəyi  rəngli,  bəzi  növmüxtəlif-
liklərində ağ və çəhrayı rəngli olur. Bu bitki şərq çəpişotundan bir 
çox    təsərrüfat  və  bioloji  əlamətlərə  -  toxum  məhsuldarlığına, 
vegetasiya  müddətinə,  şaxtaya  və  quraqlığa  davamlılığına,  yar-
paqlanmasına  və  s.  görə  fərqlənir.  Onu  əsasən  dərman    bitkisi 
kimi  becərirlər.  Dərman  çəpişotu  şərq  çəpişotuna  nisbətən  az 
məhsuldardır.  Tərkibində  alkaloidlərin  miqdarı  çox  olduğu  üçün 
başqa paxlalı otlara  nisbətən  pis yeyilir. Yem bitkisi kimi geniş 
surətdə  becərilməsinə hələ başlanılmayıb. 
 
4. 8. Çoxillik  lüpin 
 
Çoxillik  lüpin    ensiz  yarpaq  lüpinə  nisbət  soyuğadavamlılığı 
ilə  fərqlənir  və  nisbətən  şimal  rayonlarında  yayılmışdır.  Bitki 


133 
 
həyatını  8-10  il  davam  etdirir.  Birinci  ili  rozet  tipli  yarpaqlar 
əmələ gətirir. Bitkisi orta   hündürlükdədir və bir neçə  yaxşı  yar-
paqlanan gövdəsi vardır. 
Yarpaqları iridir.  Onlardan 9-15-i uzunsov yumurtavarı, zəif 
tüklü və yaxud çılpaqdır. Çiçək qrupu 50 sm  uzunluğunda, çiçək-
ləri göy, göy-bənövşəyi və yaxud ağdır. Meyvəsi xırda, sıx tüklü-
dür. 3-5 ədəd bəzəkli, oval, zəif yastılaşmış, açıq və ya qara rəngli 
toxumları  var.  1000  ədəd  toxumunun  kütləsi  30-70  qr.-dır.  To-
xumlar səpinqabağı skarifikasiya olunmalıdır (şəkil 48). 
Mədəni  şəkildə  seleksiya  sortları  becərilir.  Bu  sortlar    içəri-
sində alkaloidli, az alkaloidi və alkoloidsiz sortları vardır. 
Çoxillik lüpin (L. polyphyilus Lindl.) turş torpaqlarda bitmə-
sinə  görə  birinci  yerdə  durur.  Yaxşı  çoxalır.  Çoxillik  lüpin  turş 
torpaqlarda yaxşı bitir, kökümsovlar əmələ gətirir. Turşuluq (pH) 
3,8  olduqda  belə  havadan  azot  toplaya    bilir.  Belə  turşuluq 
şəraitində  heç  bir  paxlalı  bitki  azot  toplaya  bilmir.  Torpağın 
reaksiyası (pH) 4,5-6,5 olduqda yaxşı bitir. Neytral və zəif qələvi 
mühitdə  köklər  üzərində  fırlar  əmələ  gəlmir.  Bu  da  çoxillik 
lüpinin yayılma arealını təyin etməyə imkan verir. 
 Torpağa  tələbkar  deyildir.  Qida  maddələri  ilə  zəif    təmin 
olunmuş qumsal torpaqlarda da yaxşı bitir. O, qışa yüksək davam-
lılığı ilə fərqlənir  və  bir yerdə 8-10 il becərilir. Bu tez yetişən bit-
kini soyuq şimal rayonlarda da becərmək olur.    
Bir bitkinin  orta ömrü gillicəli torpaqlarda 6-7 il, qumsal tor-
paqlarda isə 4-5 ildir. Əkinlərinin seyrəldilməsinə 4-5 - ci il baş-
lanır. 
Lüpin  biçildikdən  sonra  çox  tez  inkişaf  edir  və  vegetasiya 
müddətində bir neçə dəfə biçilir. Lüpinin yaşıl kütləsi  tərkibində-
ki zülalın miqdarına görə  üçyarpağın yaşıl kütləsindən  üstündür. 
Amma  onun  tərkibində  yaşıl    kütləyə  acı  dad  verən  alkaloidlər 
(lyupanin və hidroksilyupanin) vardır. Ona görə də siderat  bitkisi 
kimi  istifadə  edilir.  Lüpinin  yemlik  sortlarında    alkaloidlərin 
miqdarı  quru  maddənin    0,01  %-dən  çox  olmur.  Ona  görə  də 
bunları praktiki olaraq alkaloidi olmayan yemlər kimi qəbul etmək 
olar.  Ancaq  alkaloidi  olmayan  sortlar  tez  sıradan  çıxır  və 


134 
 
istehsalatda demək olar ki, yoxdur. Lüpinin əkin sahələri olduqca 
azdır.  Onun  becərilməsi  üçün  əlverişli  zona  Qeyri-qaratorpaq 
zonanın şimal vilayətləri hesab olunur. 
Çoxillik lüpinin becərilməsinin xüsusiyyətləri. Çoxillik lü-
pin yaşıl gübrə kimi istifadə olunur. Əgər yaşıl kütləsini 850-950 
0
C-də vitaminli un hazırlayan maşından (ABM) keçirsək  alkaloi-
dlərin  əsas  miqdarı  0,2%  qalır.  Ona  görə    də  onunla  heyvanları 
sutkada 1,5-2,0  kq-dan artıq yemləmək olmaz.  
Çoxillik  lüpin  birinci  ili  zəif  böyüyür.  Rozet    tipli  yarpaqlar 
əmələ  gətirir.  Sonrakı  il  sürətlə  böyüyərək  iyulun  birinci  yarı-
sında, çiçəkləmə fazasında hektardan 300 sen-ə qədər  yaşıl  kütlə 
toplayır.  O  işıqsevən,  nəmlik  çatışmamasına  çox  həssas  bitkidir. 
Birinci ilə alaqlardan çox əziyyət çəkir. 
Bu bitkinin gec yetişməsi, paxlasının güclü çatlaması, toxum-
larının tökülməsi və bərkliyi çatışmayan cəhətləridir. 
Yaşıl gübrə kimi  çoxillik lüpini subasan sahələrə və yaxud da  
meyvə əkinlərinin  cərgə aralarına başdan-başa cərgəvi üsulla hek-
tara  30-35  kq  (1,0-1,1  mln.  cücərmə  qabiliyyətli  toxum)  norması 
ilə səpirlər. Yaşıl kütləsini hər il çiçəkləmə və meyvəəmələgəlmə 
fazasında  biçirlər və sahəni gübrələmək üçün istifadə edirlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə