111
vəziyyətə qədəm qoymuşdur.
Müstəqilliyini yenidən bərpa
etmiş keçmiş sovet respublikalarında sırf iqtisadi mövzuda
yazan xüsusi nəşrlərin sayı artmaqdadır və onlar dövlətlərin
yeritdikləri iqtisadi siyasətin xarakterinə nüfuz edə bilirlər.
Sovet dövründəki “ixtisaslaşma” iqtisadi mövzuda, xüsusilə
də maddi və mənəvi istehsalın inkişafının ayrı-ayrı
problemləri barədə seçilmiş publisistlərə və yaxud da
kütləvi informasiya vasitələrinə yazmaq hüququ verirdisə,
hazırkı şəraitdə vəziyyət köklü şəkildə dəyişmişdir. Müasir
iqtisadi ixtisaslaşma və yaxud da ixtisaslaşmış nəşrlərin
meydana gəlməsi ictimai həyatın bütün tərəflərinin yeniləş-
məsinə artan tələbatla izah olunur.
Postsovet məkanındakı yeni müstəqil dövlətlərin, o
cümlədən, Azərbaycanın iqtisadi sistemi bağlı (mərkəzləş-
dirilmiş) və açıq (bazar) sistemlər arasındakı keçid dövrü
iqtisadiyyatı kimi xarakterizə olunur.
Ona görə də bu
sistemə həm bağlı, həm də açıq iqtisadi sistemlərə,
həmçinin keçid dövrünə xas olan cizgiləri eyni dərəcədə
şamil etmək olar.
İqtisadi problemlərin KİV-də işıqlandırılmasına bu sa-
hədə islahatların aparılması mexanizmi də müəyyən təsir
edir. Təhlillər göstərir ki, iqtisadi islahatlar bir neçə ardıcıl
mərhələni əhatə edir. İlkin mərhələdə iqtisadiyyatın köklü
surətdə dəyişdirilməsi, milli valyutanın tətbiqi, qiymətlərin
liberallaşdırılması, şəxsi mülkiyyətin legitimləşdirilməsi,
milli özəlləşdirmə proqramının hazırlanması və onun bütün
sahələrdə icrası həyata keçirilir.
İkinci mərhələdə makroiqtisadi stabilləşmə, vergi,
büdcə və bank sistemlərində, xarici iqtisadi fəaliyyət və
gömrük sahələrində münasibətlərin
tənzimlənməsi üçün
adekvat qanunvericilik bazasının yaradılması, beynəlxalq
kapitalın milli iqtisadiyyata cəlb edilməsi, bazar
infrastrukturunun inkişafı üçün şəraitin yaradılması, büdcə
112
kəsirinin azaldılması və s. istiqamətlərdə müvafiq işlər
aparılır.
Üçüncü mərhələdə islahatların daha da
dərinləşdirilməsi məqsədi ilə xüsusi proqram qəbul edilir.
Bu dövrün fərqləndirici cizgiləri makroiqtisadi
stabilləşmənin davam etdirilməsindən, inflyasiyanın
azaldılmasından, istesalın canlandırılmasından və iqtisadi
artımın təmin edilməsindən ibarət olur.
Sonuncu etap, yəni yaşadığımız günləri əhatə edən
mərhələ dünyada baş verən maliyyə böhranı ilə (2008-2010-
cu illər) əlaqədar iqtisadi
vəziyyətin pisləşməsinə, mineral-
xammal ixracının azalmasına, əhalinin aztəminatlı
təbəqəsinə dövlət tərəfindən sosial yardımın göstərilməsinin
çətinləşməsinə operativ cavab olaraq büdcənin yenidən
nəzərdən keçirilməsi və büdcə istiqamətlərinin
dəyişdirilməsi ilə xarakterizə olunur. Əlbəttə, bu mərhələdə
hər bir ölkənin özünün inkişaf səviyyəsi, milli və transmilli
oriyentirlərin nəzərə alınması xüsusi rol oynayır.
İqtisadi vəziyyətin yaxşılaşdırılması sahəsində
hökumət tərəfindən görülən tədbirlərin KİV-də
işıqlandırılması insanlarda müəyyən iqtisadi düşüncələr
yaratsa da,
geniş mənada yeni iqtisadi təfəkkürün
formalaşması daha vacib xarakter alır. İqtisadi məsələlərin
KİV-də vaxtaşırı və sistemli şəkildə işıqlandırılması baş
verən proseslərin təsnifinin verilməsinə, başa düşülməsinə,
beləliklə də iqtisadi təfəkkürün formalaşmasına şərait
yaradır. İnformasiya bazarında iqtisadi nəşrlərin və audio-
video materialların meydana gəlməsi bazar mexanizminin
dünya ictimaiyyəti qarşısında qoyduğu aşağıdakı və-
zifələrdən irəli gəlir:
-
auditoriyanın iqtisadi informasiyaya və iqtisadi isla-
hatların gedişi haqqında informasiyaya olan tələblərinin da-
vamlı şəkildə ödənilməsi;
113
-
bu tələblərin daha səmərəli surətdə ödənilməsi üsul-
larının müəyyən edilməsi;
-
iqtisadi proseslərin
daha obyektiv və hərtərəfli
işıqlandırılmasının vacibliyi;
-
iqtisadiyyatın tənzimlənməsi sahəsində bazar mexa-
nizmlərinin tətbiq olunması ilə əlaqədar olaraq yeni infor-
masiya mənbələrinin işlənib hazırlanmasının vacibliyi
(vahid mühasibatlıq, statistika, əməliyyat uçotu).
Ancaq, neçəki iqtisadiyyat və iqtisadiyyatlararası
münasibətlər mövcuddur, jurnalistikada iqtisadiyyat
məsələlərinin işıqlandırılmasının aktuallığı iqtisadi KİV-in
inkişafının əsas arqumenti olaraq qalacaqdır.
Təhlillər göstərir ki, iqtisadi
vəziyyətlərin bir-birini
tez-tez və kəskinliklə əvəz etməsi öz növbəsində KİV-in
fəaliyyətinə də mürəkkəb və çoxşaxəli çalarlar verir.
XXI
əsr ərəfəsində
dünya iqtisadiyyatında və onun KİV-də
işıqlandırılmasında yeni tendensiyalar meydana
gəlmişdir və bu tendensiaylar yeni əsrdə həm iqtisadiyyatın
inkişafını, həm də qlobal iqtisadi problemlərin mətbuatda
işıqlandırılmasının yaxşılaşdırılması yollarını müəyyən edir.
Fikir mübadiləsi aparmaq üçün bu tendensiyaların tam
olmayan aşağıdakı siyahısını diqqətə çatdırmaq olar:
1.
İqtisadi fəaliyyətin qloballaşması məsələlərinin
mətbutda işıqlandırılması. Bu tendensiya özünü
investisiya, istehsal, təchizat və satış, maliyyə, ETİ, təhsil
sahəsində beynəlxalq əlaqlərin daha da genişləndirilməsi və
dərinləşdirilməsinin vacibliyinin təbliğində büruzə
verməlidir. Bu ondan irəli gəlir ki,
müasir dövrdə tədricən
transmilli korporasiyaların bazası əsasında beynəlxalq
təsərrüfat kompleksləri yaranmaqdadır. Bu korporasiyalar
isə qlobal miqyasda fəaliyyət göstərir və dünya səhnəsində
satış bazarları, material və maliyyə resursları uğrunda
rəqabətli mübarizə aparırlar.
114
2.
Mətbuat tərəfindən dünya iqtisadiyyatının və
beynəlxalq iqtisadi fəaliyyətin liberallaşmasının dəstək-
lənməsi (hər zaman ardıcıl bir xətt üzrə aparıla bilməz).
Bu,
beynəlxalq mal dövriyyəsi, xidmət, intellektual mülkiyyət,
əmək, kapital, maliyyə resurslarının hərəkətinə mane olan
əngəllərin zəifləməsi və aradan qaldırılmasının zəruriliyinin
təbliğində özünü göstərə bilər.
3.
Mətbuatda dünya iqtisadiyyatının regionlaş-
ması və qloballaşması ideyalarının işıqlandırılması. Bu
özünü bütün kontinentlərdə dövlətlərarası iqtisadi
birliklərin
(azad ticarət zonaları, gömrük ittifaqları, “ümumi bazarlar”,
iqtisadi birliklər və s.) yaradılmasında büruzə verə bilər.
Dövlətlərarası iqtisadi birliklərin yaradılması iştirakçı
dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı üçün münbit
şərait yarada bilər. Biz Avropa İttifaqını regional iqtisadi
inteqrasiya sahəsində gözəl nümunə kimi göstərə bilərik. Aİ
hazırda 25 ölkəni birləşdirir.
4.
KİV-in dünya iqtisadiyyatının informasiyalaş-
dırılmasında birbaşa iştirakı. Bu özünü müasir
iqtisadiyyatda, elmədə, təhsildə və mədəniyyətdə kompüter,
telekommunikasiya sistemlərinin və İnternet şəbəkəsinin
geniş istifadəsinin mühüm əhəmiyyət kəsb etməsinin təşviq
olunmasında tapmalıdır. Çünki, müasir dövrdə informasiya
texnologiyası sürətlə, qabaqlayıcı templə inkişaf edir,
informasiya isə (elmi-texniki, iqtisadi, siyasi, sosial) cəmiy-
yətin həyatında, xüsusilə də beynəlxalq iqtisadi fəaliyyət
sahəsində getdikcə daha çox əhəmiyyət kəsb edir.
Göstərilən tendensiyaların hər birinə ayrı-ayrı
ölkələrdəki milli xüsusiyyətlər,
tarixi ənənələr, iqtisadi
strukturlar
, KİV-in inkişaf səviyyəsi və s. faktorlar, eyni
zamanda beynəlxalq iqtisadi və siyasi vəziyyət ciddi təsir
göstərir. Ona görə də bu tendensiyaların özünü büruzə
verməsi formaları tez-tez və qabaqcadan proqnozlaşdırıla
bilinməyən şəkildə dəyişir və bunula da beynəlxalq