Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə29/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   100

115 
 
rəqabətin güclənməsi ilə bağlı ziddiyyətlərlə zəngin ümumi 
situasiyanı daha da mürəkkəbləşdirir. Bundan əlavə, bütün 
göstərilən tendensiyalar bir-biri ilə qarşılıqlı surətdə  sıx 
bağlıdırlar və onlar bütövlükdə müasir dövrdə dünya 
iqtisadiyyatının olduqca dinamik, mürəkkəb və ziddiyyətli 
sisteminin məcmusunu yaradırlar. 
Mütəxəssislərin fikrincə, hazırkı dövrdə qlobal 
iqtisadi problemlərin KİV-də  işıqlandırılmasının və 
təhlilinin səviyyəsi o qədər də  qənaətbəxş deyil. Bu da 
əsassız deyildir. Yaxın xarici ölkələrin jurnalistika 
nəzəriyyəçiləri hesab edirlər ki, jurnalistika sosial-iqtisadi 
təcrübənin mühüm problemlərinin işıqlandırılmasının 
səmərəli metodlarını  hələlik tapa bilməmişdir. O, nəinki 
ictimaiyyəti bu problemlərin həllinə səfərbər edə bilmişdir, 
hətta keçid dövrü iqtisadiyyatının problemlərini də öncədən 
tam görə bilməmişdir. 
Bununla  əlaqədar biz müstəqillik dövrünün ilk 
illərinin  mətbuat materiallarının kontent-analizini 
apararaq aşağıdakıları müşahidə edirik: 
 
a) iqtisadi proseslər KİV-də qeyri-peşəkar səviyyədə 
işıqlandırılır; 
b) inflyasiya qeyri-peşəkar proqnozlaşdırılır : onun 
həcmi azaldılır və reallıqlara uyğun gəlmir; 
c) KİV istehsalın kəskin şəkildə aşağı düşməsini, pul 
ödəmələrindəki böhranları 
və iqtisadiyyatın 
kriminallaşmasını öncədən görə bilmir; 
ç)  əksər KİV materiallarında güman edilir ki, 
özəlləşdirmə iqtisadiyyatın səmərəliliyinin tez bir zamanda 
artmasına gətirib  şıxaracaqdır, həqiqətdə isə tamamilə 
bunun əksinin şahidi oluruq; 
d) KİV-in bazar davranışı  və bazar institutlarının 
spontan inkişafı haqqında hipotezləri özünü doğrultmur və 
s.  
 
116 
 
Biz yuxarıda deyilənləri nəzərə alsaqən azı 
aşağıdakı iki əsas nəticəyə gələ bilərik:  
1.
 
İqtisadi gerçəklik 
şoxvariantlıdır və bu 
variantların dəyişmə sürəti onların KİV tərəfindən 
öyrənilməsi və izah olunması tempini qabaqlayır; 
2.
 
İqtisadi dəyişikliklərin tempi həddən artıq 
sürətlidir, iqtisadiyyatın təşkilinin formaları çoxşaxəlidir – 
bu təzahürlər isə jurnalistikaya hələlik tam bəlli deyildir və 
bu vəziyyət iqtisadi problemlərin mətbuatda adekvat şəkildə 
işıqlandırılmasına ciddi təsir göstərir. KİV öz imkanlarından 
aşağı səviyyədə çıxış edir. 
Belə  bir  şəraitdə  qlobal iqtisadi problemlərin həlli 
və planetar iqtisadi inteqrasiya sahəsində  mətbuatın 
qarşısında müəyyən spesifik vəzifələr durur. KİV-in 
müasir dövrün qlobal problemlərini peşəkarlıqla 
işıqlandırması  və öz iştirakı ilə bu problemlərin həm 
dünyanın ayrı-ayrı regionlarında, həm də qlobal miqyasda 
həllinə, dünyada qeyri-bərabər iqtisadi inkişafın aradan 
qaldırılmasına və qlobal iqtisadi inteqrasiyaya kömək 
etməsi üçün o, bu sahədəki tendensiyaları dəqiq izləməli və 
bu problemləri doğuran səbəbləri müəyyən etməlidir. KİV 
onların həlli yollarını axtarmalı, aradan qaldırılması  və 
iqtisadi inteqrasiyanın bütün bəşəriyyətə fayda gətirməsi 
üçün daha səmərəli vasitələrin tapılmasını təşviq etməlidir. 
Bunun üçün jurnalistika öz fəaliyyətində ilk növbədə 
qlobal iqtisadi problemlərin həllinin yeni paradiqmasına 
əsaslanmalıdır.  Paradiqma (yunan sözü olub nümunə 
mənasını verir) dedikdə, ümumiyyətlə hansısa problemin 
qoyuluşu və  həlli modeli, ilkin konseptual sxem, müəyyən 
tarixi mərhələ zamanı aparılan elmi tətdiqatda istifadə 
edilən başlıca metodlar başa düşülür. Paradiqmanın əsasını 
təzahürlərin təbiəti haqqında ümumi fərziyyə  və 
müşahidələrin qruplaşdırılması yolu ilə onların dərk 
edilməsinin mümkün vasitələri təşkil edir. Müasir dövrün 


117 
 
qlobal problemləinin, o cümlədən iqtisadi problemlərin 
aradan qaldırılmasının, KİV-in bu problemlərin 
işıqlandırılması 
və 
təhlili sahəsində 
fəaliyyətinin 
paradiqması sinergetikadır.  
Sinergetika  dünyanın müasir elmi mənzərəsini təşkil 
edən fundamental konsepsiyalardan biridir. Əgər qısaca 
tərif versək, sinergetika müxtəlif təbiətlər sisteminin 
özünütəşkili nəzəriyyəsidir. 
Sinargetika tədqiqat işlərində müstəqil istiqamət kimi 
1969-cu ildə yaranmışdır. Həmin il alman fiziki German 
Haken «sinergetika» terminini Ştutqart Universitetində lazer 
şüalanması 
nəzəriyyəsi kursları üzrə oxuduğu 
mühazirələrdə istifadə etmişdir. Sunergiya yunan sözü olub 
əməkdaşlıq, fəaliyyətin razılaşdırılması, qarşılıqlı  iştiak 
deməkdir.  
Sinergetik metodlar iqtisadi təhlillərdə, o cümlədən, 
iqtisadi problemlərin mətbuatda işıqlandırılmasında sosial 
elmin və  fəaliyyətin digər sahələrinə nisbətən bir qədər 
əvvəl istifadə olunmağa başlanılmışdır.  İlk vaxtlar 
iqtisadiyyatın tarixi və keçmiş dövrün iqtisadi strukturları 
ilə maraqlanan mütəxəssis və jurnalistlər bu metodlara 
müraciət etmişlər. Beləliklə, qiymətli kağızlar bazarının, 
fəhlə bazarı dinamikasının təhlilinə  həsr olunmuş  tədqiqat 
işləri və mətbuat yazıları meydana gəlir.  
Ümumiyyətlə, sinergetika ideyalarının sosial sahəyə 
gətirilməsi V.Vaydlixin adı ilə bağlıdır. O, German Hakenin 
sinergetik yanaşma metodunu (qayda-qanun parametrlərini 
müəyyən etməklə və tabeçilik prinsipindən istifadə etməklə) 
tətbiq edərək, uzun illər  ərzində (sinergetikanın 
başlanğıcındın) cəmiyyətdə baş verən kollektiv proseslərin 
kəmiyyət təsvirini verə bilən modellər işləyib hazırlamışdır. 
Bunun sayəsində bir tərəfdən, cəmiyyətdə makrofenomen-
lərin inteqrativ dinamikası, digər tərəfdən isə mikrososial 
səviyyədə ayrı-ayrı  fərdi elementlərin davranışının tənzim-
118 
 
lənməsinə  və  həllinə nail olmaq mümkündür. Bir sözlə
sinergetika cəmiyyətdə  fərdi qərarların mikrosəviyyəsi ilə 
dinamik kollektiv proseslərin makrosəviyyəsi arasında əlaqə 
yaradır. 
Qlobal iqtisadi problemlərin həlli üçün təklif olunan 
formalardan biri və demək olar ki, birincisi, beynəlxalq 
iqtisadi inteqrasiya formasıdır. Bu sahədə  KİV-in 
iştirakının səmərəliliyini artırmaq məqsədi ilə ilk növbədə 
jurnalistlər özləri bu formanın məğzini dərk etməlidirlər. 
Nədir beynəlxalq iqtisadi inteqrasiya? 
Müasir dövrdə dünya iqtisadiyyatında iki tendensiya 
mövcuddur. Bir tərəfdən, ölkələr arasında iqtisadi əlaqələrin 
inkişafı, ticarətin liberallaşması, müasir kommunikasiya və 
informasiya sistemlərinin, ümumdünya texniki standart və 
normalarının yaranması ilə bağlı olaraq dünya 
iqtisadiyyatının bütövlüyü və qloballaşması getdikcə artır. 
Bu proses transnasional korporasiyaların fəaliyyəti vasitəsi 
ilə özünü daha qabarıq şəkildə büruzə verir. Digər tərəfdən 
isə regional səviyyədə ölkələr arasında iqtisadi yaxınlaşma 
və qarşılıqlı  təsir prosesi güclənir, müstəqil dünya iqtisadi 
mərkəzlərinin yaradılması istiqamətində inkişaf edən iri 
regional inteqrasiya strukturları formalaşır.  
Beynəlxalq iqtisadi inteqrasiya dünya  ölkələrinin 
dərin və davamlı qarşılıqlı  əlaqələrinin daha da inkişaf 
etdirilməsinə, milli iqtisadiyyatlar arasında əmək bölgüsünə 
əsaslanan iqtisadi və siyasi birləşməsi, müxtəlif səviyyə və 
formalarda onların iqtisadiyyatlarının bir-birinə qarşılıqlı 
təsiri prosesidir. Bu proses mikrosəviyyədə bir-birinə yaxın 
ərazilərdə yerləşən ölkələrin ayrı-ayrı  şirkətlərinin birgə 
fəaliyyətləri vasitəsi ilə onlar arasında müxtəlif iqtisadi 
münasibətlərin formalaşması, o cümlədən xaricdə filialların 
yaradılması 
əsasında həyata keçirilir. İnteqrasiya 
dövlətlərarası səviyyədə iqtisadi birliklərin formalaşması və 
milli siyasətçilərin razılığı ilə baş verir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə