Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə26/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   100

103 
 
şəxsiyyət azadlığına keçirlər.  İqtisadi analitiklərin 
qiymətləndirmələrinə görə, Azərbaycan, Polşa, Çexiya, 
Macarıstan, Estoniya və s. ölkələr bu istiqamətdə daha çox 
uğurlar qazanmışdır. Ukrayna və Rusiya bu siyahıda orta 
yerləri tutur. Türkmənistan və Belarus isə axırıncı 
yerlərdədir.  
İqtisadi cəhətdən geridə qalmış ölkələr qrupuna, 
əsasən afro-asiya-latın amerikası regionunda yerləşən, zəif 
inkişaf etmiş, yoxsulluqdan və  səfalətdən  əziyyət çəkən 
yüzə  qədər dövlət daxildir (Somali, Efiopiya, Haiti və 
başqaları).  
Əlbəttə, hər bir ölkənin və ya ölkələr qrupunun 
özünün həll olunmamış problemləri olsa da, bütövlükdə 
bəşəriyyəti narahat edən və bütün millətlərin maraqlarına 
toxunan irimiqyaslı sosial-iqtisadi problemlər də 
mövcuddur və onların həlli ümumi səylərin birləşdirilməsini 
tələb edir. Qlobal planda iqtisadi gerilik özünü onda büruzə 
verir ki, xeyli sayda ölkələr (hesablamalara görə, Yer kürəsi 
əhalisinin təxminən yarısı bu ölkələrdə yaşayır) inkişaf 
etmiş ölkələrdən getdikcə daha çox geridə qalır.  İstehsal 
qüvvələrinin inkişafının, insanların həyat  şəraitinin və 
keyfiyyətinin səviyyəsinə görə bu ölkələr arasında olan fərq 
xeyli böyükdür və getdikcə daha da artır. Bu vəziyyət 
dünyanın varlı və kasıb ölkələrdən ibarət iki hissəyə bölün-
məsini günbəgün dərinləşdirir, beynəlxalq gərginliyi artırır 
və ümumi təhlükəsizliyi təhlükə altında qoyur.  
Həm KİV-in, həm də sahə mütəxəssislərinin diqqət 
yetirmələrini tələb edən məsələlərdən biri də ölkələrin 
yoxsulluq vəziyyətinə düşmələrinə  gətirib çıxaran və bir-
biri ilə qarşılıqlı surətdə  sıx bağlı olan amillərdir.  Birinci 
amil  kasıb  ölkələrin istehsalat bazalarının həddən artıq 
köhnə olmasıdır. Bu amil özünü həmin ölkələrin 
iqtisadiyyatında aqrar xarakterin üstünlük təşkil etməsində, 
sənayenin geri qalmasında, yəni onların öz milli 
104 
 
iqtisadiyyatlarını  sənayeləşdirmək mərhələsini keçməmələ-
rində göstərir. Bu ölkələrdə istehsalatın təchizat fondu çox 
zəif, texnika, texnologiya və mütəşəkkillik primitiv, 
məhsuldarlıq çox aşağıdır və  kəskin kapital çatışmazlığı 
mövcuddur. 
İkinci amil əmək resurslarının qeyri-səmərəli 
tətbiqidir. Bu amil özünü işsizliyin yüksək səviyyədə 
olmasında, fəhlə qüvvəsinin  əhəmiyyətli  şəkildə istifadə 
olunmamasında, onun stimullaşdırılmamasında və  əmək 
məhsuldarlığının aşağı olmasında büruzə verir. Eyni 
zamanda, zəif inkişaf etmiş ölkələrdə ixtisaslı  işçi və 
mütəxəssislərin çatışmamasını, həmçinin səriştəli və işgüzar 
sahibkarların olmamasını da bura əlavə etmək olar. “Beyin 
axını” və inkişafa yönəlik iradəsizlik vəziyyəti bir qədər də 
gərginləşdirir.  
Üçüncü amil (xüsusilə neqativ) iqtisadiyyatın dövlət 
tərəfindən lazımınca tənzimlənməməsidir.  İş burasındadır 
ki, zəif inkişaf etmiş ölkələrin dövlət tərəfindən daha 
mükəmməl iqtisadi idarəetməyə ehtiyacları var. Bu cür 
idarəetmə bütün cəmiyyətin marağı naminə sosial-iqtisadi 
həyatın daha fəal və  əməli tənzimlənməsini: vaxtaşırı 
hesabat verən və işlək hökumət orqanlarının yaradılmasını; 
iqtisadi inkişafın və  təhsilin dəstəklənməsini; torpaq və 
digər islahatların keçirilməsini; 
əhali artımının 
nizamlanmasını; demokratiyanın, vətəndaş hüququnun və 
insan azadlığının, qanunçuluğun təmin edilməsini nəzərdə 
tutur. Praktiki olaraq, yol verilən bürokratiya halları  və 
səriştəsizlik, milli biznesin bəzi hissəsi tərəfindən 
islahatların ləngidilməsi, formalizm, korrupsiya, 
qohumbazlıq və dostbazlıq naminə dövlət monopolizminin 
və digər antibazar proseslərinin inkişafı  əksər hallarda 
hökumətin iqtisadiyyatın idarə olunması sahəsində 
fəaliyyətinin səmərəli olmasına maneçilik törədir.  


105 
 
Dördüncü amil (əvvəlki üç amili tamamlayır) 
geridə qalmış ölkələrin inkişafı üçün əlverişli  şəraitin 
olmamasıdır. Burada ön plana inkişafı  ləngidən bir neçə 
məqam ortaya çıxır: a) əkin sahələri və digər təbii resurslar 
çatışmır. Bu resurslar olduğu təqdirdə isə onların işlənilməsi 
ilə  əksər hallarda transnasional korporasiyalar məşğul olur 
və  əldə olunan gəlirləri öz mənafelərinə uyğun 
bölüşdürürlər; b) - yüksəkməhsuldarlı kənd təsərrüfatı işləri 
üçün əlverişsiz tropik iqlimin (ya həddən artıq quru, ya da 
həddən artıq isti) neqativ təsiri;  c) - kasıb ölkələr xarici 
ticarət üçün qüsurlu bir vəziyyətdədirlər: onlar əsasən 
xammal və kənd təsərrüfatı məhsulları ixrac edirlər (onlara 
olan tələbat və bu məhsulların qiymətləri aşağı düşür), idxal 
etdikləri texnikanın qiymətləri isə get-gedə qalxır; Vəziyyəti 
gərginləşdirən amillərdən biri də  (ç) - xarici borcların 
artmasıdır. Növbəti mənfi təsir (d) - bu ölkələrin əhalisinin 
həddən artıq sıxlığı, səfillik,  əhalinin böyük bir hissəsinin 
savadsızlığı, gəlirlərin və istehlak tələbatının azlığı, 
xəstəliklərlə  əlaqədar böhran vəziyyətinin mövcud 
olmasıdır. Nəhayət,  (e) - kasıb ölkələrdə  zəif ictimai 
münasibətlərin mövcud olması iqtisadi inkişafı  ləngidən 
ciddi amildir. Burada həm feodal, həm də  nəsil-tayfa 
qalıqları; tayfalararası  ədavət və müharibələr (primitiv 
ksenofobiya səbəbindən); kastaçılıq, dini ifratçılıq, xalqın 
hesabına ali silkin varlanması  və  s.  hallar  dərin köklər 
salmışdır.  
Beləliklə, zəif inkişaf etmiş ölkələrdə bir növ 
çıxılmaz yoxsulluq vəziyyəti formalaşmışdır. Bu ölkələr öz 
yoxsulluqlarını sanki qapalı  zəncir boyunca daim təkrar 
istehsal edirlər. Gəlirlərin aşağı olması vacib istehsal 
kapitalının (kapital və peşəkar  əmək resurslarının) 
toplanılmasını  ləngidir. Bu da öz növbəsində,  əmək 
məhsuldarlığını aşağı salır və son həddə gəlirlərin səviyyəsi 
təkrar azalır. Qüsurlu dairə boyunca qaçış  əhali artımını 
106 
 
sürətləndirir və yoxsulluq dairəsindən çıxmaq daha da 
çətinləşir. Bununla birlikdə, bir şey aydındır ki, belə  çətin 
vəziyyətdən yalnız bu ölkələrin özləri aşağıdakı  əsas 
vəzifələri yerinə yetirərək çıxa bilərlər: 
-
 
sosial-iqtisadi yeniləşmənin, aqrar və bazar islahatla-
rının stimullaşdırılması; 
-
 
 kapital 
toplanılmasının, iqtisadiyyatın 
sənayeləşdirilməsinin və  əmək fondu təchizatının təmin 
edilməsi; 
-
 
 qənaət rejiminin, milli iqtisadiyyatların idarə 
olunması;  
-
 
əhali artımı  və digər ictimai proseslər sahəsində 
səmərəli dövlət siyasətinin həyata keçirilməsi.  
Eyni zamanda, qeyd etmək lazımdır ki, öz siyasi müs-
təqilliklərini son dövrlərdə  əldə etmiş ölkələr özlərini 
iqtisadi neokolonializmin (inkişaf etməkdə olan ölkələrin 
inkişaf etmiş ölkələrdən real asılılığı, dövlətlər və xalqlar 
arasındakı mümkün qeyri-bərabərlik), yəni inkişaf etmiş 
ölkələrin yeritdikləri  ədalətsiz və tarazlaşdırılmamış 
siyasətin qurbanları hesab edirlər. XX əsrin ikinci yarısında 
müstəmləkəçilik sistemi dağılsa da, onlarla ölkə siyasi 
müstəqillik  əldə etsə  də, bu fikri sosial-iqtisadi asılılıq 
(istehsalat, maliyyə, texnologiya, elmi-texniki irəliləyiş
təhsil, informasiya, və s.) barədə söyləmək çətindir, çünki 
iqtisadi asılılıq aradan olduqca ləng qalxır.  
Özlərini iqtisadi neokolonializmin qurbanları hesab 
edən ölkələr 1970-ci ildən başlayaraq, bu gün də aktual olan 
yeni beynəlxalq iqtisadi nizamın (YBİN)  yaradılmasını 
tələb edirlər. Özü-özlüyündə bu cür tələbləri (gömrük 
rüsumlarının və ticarətə  əngəl olan digər maneələrin 
yumşaldılması; transnasional korporasiyalarla bağlanılmış 
kontraktlardan gəlir paylarının artırılması; inkişaf etmiş 
ölkələrlə ticarət  şərtlərinin yaxşılaşdırılması; xarici 
yardımın genişləndirilməsi; xarici borcların yenidən 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə