Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə100/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   100

411 
 
Ölkədə miqrasiya proseslərinin tənzimlənməsi mexanizmlərinin 
təkmilləşdirilməsi hazırda effektiv immiqrasiya siyasətinin 
formalaşdırılmasını, beynəlxalq  əməkdaşlığın gücləndirilməsini, 
emiqrasiya proseslərinin nəzarətdə saxlanılmasını və vahid informasiya 
bazasının yaradılmasını zəruri edir. 
4.3.8. Enerji təhlükəsizliyi siyasəti 
Xəzər hövzəsinin Azərbaycan Respublikasına mənsub olan sektorunda 
yerləşən mövcud neft və qaz yataqlarının, habelə perspektivli 
strukturların işlənməsi, istismarı, müasir neft-qaz özüllərinin ikintisi və 
quraşdırılması,  əsas ixrac neft və qaz boru kəmərlərinə, terminallarına 
olan təhdidlərin aşkar edilməsi, qiymətləndirilməsi və adekvat 
tədbirlərin görülməsi Azərbaycan Respublikasının milli 
təhlükəsizliyinin təmin edilməsinin 
ən mühüm fəaliyyət 
istiqamətlərindən biridir. 
Heydər Əliyev adına "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac neft boru kəməri 
və  Cənubi Qafqaz qaz boru kəməri Xəzər dənizi ilə Qara dəniz və 
Aralıq dənizi arasında enerji nəqlinin, Xəzəryanı ölkələrin geostrateji və 
iqtisadi maraqlarını  təmin edən mühüm obyektlərin təhlükəsizliyinin 
qorunması  və bununla əlaqədar artan risklərin idarə olunması  və 
azaldılması Azərbaycan Respublikasının milli təhlükəsizliyinin ən vacib 
vəzifələrindəndir. 
Heydər  Əliyev adına "Bakı-Tbilisi-Ceyhan"  əsas neft ixrac boru 
kəmərinin 2006-cı ildən istifadəyə verilməsi Azərbaycan neftini dünya 
bazarında mühüm amilə çevirmişdir. Azərbaycan neftini Türkiyənin 
Ceyhan limanına, qazını isə Türkiyənin  Ərzurum qaz terminalına 
çıxaran kəmərlərin coğrafiyası müəyyən təhlükəsizlik riskləri yaradır. 
Azərbaycan Respublikası enerji ehtiyatlarının istehsalı və nəqli ilə bağlı 
yaradılan və istismar olunan infrastrukturun təbii fəlakətlərə, texnogen 
xarakterli fövqəladə hadisələrə  və  təxribatlara məruz qalma ehtimalına 
qarşı kompleks tədbirlər həyata keçirir. 
XXI əsrdə dünyada enerji daşıyıcıları ilə bağlı böhran gözlənildiyindən 
Azərbaycan Respublikasında alternativ enerji mənbələrindən istifadə 
edilməsi qərara alınmışdır. Küləkli və günəşli günlərin sayına görə 
ölkənin  əlverişli  şəraitə malik olduğunu nəzərə alaraq, Azərbaycanın 
enerjiyə olan ehtiyacının müəyyən hissəsi külək, dəniz, günəş, biokütlə, 
kiçik dağ suları və su elektrik stansiyaları hesabına təmin oluna bilər. 
4.3.9. Nəqliyyat təhlükəsizliyi siyasəti 
Azərbaycan Respublikasında zəngin enerji ehtiyatlarının olması 
iqtisadiyyatın  əsaslı  və sürətli inkişaf etməsinə müsbət təsir göstərən, 
412 
 
lakin müxtəlif dövlətlərin regiondakı maraqlarını  şərtləndirən və 
münasibətlərin gərginləşməsinə səbəb olan əsas amillərdən biridir. 
Müstəqillik  əldə edildikdən sonra Azərbaycan Respublikası öz enerji 
sektorunu daha da inkişaf etdirmiş və müxtəlif növ nəqliyyat şəbəkələri 
yaratmışdır. Bu nəqliyyat şəbəkələrinin 
təhlükəsizliyinin təmin edilməsi ölkə üçün əsas vəzifələrdən biridir. 
Beynəlxalq nəqliyyat dəhlizlərinin və boru kəmərlərinin təhlükəsizliyini 
təmin etmək üçün Azərbaycan Respublikası aşağıdakı vəzifələri həyata 
keçirir: 
* nəqliyyatın və nəqliyyatda təhlükəsizliyin təmin edilməsi; 
* nəqliyyat sistemində səfərbərlik hazırlığının təmin edilməsi; 
* Avropa-Qafqaz-Asiya və  "Şimal-Cənub" beynəlxalq nəqliyyat 
dəhlizlərinin fəaliyyətinin səmərəliliyinin və  rəqabət qabiliyyətinin 
artırılması məqsədi ilə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi; 
* nəqliyyat infrastrukturlarının mühafizə sisteminin etibarlılığının təmin 
edilməsi; 
* nəqliyyat infrastrukturlarının təhlükəsizliyinə kənardan təhdid yarada 
biləcək amillərin aşkarlanması və qarşısının alınması; 
* nəqliyyat vasitələri və infrastrukturlarında, o cümlədən boru 
kəmərlərində terror aktlarının törədilməsində istifadə oluna biləcək 
vasitələrin dövriyyəsinin qadağan olunması  və ya bu dövriyyəyə ciddi 
nəzarətin həyata keçirilməsi; 
* nəqliyyat obyektlərinin tikintisi və istismarı zamanı sosial və ekoloji 
mühitə ziyan vurulmasının qarşısının alınması. 
Sözügedən vəzifələr Azərbaycan Respublikasının Silahlı Qüvvələri və 
digər təhlükəsizlik strukturlarının, habelə aidiyyəti dövlət qurumlarının 
fəaliyyətində öz əksini tapmalı  və onların həyata keçirilməsi üçün 
adekvat imkanlar yaradılmalıdır. 
4.3.10. Fövqəladə idarəetmə,  ətraf mühitin və  əhalinin sağlamlığının 
mühafizəsi 
Ətraf mühitlə bağlı olan təbii fəlakətlər və insanların fəaliyyəti 
nəticəsində baş verən texnogen qəzalar  əhalinin sağlamlığına, rifahına 
və əmlakına ziyan yetirməklə daxili təhlükəsizliyə zərər vura bilər. Bu 
mənada, onlar ümumi təhlükəsizlik kontekstində 
nəzərdən 
keçirilməlidir. 
Azərbaycan Respublikasında fövqəladə halların xəbərdar edilməsi və 
nəticələrinin aradan qaldırılması üzrə  tədbirlərin hazırlanması  və 
əlaqələndirilməsinə  məsul olan ayrıca qurum - Fövqəladə Hallar 
Nazirliyi yaradılmışdır. 


413 
 
Azərbaycan Respublikası böhranların idarə olunması  və fövqəladə 
halların qarşısının alınması üzrə  tədbirlər planlarının hazırlanması ilə 
bağlı təcrübə qazanılması və informasiya mübadiləsi sahəsində bir sıra 
dövlətlərlə ikitərəfli  əməkdaşlıq edir. Bu sahədə çoxtərəfli  əməkdaşlıq 
isə NATO mexanizmləri vasitəsilə geniş inkişaf etdirilir və Azərbaycan 
Respublikası həmin imkandan fəal istifadəni davam etdirəcəkdir. 
Azərbaycan Respublikası ekoloji problemlərə ciddi yanaşır və ona görə 
də bu sahədə yaranan və  zərər vura bilən təhlükələrdən, risklərdən və 
təhdidlərdən xəbərdardır. Təbii və texnogen fəlakətlərə  və böhran 
vəziyyətlərinə hazır olmaq və onların qarşısını almaq dövlət üçün əsas 
məsələlərdəndir. 
Azərbaycan Respublikası ölkə  əhalisinə,  ərazisinə  və iqtisadiyyatına 
radioaktiv, bakterioloji və kimyəvi vasitələrlə göstərilən zərərli təsirin 
qarşısının alınmasına yönəlmiş tədbirləri fəal surətdə həyata keçirir. 
Strateji  əhəmiyyətli dövlət obyektlərinin, o cümlədən neft və qaz 
hasilatı  və emalı müəssisələrinin, terminalların, magistral boru 
kəmərlərinin, içməli su mənbələrinin, elektrik stansiyalarının, 
hidrotexniki qurğuların təbii fəlakətlərdən, texnogen qəzalardan və 
terror təhlükəsindən müdafiəsi dövlət üçün əsas vəzifələrdən biridir. 
Coğrafi və geoloji şəraitin müxtəlifliyi nəzərə alınmaqla, ölkə ərazisinin 
təbii fövqəladə hallardan mühafizəsi ilə bağlı dağıntılara gətirib çıxara 
bilən amillərin, o cümlədən zəlzələlər, sellər, subasmalar, sürüşmələr və 
palçıq vulkanlarının törədə biləcəyi fəsadlar və onların nəticələrinin 
aradan qaldırılması yolları daim diqqət mərkəzindədir. 
Bir neçə iqlim qurşağı ilə  əhatə olunan Azərbaycan Respublikası 
ərazisindəki zəngin bitki və heyvanat aləminin qorunub-saxlanması 
zəruri şərtdir. 
Ətraf mühitin çirklənməsinə  səbəb olan mənbələrin ləğv olunmasına, 
Xəzər dənizinin ekoloji problemlərinin aradan qaldırılmasına, onun 
biomüxtəlifliyinin qorunması  və  bərpa olunmasına və bununla bağlı 
digər məsələlərə xüsusi diqqət yetirilir. 
Ərzaq təhlükəsizliyinin təmin olunması üzrə bitki mühafizəsi 
vasitələrindən (pestisidlərdən və bioloji preparatlardan) istifadəyə 
nəzarət, karantin obyekti mənbələrinin vaxtında aşkar edilərək ləğv 
olunması vacib məsələlərdən biridir. 
Əhalinin sağlamlığının qorunması üçün dərmanların keyfiyyətinə 
nəzarət mexanizmlərinin və saxta dərmanlara qarşı mübarizənin 
gücləndirilməsi zəruridir. 
4.3.11. İnformasiya təhlükəsizliyi siyasəti 
414 
 
Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, 
ictimai və  fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə 
informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş  tədbirlər 
kompleksinin həyata keçirilməsindən ibarətdir. 
Azərbaycan Respublikasının informasiya sahəsində milli 
təhlükəsizliyinin təmin olunması üçün ölkədə informasiyanın, həmçinin 
dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistem və 
informasiya infrastrukturu inkişaf etdirilir və möhkəmləndirilir. Dövlət 
orqanları  və  vəzifəli  şəxslər tərəfindən qərarların qəbul edilməsinin 
informasiya təminatının həyata keçirilməsi məqsədi ilə obyektiv və 
mühüm məlumatlar toplanılır. 
Kəşfiyyat və  əks-kəşfiyyat qabiliyyətinin uzlaşdırılması  və 
səmərəliliyinin artırılması, habelə  məxfi informasiyanın mühafizə 
olunmasının koordinasiyası milli təhlükəsizlik sektorunun bu sahəsində 
əsas məsələlərdəndir. Azərbaycan Respublikası öz milli kəşfiyyat və 
əks-kəşfiyyat qabiliyyətini artıracaq və dövlət sirrinə aid edilmiş 
məlumatların mühafizəsi ilə bağlı  fəaliyyətin təkmilləşdirilməsini 
davam etdirəcəkdir. 
İnformasiya təhlükəsizliyini tənzimləmək məqsədi ilə dövlət sirri təşkil 
edən məlumatların mühafizəsinin hüquqi mexanizmləri təkmilləşdirilir 
və informasiya azadlığı təmin olunur. Hüquqi və inzibati mexanizmlər 
vətəndaşların hüquqlarını və dövlət strukturlarının fəaliyyəti üzərində 
demokratik nəzarəti təmin edəcəkdir. 
 
Yekun müddəalar 
 
Azərbaycan Respublikasının strateji coğrafi mövqeyi onun Avratlantik 
məkandakı siyasi və iqtisadi proseslərdə olduqca mühüm rol oynamasını 
təmin etmişdir. Bu, regiondakı enerji və  nəqliyyat layihələrinin həyata 
keçirilməsində özünü büruzə verməkdədir. 
Azərbaycan Respublikasının təhlükəsizlik mühiti eyni zamanda, hərbi 
münaqişələr, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil 
cinayətkarlıq, qeyri-qanuni miqrasiya, insan alveri və narkotik 
vasitələrin qaçaqmalçılığı, kütləvi qırğın silahlarının yayılması kimi 
təhdidlərin mövcudluğu ilə  səciyyələnir ki, bu da, ölkəni bir sıra 
təhlükəsizlik problemləri ilə üzləşdirir. 
Bu Konsepsiya Azərbaycan Respublikasının milli təhlükəsizlik 
siyasətinin əsasını təşkil edir və dövlətin milli maraqlarının qorunması 
məqsədi ilə müvafiq dövlət strukturlarının üzərinə xüsusi vəzifələr 


415 
 
qoyur və bu kontekstdə onların laqələndirilmiş  fəaliyyətini zəruri edir. 
Konsepsiya ölkənin daim dəyişən təhlükəsizlik mühitini, Azərbaycan 
Respublikasının milli maraqlarını  və  təhlükəsizlik siyasətinin  əsas 
istiqamətlərini müəyyən edir. 
Azərbaycan Respublikasının hökuməti bu Konsepsiyadan irəli gələn 
vəzifələri həyata keçirmək üçün müvafiq tədbirlər görəcəkdir. Dövlətin 
daxili və xarici siyasətinə uyğun olaraq ölkənin təhlükəsizliyinin daha 
etibarlı  təmin edilməsinə  şərait yaradılması  məqsədi ilə Konsepsiya 
müntəzəm qaydada yeniləşdirilə bilər. Konsepsiya, həmçinin hərbi 
doktrina, xarici siyasət strategiyası, müdafiə icmalı, iqtisadi konsepsiya, 
mədəniyyət, elm, təhsil, səhiyyə  və  nəqliyyat strategiyaları da daxil 
olmaqla, dövlət fəaliyyətinin müxtəlif sahələri ilə bağlı daha müfəssəl 
sənədlərin hazırlanması üçün əsasdır. 
Təhlükəsizlik sahəsində hazırlanacaq digər konseptual sənədlər ümumi 
ictimai konsensusu əks etdirməli, real olmalı  və bu Konsepsiya ilə 
birlikdə, ölkədə demokratik, hüquqi dövlət, vətəndaş  cəmiyyəti, 
demokratik nəzarət altında olan güclü və effektiv təhlükəsizlik sektoru 
quruculuğuna, davamlı iqtisadi və sosial tərəqqiyə kömək etməlidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
416 
 
 
 
Dos. Dr. Ilham Mazanlı 
 
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və 
Rusiya Prezidenti yanında Dövlət Qulluğu Akademi-
yasının kütləvi informasiya vasitələri kafedrası üzrə 
aspiranturasını bitirmişdir. “Mətbuat millətlərarası 
münasibətlərin təkmilləşdirilməsi amili kimi” mövzu-
sunda namizədlik dissertasiyası müdafiə etmişdir (1991-
ci il, Moskva ş.). Tarix elmləri üzrə fəlsəfə doktorudur. 
 
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində 
“Jurnalistika və müasir dövrün qlobal problemləri“, 
„Jurnalistika və beynəlxalq humanitar hüquq“, „Xarici 
ölkələrin müasir KİV sistemləri“, „Beynəlxalq həyat 
məsələlərinin KİV-də  işıqlandırılması“ və s. fənnlərdən 
mühazirələr oxuyur. 
 
Söz azadlığı, informasiya hüququ və informasiya 
təhlükəsizliyi istiqamətlərində elmi tədqiqatlar aparır. 
Jurnalistikanın aktual problemləri ilə bağlı 50-dən artıq 
elmi-nəzəri məqalənin, 2 kitabın müəllifidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
Formatı 60x90 1/16 Həcmi 26 ç.v. Tirajı 100 nüsxə 
Kitab “Xatun Plyus” mətbəəsində  çap olunmuşdur 

Document Outline

  • 1
  • Ilham Mazanli birlesdirilmis MF.doc-  email_copy

Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə