Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə94/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   100

387 
 
4.3.1. Demokratiyanın möhkəmləndirilməsi 
4.3.2. Milli və dini tolerantlıq mühitinin qorunması 
4.3.3. Elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması 
4.3.4. İqtisadi və sosial inkişaf 
4.3.5. Daxili təhlükəsizliyin möhkəmləndirilməsi 
4.3.6. Sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi 
4.3.7. Miqrasiya siyasəti 
4.3.8. Enerji təhlükəsizliyi siyasəti 
4.3.9. Nəqliyyat təhlükəsizliyi siyasəti 
4.3.10. Fövqəladə idarəetmə,  ətraf mühitin və  əhalinin sağlamlığının 
mühafizəsi 
4.3.11. İnformasiya təhlükəsizliyi siyasəti 
Yekun müddəalar 
 
Giriş 
Çoxəsrlik dövlətçilik tarixi keçmiş, 1918-ci ildə Şərqdə ilk demokratik 
respublika qurmuş  və 1920-ci ildə müstəqilliyini itirmiş Azərbaycan 
Sovet İttifaqının süqutundan sonra, 1991-ci ildə öz dövlət müstəqilliyini 
bərpa etmişdir. Azərbaycan xalqı daha geniş demokratik dəyərlərə 
qovuşmaq imkanından istifadə edərək, özünün milli dövlətçilik 
ənənələrinə, tarixi və mədəni irsinə söykənən müasir demokratik hüquqi 
dövlət quruculuğu yolunu seçmişdir. 
Müstəqilliyin ilk dövründə gənc respublika Ermənistan tərəfindən hərbi 
təcavüzə  məruz qalmış, daxili qeyri-sabitlik, iqtisadi böhran, keçid 
dövrünün çətinlikləri və digər ciddi problemlərlə üzləşmişdir. Buna 
baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyevin 
rəhbərliyi ilə Azərbaycan Respublikası bütün çətinlikləri dəf edərək, 
düzgün strateji inkişaf yolunu müəyyən edərək, hazırda uğurla 
irəliləyən, regionda və dünyada öz mövqelərini möhkəmləndirən 
iqtisadi, siyasi və digər baxımlardan dinamik inkişaf edən müasir ölkəyə 
çevrilməkdədir. Belə ki, Azərbaycan Xəzər-Qafqaz məkanında regional 
əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici dövlət 
olub, xüsusən enerji və  nəqliyyat layihələrinin həyata keçirilməsində 
əvəzsiz rol oynamaqdadır. Bu ümumi strategiyanın başlıca məqsədi 
Azərbaycan Respublikasının çiçəklənməsi, davamlı inkişafı və əhalinin 
rifahının təmin edilməsi, eləcə  də bütün regionda təhlükəsizlik və 
sabitliyin təmin olunmasına töhfə verməkdən ibarətdir.  
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası (bundan 
sonra Konsepsiya) dövlətin müstəqilliyini,  ərazi bütövlüyünü və 
388 
 
demokratik inkişaf yolunu, strateji seçimi kimi Avratlantik məkana 
inteqrasiyasını, bununla yanaşı, tarazlaşdırılmış xarici siyasətinin 
çoxşaxəliliyini vurğulayan, Azərbaycan Respublikasında  şəxsiyyət, 
cəmiyyət və dövləti xarici və daxili təhdidlərdən qorumağa yönəlmiş 
siyasət və tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur. 
 
1. Təhlükəsizlik mühiti 
Azərbaycan Respublikasının təhlükəsizlik mühiti onun suverenliyi, 
ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı 
inkişafı,  əhalisinin rifah və  dəyərlərinin qorunmasına təsir edən 
amillərin məcmusudur. 
Qərb və  Şərq dünyalarının qovuşduğu coğrafi məkanda yerləşən 
Azərbaycan Respublikası bir çox sivilizasiyaların müsbət məqamlarını 
özündə  cəmləşdirmişdir. Avropanın mütərəqqi dəyərlərini paylaşan və 
Avratlantik təhlükəsizlik arxitekturasının ayrılmaz bir halqası olan 
Azərbaycan 
Respublikası bu məkanın təhlükəsizliyinə öz töhfəsini verməkdədir. 
Eyni zamanda, Azərbaycan Respublikası islam dünyasının bir hissəsi 
kimi bu mədəniyyətin irs və təfəkkürünü bölüşür. 
 
 Azərbaycan Respublikasının yerləşdiyi və hazırda qeyri-sabit olan 
region dostluq və əməkdaşlıq ruhlu regional və beynəlxalq tərəfdaşlarla 
birlikdə inkişaf üçün səmərəli istifadə oluna biləcək geniş potensiala və 
imkanlara malikdir. Azərbaycan Respublikasının zəngin təbii ehtiyatları 
ölkənin çiçəklənməsi və milli rifahın təmin olunması üçün perspektivlər 
açır, onu beynəlxalq  əhəmiyyətli enerji mənbəyi və beynəlxalq enerji 
təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. 
Azərbaycan Respublikasının və  tərəfdaş ölkələrin iqtisadiyyatlarının 
inkişafına artıq töhfə verən beynəlxalq  əhəmiyyətli nəqliyyat və 
kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru 
kəmərlərinin inşası region ölkələrinin  əməkdaşlığının bariz 
nümunəsidir. 
Ölkənin yerləşdiyi coğrafi  şərait ona mühüm üstünlüklər verməklə 
yanaşı, eyni zamanda, onu bir sıra təhlükəsizlik problemləri ilə  də 
üzləşdirir. Bu problemlərin  ən vacib və bariz nümunəsi Azərbaycan 
Respublikasının qonşu Ermənistan tərəfindən hərbi təcavüzə  məruz 
qalması  və bunun nəticəsində ölkə  ərazisinin bir hissəsinin işğal 
olunması  və  təxminən bir milyon azərbaycanlının məcburi köçkün və 
qaçqına çevrilməsidir. Təcavüz zamanı Azərbaycan Respublikasının 


389 
 
vətəndaşlarına qarşı soyqırımı və terror aktları daxil olmaqla, sülhə və 
insanlığa qarşı  ən vacib cinayətlər törədilmişdir və  zəbt olunmuş 
ərazilərdə transsərhəd mütəşəkkil cinayətkar, o cümlədən beynəlxalq 
terrorçu qruplar tərəfindən qeyri-qanuni fəaliyyət həyata 
keçirilməkdədir.  İndiki Ermənistan və  işğal olunmuş Azərbaycan 
Respublikasının  ərazilərində azərbayanlılara məxsus tarixi, mədəni və 
arxeoloji abidələr kütləvi surətdə dağıdılmış, təbii sərvətlər talan 
edilmiş,  ətraf mühitə ciddi ziyan vurulmuşdur. Azərbaycan 
Respublikasının məruz qaldığı bu təcavüz onun hazırkı  təhlükəsizlik 
mühitində  və milli təhlükəsizlik siyasətinin müəyyən edilməsində  əsas 
amildir. Eyni zamanda, Azərbaycan Respublikasının təhlükəsizlik 
mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli 
mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin 
qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin 
mövcudluğu dövlət qarşısında müəyyən vəzifələr qoyur. 
 
2. Azərbaycan Respublikasının milli maraqları 
Azərbaycan Respublikasının milli maraqları Azərbaycan xalqının 
fundamental dəyər və məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin 
tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların 
məcmusundan ibarət olmaqla, aşağıdakılardır: 
* dövlətin müstəqilliyinin və  ərazi bütövlüyünün qorunması, onun 
beynəlxalq səviyyədə tanınmış  sərhədlərinin toxunulmazlığının təmin 
edilməsi; 
* Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, 
azərbaycançılıq ideyasının təşviqi; 
* vətəndaş  cəmiyyətinin formalaşdırılması, insan hüquq və  əsas 
azadlıqlarının təmin olunması; 
* demokratik və  vətəndaş  cəmiyyəti təsisatlarının inkişafı, qanunun 
aliliyi, asayişin təmini yolu ilə dövlətin funksiyala-rının yerinə 
yetirilməsinin gücləndirilməsi, əhalinin təhlükəsiz-liyinin qorunması; 
* beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional 
təhlükəsizlik və sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdüyü 
beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş  əməkdaşlığın inkişaf 
etdirilməsi; 
* bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının 
təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olunması  məqsədilə daxili 
və xarici sərmayələr üçün əlverişli şəraitin yaradılması; 
390 
 
* təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, davamlı iqtisadi 
inkişaf,  ətraf mühitin qorunması, tədris, elmi və texnoloji potensialın 
artırılması yolu ilə Azərbaycan xalqının gələcək inkişafının,  əhalinin 
layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi; 
* dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə  əsaslanan milli 
özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi; 
* Azərbaycan xalqının mədəni-tarixi irsinin və  mənəvi dəyərlərinin 
qorunması, eləcə  də ümumbəşəri dəyərlərlə  zənginləşdirilməsi, dilinin, 
özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual 
potensialının inkişaf etdirilməsi. 
 
3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər 
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində 
əsas vəzifələrdən biri onun milli təhlükəsizliyinə  təhdidlərin aradan 
qaldırılması və ya nəzarətdə saxlanılmasıdır. 
 
Azərbaycan Respublikasının milli təhlükəsizliyinə 
təhdidlər 
aşağıdakılardır: 
3.1. Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi 
bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər 
 
Beynəlxalq hüquqa uyğun olaraq hər bir dövlətin onun müstəqilliyi, 
suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə yönəlmiş 
açıq və gizli fəaliyyətdən özünü qorumaq hüququ vardır. Azərbaycan 
Respublikasının suverenliyi və  ərazi bütövlüyünə qarşı Ermənistanın 
təcavüzkar siyasəti bu cür fəaliyyətin bariz nümunəsidir. 
 
Ölkənin sürətlə inkişaf edən iqtisadiyyatında aparılan islahatlara və 
əldə edilən mühüm nailiyyətlərə baxmayaraq, Ermənistanın Azərbaycan 
Respublikasına qarşı təcavüzü ciddi siyasi və sosial çətinliklər yaradır. 
Bu problem Azərbaycan Respublikasının milli maraqlarına qarşı  ən 
ciddi təhdiddir və regiondan kənara da öz təsirini göstərməkdədir. 
 
Münaqişənin tənzimlənməsinin nəticələrindən asılı olmayaraq, 
monoetnik dövlətçilik, etnik təmizləmə  və  ərazi ekspansionizminin 
Ermənistanın dövlət siyasətinin tərkib hissəsi kimi qalmasının iki ölkə 
arasında münasibətlərə  gələcəkdə  də  mənfi təsir göstərəcəyi 
qaçılmazdır.Bundan  əlavə, bir sıra ekstremist ünsürlərin Azərbaycan 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə