Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə33/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

129 
 
getmədiyindən  qurudulmuş  kütlə  adi  taxıldöyən  maşınlardan 
keçirilir. Digər qatışıqlardan təmizlənmiş toxumlar uzun müddətli 
saxlama  yerlərinə  yığılır.  Qurdotunu  vaxtlı-vaxtında  yığdıqda 
hektardan 3-4 sentner toxum məhsulu verir. 
 
4. 6. Şərq çəpişotu 
 
Şərq  çəpişotu  (Galega  orientalis  Lam.)  paxlalılar  fəsiləsinə 
(Fabaceae)  daxil  olan  çoxillik  yem  bitkisidir.    Rusiya  ərazisində 
XX əsrin əvvəllərindən (1920) öyrənilməyə başlanılmışdır. Kiçik 
sahələrdə  Baltikyanı  ölkələrdə,  Rusiya  federasiyasının  qeyri  – 
qaratorpaq  vilayətlərində  elmi-tədqiqat    müəssisələrində,  Ukray-
nada və Belarusda becərilir. 
Yonca və üçyarpaq becərilən rayonlarda  çəpişotu da becərilə 
bilər. Yaxşı bal verən bitkidir. Yabanı formalarına ancaq  Qafqaz-
da rast  gəlinir.  
Yaşıl  kütləsi  heyvanlara  yedizdirmək  üçün    paxlalı  otlardan 
əvvəl hazır olur. Tərkibində 25% quru maddə, çoxlu protein (quru 
maddənin    40%-ə  qədəri),  karotin  və  askorbin  turşusu  vardır.  
Yaşıl kütləsinin 100 kq-da 20-28 yem vahidi, 3-3,5 kq asan  həzm 
olunan  protein  vardır.  Quru  otu  və  silosu    heyvanlar    tərəfindən 
yaxşı  yeyilir.  Quru  otunda  56,  ot  ununda  75  yem  vahidi  vardır. 
Yaşıl  kütləsinin  bir  yem  vahidində  135  qr,  quru  otunun  bir  yem 
vahidində  190  qr,  ot  ununun  bir  yem  vahidində  isə  198  qr,  asan 
həzm olunan protein vardır. 
Çəpişotunun  yaşıl  kütləsi  vitaminlərlə  -  askorbin  turşusu, 
karotin, flavonol  həmçinin mineral maddələrlə zəngindir. Bundan 
başqa  çəpişotunun  tərkibində  heyvanlarda  südün  sekresiyanın 
(ifrazını) nizamlayan aktiv maddələr aşkar edilmişdir. 
Ot unu şəklində və doğranmış halda proteinin konsentratıdır. 
Taxıl  otlarının  çəpişotu  ilə  qarışıq  silosu  yüksək  keyfiyyətli  yem 
hesab  edilir.  Hektardan  yaşıl  kütlə  məhsuldarlığı  300-600  sen.- 
dir. Bu da hektardan 20-30 sen. protein deməkdir. Bu cinsə daxil 
olan başqa növlərdən fərqli olaraq  çəpişotunun tərkibində heyvan 
orqanizminə zərərli təsir göstərən halegin alkaloidi yoxdur. 


130 
 
Botaniki  təsviri.  Şərq  çəpişotunun  (Galega  orientalis  Lam.
kök  sistemi  güclüdür.  Mil  kökü  torpağın  0,6-0,7  m  dərinliyinə 
gedir.  Kökü  torpağın  7  sm-lik  qatında  kök  pöhrələri  verir.  Yan 
köklərində yumrular  əmələ gəlir. Hər il bitkinin böyüməsi gövdə-
nin yeraltı hissəsindəki qışlayan tumurcuqlardan və kök pöhrələri 
hesabına baş verir. 
Gövdəsi 0,8-1,4 m hündürlükdə, dik dayanan, içi boş, dayaz 
şırımlı,  yuxarı  hissəsindən    budaqlanandır.  Kol  əmələ  gətirir. 
Yarpaqları 15-30 sm  uzunluqda iridir, mürəkkəbdir, qeyri-bərabər 
lələkşəkillidir.  Çiçək  qrupu  30-70  ədəd  iri    göy-bənövşəyi  rəngli 
çiçəkdən  ibarət  olan  düzdayanan  salxımdır.    Gövdə  üzərində  3-4 
çiçək qrupu  olur (şəkil 35). 
Meyvəsi  düz  və ya zəif əyilmiş,  nəhayəti itiləşmiş, 2-4 sm 
uzunluqda, qonur və ya  tünd  qəhvəyi rəngli paxladır. Toxumları 
(3-7  ədəd)  böyrəkşəkilli  sarımtıl-yaşılımtıl  və  ya  zeytunu  rəngli 
olmaqla  saxlanma  zamanı  tündləşir.  Toxumları  bərkdir  və  səpin 
qabağı skarifikasiya  edilməlidir. 1000 ədəd toxumunun kütləsi 5-
9 qr-dır. Hektardan 1,5-6,0 sen. toxum verir. 
Şərq çəpişotunun iki forması - Şimali Qafqaz və Taşir (Lori) 
formaları  becərilir.  Şimali  Qafqaz  forması  seleksiya  işlərinin 
aparılması  üçün daha maraqlıdır. 
Bioloji  xüsusiyyətləri  və  becərilmə  aqrotexnikası.  Şərq 
çəpişotu  erkən  səpildikdə  birinci  ili  zəif  böyüyür  və  payızda 
çiçəkləyir.  Qışı  yaxşı  keçirmək  üçün  o  birinci  ili  100-120  gün 
aktiv böyüməlidir. İkinci il bitkinin böyüməsi çox tez başlayır və 
iyun ayında çiçəkləyir. 
Çəpişotu    Şimali  Qafqazın  endemik  bitkisi  olmasına  baxma-
yaraq  yüksək  soyuğa  və  şaxtaya  davamlılığı  ilə  seçilir.  Qarsız 
qışlarda bu bitki -25 
0
C-yə qədər, qalın qar örtüyü altında isə - 40 
0
C-yə  qədər  şaxtaya  dözür.  -5-7 
0
C  payız  və  yaz  şaxtaları  
məhsuldarlığa  zərər  vurmur.  Nəmliyə  tələbatına  görə  çəpişotu 
yonca  və üçyarpaq  arasında  orta  mövqe tutur.  Çəpişotu üçün ən 
yaxşı  torpaqlar  qumsal  və  yüngül    gillicəli    torpaqlardır.  Torpaq 
reaksiyası (pH)  neytrala  yaxın olduqda  daha  yaxşı inkişaf edir. 
Çəpişotu səpilmiş sahələr 7-15 il istifadə edilir. 


131 
 
Çəpişotu  üçün ən yaxşı sələflər cərgəarası becərilən bitkilər-
dir, amma onu taxıllardan və birillik otlardan sonra da əkmək olar. 
Çəpişotu  üçün    şum  əkin  qatı  dərinliyində  aparılır.  Şumdan 
qabaq  sahəyə 80-90 ton yarımçürümüş peyin və fosforlu-kalium-
lu gübrələr verilir. Gübrə verilərkən  nəzərə alınmalıdır ki, çəpiş-
otu 100 sen. yaşıl  kütləsi ilə torpaqdan 55 kq  azot, 8 kq fosfor, 
32 kq kalium,10 kq kalsium aparır. Göründüyü kimi o  torpaqdan 
ən  çox  azot  istifadə  edir.  Amma  buna  baxmayaraq  ona  azot 
gübrəsi verilmir. Çünki, bu bitki atmosfer azotunu fiksasiya etmək 
qabilyyətinə malikdir. 
Yazda sahə malalanır, kultivasiya çəkilir və yaxud da kombi-
nə  edilmiş  РВК-3  aqreqatı  tətbiq  edilir.  Toxumlar  səpinqabağı 
skarifikasiya  edilir  (bu  iş  üçün  yoncadoğruyan  maşından  istifadə 
etmək  olar),  bakterial  gübrələrlə  (rizotorfinlə)  işlənilir  ki,  kökdə 
azot  toplayan  fırlar  yaxşı  əmələ  gəlsin.  Bunun  üçün  bir  toxuma 
düşən bakteriyaların sayı 40000-dən az olmamalıdır. 
Qeyri-qaratorpaq  bölgələrdə  çəpişotunun  ən  yaxşı  səpin  
müddəti  may  ayının  birinci  yarısıdır.  Səpin  üsulu  məqsəddən  və 
sahənin  alaqlanma  dərəcəsindən  asılı  olaraq  seçilir.  Alaqlardan 
təmiz  sahələrdə  çəpişotu  yem  məqsədi  ilə  cərgəvi  üsulla  səpilir. 
Əgər alaqlarla çox zibillənmiş sahələrə səpin aparmaq  zəruridirsə 
və herbisidlərin tətbiqi mümkün deyilsə belə sahələrdə yaxşı olar 
ki,  cərgəaraları  45  sm  olmaqla    gencərgəli  səpin  üsulu  tətbiq  
olunsun.  Belə  olduqda  cərgəaralarını  becərmək  mümkün  olur. 
Toxumluq məqsədi  ilə becərildikdə cərgəaralarını 60 sm-ə qədər 
artırmaq  olar.  Səpin  norması  cərgəvi  üsulda  30-40  kq/ha, 
gencərgəli  üsulda  isə  10-20  kq/ha  -  dır.  Toxumları  1,5-2,0  sm 
dərinliyə  basdırılır. 
Elmi-Tədqiqat  müəssisələrində  aparılan    tədqiqatlarla  müəy-
yən  edilmişdir  ki,  birinci  ili    çəpişotu  əkinlərinə  səpinqabağı 
eradikan  və  yaxud  da  treflan    herbisidlərinin,  sonrakı  illərdə  isə 
əkinlərinə  2,4  ДМ  herbisidinin  bazıqanla  qarışığının  verilməsi 
daha yaxşı effekt verir. 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə