Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə35/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   100

145 
 
uzunluğu hesab olunur. Yəni,  ərzaq təhlükəsizliyi məhz 
xoşbəxt həyatın maksimal uzunluğunu təmin etməlidir. 
İnsanın, cəmiyyətin, ölkənin və dünyanın  ərzaq 
təhlükəsizliyinin məqsədi hamı üçün elə  ərzaq təchizatının 
təmin edilməsi olmalıdır ki, bu təminat müasir şəraitdə 
bütün Yer kürəsi  əhalisinin mümkün maksimal orta həyat 
uzunluğuna nail olunmasına  şərait yaratsın. Bütün 
bunlardan çıxış edərək, mütəxəssislər  əhalinin  ərzaq və 
sağlamlıqla təminatının səbəb-nəticə  əlaqələrinin aşağıdakı 
təxmini sxemini təklif edirlər:  
 
Qida ilə bağlı xəstəliklər, vaxtından 
qabaq ölüm və əmək qabiliyyətinin itirilməsi 
Sağlamlığın 
simptomları və 
əlamətləri 
Ərzaq çatışmazlığı və balanslaşdırıl-
mamış qidalanma rasionu
Bilavasitə səbəbləri 
Ərzaq istehsalının azlığı, qidanın 
keyfiyyətsizliyi, ərzaq almaq üçün vəsaitin 
olmaması  
Başlıca səbəbləri 
Ərzaq istehsalı üçün resursların 
çatışmazlığı (ərzaq bölgüsünün tələblərinə 
uyğun gəlməyən)  
Başlıca mühüm 
səbəbləri 
 
Qida ilə bağlı  xəstəliklər doyunca yeməmək, aclıq, 
qeyri-adekvat qidalanma və ya da qida vasitəsilə 
yoluxmalarla şərtləndirilir. Qidalanma sahəsindəki rifah isə 
insanın tələbatını ödəyən və onun həyatının maksimal 
uzunluğunu təmin edən kifayət qədər yüksəkkeyfiyyətli 
qidanın olması ilə izah edilir. Əsas məqsədə, yəni maksimal 
həyat uzunluğuna nail olmağın şərtləri isə aşağıkılardır:  

 
Aclıqdan və doyunca yeməməkdən azad olmaq

 
Adekvat qidalanma; 

 
Qida vasitəsilə  təmin olunan sağlamlığın 
təhlükəsizliyi. 
Ərzaq təhlükəsizliyinin təmin olunması üçün ərzaq 
146 
 
təchizatının adekvatlığına və stabilliyinə  zəmanət verən 
ərzaq siyasətinin formalaşdırılması, planlaşdırılması  və 
həyata keçirilməsi olduqca vacibdir.  
Ərzaq təchizatının adekvatlığı – təchizatın (daxil olan 
ərzağın) ümumi həcmi kəmiyyət (enerji zənginliyi) və key-
fiyyətə (bütün vacib qida maddələrinin ölçülərinə) olan tələ-
batın ümumi həcmini potensial olaraq ödəməlidir.  Ərzaq 
məhsulları sağlamlıq üçün təhlükəsiz olmalı (toksik 
amillərdən və çirklənmələrdən azad), münasib qida 
keyfiyyətlərinə  (ərzağın dadı, strukturu, təzəliyi) malik 
olmalı  və maksimal ömür uzunluğuna  şərait yaratmalıdır. 
Ərzaq təchizatının stabilliyi və  ərzaqa çatım isə, a) ətraf 
mühitin dayanıqlığından və b) insanların  ərzağa çatımını 
təmin edən iqtisadi və sosial dayanıqlıqdan ibarətdir. Bu isə 
öz növbəsində  gəlirlərin  ədalətli bölgüsünü, dövlət və 
ictimaiyyət tərəfindən göstərilən dəstəyi və sığorta sistemini 
nəzərdə tutur.  
Qidaya fiziki çatım hələ qidaya faktiki çatım anlamını 
vermir. İnsanın qidalanma hüququ ərzağın alınmasını təmin 
edən resurslara olan hüquqla əlaqələndirilməlidir. Bir sıra 
xəstəliklər  ərzağın qəbulu zamanı  tərkibində böyük 
miqdarda piy və/və ya şəkər çox olan qida rasionu ilə və ya 
da kalori (enerji) mənbəyi yalnız piy və şəkərdən ibarət olan 
yoxsulluqla bağlı olur. 
 
Aqrojurnalist bilməlidir:
 
dünyada ərzaq təhlükəsizliyinin vəziyyəti 
 
Aclıq və doyunca yeməmək iqtisadi tamahkarlıqla 
bərabər, dünyada sabitlik və  bəşəriyyətin özünün 
mövcudluğu üçün başlıca təhlükə hesab edilir. Dünyada 
ərzaq probleminə Yer kürəsinin bütün əhalisinin kalorili 
qida ilə  təmin olunması kontekstində baxılır, yəni hər bir 
insan müəyyən miqdarda kalorili qida ilə təmin olunmalıdır. 


147 
 
Yaşamaq və yüngül fiziki əməklə  məşğul olmaq üçün 
ərzağa olan tələbatın minimal miqdarı sutkada 2200 
kkaloriyə  (lat. calor – istilik, hərarət deməkdir - 100 q. 
qidanıın insan orqanizmində  həzmindən  əldə olunan 
enerjinin kəmiyyətini ifadə edir)  bərabər olmalıdır. Gün 
ərzində 1520 kkaloridən az qida qəbul edən insanlar ac 
hesab edilirlər. FAO-nun verdiyi məlumata görə, inkişaf 
etməkdə olan ölkələrin  əhalisinin 60 %-i minimal həddən 
300 kkalori az qida qəbul edir. İnkişaf etmiş ölkələrdə isə 
qida qəbulunun orta səviyyəsi müəyyən olunmuş minimal 
həddən 600 kkalori yüksəkdir. 
Bu təşkilatın “Aclıq və yoxsulluğun 2008-ci il 
səviyyəsi” barədə hazırladığı hesabatda dünyada aclıq və 
səfalət təhlükəsində yaşayan insanların sayının 850 milyona 
bərabər olduğu bildirilir. FAO-nun məlumatına görə, bu 
rəqəm 2010-cu ildə 870 milyonu, 2012-ci ildə isə 1 milyardı  
keçmişdir.
69
 Onların 800 milyonu inkişaf etməkdə olan və 
ya inkişafa yenicə başlayan ölkələrin payına düşür və bu 
insanların sayı getdikcə artmaqdadır. Maraqlıdır ki, hətta 
inkişaf etmiş ölkələrin də  əhalisinin müəyyən hissəsi 
aclıqdan əziyyət çəkir və bu rəqəm 16 milyona bərabərdir. 
FAO-nun Romada keçirilən sammitində BMT Baş katibi 
Bən Ki Mun dünyanın zəngin dövlətlərinə müraciət edərək, 
qlobal  ərzaq böhranını cilovlamaq üçün sərt və  təcili 
tədbirlər görməyə səsləmişdir. O, xüsusilə ABŞ və Avropa 
ölkələrini  ərzaq tariflərini və subsidiyaları azaltmağa 
çağıraraq deyib ki, bu, inkişaf etməkdə olan ölkələr üçün 
bəla mənbəyidir. Son aylar ərzaq qiymətlərinin artması 40 
ölkədə iğtişaşlara gətirib çıxarmışdır. 2009-cu ildə aclıqdan 
                     
69
 
http://www.milli.az/news/politics/140691.html. 
 
148 
 
əziyyət çəkənlərin sayı 2008-ci ilə nisbətən 105 milyon 
artıb. Bu, qiymətlərin yüksək olması ilə bağlıdır.Baş katib 
həmçinin dünyanın  ən çox ehtiyacı olan hissələrindəki 
fermerləri toxum, gübrə və avadanlıqlarla təmin etmək üçün 
təcili olaraq 1.7 milyard dollar ayırmağa çağırıb. 
70
 
Ümumiyyətlə, dünyada nə  qədər insanın aclıq içində 
yaşaması barədə suala dəqiq cavab vermək o qədər də asan 
deyildir. Birincisi, bəzən məhsul olmayan illər (qıtlıq) 
məhsulun bol olduğu illərə çevrilir və bu zaman aclığın 
miqyası  kəskin  şəkildə (lakin, müvəqqəti) azalır.  İkincisi, 
aclıq çəkənlərin sayı, onu hesablayanlardan asılı olaraq, 
müxtəlif olur. Əgər FAO bu rəqəmin 870 mln. olduğunu 
bildirirsə, Beynəlxalq Yenidənqurma və  İnkişaf Bankı 
onların 1 mlrd., Fransa Aclıq  Əleyhinə Komitəsi isə 1,2 
mlrd. olduğunu göstərir.  
Ac qalanlar və doyunca yeməyənlər dünya əhalisinin 
müvafiq olaraq 15 %-ni və 12,7%-ni təşkil edirlər, yəni 
dünya  əhalisinin 1/3-i aclıqdan və doyunca yeməməkdən 
əziyyət çəkir. Bu isə o deməkdir ki, dünyanın  ərzaq 
təhlükəsizliyi böhran vəziyyətindədir. Dünya əhalisinin 
daha 2 milyardı isə kifayət qədər həyati əhəmiyyətli mikro-
element: yod, dəmir, A vitamini və s. qəbul etmədiyinə görə 
gizli aclıq formalarından  əziyyət çəkir. Mikroelementlərin 
uzun zaman qəbul edilməməsi ciddi xəstəliklər əmələ gətirir 
və insanın ömrünü xeyli gödəldir. 3 milyard insan zülal 
çatışmazlığından  əziyyət çəkir. Zülal azlığı xüsusilə 
uşaqlara məhvedici təsir göstərir.  
Son 25-30 il ərzində aclığın və doyunca yeməməyin 
                     
70
 
http://www.bbc.co.uk/azeri/news/story/2008/06/printable/080603_bmt.s
html. 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə