Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə28/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   100

111 
 
vəziyyətə  qədəm qoymuşdur. Müstəqilliyini yenidən bərpa 
etmiş keçmiş sovet respublikalarında sırf iqtisadi mövzuda 
yazan xüsusi nəşrlərin sayı artmaqdadır və onlar dövlətlərin 
yeritdikləri iqtisadi siyasətin xarakterinə nüfuz edə bilirlər. 
Sovet dövründəki “ixtisaslaşma” iqtisadi mövzuda, xüsusilə 
də maddi və  mənəvi istehsalın inkişafının ayrı-ayrı 
problemləri barədə seçilmiş publisistlərə  və yaxud da 
kütləvi informasiya vasitələrinə yazmaq hüququ verirdisə, 
hazırkı şəraitdə vəziyyət köklü şəkildə dəyişmişdir. Müasir 
iqtisadi ixtisaslaşma və yaxud da ixtisaslaşmış  nəşrlərin 
meydana gəlməsi ictimai həyatın bütün tərəflərinin yeniləş-
məsinə artan tələbatla izah olunur. 
Postsovet məkanındakı yeni müstəqil dövlətlərin, o 
cümlədən, Azərbaycanın iqtisadi sistemi bağlı (mərkəzləş-
dirilmiş) və açıq (bazar) sistemlər arasındakı keçid dövrü 
iqtisadiyyatı kimi xarakterizə olunur. Ona görə  də bu 
sistemə  həm bağlı, həm də açıq iqtisadi sistemlərə, 
həmçinin keçid dövrünə xas olan cizgiləri eyni dərəcədə 
şamil etmək olar.  
İqtisadi problemlərin KİV-də işıqlandırılmasına bu sa-
hədə islahatların aparılması mexanizmi də müəyyən təsir 
edir. Təhlillər göstərir ki, iqtisadi islahatlar bir neçə ardıcıl 
mərhələni  əhatə edir. İlkin mərhələdə iqtisadiyyatın köklü 
surətdə  dəyişdirilməsi, milli valyutanın tətbiqi, qiymətlərin 
liberallaşdırılması,  şəxsi mülkiyyətin legitimləşdirilməsi, 
milli özəlləşdirmə proqramının hazırlanması və onun bütün 
sahələrdə icrası həyata keçirilir. 
İkinci mərhələdə makroiqtisadi stabilləşmə, vergi, 
büdcə  və bank sistemlərində, xarici iqtisadi fəaliyyət və 
gömrük sahələrində münasibətlərin tənzimlənməsi üçün 
adekvat qanunvericilik bazasının yaradılması, beynəlxalq 
kapitalın milli iqtisadiyyata cəlb edilməsi, bazar 
infrastrukturunun inkişafı üçün şəraitin yaradılması, büdcə 
112 
 
kəsirinin azaldılması  və s. istiqamətlərdə müvafiq işlər 
aparılır.  
Üçüncü mərhələdə islahatların daha da 
dərinləşdirilməsi məqsədi ilə xüsusi proqram qəbul edilir. 
Bu dövrün fərqləndirici cizgiləri makroiqtisadi 
stabilləşmənin davam etdirilməsindən, inflyasiyanın 
azaldılmasından, istesalın canlandırılmasından və iqtisadi 
artımın təmin edilməsindən ibarət olur. 
Sonuncu etap, yəni yaşadığımız günləri  əhatə edən 
mərhələ dünyada baş verən maliyyə böhranı ilə (2008-2010-
cu illər) əlaqədar iqtisadi vəziyyətin pisləşməsinə, mineral-
xammal ixracının azalmasına,  əhalinin aztəminatlı 
təbəqəsinə dövlət tərəfindən sosial yardımın göstərilməsinin 
çətinləşməsinə operativ cavab olaraq büdcənin yenidən 
nəzərdən keçirilməsi və büdcə istiqamətlərinin 
dəyişdirilməsi ilə xarakterizə olunur. Əlbəttə, bu mərhələdə 
hər bir ölkənin özünün inkişaf səviyyəsi, milli və transmilli 
oriyentirlərin nəzərə alınması xüsusi rol oynayır. 
İqtisadi vəziyyətin yaxşılaşdırılması sahəsində 
hökumət tərəfindən görülən tədbirlərin KİV-də 
işıqlandırılması insanlarda müəyyən iqtisadi düşüncələr 
yaratsa da, geniş  mənada yeni iqtisadi təfəkkürün 
formalaşması daha vacib xarakter alır. İqtisadi məsələlərin 
KİV-də vaxtaşırı  və sistemli şəkildə  işıqlandırılması baş 
verən proseslərin təsnifinin verilməsinə, başa düşülməsinə, 
beləliklə  də iqtisadi təfəkkürün formalaşmasına  şərait 
yaradır.  İnformasiya bazarında iqtisadi nəşrlərin və audio-
video materialların meydana gəlməsi bazar mexanizminin 
dünya ictimaiyyəti qarşısında qoyduğu aşağıdakı  və-
zifələrdən irəli gəlir: 
-
 
auditoriyanın iqtisadi informasiyaya və iqtisadi isla-
hatların gedişi haqqında informasiyaya olan tələblərinin da-
vamlı şəkildə ödənilməsi; 


113 
 
-
 
bu tələblərin daha səmərəli surətdə ödənilməsi üsul-
larının müəyyən edilməsi; 
-
 
iqtisadi proseslərin daha obyektiv və  hərtərəfli 
işıqlandırılmasının vacibliyi; 
-
 
iqtisadiyyatın tənzimlənməsi sahəsində bazar mexa-
nizmlərinin tətbiq olunması ilə  əlaqədar olaraq yeni infor-
masiya mənbələrinin işlənib hazırlanmasının vacibliyi 
(vahid mühasibatlıq, statistika, əməliyyat uçotu). 
Ancaq, neçəki iqtisadiyyat və iqtisadiyyatlararası 
münasibətlər mövcuddur, jurnalistikada iqtisadiyyat 
məsələlərinin işıqlandırılmasının aktuallığı iqtisadi KİV-in 
inkişafının əsas arqumenti olaraq qalacaqdır. 
Təhlillər göstərir ki, iqtisadi vəziyyətlərin bir-birini 
tez-tez və  kəskinliklə  əvəz etməsi öz növbəsində  KİV-in 
fəaliyyətinə  də mürəkkəb və çoxşaxəli çalarlar verir.
 
XXI 
əsr  ərəfəsində  dünya iqtisadiyyatında və onun KİV-də 
işıqlandırılmasında yeni tendensiyalar meydana 
gəlmişdir və bu tendensiaylar yeni əsrdə həm iqtisadiyyatın 
inkişafını, həm də qlobal iqtisadi problemlərin mətbuatda 
işıqlandırılmasının yaxşılaşdırılması yollarını müəyyən edir. 
Fikir mübadiləsi aparmaq üçün bu tendensiyaların tam 
olmayan aşağıdakı siyahısını diqqətə çatdırmaq olar: 
1.
 
İqtisadi fəaliyyətin qloballaşması  məsələlərinin 
mətbutda işıqlandırılması. Bu tendensiya özünü 
investisiya, istehsal, təchizat və satış, maliyyə, ETİ, təhsil 
sahəsində beynəlxalq əlaqlərin daha da genişləndirilməsi və 
dərinləşdirilməsinin vacibliyinin təbliğində büruzə 
verməlidir. Bu ondan irəli gəlir ki, müasir dövrdə  tədricən 
transmilli korporasiyaların bazası  əsasında beynəlxalq 
təsərrüfat kompleksləri yaranmaqdadır. Bu korporasiyalar 
isə qlobal miqyasda fəaliyyət göstərir və dünya səhnəsində 
satış bazarları, material və maliyyə resursları  uğrunda 
rəqabətli mübarizə aparırlar.  
114 
 
2.
 
Mətbuat tərəfindən dünya iqtisadiyyatının və 
beynəlxalq iqtisadi fəaliyyətin liberallaşmasının dəstək-
lənməsi (hər zaman ardıcıl bir xətt üzrə aparıla bilməz). Bu, 
beynəlxalq mal dövriyyəsi, xidmət, intellektual mülkiyyət, 
əmək, kapital, maliyyə resurslarının hərəkətinə mane olan 
əngəllərin zəifləməsi və aradan qaldırılmasının zəruriliyinin 
təbliğində özünü göstərə bilər. 
3.
 
Mətbuatda dünya iqtisadiyyatının regionlaş-
ması  və qloballaşması ideyalarının işıqlandırılması.  Bu 
özünü bütün kontinentlərdə dövlətlərarası iqtisadi birliklərin 
(azad ticarət zonaları, gömrük ittifaqları, “ümumi bazarlar”, 
iqtisadi birliklər və s.) yaradılmasında büruzə verə bilər. 
Dövlətlərarası iqtisadi birliklərin yaradılması  iştirakçı 
dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı üçün münbit 
şərait yarada bilər. Biz Avropa İttifaqını regional iqtisadi 
inteqrasiya sahəsində gözəl nümunə kimi göstərə bilərik. Aİ 
hazırda 25 ölkəni birləşdirir.  
4.
 
KİV-in dünya iqtisadiyyatının informasiyalaş-
dırılmasında birbaşa iştirakı.  Bu özünü müasir 
iqtisadiyyatda, elmədə, təhsildə və mədəniyyətdə kompüter, 
telekommunikasiya sistemlərinin və  İnternet  şəbəkəsinin 
geniş istifadəsinin mühüm əhəmiyyət kəsb etməsinin təşviq 
olunmasında tapmalıdır. Çünki, müasir dövrdə informasiya 
texnologiyası sürətlə, qabaqlayıcı templə inkişaf edir, 
informasiya isə (elmi-texniki, iqtisadi, siyasi, sosial) cəmiy-
yətin həyatında, xüsusilə  də beynəlxalq iqtisadi fəaliyyət 
sahəsində getdikcə daha çox əhəmiyyət kəsb edir.  
 
Göstərilən tendensiyaların hər birinə ayrı-ayrı 
ölkələrdəki milli xüsusiyyətlər, tarixi ənənələr, iqtisadi 
strukturlar, KİV-in inkişaf səviyyəsi və s. faktorlar, eyni 
zamanda beynəlxalq iqtisadi və siyasi vəziyyət ciddi təsir 
göstərir. Ona görə  də bu tendensiyaların özünü büruzə 
verməsi formaları tez-tez və qabaqcadan proqnozlaşdırıla 
bilinməyən  şəkildə  dəyişir və bunula da beynəlxalq 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə