Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə34/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   100

141 
 
olmaması da xroniki ərzaq çatışmazlığına gətirib çıxarır.           
Ərzaq çatışmazlığı  ərzaq məhsullarının qiymətləri-
nin qalxması, təbii  şəraitlə  əlaqədar məhsuldarlığın 
azalması, eyni zamanda ailələrin gəlir səviyyələrinin aşağı 
düşməsi və s. ilə bağlı olaraq stabilliyin vaxtaşırı pozulması 
nəticəsində yaranır. Həmçinin, dövlətin beynəlxalq iqtisadi 
böhran, ticarət müharibələri və s. kimi mümkün xarici 
böhran təzahürlərinə  həssaslığı da potensial ərzaq 
təminatsızlığı kimi nəzərdən keçirilir. Bu cür hallarda po-
tensial təminatsızlıq müvəqqəti və ya xroniki ərzaq təminat-
sızlığı halına keçir. Beləliklə  də, bütün bəşəriyyət 
ümumdünya ərzaq təhlükəsizliyinin obyektinə çevrilir. Ona 
görə  də dünya ictimaiyyətinin qarşısında planetin bütün 
əhalisinin aclıqdan və ya doyunca yeməməkdən 
67
 
asılılığının aradan qaldırılmasına təminat verən ümumdnya 
ərzaq təhlükəsizliyi konsepsiyasının yaradılması  və icrası 
kimi mühm bir vəzifə durur.  
Ümumdünya  ərzaq təhlükəsizliyi konsepsiyası ilk 
dəfə 1973-cü ildə BMT-nin 
Ərzaq və  Kənd Təsərrüfatı 
Təşkilatı (FAO)
68
  tərəfindən irəli sürülmüşdür. Bu 
konsepsiya ərzaq malları bazarında bütün ölkələr üçün baza 
                     
67
 
Nitqimizdə və yazılarımızda (o cümlədən, KİV səhifələrində) 
nisbətən yeni rast gəldiyimiz “doyunca yeməmək” ifadəsi öz mənasına 
görə “aclıq” ifadəsindən xeyli fərqlənir. “Gizli aclıq” ifadəsi də məhz bu 
anlamla bağlıdır və qida rasionunda bir çox qiymətli maddələrin – zülal, 
piy, vitamin, mineral duzların və s. çatışmadığını bildirir.
 
68
 
İkinci dünya müharibəsindən sonra inkişaf etməkdə olan ölkələrdə 
əhalinin sayının görünməmiş sürətlə artımı  ərzaq problemini 
kəskinləşdirir. Bu problemi planlı  şəkildə  və dünya miqyasında həll 
etmək üçün hələ
 
1943 –cü
 
ildə yaradılmış Ümumdünya Ərzaq və Kənd 
Təsərrüfatı Təşkilatı (FAO) BMT-nin strukturuna daxil edilmişdir. 
 
142 
 
qida məhsullarına (ilk növbədə taxıla) çatımın stabil 
vəziyyətdə saxlanılmasını  nəzərdə tutur və ekspertlərin 
(FAO) fikrincə, bütün ölkələrin iştirakı ilə kollektiv 
tədbirlərin işlənib hazırlanmasını  və  həyata keçirilməsini 
tələb edir. BMT-nin Baş Assambleyası 1974-cü ildə FAO-
nun tövsiyələri  əsasında hazırlanmış Dünyada ərzaq 
təhlükəsizliyinə dair beynəlxalq öhdəlik qəbul etmişdir. Bu 
sənəddə beynəlxalq səviyyədə koordinasiya olunan bir sıra 
vacib beynəlxalq və milli texniki və aqrar tədbirlərin 
görülməsi ilə yanaşı, ərzaq məhsullarının istehsalı və ticarəti 
məsələləri üzrə qlobal informasiya sisteminin yaradılması 
da nəzərdə tutulmuşdur. 
Amma, təəssüf ki, 
ümumdünya 
ərzaq 
təhlükəsizliyinin təminatı üçün müəyyən olunmuş 
məqsədlərə çatmaq hələlik mümkün olmamışdır. Bu da ilk 
növbədə müxtəlif ölkələrin hökumətlərinin bu istiqamətdə 
regional səviyyədə dövlətlərarası  səylərə deyil, milli ərzaq 
təhlükəsizliyinin təminatına və milli maraqlara üstünlük 
vermələri ilə bağlıdır.  
Beynəlxalq  ərzaq təhlükəsizliyinin  əsas göstəricisi 
kimi: a) dünyada keçici taxıl ehtiyatının ölçüsü və 
adambaşına düşən orta taxıl istehsalının səviyyəsi götürülür. 
Keçici taxıl ehtiyatının səviyyəsi il ərzində istehlak olunan 
bütün taxılın (dünyada taxıl istehlakı üçün lazım olan 60 
günə müvafiq) 17 %-nə bərabər olduqda, ərzaq təminatı ilə 
bağlı vəziyyət (təbii fəlakətlər, məhsuldarlığın aşağı olması, 
müharibələr və s. nəzərə alınmaqla) məqbul və sabit hesab 
olunur. Ehtiyatların bu səviyyədən aşağı düşməsi 
ümumdünya  ərzaq təhlükəsizliyinin kritik vəziyyətdə 
olmasına dəlalət edir, çünki bu zaman taxılın beynəlxalq 
qiyməti qalxır və o, bir çox zəif inkişaf etmiş ölkələr üçün 
əlçatmaz olur. Məsələn, 1972-1973-cü və 1979-1980-ci 
illərdə bu cür vəziyyət yaranmışdır.  Əlbəttə, bu meyar 
nisbidir, hətta daha yüksək taxıl ehtiyatı  şəraitində  də yüz 


143 
 
milyonlarla insan aclıqdan və doyunca yeməməkdən əziyyət 
çəkir; b) digər göstərici – adambaşına düşən dinamik orta 
taxıl istehsalının səviyyəsi – dünyada ərzaqla bağlı 
vəziyyətin inkişaf tendensiyalarını xarakterizə edir. Bu 
göstərici 1969-1971-ci illərdə 305 kq., 1979-1981-ci illərdə 
325 kq., 1990-cı
 
illərdə isə 327 kq.-a qalxmış  və bu 
səviyyədə stabilləşmişdir

 
Aqrojurnalist bilməlidir: adambaşına düşən orta ərzaq 
istehsalı və sağlamlıq 
 
Adambaşına orta taxıl istehsalının səviyyəsinin
xüsusilə  də 1988-ci ildə 296 kq.-a enməsi (1970-ci il 
səviyyəsi) qiymətlərin kəskin  şəkildə qalxmasına və 
böhranqabağı  vəziyyətin yaranmasına səbəb olmuşdur. Bu 
göstərici müxtəlif ölkələrdə həm istehsala, həm də istehlaka 
görə müxtəlif olur. Məsələn, 1988-1990-cı illərdə inkişaf 
etmiş ölkələrdə adambaşına düşən orta taxıl istehlakı 635 
kq., zəif inkişaf etmiş ölkələrdə isə bundan üç dəfəyədək az 
– cəmi 235 kq. olmuşdur.  
 
Adambaşına düşən ərzaq istehsalı 
 
Region 
 
Artım, %-lə Artım tempi, %-lə 
1971-1975-
ci illər 
1975-1987-
cü illər 
1987-2012- 
ci illər 
1971-1975-
ci illər 
1975- 
1987-ci 
illər 
1987-
2012- ci
illər 
 
 
 
 
 
 
 
Аsiya 
 
99 111 119  
0,1 
1,3 
1,0 
Аfrikа 
 
90 
90 
79 
– 1,0 
– 0,1 
– 1,8 
Latın 
Amerikası 
 
96 103 104 – 
0,3 
0,7 
0,2 
Yaxın və 
Orta Şərq 
 
107 114 106  0,7 0,7 
– 
0,1 
144 
 
Ərzaq təhlükəsizliyinin yuxarıda verilmiş anlayışı 
daha çox aclığın və doyunca yeməməyin anlamını müəyyən 
edir. Əgər qlobal ərzaq təhlükəsizliyinin məqsədi aclığın və 
doyunca yeməməyin aradan qaldırılmasından ibarətdirsə, bu 
anlam tamamilə yerinə düşür.  Ərzaq təhlükəsizliyinin  əsl 
məqsədi nədən ibarətdir və onun kəmiyyət göstəriciləri 
necədir?  
BMT-nin  İnsan hüquqları haqqında ümumi 
Bəyannaməsinin (1948-ci il) 25-ci maddəsində deyilir: 
“Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, 
qida, paltar, mənzil, tibbi və  zəruri sosial xidmət daxil 
olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, 
işsizlik, xəstəlik,  əlillik, dulluq, qocalıq, yaxud yaşayış 
vasitələrindən özündən asılı olmayan digər səbəblərdən 
məhrum olduğu hallarda təminat hüququna malikdir.” 
Burada insanın qida hüququ onun sağlamlığının 
saxlanılması ilə əlaqələndirilir. Deməli, ərzaq təhlükəsizliyi 
elə  səviyyədə olmalıdır ki, sağlamlığın saxlanılmasına 
imkan yaratsın. Bu da insanın ərzaq təhlükəsizliyinin onun 
sağlamlığının saxlanılması ilə  əlaqələndirilməsini zəruri 
edir. Ona görə də ərzaq təhlükəsizliyinin tərifində sağlamlıq 
anlayışının da özünə yer alması vacibdir. 
İqtisadi, sosial və mədəni hüquqlar haqqında bey-
nəlxalq Paktın (1966-cı il) 12-ci maddəsinin 1-ci bəndində 
isə göstərilir: “Bu Paktda iştirak edən dövlətlər hər bir 
insanın fiziki və psixi sağlamlığın  ən yüksək səviyyəsinə 
çatmaq hüququnu tanıyırlar.” Göründüyü kimi, burada 
sağlamlığın  əldə olunan ən yüksək səviyyəsi barədə 
danışılır. Deməli, ərzaq təhlükəsizliyinin orqanizmin normal 
fəaliyyəti və ya normal həyat fəaliyyəti haqqında qeyri-
müəyyən anlayışlarla deyil, sağlamlığın məhz bu səviyyəsi 
ilə əlaqələndirilməsi vacibdir.  
Aydındır ki, sağlamlığın  ən yüksək səviyyəsinin 
kəmiyyət göstəricisi insanın xoşbəxt həyatının maksimal 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə