Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə24/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

102 
 
0
C- dir. Çıxışlar - 6 
0
C şaxtalara dözürlər. Qış dövründə qar örtüyü 
altında  40 
0
C  şaxtaya  davam  gətirirlər.  Bu  bioloji  xüsusiyyəti 
onun digər kənd təsərrüfatı bitkilərinə nisbətən erkən səpilməsinə 
imkan  verir.  Bitkilərin  yazda  böyüməsi  7-9 
0
C  temperaturda 
başlayır. İnkişafa başladıqdan çiçəkləmənin əvvəlinə qədər 800 
0

faydalı temperatur tələb olunur.  
Yonca  quraqlığa  davamlı,  eyni  zamanda  nəmliyə  tələbkar 
bitkidir.  Onun  quraqlığa  davamlılığı  güclü  və  dərinə  işləyən  kök 
sistemi əmələ gətirməsi ilə təyin olunur. Ona görə də bitki təkcə 
torpaq  nəmliyindən  yox,  dərin  qatlardakı  ehtiyat  nəmlikdən 
istifadə  etmək  qabiliyyətinə  malikdir.  Yonca  mezofit  kimi  yaxşı 
gövdə  və  yarpaq  əmələ  gətirmək  üçün  lazımi  miqdarda  nəmlik 
tələb  edir.  Toxum  öz  kütləsi  qədər  nəmlik  qəbul  etdikdən  sonra 
cücərmə  qabiliyyətinə  malik  olur.  Yüksək  məhsul  almaq  üçün  1 
metrlik  torpaq  qatında  tarla  rütubət  tutumunu  80%-də  saxlamaq 
lazımdır. Yonca işıqsevən uzun gün bitkisidir.  
Yonca  havanı  yaxşı  keçirən  qranulometrik  tərkibi  orta  və 
yüngül gillicəli münbit torpaqlarda yaxşı inkişaf edir. Qrunt suları 
yaxın və daşlı torpaqlarda pis inkişaf edir. Torpağın turşluğuna pis 
reaksiya  göstərir.  Neytral  və  zəif  qələvi  (pH  6,5-8,0)  reaksiyalı 
torpaqlarda  yaxşı  böyüyür.  Torpaq  reaksiyası  pH  5,0  olduqda 
kökdə  fır  bakteriyaları  əmələ  gəlmir,  yaxud  əmələ  gələn  fırlar 
bioloji azotu udmurlar. Yonca torpaqdan çoxlu miqdarda qida ele-
mentləri, yəni 1 ton quru otla 39 kq azot, 10 kq fosfor, 24 kq ka-
lium, 15 kq kalsium və 8 kq maqnezium aparır.  
Növbəli əkində yeri. Yonca üçün yaxşı sələflər – dənli taxıl 
bitkiləri, qara herik, qarğıdalı, bostan bitkiləridir. Şəkər çuğunduru 
yonca  üçün  pis  sələfdir,  ona  görə  ki,  torpağın  dərin  qatını  güclü 
qurudur.  Suvarılan  torpaqlarda  yoncanı  praktiki  olaraq  hər  hansı 
sələflə  növbələndirmək  olar.  Bundan  başqa  onu  dənli  taxıl 
bitkilərinin örtüyünə də səpmək olar.  
Torpağın becərilməsi.  Dənli taxıl bitkilərindən sonra (yonca 
əkinləri üçün), sələf bitkisinin məhsulu yığılan kimi kövşənlik 4-6 
sm  dərinlikdə  üzlənir.  Alaq  otu  toxumlarının  cücərməsini  sürət-
ləndirmək üçün üzləmədən sonra sahənin suvarılması və torpağın 


103 
 
səthi quruduqda malalanması tövsiyə olunur. Təxminən 2-3 həftə-
dən sonra, alaq otu toxumları cücərdikdə ön kotancıqlı kotanla 28-
30 sm dərinlikdə əsas şum aparılır. Pambıq əkini altından çıxmış 
tarlalarda üzləmə pambıq gövdələrinin çıxarılması ilə əvəz olunur 
və  şumdan  qabaq  suvarma  tövsiyə  olunmur.  Çünki,  pambıq 
yığıldıqdan  sonra  torpaq  dondurma  şumu  etmək  uçun  kifayət 
qədər rütubətli olur. Əsas şumun müddəti torpağın yetişməsindən 
ötrü  böyük  əhəmiyyətə  malikdir.  Aran  rayonlarında  yoncanın 
payız  səpinindən  ötrü  əsas  yay  şumunun  müddəti  iyulun  axırı  – 
avqustun  əvvəli  hesab  oluna  bilər.  Bu  zaman  şum  ilə  yoncanın 
səpilməsi  arasında  30-40  günə  qədər  fasilə  olur  və  bu  müddət 
ərzində torpaq normal yetişir. Yaz səpinində isə dənli bitkilərdən 
sonra  optimal  dondurma  şumu  müddəti  sentyabr  -  oktyabr 
aylarıdır. Dekabr –yanvar aylarında arat edilməsi tövsiyə edilir.  
Şumun  altına  hektara  30-40  ton  çürümüş  peyin,  400-500  kq 
superfosfat, 120-150 kq kalium gübrələri verilməlidir.  
Torpağın  səpinqabağı  becərilməsi.  Yoncanın  payız  səpini 
üçün  sentyabrın  əvvəlində  səpinqabağı  kultivasiya  və  sonradan 
malalama  keçirilir.  Kultivasiyaya  3-4  gün  qalmış  su  ehtiyatı 
yaradan suvarma (arat) yaxşı nəticə verir. 
Yaz səpini üçün erkən yazda səpin qabağı iki dəfə kultivasiya 
və onların ardınca malalama aparılır.  
Torpaq  tamamilə  narın  vəziyyətə  gətirilməlidir.  Sahə  dəqiq-
liklə hamarlanmalıdır. 
Toxumun  səpinə  hazırlanması.    Səpindən  1-2  ay  qabaq 
toxum laboratoriya analizindən keçirilməli, cücərmə qabiliyyəti və 
təmizlik dərəcəsi müəyyən edilməlidir. Səpindən qabaq toxumlar 
toxumtəmizləyən maşınlarda diqqətlə təmizlənir. Toxumun təmiz-
liyi  92-98%,  cücərmə  qabiliyyəti  70-95%  olmalıdır.  Yonca  to-
xumlarını qızıl sarmaşıq  toxumlarından təmizləmək üçün «Trifo-
lin» markalı maqnit maşınından keçirmək lazımdır. Səpiləcək to-
xumları  alaq  otları  qarışığından,  başlıca  olaraq  kəhrə  toxum-
larından təmizləmək üçün toxumları duz məhluluna salmaq lazım-
dır.  Belə  tədbir  zamanı  kəhrə  toxumlarının  təxminən  80%-i  və 
başqa  alaq  otu  toxumlarının  90%-i  təmizlənir.  Bu  məhlul  1  litr 


104 
 
suya 360 qr. xörək duzu hesabı ilə hazırlanır. Yonca toxumları ha-
zırlanmış məhlulun içərisinə tökülür və qarışdırılır. Məhlulun üzə-
rinə çıxmış alaq otu toxumları tənzif kəfkirlə yığılır. Təmizlənmiş 
toxumları təmiz suda yuyub nazik təbəqə ilə sərərək qurudurlar.  
Səpindən  25-30  gün  əvvəl  zərərverici  və  xəstəliklərə  qarşı  1 
ton  toxuma  1,5  kq  hesabı  ilə  80%  li  TMTD  və  yaxud  1  ton 
toxuma 7 kq Bronotak qarışdırmaqla dərmanlamaq lazımdır.  
Səpin qabağı toxumların ammonium  molibdenatla işlənməsi 
müsbət nəticə verir. 100 qr. ammonium  molibdenatı 400 qr. suda 
həll  edərək  bir  hektara  səpiləcək  toxum  normasına  çiləmək 
lazımdır.  Bitkinin  kökündə  fır  bakteriyalarının  yaxşı  inkişafı  və 
məhsulun  keyfiyyətli  alınması  üçün  səpin  günü  toxumları  rizo-
torfin (nitragin) bakterial gübrəsi (preparatı) ilə işləmək lazımdır. 
Eyni zamanda səpinqabağı toxumların molibdenlə işlənməsi müs-
bət nəticə verir.   
Səpin müddəti, üsulu və norması. Səpin müddətinin düzgün 
müəyyənləşdirilməsi,  normal  çıxış  alınması  üçün  əsas  şərtlərdən 
biridir.  Yoncanın  bioloji  xüsusiyyətləri  onun  toxumlarının  payız 
və yazda səpilməsinə imkan verir.  
Yoncanın payız səpini sentyabrın 5-dən 30-nadək başa çatdı-
rılmalıdır.  
Yoncanın  yaz  səpini  aran  rayonlarında  fevral  ayının  20-dən 
martın  20-dək  aparıldıqda  yaxşı  nəticələr  alınır.  Dağətəyi 
ərazilərdə  martın 1-dən 20-dək, dağlıq ərazilərdə isə  martın  20-
dən  aprelin 10-dək səpin aparıla bilər.  
Yemlik yonca üçün toxumun səpin norması hektara 10-15 kq 
götürülür. Toxumları 2-3 sm dərinliyə basdırılır.  
Yonca  adətən  Azərbaycanda  başdan-başa  üsulla  səpilir  və 
cərgəarası  7,5  sm-lik  taxıl  və  ya  ot  toxumu  səpən  aqreqatlardan 
istifadə olunur.  
Yonca xüsusilə öz inkişafının erkən dövrlərində fosforla qida-
lanmaya  həssaslıq  göstərir.  Buna  görə  də  toxumla  birlikdə  50 
kq/ha dənəvərləşdirilmiş superfosfat verilməlidir.  
Səpin üçün taxıl otlarını səpən СУТ- 47, СЗТН-47, СЗТ-3,6 
markalı aqreqatlardan istifadə olunur. 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə