Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə30/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   100

119 
 
Şirkətlərarası əlaqələrin sürətli inkişafı konkret bir re-
gionda ölkələr arasında əmtəə və məhsulların sərbəst daşın-
masına, xidmətlərin göstərilməsinə, kapital və  işçi qüv-
vəsinin hərəkətinin təmin edilməsinə, birgə iqtisadi, 
valyuta-maliyyə, elmi-texniki, sosial, xarici və müdafiə 
siyasətlərinin hazırlanıb razılaşdırılmasına və  həyata 
keçirilməsinə yönəldilmiş dövlətlərarası (bəzi hallarda isə 
fövqəldövlət) tənzimləməni vacib edir. Nəticə etibarı ilə 
vahid valyutaya, infrastruktura, ümumi iqtisadi vəzifələrə, 
maliyyə fondlarına, ümumi fövqəlmilli və dövlətlərarası 
təsir orqanlarına malik regional iqtisadi komplekslər 
yaranır.  
İqtisadi inteqrasiyanın  ən sadə forması kimi azad 
ticarət zonalarını göstərmək olar. Bu cür zonalarda iştirakçı-
ölkələr arasında ticarət məhdudiyyətləri, hər  şeydən  əvvəl 
isə gömrük rüsumları ləğv edilir.  
İqtisadi inteqrasiyanın başqa bir forması gömrük itti-
faqlarıdır. Bu ittifaqlar azad ticarət zonalarının fəaliyyəti ilə 
yanaşı, vahid xarici ticarət tariflərinin yaradılmasını  və 
üçüncü ölkələrə münasibətdə vahid xarici ticarət siyasətinin 
həyata keçirilməsini nəzərdə tutur. Hər iki halda 
dövlətlərarası münasibətlər yalnız mübadilə sferasına aid 
olur ki, bu da iştirakçı-ölkələrə qarşılıqlı ticarətin inkişaf 
etdirilməsi və maliyyə hesablaşmalarının aparılması üçün 
eyni imkanları təmin edir. 
Gömrük ittifaqı valyutaların qarşılıqlı konversiya edil-
məsini və hamı üçün ümumi hesablaşma vahidinin funksi-
onallığını təmin edən ödəmə ittifaqı ilə tamamlanır. Ümumi 
bazar daha mürəkkəb formadır. O, azad qarşılıqlı ticarət və 
vahid xarici ticarət tarifi ilə yanaşı, iştirakçılar üçün 
qarşılıqlı kapital və  işçi qüvvəsinin sərbəst hərəkətini, 
həmçinin iqtisadi siyasətin razılaşdırılmasını təmin edir. 
Lakin, dövlətlərarası iqtisadi inteqrasiyanın ən yüksək 
forması inteqrasiyanın yuxarıda göstərilən formalarını, 
120 
 
ümumi iqtisadi və valyuta-maliyyə siyasətinin həyata 
keçirilməsini özündə birləşdirən iqtisadi ittifaqlar və valyuta 
ittifaqlarıdır.  
İqtisadi inteqrasiya qarşılıqlı  əlaqədə olan tərəflər 
üçün aşağıdakı bir sıra əlverişli şərtləri təmin edir:  
Birincisi, inteqrasiya sahəsindəki 
əməkdaşlıq 
iqtisadiyyatla (təsərrüfatla) məşğul olan subyektlərə 
(şirkətlərə) region səviyyəsində müxtəlif cür resurslara 
(maliyyə, material, əmək), yeni texnologiyalara çıxışı təmin 
edir, həmçinin bütün inteqrasiya qrupunun tutumlu bazarı 
üçün məhsul istehsalına geniş imkanlar açır. 
İkincisi, ölkələrin region səviyyəsində iqtisadi 
yaxınlaşması  iştirakçı-ölkələrin  şirkətləri üçün imtiyazlı 
şərait yaradır və onları üçüncü ölkələrin rəqabətindən 
qoruyur. 
Ücüncüsü, qarşılıqlı inteqrasiya təsiri zəif rayonların 
inkişaf səviyyələrinin bərabərləşdirilməsi,  əmək bazarında 
vəziyyətin yumşaldılması, əhalinin aztəminatlı təbəqələrinə 
müəyyən sosial təminatların verilməsi, səhiyyə sisteminin 
inkişaf etdirilməsi,  əməyin mühafizəsi və s. ciddi iqtisadi 
problemləri birgə həll etməyə imkan yaradır.
61
 
Lakin, milli iqtisadiyyatların qarşılıqlı  təsiri ayrı-ayrı 
regionlarda müxtəlifdərəcəli intensivliklə, müxtəlif səviy-
yələrdə inkişaf etdiyinə görə jurnalistlər bu prosesi 
şərtləndirən obyektiv amilləri nəzərdən keçirməlidirlər. KİV 
inteqrasiya prosesini müəyyən edən amillərə də ciddi diqqət 
yetirməlidir, çünki iqtisadi inteqrasiyanın  əsasını bir sıra 
                     
61
  Основы  экономической  теории  и  практика  рыночных  реформ / 
под  ред.  М.М.Зарогулько.  Москва:  Логос, 1997; Шеховцев  А., 
Шестакова М., Громов А. Свободные экономические зоны: мировой 
опыт и перспективы в России// Вопросы экономики. Москва. 2000. - 
№10. 
 
 


121 
 
obyektiv amillər (iqtisadi həyatın qloballaşması, beynəlxalq 
əmək bölgüsü, elmi-texniki inqilab, milli iqtisadiyyatların 
şəffaflığının artması) təşkil edir. 
KİV, eyni zamanda ölkənin xarici iqtisadi inteqrasiya 
strategiyasının işlənib hazırlanmasında da yaxından iştirak 
etməli, onu: a) ölkənin ixrac potensialının inkişafına, ixrac 
strukturunun və idxalın təkmilləşdirilməsinə; b) milli məh-
sulların dünya bazarında rəqabətə davamlılığının artırılma-
sına; c) ölkənin ödəmə qabiliyyətinin yüksəldilməsinə; ç) 
beynəlxalq  əmək bölgüsündə ölkənin vəziyyətinin 
yaxşılaşdırılmasına; d) milli məhsulların satış bazarının 
genişləndirilməinə  və e) davamlı iqtisadi inkişafa,  əhalinin 
rifah halının yaxşılaşdırılmasına yönəltməyə xidmət 
etməlidir. 
Son illərdə iqtisadi problemlərə həsr olunmuş tədqiqat 
işlərində və KİV materiallarında yuxarıda haqqında danışdı-
ğımız sinergetika paradiqmasından istifadə hallarının təşviqi 
ilə bağlı çağırışların həcmi xüsusilə artmışdır. Belə nəticəyə 
gəlmək olur ki, həm iqtisadiyyat elmi, həm də jurnalistika 
yeni qnoseoloji yanaşma metodunu reallığa uyğun olaraq 
getdikcə daha sürətlə  mənimsəməyə  cəhdlər göstərir. Bu, 
özünü dünyada baş vermiş axırıncı qlobal iqtisadi və 
maliyyə böhranı zamanı (2008-ci il) daha qabarıq  şəkildə 
büruzə vermişdir. 
Azərbaycanda da iqtisadi problemlərin həlli yollarının 
axtarılması istiqamətində müəyyən addımlar atılır. Bəzi 
siyasətçilər, politoloqlar, iqtisadçılar və jurnalistlər 
Azərbaycanda mexaniki olaraq Argentina, Türkiyə, Çin və 
s. ölkələrin praktikalarının tətbiqinə, bəziləri Beynəlxalq 
Valyuta Fondu, Dünya Bankı və s. iri maliyyə qurumlarının 
tövsiyələrinə  əməl etməyə, başqaları isə ölkədə baş verən 
prosesləri təhlil edərək, problemi iqtisadi şərait və milli 
mentalitetin xüsusiyyətləri nəzərə alınmaqla həll etməyə 
çağırırlar. Göründüyü kimi, bu sahədə müxtəlif istiqamətlər 
122 
 
mövcuddur. Ona görə  də, zənnimizcə, mətbuatın  əsas 
vəzifəsi indiki şəraitdə yerli spesifika və dünya 
tendensiyaları  nəzərə alınmaqla, qarışıq iqtisadiyyatın 
yaradılması  məqsədi ilə Azərbaycan iqtisadiyyatının 
evolyusion modernləşməsini təşviq etməkdən ibarət 
olmalıdır.  
  İstənilən milli iqtisadiyyat geniş təkrar istehsal tələb 
edir. Bu, ilk növbədə ölkə  vətəndaşlarının həyati 
tələblərinin artması ilə izah olunur, çünki həyat səviyyəsinin 
artması sivilizasiyanın vacib atributlarındandir. Deməli, 
milli iqtisadiyyatda geniş  təkrar istehsal sivilizasiyanın 
səviyyəsinin  ən vacib təzahürlərindən biridir. Bu cür 
şəraitdə iqtisadi jurnalistika belə bir vacib məsələyə - 
milli iqtisadiyyatın geniş  təkrar istehsalının müstəsna 
qaydada xarici kreditlərdən asılı olmamasına diqqət 
yetirməlidir.  Əlbəttə, bu prosesdə xarici kapitalın 
müəyyən payı ola bilər, lakin o, daxili mənbələrə  əlavə 
rolunu oynamalıdır. Çünki, iqtisadi inkişaf üçün daxili 
potensialı olmayan hər hansı bir sistem heç vaxt milli 
iqtisadiyyat tituluna malik ola bilməz. 
«Sinergetik» düşüncəyə malik olmayan siyasətçi, iqti-
sadçı və yaxud jurnalist yalnız əvvəlki və sonrakı vəziyyətin 
müqayisəsi vasitəsi ilə bu və ya digər qərarı qiymətləndirə 
bilməz: jurnalist mütləq sonrakı hadisələrin real gedişini al-
ternativ qərarların mümkün icrasının gedişi ilə müqayisə 
etməyi bacarmalıdır. 
Azərbaycan mətbuatının bizə  məlum olan müasir 
mənzərəsi belə bir nəticəyə  gəlməyə  əsas verir ki, 
sinergetika bizim mətbuatda iqtisadi materiyaya hələ kifayət 
səviyyədə nail ola bilməmişdir.  İqtisadi jurnalistika yalnız 
sinergetik paradiqmaya nail olmaqla cəmiyyətdə baş verən 
qlobal iqtisadi dəyişikliklərin tədqiqi, təhlili və 
işıqlandırılması sahəsində qarşıda duran vəzifələri yerinə 
yetirə bilər. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə