Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

99 
 
Çoxillik paxlalı otlar çoxillik taxıl otları kimi birillik bitkilərə 
nisbətən  daha  uzun  müddətli  vegetasiya  dövrünə  malikdirlər  və 
günəş enerjisindən tam  istifadə edirlər. Ona görə də onların daha 
böyük biokütlə yaratmaq üçün obyektiv imkanları var. 
Çoxillik  otlar  erkən  yaz  və  payız  dövrlərində  su  və  külək 
eroziyasının  qarşısını  alır,  torpağın  əkin  qatından  qida  maddələ-
rinin aşağı qatlara kəskin yuyulmasını azaldır. 
Çoxillik otları becərərkən hər il torpağın becərilməsinə, səpi-
nə və toxuma enerji sərf etmək lazım olmur.  
Çoxillik  paxlalı  otların  çatışmayan  tərəflərinə  aşağıdakıları 
aid  etmək  olar:  torpaq  məhlulunun  reaksiyasına  yüksək  tələb-
karlığı;  fosforla,  kaliumla,  borla,  molibdenlə  təmin  olunması; 
toxumçuluğu  taxıl  otları  ilə  müqayisədə  möhkəm  olmayan  və 
daha  çox  zəhmət  tələb  edən;  otun  yığılması  və  qurudulmasında 
yüksək texnoloji çətinlik. Lakin bütün bu göstəricilərlə yanaşı növ 
və  cins  əlamətləri  də  çox  mühümdür.  Məsələn,  yonca,  xaşa, 
xəşəmbül neytral, çoxillik lüpin və qurd otu isə pH 4,0-5,0 reak-
siyalı torpaqlarda bitərək yaxşı inkişaf edirlər. Belə bir xüsusiyyət 
ayrı-ayrı mineral elementlərə olan tələbatlarına görə də oxşardır.  
Çoxillik paxlalı otların daha çox  yayılmış cinsləri aşağıdakı-
lardır:  yonca  (Medicago),  xaşa  (Onobrychis),  üçyarpaq  (Trifo-
lium),  xəşəmbül  (Melilotus),  qurdotu  (Lotus),  çəpişotu  (Galega
və s. 
4. 1. Yonca (qarayonca) 
 
Əhəmiyyəti. Yoncanın  quru otunda çoxlu zülal, fosfor, kal-
sium və əvəzsiz amin turşuları (valin, leysin, izoleysin, lizin, me-
tionin, trionin, triptofan, fenilalanin, arginin, histidin, pereonin və 
s.)  olduğundan  yüksək  yemlilik  dəyərinə  görə  fərqlənir.  Yaşıl 
kütləsinin 1 sentnerində 21,7 y. v., yaxud 4,1 kq həzmə gedən pro-
tein  var.  Bir  sentner  quru  yonca  otunda  isə  45,3  y.v.  və  10,3  kq 
həzmə gedən protein olur.  Güclü kök sistemi əmələ gətirərək yax-
şı məhsul verməklə yanaşı, torpağı azot və üzvi maddələrlə zənin-
ləşdirir.  Üç  illik  bitki  hektara  160-400  kq-a  qədər  bioloji  azot 
toplayır ki, bu da 60-70 ton peyin deməkdir. Bir çox tarla bitkiləri, 


100 
 
xüsusən  pambıq  bitkisi  üçün  ən  yaxşı  sələfdir.  Yoncadan  sonra 
digər kənd təsərrüfatı bitkiləri becərildikdə  məhsuldarlıq 15-20% 
artır.  
Müasir pambıqçılığı yoncanın səpini olmadan təsəvvür etmək 
qeyri  mümkündür.  Pambıq-yonca  növbəli  əkini  pambığın 
məhsuldarlığını  fasiləsiz  artırır,  lifin  keyfiyyətini  yüksəldir,  tor-
paqda vilt xəstəliyinin törədicisini məhv edir. Eyni zamanda yon-
ca  şorlasma  və  eroziya  prosesinin  qarşısını  alır,  otlaqların  yaxşı-
laşdırılmasına  müsbət  təsir  göstərir.  O,  arıçılıq  və  yaşıllışdırma 
işlərində  də  istifadə  olunur.  Yonca  əvəzolunmaz  sələf  bitkisidir, 
növbəli  əkinlərdə  əsas  yer  tutur.  Torpağın  üst  əkin  qatında 
duzlaşmanı  zəiflədir.  Kökü  torpağın  dərinliyinə  işlədiyindən 
quraqlığa davamlıdır. Yonca vitaminlərlə (C, B
1
, B
2
, PP, E, K, və 
A) zəngindir. 
Mütləq quru  maddəyə görə  yonca otunda 18% həzmə gedən 
zülal,  2,7%  yağ,  30,2%  sellüloz,  39,4%  azotsuz  ekstraktiv 
maddələr, 9,7% kül vardır. Yoncanın yaşıl kütləsi, quru otu, senajı 
və  ondan  hazırlanmış  ot  unu  yüksək  qidalılığa  malikdir.  Bütün 
növ  kənd  təsərrüfatı  heyvanlarının  zülalla  təmin  olunmasında 
əksər bitkilərdən üstündür. Digər orqanlara nisbətən yarpaqlarında 
qidalı maddələrin miqdarı daha çoxdur, gövdəsində isə nişastanın 
miqdarı artıq olur.  
Bitkinin tarixi. Yonca geniş yayılmış və qədimdən becərilən 
paxlalı yem bitkisidir. Vətəni İran, Orta Asiya və Qafqazın dağə-
təyi zonaları və dağları hesab edilir. Bəzi mənbələrə görə 61 növü 
məlumdur.    Rusiya  ərazisində    40,  Azərbaycanda    21  növü  ya-
yılmışdır.  Güman  var  ki,  onun  becərilməsi  buğda  ilə  yanaşıdır. 
Müəyyən edilmişdir ki, yonca Orta Asiya və Zaqafqaziya respub-
likalarında bizim eradan 5 min il əvvəl becərilmiş və heyvandar-
lıqda yem kimi istifadə olunmuşdur.  
Botaniki  təsviri.  Yonca  (Medicago  )  paxlalılar  (Fabaceae
fəsiləsinə daxildir. Yoncanın  20 növü çoxillik, 16 növü isə birillik 
yoncadır.  Ən  çox  yayılan  və  geniş  becəriləni  səpin  yoncası  (adi 
yonca  -  Medicago  sativa),  (şəkil  27)  və  sarı  yonca  –  (Medicago 
falcata L.) (şəkil 28) növləridir. 


101 
 
Hazırkı təsnifata əsasən səpin yoncası (Medicago sativa ) altı 
sərbəst  növə  ayrılır:  1.  Avropa  yoncası  –  Medicago  eusativa,  2. 
Asiya  yoncası  –  Medicago  asiatica,  3.  Qafqaz  yoncası  – 
Medicago praesativa, 4. Aralıq dənizi yoncası – Medicago polia, 
5.  Mesapatomiya  yoncası  –  Medicago  mesopotomica,  6.  Mavi 
yonca – Medicago cerulea.  
Səpin  yoncası  yüksək  potensial  məhsuldarlığa  malikdir,  pa-
yızda və hər biçindən sonra tez zoğ verir. Orta Asiyada suvarma 
şəraitində mövsüm ərzində yeddiyə qədər biçin verir. Həyatının 2-
3-cü ili daha yaxşı inkişaf edir. Nəmlik sevəndir, lakin  üçyarpağa 
nisbətən nəmliyin çatışmamasına asan dözür. 
İl  ərzində  yoncalıqların  hər  hektarından  700  -1000  sentner 
yaşıl  kütlə  və  ya  150-250  sentner  quru  ot  məhsulu  götürmək 
mümkündür.  
Yoncanın güclü, mil kökü var. Birinci il torpağın 2-3 m, son-
rakı  illərdə  8-10  m  dərinliyinə  işləyir.  Belə  güclü  kök  sisteminə 
malik  olması  onu  quru,  çöl  rayonlarında  becərməyə  imkan  verir. 
Həm də torpaqda çoxlu kök qalıqları saxladığına görə torpağı üzvi 
maddələrlə  zənginləşdirir.  Bundan  başqa  yoncanın  kökündə  fır 
bakteriyaları  yaşayır  ki,  onlar  havanın  molekulyar  (N
2
)  azotunu 
udmaq  (mənimsəmək,  təsbit  etmək)  qabiliyyətinə  malikdirlər. 
Üçillik  yonca  torpaqda  60-70  ton  peyində  olduğu  qədər  bioloji 
azot,  üzvi  maddə  toplayır.  Yonca  səpininin  birinci  ili  toxumlar 
bakterial gübrə rizotorfinlə (nitragin) mütləq işlənilməlidir.  
Gövdəsi  otvari,  güclü  budaqlanandır.  Hər  gövdədə  10-20 
buğumarası olur. Birinci il yonca 3 gövdə, 2-ci il 15-16, 3-cü il isə 
bir  bitkidə  20-dən  çox  gövdə  (budaq)  əmələ  gəlir.  Birinci  ili 
bitkinin  boyu  30-50  sm,  sonrakı  illər  isə  100  sm-ə  qədər  böyüyə 
bilir. Yarpağı - yarpaq yanlığından, saplaqdan və 3 ləçəkdən iba-
rətdir.  Çiçəyi  çox  çiçəkli  dəstədir.  Çiçək  5  kasa  yarpağı  və  5 
ləçəkli olmaqla 10 erkəkcik və 1 dişicikdən ibarətdir. Meyvəsi 2-4 
dəfə  burulmuş  çox  toxumlu  paxladır.  Toxumu  böyrəkşəkillidir. 
Toxumunun 1000 ədədinin kütləsi 2 qr.- dır. 
Bioloji  xüsusiyyətləri.  Yonca  yazlıq  tiplidir.  Yoncanın  to-
xumları  5-6 
0
C  temperaturda  cücərir.  Optimal  temperatur  18-20 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə