Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə26/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   45

108 
 
işçi  qüvvəsinin  köməyi  ilə  təmizlənməli  və  kənarda  yandırılma-
lıdır. Bu tədbir çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına 
yaxşı təsir göstərir. Bundan başqa tozlanmanın yaxşı getməsi üçün 
yoncalıqlarda  arı  ailələrinin  saxlanması  zəruridir.  Bitkinin  paxla-
larının 90-95%-i qonurlaşanda biçin başlanır. 
İki  illik  yonca  sahəsinin  ikinci  biçininin  toxuma  saxlanması 
ilə  əlaqədar  olaraq  demək  olar  ki,  həmin  müddətdə  gəmiricilərə 
təsadüf edilmir.  
Yuxarıda göstərilən  tədbirlərin optimal vaxtda  yerinə  yetiril-
məsi  yoncanın  hektardan  toxum  məhsuldarlığını  artırır.  Hər  hek-
tardan  3-5  və  bəzi  qabaqcıl  təsərrüfatlarda  isə  6-8  sentner  yonca 
toxumu  istehsal  edilməsinə  nail  olunur.  Bəzən,  ehtiyac  olduqda, 
alaq  otlarından  təmiz  və  normal  sıxlıqda  olan  3  illik  yonca 
sahələrinin də ikinci çalımını toxum üçün saxlamaq olar.  
Yonca  sortları.  Rusiya  ərazisində  tarla  növbəli  əkinlərində 
yoncanın 74, çəmən və otlaqlarda isə 16 sortu rayonlaşdırılmışdır. 
Bunların  ən  çox  yayılanlarına  misal  olaraq  Belorus,  Biyskaya-3, 
Veqa-87,  Kuzbaskaya,  Marusinckaya  425,  Onoxoyskaya  6  və  s. 
göstərmək olar. Azərbaycanda isə (2010) yoncanın AzNİXİ - 262 
(1944),  AzNİXİ - 5 (1962), AzSXİ  - 1 (1967), Abşeron (1989), 
Aran (1996), Ağstafa -1 (2009)  sortları rayonlaşdırılmışdır.  
      
4. 2. Xaşa 
 
 Əhəmiyyəti. Xaşanın quru otu həzmə gedən protein və yem-
lilik  dəyərinə  görə  yoncaya  yaxındır.  Şehli  və  yağışlı  havada 
heyvanların  xaşanın  yaşıl  kütləsi  ilə  yemləndirilməsi  timpanit 
(köpmə) vermir.  
Nəmlik az olan bölgələrdə xaşanın quru ot məhsuldarlığı yon-
canı  20%-ə  qədər  ötüb  keçir.  Xaşa  Qafqaz  ərazisində  X  əsrdən 
becərilməyə başlanıb.  
Xaşa yüksək toxum məhsulu verir. Paxlalı bitki kimi torpağı 
azotla  zənginləşdirir.  Yaxşı  bal  verən  bitkidir.  Hektardan  50-55 
sentnerə qədər quru ot məhsulu verir. 100 kq yaşıl kütləsində 22 
yem vahidi, 3,1 kq həzm olunan protein, 6,5 qr. karotin var.  


109 
 
Botaniki  təsviri.  Xaşa  (Onobrychis)  paxlalılar  (Fabaceae
fəsiləsinə daxil olan  bitki cinsidir. 140-dan çox növü əhatə edir. 
Əsasən  Qafqazda,  Ukraynada  və  Orta  Asiyada  60-dan  çox  növü 
yayılmışdır. Azərbaycan ərazisində 22 növünə təsadüf edilir.  
Torpağın  dərinliyinə  gedən  mil  kök  sistemi  vardır.  Kökü 
torpaqdakı çətin həll olunan fosfor birləşmələrindən istifadə etmək 
qabiliyyətinə  malikdir.  Ona  görə  də  əkinlərə  fosfor  gübrəsi 
verdikdə toxum və quru ot məhsuldarlığı praktiki olaraq artmır. 
Yarpağı lələkşəkillidir. Gövdəsi budaqlanmır. Hər buğumdan 
iki  ədəd  yarpaqyanlığı  ilə  yarpaq  inkişaf  edir.  Bitkinin  boyu  80-
100 sm-ə çatır. Çiçək qrupu 3-20 sm uzunluğunda (salxım, qotaz), 
çiçəkləri  iri,  çəhrayı  yaxud  ağ  rənglidir.  Meyvəsi  şarşəkilli  pax-
ladır. Paxlaların qabığı möhkəm olduğundan onu qabıqlı  səpirlər. 
Xaşanın mədəni becərilən 3 növü daha çox yayılmışdır: 
1.  Gülülyarpaq  (səpin)  xaşa  -  Onobrychis  viciifolia  Scop
Bitkinin  hündürlüyü  90  sm-ə  çatır.  Buğumaralarının  sayı  5-7 
ədəddir. Yarpağı ellips, çox hallarda lansetvarı, tünd-yaşıl rəngli-
dir. Paxlaları iridir. Mütləq kütləsi 17- 22  qramdır. 
2.  Qumluq  xaşası  -  Onobrychis  arenaria  D.  C.  Bitkinin 
hündürlüyü  80-100  sm,  bəzən  125  sm-ə  çatır.  Buğumaraları  6-8 
ədəddir.  Gövdəsi  kobuddur.  Yarpağı  lansetvarı,  yaşıl  rənglidir. 
Çiçək  salxımı  (qotazı)  siçanquyruğu,  ensiz,  iti  nəhayətlidir. 
Paxlaları xırdadır. Mütləq kütləsi  11-15 qramdır. 
3. Zaqafqaziya (Ön Asiya) xaşası (Onobrychis transcausa-
sica). Kolu yığcam və dik vəziyyətlidir. Ot örtüyündə 50-120 sm, 
lazımı  qədər  nəmliyi  olan  dəmyə  və  suvarma  şəraitində  170  sm 
hündürlüyündə olur. Gövdələri budaqlanmayan, zərif, içərisi boş, 
üzəri zəif tükcüklərlə örtülüdür. Yazda sürətli böyüyərək bir  ildə 
iki dəfə çalınır. Ona ikiçalımlı xaşa da deyilir (şəkil 29). 
 Bioloji xüsusiyyətləri. Xaşanın toxumu 1-2 
0
C temperaturda 
cücərməyə başlayır. Xaşa şiddətli şaxtaya davamlılığı ilə fərqlənir. 
Onun  –  42-  48 
0
C  şaxtaya  dözməsi  qeydə  alınmışdır.  Yazda 
şaxtaların yenidən –12 
0
C-yə qədər enməsi yoncadan fərqli olaraq 
xaşanı məhv etmir. 
Xaşa tipik kserofitdir. Güclü kök sistemi imkan verir ki, tor-


110 
 
paq qatındakı 1 m-dən dərində yerləşən sudan istifadə etsin. 
Yonca  və  üçyarpağa  nisbətən  çox  az  su  sərf  edir.  Nəmliyə 
maksimum  tələbatı  qönçələmə  dövründə  və  çiçəkləmənin  əvvəli-
dir.  İşığa  tələbkar  bitkidir.  Xaşa  məsaməli  karbonatlı  torpaqlarda 
yaxşı bitir. Zəif duzlaşmaya dözümlüdür. Xlorlu-sulfatlı duzlaşma 
(0,05-0,10%)  toxumun  cücərmə  enerjisini  2-3  dəfə  aşağı  salır, 
tarla cücərmə qabiliyyətini və məhsuldarlığını azaldır. Güclü duz-
laşmış  torpaqlarda xaşa becərilməsi məsləhət görülmür. Nəmliyi 
az olan turş torpaqlarda da xaşa becərmək yaxşı nəticə vermir. 
Bir ton quru otla xaşa torpaqdan 6-7 kq fosfor, 18-20 kq ka-
lium, 11-12 kq kalsium, 1,5-1,7 kq maqnezium aparır. Qeyd edil-
diyi  kimi  xaşanın  kök  sistemi  fosforun  çətin  həll  olan  birləşmə-
lərindən istifadə etmək qabiliyyətinə malikdir. Ona görə də fosfor 
gübrəsini  kök  sisteminin  formalaşdığı  dövründə  verdikdə  faydalı 
olur. 
Növbəli əkində yeri. Xaşa tarla, yem və torpaqqoruyucu növ-
bəli əkinlərdə becərilir. Buna görə də onun sələfi müxtəlif bitkilər 
ola  bilər.  Payızlıq  buğda,  qarğıdalı  və  yemlik  kökümeyvəlilər 
yaxşı sələf  hesab edilir. 
Torpağın becərilməsi. Sələf  bitkisi yığıldıqdan sonra 5-7 sm 
dərinliyində  üzləmə  aparılır.  Köküpöhrəli  alaqlarla  zibillənmə 
varsa üzləməni 10-12 sm dərinliyində gavahınlı üzləyicilərlə apa-
rırlar.  Əgər  köküpöhrəli  alaqlar  əhəmiyyətli  dərəcədə  çoxdursa 
üzləmə  2-3  həftədən  sonra  təkrar  olunur,  sonra  isə  20-25  sm 
dərinliyində şum qaldırılır. Payız şumundan sonra tarlaya kultiva-
siya və mala çəkilir. 
Gübrələmə.  Xaşa  əkinlərində  əsasən  cərgələrə  səpin  vaxtı 
dənəvər superfosfat verilir. Cərgələrə 50 kq superfosfat verilməsi 
xaşanın  quru  ot  məhsulunu  hektardan  3,6  sentnerə  qədər  (toxu-
munu 0,8 sen.) artırır.  
Toxumun  səpinə  hazırlanması.  Səpindən  əvvəl  toxumların 
rizotorfinlə  (nitraginlə)  işlənilməsi  zəruridir.  Bu  quru  ot  məhsul-
darlığını  5-6  sentnerə  qədər  artırır.  Ən  yaxşı  vasitə  toxumların 
nitragindən  əlavə  molibdenlə  işlənilməsidir.  (hektara  200  qram 
ammonium  molibdenat).  Toxumların  rizotorfin  və  ammonium-


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə