Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə96/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   100

395 
 
siyasi və hüquqi vasitələrdən istifadə edərək bundan sonra da lazımi 
tədbirlər görəcəkdir.  İşğal olunmuş  ərazilərdə qeyri-qanuni 
məskunlaşdırma və  təbii sərvətlərin istismarı  və  ənimsənilməsi bu 
baxımdan xüsusi diqqət mərkəzində saxlanılacaqdır. 
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dövlət orqanlarının və 
vətəndaş  cəmiyyətinin beynəlxalq səviyyədə  və ölkə daxilində 
fəaliyyətlərinin və səylərinin uzlaşdırılması, Azərbaycan Respublikasına 
qarşı təcavüz və ərazisinin bir hissəsinin işğalı zamanı azərbaycanlılara 
qarşı törədilmiş soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətlərinin 
təqibi, "erməni problemi"nin hərtərəfli, dərindən tədqiqi, həqiqətlərin 
üzə  çıxarılması  və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, 
münaqişəyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin təmini 
məqsədilə kompleks işlərin görülməsi və sair istiqamətlərdə ardıcıl 
tədbirlər həyata keçirilməlidir. 
4.1.2. Avropa və Avratlantik strukturlara inteqrasiya 
Azərbaycan Respublikası Avropa və Avratlantik siyasi, təhlükəsizlik, 
iqtisadi və digər strukturlara inteqrasiya strateji məqsədini güdür. 
Azərbaycan Respublikası Avratlantik strukturla ilə  tərəfdaşlığı 
bütövlükdə Avratlantik məkanda ümumi təhlükəsizliyə, iqtisadi inkişafa 
və demokratiyaya dəstək verəcək vasitə kimi görür. 
Azərbaycan Respublikası Avropa və Avratlantik məkanda qeyri-
sabitliyin, münaqişələrin və  təhdidlərin aradan qaldırılmasında NATO 
ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi 
və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid 
təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. 
Azərbaycan Respublikası Avratlantik Tərəfdaşlıq Şurası və NATO-nun 
"Sülh naminə  tərəfdaşlıq" Proqramı  çərçivəsində NATO ilə mümkün 
olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. 
Bu baxımdan Fərdi Tərəfdaşlıq üzrə  Əməliyyat Planı NATO ilə 
əməkdaşlığın yaxın və orta perspektivdə daha da gücləndirilməsi 
yolunda mühüm bir vasitədir. Fərdi Tərəfdaşlıq üzrə  Əməliyyat 
Planından Azərbaycan Respublikasının təhlükəsizlik sektorunun 
islahatlar yolu ilə NATO standartlarına yaxınlaşdırılması  və siyasi 
dialoqun inkişaf etdirilməsi üçün bir mexanizm kimi bundan sonra da 
istifadə olunacaqdır. Avropa məkanına daha sıx inteqrasiyanın zəruriliyi 
mövqeyindən çıxış edən Azərbaycan Respublikası Avropa İttifaqı ilə 
çoxşaxəli qarşılıqlı  əlaqələr yaratmışdır. Azərbaycan Respublikasının 
Avropa  İttifaqı ilə münasibətləri "MDB Ölkələrinə Texniki Dəstək" 
(TACİS), "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" (TRACECA) və 
396 
 
digər proqramlar çərçivəsində inkişaf etdirilir. Azərbaycan Respublikası 
ilə Avropa İttifaqı arasında 1999-cu ildən qüvvəyə minmiş Tərəfdaşlıq 
və  Əməkdaşlıq Sazişi siyasi dialoq, demokratiyanın inkişafına kömək, 
eləcə də iqtisadi əməkdaşlıq və sərmayə qoyuluşu üçün əlverişli çərçivə 
yaradır. 
Azərbaycan Respublikasının 2004-cü ildə Avropa İttifaqının "Yeni 
Qonşuluq Siyasəti"nə daxil edilməsi və bu siyasət çərçivəsində 2006-cı 
ildə qəbul edilmiş Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının həyata 
keçirilməsi siyasi dialoq və siyasi, iqtisadi və institusional islahatlar 
sahəsində  əməkdaşlığı daha da inkişaf etdirərək keyfiyyətcə yeni 
mərhələyə keçid üçün zəmin yaradır. 
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında 2006-cı ildə 
imzalanmış "Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında" Anlaşma 
Memorandumu Avropa İttifaqının üzvü olan ölkələrin enerji mənbələr 
və  nəqli yollarının çoxşaxəliliyinin təmin edilməsi, Azərbaycan 
Respublikasında enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, 
enerji resurslarından səmərəli istifadə olunması  və tükənməz enerji 
mənbələrindən yararlanmasına öz töhfəsini verəcəkdir. 
Azərbaycan Respublikasının Avropa İttifaqı ilə daha yaxından 
əməkdaşlıq etməsi Qafqazda sabitliyə töhfə verəcək və Avropa 
dəyərlərinin yayılmasına kömək edəcəkdir. 
4.1.3. Beynəlxalq təhlükəsizliyə töhfə 
Azərbaycan Respublikası beynəlxalq sülhün və sabitliyin qorunub 
saxlanmasına yönəlmiş birgə tədbirlərdə iştirak etməklə, beynəlxalq və 
regional təhlükəsizliyə töhfə vermək üçün davamlı  səylər göstərir. 
2001-ci il 11 sentyabr hücumlarından sonra terrorçuluqla mübarizə 
beynəlxalq gündəliyin  ən vacib məsələlərindən birinə çevrilmişdir. 
Beynəlxalq ictimaiyyətin terrorçuluğa qarşı mübarizəsini tam 
dəstəkləyən Azərbaycan Respublikası istənilən pərdə altında həyata 
keçirilən terror fəaliyyəti  əleyhinə bir sıra mühüm addımlar atmışdır. 
Azərbaycan Respublikası beynəlxalq terrorçu təşkilatlara qarşı 
mübarizəni dəstəkləmək məqsədilə öz hava məkanını  və hava 
limanlarını açıq elan etmişdir. Azərbaycan Respublikası, həmçinin 
qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə  məqsədi ilə 
qəbul edilmiş bütün konvensiyaların iştirakçısıdır. 
Azərbaycan Respublikası 
ən həssas bölgələrdə 
vəziyyətin 
sabitləşməsinə çalışır. Azərbaycan sülhməramlıları Serbiyanın Kosovo 
əyalətində  və  Əfqanıstanda NATO-nun başçılığı ilə  həyata keçirilən 


397 
 
sülhməramlı  əməliyyatlarda,  İraqda beynəlxalq koalisiyanın tərkibində 
təhlükəsizliyin təmin olunmasında iştirak edirlər. 
Azərbaycan Respublikası silahlara nəzarət və onların yayılmaması 
sahəsində müvafiq beynəlxalq müqavilələrin iştirakçısı kimi, beynəlxalq 
təhlükəsizliyin təmin olunmasına yönəlmiş  səyləri tam dəstəkləyir. 
Beynəlxalq silahların yayılmaması rejiminin zəifləməsindən ciddi 
narahat olan Azərbaycan Respublikası adekvat nəzarətin tətbiqi üçün 
beynəlxalq ictimaiyyət və müvafiq təşkilatlarla  əməkdaşlığını davam 
etdirəcəkdir. Azərbaycan Respublikası onun Ermənistan tərəfindən işğal 
edilmiş 
ərazilərində silahlara nəzarət mexanizminin tətbiq 
olunmamasından narahatdır. Beynəlxalq nəzarətdən kənarda qalan bu 
ərazilərdə çoxlu silah və sursatın olması regional sülhə ciddi təhdidlər 
yaradır. 
4.1.4. Beynəlxalq təşkilatlarla əməkdaşlıq 
Azərbaycan Respublikasının beynəlxalq təşkilatların işində  fəal iştirak 
etməsi onun təhlükəsizliyi və xarici siyasəti üçün mühüm əhəmiyyət 
kəsb edir. Miqyas və nüfuzundan asılı olmayaraq, universal və regional 
beynəlxalq təşkilatlar dünyada yaranan yeni təhdidlərlə mübarizədə 
getdikcə daha çox rol oynayırlar. Belə ki, beynəlxalq təşkilatlar 
təhdidlərin aradan qaldırılmasına və ya onların qarşısının alınmasına 
yardım etməklə yanaşı, Azərbaycan Respublikasının milli maraqlarının 
qlobal siyasətdə müdafiəsinə imkanlar yaradırlar. Eyni zamanda, 
beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının üzləşdiyi 
təhlükəsizlik problemlərinə  tərəfdaş dövlətlərin diqqətini cəlb etmək 
üçün  əlverişli forum rolunu oynayırlar. Bu baxımdan, universal və 
regional beynəlxalq təşkilatların mövcudluğu, inkişafı  və müasir 
dünyada baş verən dəyişikliklərə uyğunlaşması Azərbaycan 
Respublikası üçün əhəmiyyətlidir.Azərbaycan Respublikası 1992-ci 
ildən üzvü olduğu BMT-nin beynəlxalq sülhün və  təhlükəsizliyin 
bərqərar olmasında, davamlı inkişafın və demokratikləşmənin qorunub 
saxlanmasında əvəzsiz rol oynadığını qəbul edir. 
Azərbaycan Respublikasının BMT-yə göstərdiyi maraq Ermənistan-
Azərbaycan münaqişəsinin həlli ilə  məhdudlaşmır. Azərbaycan 
Respublikası BMT dəyərlərini bölüşərək insan hüquqları, iqtisadi və 
sosial sahələrdə həyata keçirilən müxtəlif proqramlar çərçivəsində BMT 
ilə  əməkdaşlığı genişləndirir. Azərbaycan Respublikası beynəlxalq 
ictimaiyyətin BMT və digər qurumlar çərçivəsində terrorçuluğa qarşı 
mübarizəsinə töhfə verməkdədir. 
398 
 
Azərbaycan Respublikası XXI əsrin problem və  təhdidlərinə  səmərəli 
cavab vermək üçün BMT-nin iş qabiliyyətinin artırılması məqsədi ilə, o 
cümlədən beynəlxalq hüquq sisteminin möhkəmləndirilməsi və  qəbul 
edilmiş  qərarların icrasının təmini istiqamətində bu təşkilat daxilində 
islahatların aparılmasını dəstəkləyir. 
Azərbaycan Respublikasının 1992-ci ildən üzvü olduğu ATƏT Avropa 
qitəsinin bütün dövlətlərini əhatə edən və onlar arasında münasibətlərin 
və ümumi təhlükəsizliyin norma və prinsiplərini təsbit edən yeganə 
regional təşkilatdır. ATƏT-in Helsinki Yekun Aktı  və digər sənədləri 
regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün prinsipial siyasi 
əsasdır. 
Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində oynadığı rol 
baxımından ATƏT-lə  əməkdaşlıq Azərbaycan Respublikasının xarici 
siyasətində xüsusi yer tutur. Bununla yanaşı, Azərbaycan Respublikası 
digər sahələrdə də ATƏT-lə əməkdaşlıq edir. 
Azərbaycan Respublikası ATƏT-in yeni siyasi mühitdə oynadığı 
mühüm rolu nəzərə alaraq, təşkilatın səmərəliliyinin, xüsusən də onun 
prinsiplərinə riayət edilməsi istiqamətində bütün təşkilat üzvlərinin 
xoşməramlı niyyəti və  fəal iştirakı  şəraitində müvafiq islahatların 
aparılması yolu ilə onun rolunun artırılmasında maraqlıdır. 
Azərbaycan Respublikasının Avropa Şurası ilə  əməkdaşlığı Avropa 
xalqları ailəsinə inteqrasiyanı  və Avropa standart və  dəyərlərindən 
bəhrələnməni özündə ehtiva edir. Azərbaycan Respublikası 2001-ci 
ildən üzvü olduğu Avropa Şurası ilə  əməkdaşlıq çərçivəsində öz milli 
qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması 
istiqamətində  tədbirlər görür. Ölkəmiz təşkilatın fundamental 
sənədlərindən olan "İnsan hüquq və  əsas azadlıqlarının müdafiəsi 
haqqında" Avropa Konvensiyasını  və onun müvafiq protokollarını 
2001-ci il yanvarın 25-də imzalamış, 2001-ci il dekabrın 25-də isə 
ratifikasiya etmişdir. 
İslam dünyasının tərkib hissəsi olan Azərbaycan Respublikası  İslam 
Konfransı Təşkilatı (İKT) çərçivəsində fəaliyyətinə xüsusi diqqət yetirir. 
1991-ci ildə  İKT-yə üzv olduqdan sonra Azərbaycan Respublikası bu 
təşkilat çərçivəsində  fəal iştirakçıya çevrilmişdir.  İKT Ermənistanı 
təcavüzkar qismində tanıyan və pisləyən ilk beynəlxalq təşkilatdır. İKT-
nin ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən bu məsələyə dair aydın və 
ədalətli mövqeyi Azərbaycan Respublikasının həmin təşkilatla 
münasibətlərinin yüksələn xətt üzrə inkişafına  əlverişli zəmin 
yaratmışdır. Sivilizasiyalararası körpü rolunu oynayan Azərbaycan 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə