Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

123 
 
istifadə  olunur.  Soyuğa  və  quraqlığa  yaxşı  davamlıdır.  Əhəngli 
torpaqlarda  yaxşı  bitir. Hektardan 30-50  sentner  quru  ot  məhsulu 
verir. Tərkibində efir yağlı maddə  - kumarin (acıdır) olduğundan 
heyvanlar  ilk  vaxtlar  onu  pis  yeyir.  Xəstəlik  və  zərərvericilərə 
qarşı davamlıdır. Şoran torpaqları azotla zənginləşdirir.  
Botaniki təsviri. Xəşəmbül (Melilotus) paxlalılar (Fabaceae
fəsiləsindən  çoxillik,  bəzən  birillik  ot  cinsidir.  Avropa,  Asiya, 
Şimali  Amerika  və  Avstraliyada  təqribən  16  növü  yayılmışdır. 
Azərbaycan ərazisində 7 növü bitir.  
Xəşəmbülün ağ və sarı növləri daha çox yayılmışdır. 
Ağ  xəşəmbül  (Melilotus  albus  Desr.)  –  ikiillik  bitkidir.  Mil 
kökü və  yaxşı inkişaf etmiş  yan kökləri  var. Budaqları (gövdəsi) 
düzdür, hündürlüyü 75-300 sm-dir. Gövdənin budaqlanması 25-30 
sm  hündürlükdən  başlayır.  Gövdənin  aşağı  hissəsi  çılpaq,  yuxarı 
hissəsində  əyilmiş  qısa  sıx  budaqlar  var.  Aşağı  və  orta  yarpağın 
yarpaqcıqları  girdə  (dəyirmi),  yuxarıdakılar  xətvarı  yaxud  ensiz 
ellipsvarı  kənarları  diş-dişdir.  Hamaşçiçəyi  salxımdır  (qotaz), 
çiçəkləri  ağ  rənglidir.  Paxlaları  ellipsvarı,  torlu-qırışıq,  qısa,  iti 
burunludur.  Toxumu  oval  formalı,  sarı  yaxud  sarımtıl-yaşıl 
rənglidir. Dənin 1000 ədədinin kütləsi 1,5 qramdır (şəkil 33). 
Sarı xəşəmbül (Melilotus officinalis Desr.) – ikiillik bitkidir, 
arabir  birillik  olur.  Əsas  kökü  mildir.  Gövdəsi  güclü  budaqla-
nandır, dikduran antosian rənglidir. Yarpaqcıqları aşağı yaruslarda 
tərs-yumurtavarı  yaxud  girdə,  yuxarı  yarpaqları  isə  lansetvari-
uzunsovdur.  Çiçək  qrupu  uzun  salxımdır,  çiçəkləri  sarı  rənglidir. 
Paxlaları yumurta formalı, köndələninə qırış-qırışdır. Toxumu sarı 
yaxud sarımtıl-yaşıl rənglidir. Mütləq kütləsi 1,5 qramdır.  
Bioloji xüsusiyyətləri. Xəşəmbül qışadavamlı bitkidir. Bütün 
göstəricilərinə  görə  yoncaya  yaxındır,  bəzən  onu  ötüb  keçir. 
Xəşəmbülün qışadavamlılığı kök boğazcığının torpaqda yerləşmə-
sindən  asılıdır.  Kök  boğazcığı  torpaq  səthinə  yaxın  yerləşdikdə 
bitkinin  qışadavamlılığı  aşağı  enir.  Belə  bir  korrelyativ  (bir-
birindən  asılı  olma)  əlaqə  var,  bu  və  ya  digər  xəşəmbül  sortu  nə 
qədər  qışadavamlıdırsa,  onun  quraqlığa  dözümlülüyü  də  o  qədər 
yüksəkdir. 


124 
 
Xəşəmbül quraqlığa davamlı bitkidir. Quraqlığa davamlılığı-
nın böhran dövrü bir vaxta düşür. Bu dövrdə nəmlik çatışmadıqda 
o yarpaqlarını tez tökür, nəticədə quru otun yemlik dəyəri pisləşir. 
Quraqlığa  davamlığına  görə  Sarı  xəşəmbül  ağ  xəşəmbüldən 
üstündür. 
Xəşəmbül  işıq  sevən  bitkidir.  Neytral  yaxud  zəif-qələvi  tor-
paqlarda  yaxşı  böyüyür.  Vegetasiya  dövrünün  uzunluğu  ağ 
xəşəmbüldə 80-135 gün arasında tərəddüd edir. Bu göstəricilərinə 
görə müxtəlif ekotiplər dörd yerə bölünür: tez yetişən formalarının 
vegetasiya  müddəti  80-95  gün,  orta  gec  yetişən  95-110  gün,  gec 
yetişən 110-120 gün və çox gec yetişənlərinki isə 120-135 gündür. 
Xəşəmbülün  tez  yetişən  formaları  Şimal  ərazilərdə,  gecyetişən 
formaları Orta Asiya və Zaqafqaziya ərazilərində, çox gec yetişən 
formaları  isə  Aralıq  dənizi  ölkələrində  yayılmışdır.  Vegetasiya 
müddəti  85-90  gün  olan  sarı  xəşəmbülün  daha  tez  yetişən 
formalarına  Qafqaz  dağlarında  rast  gəlinir.  Vegetasiya  müddəti 
130-140 gün olan, daha gec yetişən xəşəmbül Azərbaycanın vadi-
lərində yayılmışdır. 
Vegetasiya  müddəti  nə  qədər  uzun  olsa  bitkinin  boyu  bir  o 
qədər  hündür  olur.  Məsələn,  çox  gec  yetişən  formaların  hün-
dürlüyü 3,5 m, tez yetişən formalarınkı isə 1,5-2,0 m-ə çatır. Yaşıl 
və  quru  kütlənin  artımı  çiçəkləmənin  başlanğıcında  maksimum 
həddə çatır.  
Erkən yazda ağ və sarı xəşəmbül tez boy atmağa başlayırlar. 
Yazda təzə zoğları kök boğazcığında yerləşən gözcüklərdən əmələ 
gəlir. Nə qədər ki, budaqların çalınmamış hissəsində qoltuqlardakı 
gözcüklərin  miqdarı  çoxdur,  xəşəmbülün  biçinindən  sonra 
zoğların inkişafı o qədər intensiv gedir. 
Ayrı-ayrı  salxımların  (qotaz)  çiçəkləməsi  8-14  gün  davam 
edir. Salxımın aşağı hissəsində olan çiçəklər birinci çiçəkləyirlər. 
Şimal  mənşəli  xəşəmbül  formalarının  çiçəkləmə  müddəti  14-28 
gün,  cənub  mənşəlilərinki  isə  30-45  gün  davam  edir.  Çiçək-
ləmənin  başlanğıcından  sonra  xəşəmbülün  gövdəsi  güclü  qaba-
laşır. Yetişmə zamanı paxlalardan dən asan tökülür. Yığım müd-
dətinin nəzərə alınmasında bu çox zəruridir.  


125 
 
Xəşəmbülün bütün  növlərinin orqanlarında: köklərində, göv-
də və budaqlarında, yarpaqlarında, çiçəkləri və toxumlarının tərki-
bində  üzvi  aromatik  maddə  kumarin  vardır.  Onun  miqdarı 
becərilmə  şəraitindən,  inkişaf  fazasından  və  biçin  müddətindən 
asılı  olaraq  dəyişir.  Quraqlıq  ərazilərdə  kumarinin  miqdarı  ağ 
xəşəmbülün  tərkibində  nəmlik  çox  düşən  ərazilərə  nisbətən  daha 
çox  olur.  Xüsusən  onun  miqdarı  daha  çox  tam  çiçəkləmə  və 
yetişmə  fazasının  əvvəlində  olur.  Səhər  və  axşam  saatlarında 
kumarinin  miqdarı  azalır,  günorta  saatlarında  isə  artır.  Ona  görə 
də  xəşəmbüllü  otlaqlardan  yaxşı  olar  ki,  erkən,  səhər  saatlarında 
yaxud  günəş  batana  yaxın  istifadə  edilsin.  Elə  həmin  vaxtda  da 
quru ot, senaj və silos üçün biçilməsi, məsləhət görülür.  
Növbəli əkində yeri. Xəşəmbül üçün  cərgəaraları  becərilən 
(kartof,  çuğundur,  qarğıdalı  və  s.)  bitkilər  ən  yaxşı  sələflərdilər. 
Ancaq  o  tələbkar  bitki  olmadığına  görə  onu  müxtəlif  sələflərdən 
sonra becərmək mümkündür. 
Gübrələmə sistemi. Dənli taxıl bitkilərinə nisbətən xəşəmbül 
torpaqdan  daha  çox  qida  maddələri  (kalsiumu  3-5  dəfə,  kaliumu 
2-3,  fosforu  1,5-2,5  dəfə  artıq)  istifadə  edir.  Bir  ton  quru  otun 
formalaşması üçün o torpaqdan 3,0-3,5 kq fosfor, 30-24 kq kalium 
və 15-16 kq kalsium aparır.  
Tövsiyə  olunur  ki,  xəşəmbül  əkinlərinin  hər  hektarına  300-
400 kq superfosfat və 150-200 kq kalium duzu verilsin. Gübrə ya 
örtük  bitkisi  altına  yaxud  onun  yığımından  sonra  yayın  axırında 
verilir.    
Torpağın becərilməsi. Xəşəmbül əksər hallarda hər hansı bir 
örtük bitkisi altına səpilir. Ona görə də torpağın becərilməsi onun 
üçün qəbul olunmuş texnologiya əsasında həyata keçirilir. 
Səpin. Xəşəmbülün uzun illər cücərmə qabiliyyətini saxlayan  
çoxlu  miqdarda  bərk  toxumları  olur  ki,  bunlar  səpilən  ili  cücərti 
vermirlər.  Bu  toxum  qılafının  daha  qalın  olmasından  asılıdır  ki, 
suyun endospermə daxil olmasını çətinləşdirir. Onu pozmaq üçün 
toxum  cızma  (skarifikasiya)  üsulu  ilə  hazırlanır.  Bu  xüsusi 
maşından  skarifikatordan  (yonca  doğrayan)  1-2  dəfə    keçirməklə 
yerinə yetirilir.  


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə