Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə32/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   45

126 
 
Səpindən  qabaq  toxumlar  diqqətlə  təmizlənərək  tələbata  ca-
vab  verməlidir.  Səpin  norması  hektara  20-25  kq-dır,  toxumun 
basdırılma  dərinliyi  isə  3  sm-ə  qədərdir.  Xəşəmbül  yazlıq  dənli 
taxıl bitkiləri ilə eyni vaxtda, seyrək hallarda örtük bitkisində 2-4 
yapaq əmələ gəldikdə səpilir.  
Əkinlərə  qulluq.  Örtük  bitkisi  yetişən  kimi  o  təcili  olaraq 
yığılır,  küləş  isə  sahədən  çıxarılır.  Bu  iş  nə  qədər  tez  başa  çatsa 
payızdan  bitkinin  kök  boğazcığında  bir  o  qədər  çox  yeni 
gözcüklər əmələ gəlir, quru ot məhsulu yaxud həyatının ikinci ili 
toxum məhsulu yüksək olur. Örtük bitkisi yığıldıqdan sonra zəruri 
hallarda mineral gübrə verilir.  
Məhsulun  yığılması.  Quru  ot  üçün  xəşəmbül  qönçələmə 
fazasında  və  ya  çiçəkləmənin  başlanğıcında  yığılır.  Biçin  torpaq 
səthindən  15-18  sm  hündürlükdən  aparılır.  Belə  biçildikdə  yaşıl 
kütlənin yaxşı və tez qurumasına imkan yaranır, yığım zamanı itki 
azalır və xəşəmbülün yaxşı zoğlaması (cücərmə) təmin olunur.  
Xəşəmbülün  toxumunu  birinci  yaxud  ikinci  biçindən  götür-
mək  mümkündür.  Toxumluq  sahədə  paxlaların  1/3  hissəsi  saral-
dıqda biçinə başlanılır, 2/3 hissəsi qonurlaşdıqdan gec olmayaraq 
biçin başa çatdırılır. Kütlə quruduqdan sonra kombaynla döyülür. 
Təmizlənmiş  toxumun  nəmliyi  15%-ə  çatdırılır  və  uzun  müddət 
saxlanılan  yerə  tökülür.  Məhsuldarlığı  hektardan  10-11  sentnerə 
çatır. 
Xəşəmbülün  yaşıl  gübrə  üçün  becərilməsi.  Xəşəmbülü 
siderat  bitki  kimi  becərmək  olar.  Bu  bitki  şoran  torpaqlarda  da 
yaxşı bitir. Aqrotexnikası sadədir. Yaşıl kütlənin torpağa çevrilmə 
müddəti  becərildiyi  bölgədən  asılıdır.  Soyuq  ərazilərdə  iyun-iyul 
aylarında  torpağa  basdırılır,  yayı  uzun  müddət  davam  edən 
bölgələrdə ikinci biçinin yaşıl kütləsi (birinci biçin quru ot yaxud 
senaj  hazırlamaq  üçün  istifadə  olunur)  torpağa  basdırılır.  Yaşıl 
kütlə qranulometrik tərkibi ağır olan torpaqlarda 13-15 sm, yüngül 
və orta torpaqlarda isə 16-18 sm  dərinliyə basdırılır.  
Şorlaşmış  torpaqlarda  şum  laydırsız  kotanla  aparılır.  Adətən 
şoran torpaqlar alaqlarla az zibillənir, ona görə də burada xəşəm-


127 
 
bülün  erkən  yazda  örtüksüz  səpini  aparılır.  Başdan-başa  üsulda 
səpin norması hektara 20-25 kq-dır. 
 
4. 5. Buynuzvari qurdotu 
 
Əhəmiyyəti  və  yayılması.  Qurdotu  keyfiyyətli  yem  otlarına 
aiddir. Qidalılığına görə onun quru otu üçyarpağı ötüb keçir. Quru 
kütləsində  proteinin  miqdarı  çox  vaxt  22%-ə  çatır.  Qurdotu 
əlverişsiz  hava  şəraitinə  yüksək  davamlılığı  və  uzun  ömürlü 
olması ilə fərqlənir. Müxtəlif ərazilərdə becərilməsi mümkündür. 
Botaniki  təsviri.  Qurdotu  (Lotus)  paxlalılar  (Fabaceae
fəsiləsinə  daxil  olan  bitki  cinsidir.  Bu  cins  özündə  çoxillik  və 
birillik  otvari  və  yarımkolşəkilli  100-ə  qədər  növü    birləşdirir. 
Mədəni  halda  iki  çoxillik  növü  (buynuzvari  qurdotu  -Lotus 
corniculatus  L.  və  bataqlıq  qurdotu  -  Lotus  uliginosus  L.)  becə-
rilir.  Buynuzvari  qurdotu  güclü  inkişaf  etmiş  yan  kökləri  ilə 
birlikdə mil kökə malikdir. Kök sistemi torpağın 1,5 m dərinliyinə 
işləyir.  Kök  boğazcığı  adətən  1,5-2  sm  dərinlikdə  yerləşir.  Göv-
dəsi  yüksələndir,  bəzən  uzanıqlıdır.  Hündürlüyü  30-40  sm,  yaxşı 
aqrotexniki fonda 60-80 sm-ə çatır. Onlar sıx kol əmələ gətirirlər. 
Həyatının 3-4-cü ilində bir kolda 180-240 budaq əmələ gəlir. Üçlü 
yarpaqları  yarpaqyanlığı  ilə  yaxşı  ifadə  olunmuşdur.  Çiçəkləri 
açıq-sarı  rəngli  5-6  ədəd  çətir  formalı  başlıqda  toplanmışdır. 
Meyvəsi  çoxtoxumlu  paxladır,  yetişən  zaman  çatlayır.  Toxumu 
dəyirmi,  tünd-darçını  rənglidir.  1000  ədədinin  miqdarı  1,1-1,2 
qramdır (şəkil 34). 
Bioloji xüsusiyyətləri. Buynuzvari qurdotunun toxumları 6-8 
0
C  temperaturda  cücərir.  Yaxşı  kök  salmış  bitkilər  qar  örtüyü 
altında çox  yaxşı qışlayır. Yayda gündüzlər  yüksək temperaturda 
qurdotu həddindən artıq qızmağa yaxşı dözür. Çox vaxt 28-30 
0

temperaturda səhər saat 11-ə üçyarpaq turqor halını itirir, o zaman 
qurdotunun yarpaqları bütün gün ərzində yaxşı vəziyyətdə olur.  
Qurdotu quraqlığa davamlığına görə çəmən üçyarpağını ötüb 
keçir,  hərçənd  kifayət  qədər  nəmlik  olduqda  ən  yaxşı  inkişafına 


128 
 
çatır.  O  xarakterik  xüsusiyyətləri  ilə  fərqlənərək  kifayət  qədər 
kölgəliyə dözür.   
Bu  bitki  torpağa  az  tələbkardır.  Qurdotu  qumsal  və  gillicəli 
torpaqlarda yaxşı inkişaf edir, şoranlığa dözür,  turş torpaqlara sə-
pilmək üçün yararlıdır. Yoxsul torpaqlarda yaxşı quru ot məhsulu 
verir. Qurdotu nəmliyi artıq olan torpaqlarda dözə bilmir, hərçənd 
50 günə qədər su basmaya dözür. Paxlalı otların digər növləri kimi 
qurdotu  torpaqdan  çoxlu  miqdarda  kalium,  fosfor,  kalsium  və 
maqnezium tələb edir. 
Səpindən  sonra  1,5-2  ay  müddətində  tədricən  inkişaf  edir. 
Cücərtilər səpindən 15-25 gün sonra əmələ gəlir. Cənub ərazilərdə 
səpilən ili qurdotu toxum əmələ gətirə bilər. İkinci ili və növbəti 
illər çox erkən yazda zoğlar əmələ gətirir və payızın sonuna qədər 
inkişaf edir. Çiçəkləmiş vəziyyətdə çiçəklərin tərkibində mövcud 
olan  acı  rəngləyici  maddəyə  görə  qurdotunu  mal-qara  yemir.  Bu 
vaxt  çiçək  daşıyan  budaqlarda  sinil  turşusunu  qovub  çıxardan 
sianogen  qlükozidinin  izləri  tapılır.  Çiçəkləməyən  vəziyyətdə 
bütün  növ  kənd  təsərrüfatı  bitkiləri  tərəfindən  yaxşı  yeyilir. 
Həyatının 2-3-cü ili daha çox inkişaf edir. Yüksək xora verəndir. 
Yarpaqların kütləsi yerüstü hissənin 50%-nə çatır. 
Becərilmə  aqrotexnikası.  Qurdotu  daha  çox  hallarda  digər 
çoxillik otların qarışığı ilə səpilir. Ot qarışıqları səpildikdə qurdotu 
səpin  normasının  25-30%-ni  təşkil  etməlidir.  Yonca  ilə  qurdotu-
nun birgə səpinləri yaxşı nəticələr verir.  
Bitki  altına  gübrə  yonca  və  üçyarpaqda  olduğu  kimi  verilir. 
Torpağın  becərilməsi  örtük  bitkisi  üçün  qəbul  olunmuş  texno-
logiya əsasında yerinə yetirilir. 
Qurdotunun toxumlarını səpinqabağı skarifikasiya etmək (cız-
maq) zəruridir.  
Təmiz  halda  səpilmiş  qurdotunun  quru  ot  üçün  yığılması 
çiçəkləməyə  qədər  həyata  keçirilir.  Biçindən  və  ot  yığıldıqdan 
sonra  sahə  ağır  malalarla  malalanır.  Əsas  gövdədəki  paxlaların 
qonurlaşdığı  dövrdə  toxum  üçün  biçin  aparılır.  Qurumuş  kütlə 
sahədən  daşınır  və  tam  qurumuş  partlayan  paxlalardan  toxumlar 
təmizlənir.  Paxlaların  quruması  və  yetişməsi  eyni  bərabərlikdə 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə