Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə33/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   100

131 
 
132 
 


133 
 
 
134 
 


135 
 
 
136 
 
 


137 
 
IV MÖVZU 
 
Jurnalistika və müasir dövrün qlobal 
ərzaq problemi 
 
 
BMT-nin  İctimai  İnformasiya Departamentinin 
dünya KİV-inin haqsız olaraq kifayət qədər diqqət 
yetirmədiyi mövzular barədə çap etdirdiyi siyahıda qlobal 
ərzaq təhlükəsizliyi bir sıra digər qlobal problemləri (iqlim 
dəyişikliyi, zorakılığa və  cəzasızlığa qarşı mübarizə, 
narkoticarət, yerini dəyişmiş əhalinin vəziyyəti, silah alveri, 
insan alveri və s.) qabaqlayaraq, birinci yerdə göstərilmiş-
dir. Ekspertlərin fikrinə görə, hazırkı “qlobal təhlükələrin” 
bəziləri məhz medianın yaratdığı vahimələrdən ibarətdir. 
Lokal konfliktlərə  və s. qlobal problemlərə olan maraq və 
ya laqeydlik isə siyasi konyunktura ilə izah olunur.  
BMT Mətbuat Xidmətinin bəyanatında göstərildiyi 
kimi, bu siyahı KİV-in diqqətini “aktual, lakin həm mövcud 
problemlərlə, həm də dünya ictimaiyyətinin o qədər də 
nəzərə çarpmayan nailiyyətləri ilə bağlı olan və az 
işıqlandırılan mövzulara” cəlb etmək üçün tərtib edilmişdir.  
Ümumiyyətlə, işıqlandırılmaq üçün KİV-ə hansısa 
mövzunun qeyri-könüllü qəbul etdirilməsi özü-özlüyündə 
yeni ideya deyildir. Media nəzəriyyəçiləri və praktikləri 
hesab edirlər ki, “hər bir KİV özünün auditoriyasına 
malikdir. Əgər BMT-nin mövzusu auditoriyanın marağı ilə 
üst-üstə düşürsə, o zaman redaksiya marketinq 
göstəricilərinə əsaslanaraq, materialı öz şərhləri ilə çap edir, 
ya da özü müvafiq tədqiqat işi aparır. İctimai təşkilatların və 
yaxud da hər hansı bir marağa lobbiçilik edənlərin necə 
istəmələrindən asılı olmayaraq, onlar informasiya sahəsində 
özlərinin vəzifələrini yalnız KİV-in iqtisadi qanunlarından 
138 
 
çıxış edərək yerinə yetirə bilərlər.”
65
  
Bir sıra ekspertlər isə belə hesab edirlər ki, BMT-nin 
qeyd etdiyi problemlərin bəzilərinə diqqət yetirməyə dəyər. 
Xüsusilə də artıq qlobal problemə çevrilmiş ərzaq təminatı 
problemi həqiqətən də gələcəkdə daha aktual xarakter kəsb 
edəcəkdir. Belə olan halda, KİV-in fəaliyyəti necə 
olmalıdır? Onun qarşısında hansı vəzifələr durur? 
Bu suallara cavab tapmaq üçün ilk növbədə qlobal 
ərzaq probleminin mahiyyəti, onun tarixin müəyyən 
mərhələlərində özünü necə büruzə verməsi, yaranma 
səbəbləri, əsas hüdudları, təbiət resursları, onlardan istifadə 
və həlli yollarının müəyyən edilməsi, dünya ictimaiyyətinin 
bu problemin həllinə  cəlb olunması  və s. məsələlər ciddi 
şəkildə, elmi və praktik əsaslara söykənilərək 
araşdırılmalıdır.  Əlbəttə, bütün bu araşdırmalar hər  şeydən 
əvvəl qlobal problemin həllində medianın səmərəli 
iştirakının təmin edilməsi aspektində  həyata keçirilməlidir. 
Bu mövzunu işıqlandıran jurnalist problemin tarixi, 
mahiyyəti və müasir vəziyyəti barədə  ən azı ekspert 
səviyyəsində bilik və  məlumata malik olmalıdır. 
Aqrojurnalist nələri bilməlidir? 
 
Aqrojurnalist bilməlidir: qlobal ərzaq 
problemi nədir? 
 
Ərzaq çatışmazlığı, aclıq problemi bəşəriyyəti, o 
cümlədən, alimləri və əlbəttə, kütləvi informasiya vasitələ-
rini neçə yüz illərdir ki, narahat edən məsələlərdən biridir. 
İngilis iqtisadçısı Tomas Maltus (1766-1834) ciddi “əhali 
qanunu”nun tətbiq edilməsi ideyasını irəli sürmüşdür. O, 
“Əhali qanunu haqqında təcrübə”  əsərində (1798-ci il) bu 
sahədə yaranmış acınacaqlı  vəziyyəti “mütləq artıq adam-
ların” olması və “təbii əhali qanununun” fəaliyyəti ilə izah 
                     
65
 
http://www.rbcdaily.ru/print.shtml?2009/09/10/focus/430373
 


139 
 
etməyə çalışır. Onun fikrinə görə, insanların sayının 
düşünülməmiş  şəkildə sürətlə artımı onların yaşamaları 
üçün lazım olan vəsaitin artırılması imkanlarını xeyli 
qabaqlayır. Bu da öz növbəsində kütləvi yoxsulluğa gətirib 
çıxarır. Belə  vəziyyət “Xaliqin məramlarına ziddir”, ona 
görə  də “ilahi qüvvələr” Yer kürəsinin sakinlərinin sayını 
özlərinəməxsus bir şəkildə  məhdudlaşdırırlar. Maltus belə 
bir mülahizə irəli sürür ki, insan doğularkən başqası tərəfin-
dən artıq tutulmuş dünyaya gəlir. Əgər ona həyat vermiş va-
lideynləri onu yedizdirə bilmirlərsə və cəmiyyətin də onun 
əməyinə ehtiyacı yoxdursa, deməli o, Yer kürəsində 
artıqdır: “Böyük həyat ziyafətində ona yer yoxdur. Təbiət 
özü ona kənarlaşmaq imkanı verir və öz hökmünün icrasını 
ləngitmir.”
66
  
Bu cür ideyalardan sonralar bütöv bir nəzəri istiqamət 
-  əhali sakinliyi barəsində baxışlar sistemi olan 
maltusçuluq  əmələ  gəlmişdir. Maltusçuluğa görə, 
insanların vəziyyəti sosial şəraitlə deyil, “təbiətin”  əbədi 
qanunları ilə müəyyən edilir, adamların sayı onların 
“bioloji” xüsusiyyətlərindən asılı olaraq həndəsi silsilə ilə, 
yaşayış vasitələrinin miqdarı isə yalnız ədədi silsilə ilə artır. 
Bu cərəyana görə,  əhalinin sayı  və yaşayış vasitələrinin 
miqdarı arasındakı nisbət geniş insan kütləsini tələf edən 
epidemiya, aclıq, sonsuzluq, müharibə və s. ilə tənzimlənir. 
Bu ideyanın həm tərəfdarları, həm də opponentləri vardır. 
Lakin, bütün bunlara baxmayaraq, qlobal miqyasda ərzaq 
problemi özünün bütün kəskinliyi ilə bu gün də 
qalmaqdadır.  
Aclıq dünyada yeni təzahür deyildir. Tarixə  qısa bir 
nəzər salsaq, bunu təsdiq edən xeyli faktlarla rastlaşa 
                     
66
 http://www.bibliotekar.ru/100otkr/93.html; 
http://www.istoriya.org/economy/86-classic/311-maltus.html 
140 
 
bilərik. Məsələn, XIX əsrdə  təkcə Çində 100 mln., 
Hindistanda isə son 60 ildə 20 mln. insan aclıqdan tələf 
olmuşdur. Lakin, bu gün bəşəriyyət özünün bütün tarixi 
boyunca ilk dəfədir ki, planetin daha sürətlə artan əhalisinin 
böyük hissəsinin yaşadığı ölkələrdə olduqca iri miqyasda 
ərzaq çatışmazlığı ilə üz-üzə dayanmışdır.  Əhalisi aclığın 
müxtəlif formalarından  əziyyət çəkən zonalar Asiya, Latın 
Amerikası, xüsusilə də Afrikanının bir çox ölkələri də daxil 
olmaqla, ekvatorun hər iki tərəfi boyunca dünya xəritəsinin 
həddən artıq geniş bir ərazisini  əhatə edir. Heç bir 
mübaliğəyə yol vermədən demək olar ki, Afrika qitəsi 
planetin “aclıq zolağına” çevrilmişdir. Ümumi ərzaq is-
tehsalı artımının adambaşına düşən  ərzaqla müqayisəli 
təhlili vəziyyətin daha da kəskinləşdiyini göstərir. 
Göründüyü kimi, söhbət hansısa lokal aclıq ocaqlarından 
deyil, astronomik miqyas kəsb etmiş kütləvi aclıqdan gedir. 
Hətta, vəziyyət o həddə gəlib çatmışdır ki, mütəxəssislər, o 
cümlədən, kütləvi informasiya vasitələri qlobal ərzaq 
problemi ifadəsinin  əvəzinə daha çox qlobal ərzaq 
təhlükəsizliyi ifadəsini işlədirlər. 
Qlobal  ərzaq təhlükəsizliyi  ifadəsi özündə  ərzaq 
müstəqilliyini ifadə edir və a) qlobal ərzaq problemi; b) 
milli aqroərzaq kompleksinin fəaliyyəti və inkişafı; c) ərzaq 
məhsullarının sosial ədalətlə bölgüsü ilə  sıx bağlıdır. Bu 
anlayış bütün bəşəriyyətə (dünyaya), ayrı-ayrı regionlara, 
ölkələrə,  əhali qrupuna, ailəyə  və ayrıca bir insana şamil 
edilə bilir.  
Qlobal ərzaq təhlükəsizliyi dedikdə, adətən, iqtisadiy-
yatın elə  vəziyyəti başa düşülür ki, bu zaman bütün 
insanların istənilən vaxt fəal həyat tərzi üçün lazımi 
kəmiyyətdə  ərzaqa çatımının təminatına zəmanət verilmiş 
olsun. Bununla bərabər, pul gəlirlərinin olmaması 
səbəbindən bir il ərzində ardıcıl surətdə lazımi miqdarda 
qida qəbul etmək və ya onu istehsal etmək imkanının 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə