Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə25/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   45

105 
 
Qulluq işləri.  Yonca əkininə düzgün və vaxtında qulluq edil-
məsinin  yüksək  quru  ot  məhsulu  alınmasında  böyük  əhəmiyyəti 
vardır.  
Payızda  yoncalıqları  fosfor  və  kalium  gübrələri  ilə  yemlən-
dirdikdə  onların  qışa  davamlılığı  və  məhsuldarlığı  10-15  sentner 
artır.  Bundan  əlavə  bitkilərin  erkən  payızda  hektara  1-2  sent. 
superfosfat və 0,5-1 sent. kalium duzu ilə yemləndirilməsi şaxtaya 
davamlılığını artırır. 
Birinci ili yoncanın suvarılması 6-7 yarpaq dövründə hektara 
600-800 m
3
 olmaqla aparılır.  
Biçindən sonra quru otu təcili olaraq sahədən çıxarmaq lazım-
dır. Adətən biçindən 5-6 gün əvvəl suvarma aparılır. Hər biçindən 
sonra quru ot tarladan çıxarılmalı və 2 iz malalama aparılmalıdır.  
Suvarılan  bölgələrdə  qrunt  suyunun  səviyyəsindən,  torpağın 
qranulometrik  tərkibi  və  relyefindən,  torpaqda  olan  ehtiyat  nəm-
likdən və suvarma üsulundan asılı olaraq 15-25 gündən bir suvar-
ma həyata keçirilir.  
Payız  səpinindən  sonra  yonca  şaxtalar  düşənə  qədər  2  dəfə 
suvarılmalıdır. Cücərtilərin çıxmasına 1-2 gün qalmış əmələ gələn 
qaysağı  dağıtmaqdan  ötrü  yüngül  malalar  və  rotasiya  toxaları 
tətbiq  etmək  lazımdır.  Yonca  sahəsində  növbəti  suvarma  mart 
ayında  aparılır.  Bununla  da  yoncanın  birinci  biçinədək  suvarıl-
masına ehtiyac qalmır.  
Yaz  səpinindən  sonra  yonca  sahəsinin  2  dəfə  suvarılması 
birinci biçininin optimal vaxtda aparılmasını təmin edir.  
Yoncanın  ən  intensiv  su  sərfi  birinci  çalımdan  sonra,  hər 
çalım müddəti daxilində isə  yoncanın intensiv böyüməsi dövrün-
də, yəni qönçə bağlamadan çiçəkləmənin əvvəlinə qədər olan dö-
vrdə müşahidə olunur. Buna müvafiq olaraq həmin dövrdə  yonca 
əkinləri tez-tez suvarılmalıdır.  
Ümumiyyətlə, yonca sahələri hər biçindən sonra 2 dəfə suva-
rıldıqda 4-5 dəfə biçin aparılması mümkün olur.  
Yonca  sahələrinin  biçinlər  arası  vaxtlı-vaxtında  suvarılması 
və  suvarma  qabağı  yemləmə  gübrələrindən  (superfosfat)  istifadə 
edilməsi bol məhsul istehsal etməklə yanaşı bitkilərin fizioloji in-


106 
 
kişafını təmin edir.  
Yoncanın xəstəlik və zərərvericiləri.  Yoncanın bir çox spe-
sifik xəstəlik və zərərvericiləri vardır: 
Yoncada  –  unlu  şeh,  qonur  ləkə,  sarı  ləkə,  askoxitoz  və  pas 
xəstəlikləri mövcuddur.  
Mübarizə tədbiri:  növbəli əkin, kalium və fosfor gübrələri ilə 
yemləmə aparılması, kükürdlə tozlama, yaxşı aqrotexniki fon. 
Zərərvericilərdən  -  yonca  birəsi,  fitonomuş,  yonca  yarpaq-
bükəni,  yonca  taxtabitisi,  yonca  toxumyeyəni,  noxud  mənənəsi, 
yonca sovkası.  
Mübarizə tədbiri:  hektara 2-3 kq dendrobasillin, entobakterin 
çilənməsi.  
Yoncanın biçilməsinin xüsusiyyətləri. Hava şəraiti əlverişli 
olduqda il ərzində yoncanı 4-5 dəfə quru ot üçün çalmaq olar. Çox 
vaxt  yonca  sutkada  2-3  sm  boy  atır.  Quru  ot  üçün  yoncanı 
qönçələmə  fazasının  axırı  –  çiçəkləmənin  başlanğıcında  biçmək 
zəruridir.  Biçin  gecikdirildikdə  otun  kimyəvi  tərkibi  pisləşir  və 
keyfiyyəti aşağı düşür.  
Nəzərə  almaq  lazımdır  ki,  axırıncı  çalım  qışlamaya  (şax-
talara)  3-4  həftə  qalmış  aparılmalıdır.  Bu  müddətdə  o,  böyüyə 
bilir,  rozet  əmələ  gətirir  və  kifayət  qədər  ehtiyat  qida  maddələri 
toplaya  bilir.  Müşahidələr  göstərir  ki,  yoncanın  gec  çalınması 
qışlama zamanı çox vaxt bitkilərin məhv olmasına səbəb olur.  
Tam  qiymətli  məhsul  toplamaqdan  ötrü  çalınma  hündür-
lüyünün  böyük  əhəmiyyəti  vardır.  Otların  biçilməsində  bitkilərin 
çoxlu miqdarda plastik maddələr ehtiyatı toplanan gövdələrinin alt 
hissəsinin saxlanması zərurətini nəzərə alaraq yoncanı yerdən 7-8 
sm  yüksəklikdə  biçmək  məsləhətdir.  Çünki,  bu  bitkilərin  yaxşı 
qışlamasına yardım edir.  
Yoncanın  qısa  müddətdə  yığılmasına  ciddi  fikir  vermək  la-
zımdır. Biçilmiş  yoncanın qurudulmasında  əsas məqsəd onda rü-
tubəti  azaltmaq  və  quru  otu  uzun  müddət  yaxşı  saxlamaqdır. 
İtkinin qarşısını almaq və onu kəskin surətdə azaltmaq üçün otun 
qurudulma  müddətini  minimuma  çatdırmaq  lazımdır.  Yoncanı 
qurudan zaman qiymətli qida maddələri ilə ən zəngin olan yarpaq-


107 
 
ların saxlanmasına çalışmaq lazımdır. Quraqlıq və isti rayonlarda 
otu  zolaqlarla  (sərilmiş  halda  deyil),  tirələrdə  qurutmaq  məqsə-
dəuyğundur.  Otun  dırmıqlanaraq  tirələrə  yığılmasına  əlavə  əmək 
sərf etməmək və zərif, qiymətli yarpaqların tökülməsinin qarşısını 
almaq üçün biçindən qabaq traktor otbiçən maşınlarını elə təchiz 
etmək lazımdır ki, biçin zamanı otu tirələrə yığsın.  
Başqa təcrübələr göstərir ki, biçilmiş yonca ən tez zolaqlarda 
quruyur  və  kombinəedilmiş  qurutma  üsulunda  biçilmiş  yoncanın 
zolaqlarda 4 saat ərzində soluxdurulması və tirələrdə əlavə olaraq 
qurudulması zamanı yonca otu daha sürətlə quruyur.  
Biçin КПФ -1,8 və КПВ-3,0 aqreqatları ilə aparılır. Dırmıq-
lama  ГБУ-6,0,  ГВК-6,0  aqreqatlarla,  presləmə  -  РСБ-1,6  və 
ППВ-1,6 aqreqatları və СНУ-0,5-lə daşınaraq tayalara vurulur.   
Yonca bitkisinin toxum məqsədilə becərilməsi. Elmi-tədqi-
qat  və  qabaqcıl  təcrübə  işlərinin  nəticələri  göstərir  ki,  2  illik 
yoncanın ikinci biçinini toxum məqsədilə saxladıqda yüksək key-
fiyyətli toxum istehsal edilməsi üçün yaxşı şərait yaranır. Belə ki, 
birinci  il  səpilən  yoncaya  nisbətən  2  illik  yoncanın  köklərində 
daha  çox  fır  bakteriyaları  əmələ  gəlir.  Bitkilərin  kökləri  bioloji 
xüsusiyyətlərinə uyğun olaraq torpağın dərinliyinə işləyir. 
Toxumluq  məqsədilə  yoncanı gencərgəli lent üsulu (70 x 15 
sm)  ilə  səpirlər.  Səpin  norması  cücərən  toxum  hesabı  ilə  2-3 
mln/ha və ya çəki ilə 4-6 kq/ha-dır.  
Yoncanın ot və yaşıl yem üçün birinci biçini adətən, may ayı-
nın sonunadək başa çatdırılır. Birinci biçindən sonra hektara fiziki 
çəki  hesabı  ilə  torpaq  kartoqramı  nəzərə  alınmaqla  300-500  kq 
fosfor,  120-150  kq  kalium  gübrələri  verilərək  sahəyə  3-5  sm  də-
rinlikdə çarpaz dırmıq çəkilməlidir. Qönçələmə fazasında  toxum-
luq sahə 50 kq/ha azot hesabi ilə yemləndirilir.  
Sahə aşağı sürətli suvarma ilə suvarılmalıdır. Toxumluq yon-
ca  sahəsində  ikinci  suvarmaya  qönçələmə  fazasında  başlamaq 
lazımdır.  Üçüncü  suvarma  isə  çiçəkləmənin  sonunda  paxlaların 
əmələ gəldiyi vaxtda aparılmalıdır.  
Toxumluq  yonca  sahəsi  yüksək  aqrofonda  becərilməlidir. 
Əgər  sahədə  qızıl  sarmaşıq  (kuskuta)  və  digər  alaq  otları  varsa, 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə