105
Qulluq işləri. Yonca əkininə düzgün və vaxtında qulluq edil-
məsinin yüksək quru ot məhsulu alınmasında böyük əhəmiyyəti
vardır.
Payızda yoncalıqları fosfor və kalium gübrələri ilə yemlən-
dirdikdə onların qışa davamlılığı və məhsuldarlığı 10-15 sentner
artır. Bundan əlavə bitkilərin erkən payızda hektara 1-2 sent.
superfosfat və 0,5-1 sent. kalium duzu ilə yemləndirilməsi şaxtaya
davamlılığını artırır.
Birinci ili yoncanın suvarılması 6-7 yarpaq dövründə hektara
600-800 m
3
olmaqla aparılır.
Biçindən sonra quru otu təcili olaraq sahədən çıxarmaq lazım-
dır. Adətən biçindən 5-6 gün əvvəl suvarma aparılır. Hər biçindən
sonra quru ot tarladan çıxarılmalı və 2 iz malalama aparılmalıdır.
Suvarılan bölgələrdə qrunt suyunun səviyyəsindən, torpağın
qranulometrik tərkibi və relyefindən, torpaqda olan ehtiyat nəm-
likdən və suvarma üsulundan asılı olaraq 15-25 gündən bir suvar-
ma həyata keçirilir.
Payız səpinindən sonra yonca şaxtalar düşənə qədər 2 dəfə
suvarılmalıdır. Cücərtilərin çıxmasına 1-2 gün qalmış əmələ gələn
qaysağı dağıtmaqdan ötrü yüngül malalar və rotasiya toxaları
tətbiq etmək lazımdır. Yonca sahəsində növbəti suvarma mart
ayında aparılır. Bununla da yoncanın birinci biçinədək suvarıl-
masına ehtiyac qalmır.
Yaz səpinindən sonra yonca sahəsinin 2 dəfə suvarılması
birinci biçininin optimal vaxtda aparılmasını təmin edir.
Yoncanın ən intensiv su sərfi birinci çalımdan sonra, hər
çalım müddəti daxilində isə yoncanın intensiv böyüməsi dövrün-
də, yəni qönçə bağlamadan çiçəkləmənin əvvəlinə qədər olan dö-
vrdə müşahidə olunur. Buna müvafiq olaraq həmin dövrdə yonca
əkinləri tez-tez suvarılmalıdır.
Ümumiyyətlə, yonca sahələri hər biçindən sonra 2 dəfə suva-
rıldıqda 4-5 dəfə biçin aparılması mümkün olur.
Yonca sahələrinin biçinlər arası vaxtlı-vaxtında suvarılması
və suvarma qabağı yemləmə gübrələrindən (superfosfat) istifadə
edilməsi bol məhsul istehsal etməklə yanaşı bitkilərin fizioloji in-
106
kişafını təmin edir.
Yoncanın xəstəlik və zərərvericiləri. Yoncanın bir çox spe-
sifik xəstəlik və zərərvericiləri vardır:
Yoncada – unlu şeh, qonur ləkə, sarı ləkə, askoxitoz və pas
xəstəlikləri mövcuddur.
Mübarizə tədbiri: növbəli əkin, kalium və fosfor gübrələri ilə
yemləmə aparılması, kükürdlə tozlama, yaxşı aqrotexniki fon.
Zərərvericilərdən - yonca birəsi, fitonomuş, yonca yarpaq-
bükəni, yonca taxtabitisi, yonca toxumyeyəni, noxud mənənəsi,
yonca sovkası.
Mübarizə tədbiri: hektara 2-3 kq dendrobasillin, entobakterin
çilənməsi.
Yoncanın biçilməsinin xüsusiyyətləri. Hava şəraiti əlverişli
olduqda il ərzində yoncanı 4-5 dəfə quru ot üçün çalmaq olar. Çox
vaxt yonca sutkada 2-3 sm boy atır. Quru ot üçün yoncanı
qönçələmə fazasının axırı – çiçəkləmənin başlanğıcında biçmək
zəruridir. Biçin gecikdirildikdə otun kimyəvi tərkibi pisləşir və
keyfiyyəti aşağı düşür.
Nəzərə almaq lazımdır ki, axırıncı çalım qışlamaya (şax-
talara) 3-4 həftə qalmış aparılmalıdır. Bu müddətdə o, böyüyə
bilir, rozet əmələ gətirir və kifayət qədər ehtiyat qida maddələri
toplaya bilir. Müşahidələr göstərir ki, yoncanın gec çalınması
qışlama zamanı çox vaxt bitkilərin məhv olmasına səbəb olur.
Tam qiymətli məhsul toplamaqdan ötrü çalınma hündür-
lüyünün böyük əhəmiyyəti vardır. Otların biçilməsində bitkilərin
çoxlu miqdarda plastik maddələr ehtiyatı toplanan gövdələrinin alt
hissəsinin saxlanması zərurətini nəzərə alaraq yoncanı yerdən 7-8
sm yüksəklikdə biçmək məsləhətdir. Çünki, bu bitkilərin yaxşı
qışlamasına yardım edir.
Yoncanın qısa müddətdə yığılmasına ciddi fikir vermək la-
zımdır. Biçilmiş yoncanın qurudulmasında əsas məqsəd onda rü-
tubəti azaltmaq və quru otu uzun müddət yaxşı saxlamaqdır.
İtkinin qarşısını almaq və onu kəskin surətdə azaltmaq üçün otun
qurudulma müddətini minimuma çatdırmaq lazımdır. Yoncanı
qurudan zaman qiymətli qida maddələri ilə ən zəngin olan yarpaq-
107
ların saxlanmasına çalışmaq lazımdır. Quraqlıq və isti rayonlarda
otu zolaqlarla (sərilmiş halda deyil), tirələrdə qurutmaq məqsə-
dəuyğundur. Otun dırmıqlanaraq tirələrə yığılmasına əlavə əmək
sərf etməmək və zərif, qiymətli yarpaqların tökülməsinin qarşısını
almaq üçün biçindən qabaq traktor otbiçən maşınlarını elə təchiz
etmək lazımdır ki, biçin zamanı otu tirələrə yığsın.
Başqa təcrübələr göstərir ki, biçilmiş yonca ən tez zolaqlarda
quruyur və kombinəedilmiş qurutma üsulunda biçilmiş yoncanın
zolaqlarda 4 saat ərzində soluxdurulması və tirələrdə əlavə olaraq
qurudulması zamanı yonca otu daha sürətlə quruyur.
Biçin КПФ -1,8 və КПВ-3,0 aqreqatları ilə aparılır. Dırmıq-
lama ГБУ-6,0, ГВК-6,0 aqreqatlarla, presləmə - РСБ-1,6 və
ППВ-1,6 aqreqatları və СНУ-0,5-lə daşınaraq tayalara vurulur.
Yonca bitkisinin toxum məqsədilə becərilməsi. Elmi-tədqi-
qat və qabaqcıl təcrübə işlərinin nəticələri göstərir ki, 2 illik
yoncanın ikinci biçinini toxum məqsədilə saxladıqda yüksək key-
fiyyətli toxum istehsal edilməsi üçün yaxşı şərait yaranır. Belə ki,
birinci il səpilən yoncaya nisbətən 2 illik yoncanın köklərində
daha çox fır bakteriyaları əmələ gəlir. Bitkilərin kökləri bioloji
xüsusiyyətlərinə uyğun olaraq torpağın dərinliyinə işləyir.
Toxumluq məqsədilə yoncanı gencərgəli lent üsulu (70 x 15
sm) ilə səpirlər. Səpin norması cücərən toxum hesabı ilə 2-3
mln/ha və ya çəki ilə 4-6 kq/ha-dır.
Yoncanın ot və yaşıl yem üçün birinci biçini adətən, may ayı-
nın sonunadək başa çatdırılır. Birinci biçindən sonra hektara fiziki
çəki hesabı ilə torpaq kartoqramı nəzərə alınmaqla 300-500 kq
fosfor, 120-150 kq kalium gübrələri verilərək sahəyə 3-5 sm də-
rinlikdə çarpaz dırmıq çəkilməlidir. Qönçələmə fazasında toxum-
luq sahə 50 kq/ha azot hesabi ilə yemləndirilir.
Sahə aşağı sürətli suvarma ilə suvarılmalıdır. Toxumluq yon-
ca sahəsində ikinci suvarmaya qönçələmə fazasında başlamaq
lazımdır. Üçüncü suvarma isə çiçəkləmənin sonunda paxlaların
əmələ gəldiyi vaxtda aparılmalıdır.
Toxumluq yonca sahəsi yüksək aqrofonda becərilməlidir.
Əgər sahədə qızıl sarmaşıq (kuskuta) və digər alaq otları varsa,
Dostları ilə paylaş: |