Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə27/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   100

107 
 
baxılması, silinməsi və s.) haqlı hesab eləmək olar. Lakin, 
burada hər  şey birmənalı  şəkildə problemsiz də deyil. 
İnkişaf etmiş ölkələrdən bəziləri (ABŞ, Böyük Britaniya və 
s.) borcların bir hissəsinin silinməsi yolu ilə kasıb ölkələrə 
kömək etməyə hazır olduqlarını bildirir, bunun əvəzində isə 
həmin məbləğin hərbi və bürokratik məqsədlərə deyil, 
sosial-iqtisadi inkişafa xərclənilməsi şərtini qoyurlar.  
Analitiklərin fikrincə, bəzi kasıb ölkələr öz borclarını 
müstəqil surətdə ödəmək iqtidarında deyillər. Ona görə  də 
bu ölkələr üzərində BMT çərçivəsində beynəlxalq 
qəyyumluğun tətbiq olunması  və onlara “inkişaf etmiş 
dövlətlər klubu” tərəfindən müasir sosial-iqtisadi inkişaf 
səviyyəsinə qalxmaqda köməklik göstərilməsi təklif edilir. 
Beləliklə, qlobal sosial-iqtisadi vəziyyətlə bağlı 
yuxarıda göstərilən məqamlar müasir dövrün qlobal iqtisadi 
problemlərinin tam mənzərəsini yaratmasa da, onları 
doğuran səbəblərin araşdırılması, həlli yollarının müəyyən 
edilməsi, dövlətlərin, beynəlxalq təşkilatların, ictimaiyyətin 
və  ən  əsası isə,  kütləvi informasiya vasitələrinin bu 
proseslərə cəlb edilməsi və problemlərin həllində iştirakı 
məsələlərinin incələnməsi istiqamətində baza materialı kimi 
istifadə oluna bilər.  
Bunun üçün ilk addım kimi iqtisadi islahatlar 
prosesində  mətbuatın iştirakının tarixi təcrübəsinə  və  əldə 
olunan nəticələrə müraciət etmək daha məqsədəmüvafiqdir. 
Məlum olduğu kimi, jurnalistika insanların informasi-
yaya olan tələbatının ödənilməsi vasitəsi kimi nəzərdən ke-
çirilir.  İnsanlar arasında informasiya mübadiləsinə olan 
tələbat hələ lap qədim dövrlərdə yaranmış  və insan 
şəxsiyyətinin mahiyyəti onun başqaları ilə müxtəlif 
üsullarla ünsiyyətdə olan sosial varlıq kimi başa 
düşülmüşdür.  
İctimai-istehsal münasibətləri möhkəmləndikcə, bu 
münasibətlərin hüquqi aktlar və qanunlar şəklində 
108 
 
tənzimləyiciləri meydana gəldikcə, 
əmtəə-mübadilə 
fəaliyyəti haqqında qanunvericiliyə aid informasiyanın 
yayılmasına da ciddi ehtiyac yaranır. Bəzi jurnalistika 
tədqiqatçıları hesab edirlər ki, dövlətçiliyin meydana 
gəldiyi, vergi, əmtəə, mübadilə  və  şifahi  əməliyyatların 
təsbit edildiyi dövrdə ünsiyyətin yeni tipinə - yazıya 
müraciət edilmişdir.
56
 Bir qrup tədqiqatçılar isə onların bu 
fikirlərini inkişaf etdirərək belə  qənaətə  gəlirlər ki, dövri 
mətbu nəşrlərin yaranmasının ilkin səbəblərindən biri məhz 
iqtisadi informasiyaya olan tələbatdır.  Əvvəllər bu infor-
masiyanın çatdırılması ilə çaparlar məşğul olurdular. Lakin, 
onların xidməti çox baha başa gəlir, vacib informasiyanın 
operativ və müntəzəm çatdırılması mümkün olmurdu. Ona 
görə də bu cür informasiyanın kifayət qədər tez və sistemli 
şəkildə alınmasını təmin edən yeni bir vasitə növünə ehtiyac 
var idi və beləliklə  də yeni vasitə növü - dövri mətbuat 
yaranır.
57
  
Jurnalistika nəzəriyyəçiləri eyni zamanda, 
kommunikasiyanın və informasiya fəaliyyətinin 
özünəməxsus forması olan jurnalistikanın yaranmasında və 
sonrakı inkişafında iqtisadi amilin misilsiz rol oynadığını 
qeyd edirlər. Onlar bunu əmtəə-pul dövriyyəsinin 
yaranmasının ilkin dövrlərində natural əmtəə  və xidmət 
mübadiləsinin tədricən qanunauyğun  şəkildə bazardakı 
imkanlar, malların qiyməti, həcmi və keyfiyyəti haqqında 
informasiya mübadiləsinə çevrilməsi ilə izah edirlər.
58
  
Tədqiqatçılar kütləvi kommunikasiyanı bu və ya digər 
fəaliyyət sahəsində cəmiyyətin üzvləri arasında ünsiyyət və 
informasiya mübadiləsi kimi xarakterizə edir və göstərirlər 
ki, ünsiyyət və informasiya mübadiləsi mühiti genişlənərək 
                     
56
 
http://www.unesco.kz/massmedia/pages/6_1.htm
 
57
 
Гуревич  С.М.  Газета  и  рынок:  как  добиться  успеха. – М. 1994; 
Экономика средств массовой информации. – М., 1999. 
58
 
Ворошилов В.В. Журналистика. Учебник. – СПб. 2002., с.456-458.  


109 
 
və müəyyən keyfiyyət səciyyələri əldə edərək əmək bölgüsü 
prosesi ilə birlikdə strukturlaşır. Onlar təsdiq edirlər ki, 
sosial mühitdə  cəmləşmiş böyük qrupların özlərinin 
daxilində  və ya bu qruplar arasında, həmçinin bütövlükdə 
bu qruplarla cəmiyyət arasında olan qarşılıqlı informasiya 
təsiri KİV-in struktur dəyişikliklərinin əsasını təşkil edir.
59
  
Keçən əsrin iyirminci illərində biznesin formalaşması 
prosesində kommunikasiyanı  təmin edən işgüzar jurnalisti-
kanın sürətlə inkişaf etməsini buna nümunə göstərmək olar. 
Maliyyə kapitalının, maliyyə münasibətlərində yeni 
əlaqələrin inkişafı 
KİV-in müvafiq strukturlarını 
formalaşdırır və onları yeniləşdirir.  İqtisadi publisistikanın 
yaranması və inkişafı cəmiyyətin iqtisadi əsasını təşkil edən 
sosial-istehsal münasibətlərinin müəyyən təbəqəsinin 
sərbəst struktura çevrilməsi prosesi ilə birbaşa bağlıdır. Bu 
proseslər bir-birinə bağlılıqla yanaşı, həm də qarşılıqlı təsir 
imkanlarına malikdir.  
Jurnalistikanın cəmiyyətin iqtisadi həyatına, onun 
xarakterinə, inkişaf səviyyəsinə və istiqamətlərinə təsiri isə 
mətbuatın iqtisadi informasiya mənbəyi və kanalı olması ilə 
müəyyən edilir.
60
 Müasir iqtisadiyyatı bu cür informasiyasız 
təsəvvür etmək mümkün deyildir. Digər mənbələrlə yanaşı 
mətbuat və digər dövri nəşrlər iqtisadiyyatın bütün 
sahələrinin normal fəaliyyət göstərməsi və inkişafı üçün 
vacib olan informasiya və  məlumatları iqtisadi strukturlara 
çatdırırlar. Bu xüsusiyyət həm kütləvi ictimai-siyasi qəzet 
və jurnallara, həm də  sənaye və ticarət müəssisələrinin
şirkət və firmaların rəhbərləri, birja və bank işçiləri üçün 
buraxılan işgüzar mətbuata aiddir. Lakin, ictimai-siyasi 
nəşrlərdən fərqli olaraq (yer çatışmazlığı və redaksiyalarda 
                     
59
 
http://www.unesco.kz/massmedia/pages/6_1.htm
 
60
 
Ворошилов В.В. Журналистика. Учебник. – СПб. 2002., с.456-458. 
 
110 
 
müvafiq mütəxəssislərin olmaması  səbəbindən) işgüzar 
qəzet və jurnallar öz oxucularına daha təfərrüatlı 
məlumatlar çatdıra bilirlər.  
İnformasiyanın iqtisadi səmərəliliyinin artırılmasında 
qəzet müstəsna rol oynaya bilir. Çünki, qəzet geniş təhlillər 
aparmaq imkanına malikdir. Qəzeti geniş oxucu auditoriyası 
ilə informasiyaya münasibətdə könüllülük, vaxt baxımından 
isə tam sərbəstlik kimi səciyyəvi cizgilər bağlayır. Oxucu 
informasiya ilə tanış olmaq və yaxud da ona diqqət 
yetirməmək barədə özü sərbəst  şəkildə  qərar qəbul edir. 
Ona görə  də iqtisadi mövzuda olan bütün publikasiyalar, 
xüsusilə də iqtisadi nəşrlər konkret və geniş oxucu ünvanına 
malikdir. Məhz bu xüsusiyyət iqtisadi publikasiyaların 
müvəffəqiyyət qazanmalarının əsas rəhni hesab edilir. 
KİV-in iqtisadiyyata təsir istiqamətlərindən biri də 
tənqidi publikasiya və proqramların hazırlanması, iqtisadi 
strukturların müsbət təcrübələrinin, beynəlxalq təcrübənin 
təbliğ edilməsidir. Belə materiallar nəinki iqtisadiyyatın bu 
və ya digər sahəsində yaranmış böhranlı vəziyyət haqqında 
operativ məlumat verir, eyni zamanda yol verilmiş səhv və 
uğursuzluqların səbəblərini araşdırmağa da şərait yaradır.  
Müasir dövrün mürəkkəb, bəzənsə ziddiyyətli proses-
lərinin, həmçinin yeni istehsal münasibətlərinə malik 
cəmiyyətin  əsaslarının qurulması  və iqtisadi islahatların 
həyata keçirilməsi sahəsində  əldə olunan nailiyyətlərin 
KİV-də  işıqlandırılmasında getdikcə demokratiyanın 
mühüm institutuna çevrilən iqtisadi publisistika (işgüzar 
jurnalistika) böyük rol oynayır.  İşgüzar jurnalistika 
insanlarda yeni iqtisadi təfəkkürün formalaşmasında fəal 
iştirak edir və  cəmiyyətdə aparılan radikal islahatların 
tərəfdarlarının sayını durmadan artırır. Postsovet məkanında 
iqtisadiyyatın inzibati-amirlik sistemi ilə idarə olunduğu 
dövrdə iqtisadi mövzuda yazılan publikasiyaların sadəcə say 
etibarı ilə artımı müasir dövrdə keyfiyyətcə yeni bir 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə