Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə91/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   100

373 
 
Ölkələr üçün Konfransını alqışlayırıq və onun uğurla həyata 
keçməsi üçün qüvvələrimizi mümkün qədər səfərbər 
edəcəyik. Biz sənaye ölkələrini aşağıda göstərilənləri həyata 
keçirməyə çağırırıq:  
 
o
 
Əsasən həmin Konfransın keçirildiyi müddət 
ərzində  ən zəif inkişaf etmiş ölkələrdən edilən bütün əsas 
ixracın qeyri-məhdud səviyyədə  və rüsum-xərcləri 
alınmadan əldə olunması üzrə müvafiq qayda qəbul etmək;  
o
 
Məsələni ləngitmədən həddən artıq borc altında 
olan ölkələri borclardan azad etmək üzrə müvafiq 
proqramları icra etmək və  həmin ölkələrin yoxsulluğu 
aradan qaldırma üzrə göstərdikləri cəhdlərin əvəzinə onların 
bütün rəsmi ikitərəfli borclarını ləğv etmək; və  
o
 
Xüsusilə öz resurslarını həqiqətən yoxsulluğun ara-
dan qaldırılması  işinə  sərf etməyə çalışan ölkələrə daha 
geniş inkişaf yönümlü yardım göstərmək.  
 
16.
 
Eyni zamanda biz, az və ya orta gəlirlə inkişaf 
etməkdə olan ölkələrin borclarını uzun müddət ərzində idarə 
edə bilmələri üçün tərtib olunmuş müxtəlif milli və 
beynəlxalq tədbirlər vasitəsilə borc problemləri ilə daha 
ətraflı və səmərəli şəkildə məşğul olmağı qərarlaşdırırıq.  
17.
 
Biz həmçinin, Barbados İcra Proqramını  və Baş 
assambleyanın 22-ci xüsusi sessiyasının nəticələrini təcili və 
tam surətdə  həyata keçirməklə inkişaf etməkdə olan kiçik 
ada Dövlətlərinin xüsusi ehtiyaclarını ödəməyi qət edirik. 
Biz beynəlxalq ictimaiyyəti təhrik edirik ki, aztəminatlı 
təbəqələrin inkişafında inkişaf etməkdə olan kiçik ada 
Dövlətlərinin ehtiyaclarını  nəzərə almağa təminat 
yaratsınlar.  
18.
 
Biz dənizə  çıxışı olmayan inkişaf etməkdə olan 
ölkələrin xüsusi ehtiyaclarını və problemlərini başa düşür və 
həm ikitərəfli, həm də çoxtərəfli donorları  həmin ölkələrin 
xüsusi inkişaf ehtiyaclarını ödəmək və onların tranzit 
374 
 
nəqliyyat sistemlərini təkmilləşdirməklə çoğrafi çətinlikləri 
aradan qaldırmalarına kömək etmək məqsədilə bu qrup 
ölkələrə göstərilən maliyyə  və texniki yardımı artırmağa 
çağırırıq.  
19.
 
Bundan əlavə biz aşağıdakıları qət edirik:  
 
o
 
2015-ci ilədək gündəlik gəliri bir dollardan aşağı 
olan və aclıqdan  əzab çəkən insan təbəqələrinin sayını 
yarıyadək azaltmaq, və  həmin vaxta qədər təmiz içməli su 
əldə edə bilməyən və ya onun üçün pul ödəmək imkanı 
olmayan insan təbəqələrinin sayını yarıbayarı azaltmaq.  
o
 
Həmin vaxta qədər dünyanın hər bir yerində yaşayan 
uşaqların, oğlan və  qızların ibtidai təhsili bitirmələrinə  və 
onların sonradan bütün növ təhsil imkanlarından istifadə 
etmələrinə təminat yaratmaq.  
o
 
Həmin vaxta qədər (3 rüb ərzində) ana ölümü 
hallarının sayını və beş yaşınadək uşaqların ölüm hallarının 
mövcud dərəcəsini 2/3 dəfə azaltmaq.  
o
 
Həmin vaxta qədər bəşəriyyətə  ağır zərbə vuran 
HİV/AIDS-in, malyariyanın və digər irimiqyaslı 
xəstəliklərin yayılmasını dayandırmaq və müalicəsinə 
çalışmaq.  
o
 
HİV/AIDS-lə yoluxmuş  uşaqlara xüsusi yardım 
göstərmək  
o
 
2020-ci ilədək xarabalıqlarda yaşayan  ən azı 100 
milyon  əhalinin həyat  şəraitinin yaxşılaşdırılması üçün 
"Xarabalıqlarsız  Şəhərlər" adlı  təşəbbüsdə  təklif olunmuş 
vacib nailiyyətləri əldə etmək.  
 
20.
 
Biz həmçinin aşağıdakıları qərarlaşdırırıq:  
 
o
 
Yoxsulluğa, aclığa və  xəstəliklərə qarşı mübarizə 
aparmanın və  həqiqətən davamlı olan inkişafa təkan 
vermənin səmərəli yolları kimi gender bərabərliyi və 
qadınlara səlahiyyət verilməsini təkmilləşdirmək.  


375 
 
o
 
Dünyanın hər bir yerində yaşayan gənclərin layiqli 
və  məhsuldar iş tapmalarına imkan yarada bilən 
strategiyaları tərtib və icra etmək.  
o
 
İnkişaf etməkdə olan ölkələrdə  əsas dərman prepa-
ratlarına ehtiyacı olan insanların onları asanlıqla əldə etmə-
lərinə imkan yaratmaq məqsədilə farmaseptik sənayeni güc-
ləndirmək.  
o
 
İnkişaf və yoxsulluğun aradan qaldırılması 
sahələrində özəl sektor və vətəndaş cəmiyyəti təşkilatları ilə 
güclü müttəfiqlik yaratmaq.  
o
 
ECOSOC-un 2000-ci ildə nazirlər səviyyəsində ke-
çirilmiş sessiyasında qəbul olunmuş  Bəyannamədə 
göstərilən məsləhətlərə müvafiq olaraq hər bir kəsin yeni 
texnologiyaların, o cümlədən informasiya və rabitə texnolo-
giyalarının mənfəətindən bəhrələn-mələrinə 
təminat 
yaratmaq.  
 
Ümumi Ətraf Mühitimizin Mühafizəsi 
 
21.
 
Biz bütün bəşəriyyəti, hər şeydən əvvəl isə, uşaq-
larımızı  və  nəvələrimizi, insan əməlləri ilə  hədsiz  şəkildə 
korlanmış planetdə yaşamaq təhlükəsindən azad etmək və 
vəsaitləri ehtiyaclarını ödəməyən insanlara yardım etmək 
üçün əlimizdən gələni etməliyik.  
22.
 
Biz davamlı inkişaf prinsiplərini, o cümlədən 
Birləşmiş Millətlərin Ekologiya və  İnkişaf üzrə 
Konfransında razılaşdırılmış 21-ci Gündəlikdə irəli sürülən 
prinsipləri dəstəklədiyimizi bir daha təsdiq edirik.  
23.
 
Buna görə  də biz bütün ekoloci fəaliyyətimiz 
daxilində yeni etik müdafiə və nəzarət variantı qəbul edir və 
ilkin addım kimi aşağıdakıları qət edirik:  
 
o
 
Kioto Protokolunun Birləşmiş Millətlərin Ekologiya 
və  İnkişaf üzrə 2002-ci ildə keçiriləcək Konfransının 
onuncu ildönümünə qədər qüvvəyə minməsini təmin etmək 
376 
 
və istixana qazlarının tələb edilən səviyyədə azaldılmasına 
başlamaq yönümündə bütün cəhdləri səfərbər etmək.  
o
 
Bütün növ meşələrin idarə olunması, nəzarəti və 
inkişafı üçün bütün cəhdlərimizi intensivləşdirmək  
o
 
Bioloci Müxtəliflik Konvensiyasının və Ciddi Qu-
raqlığa və ya Səhralaşmaya düçar olmuş Ölkələrdə, xüsusilə 
də Afrikada Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının 
icra olunması üçün müvafiq təzyiq göstərmək.  
o
 
İnsanlara həm sulardan, həm də müvafiq ləvazimat-
lardan lazımi qədər istifadə imkanı verən, suların regional, 
milli və yerli səviyyələrdə idarə olunması strategiyaları 
vasitəsilə sulardan qeyri-davamlı istifadəni dayandırmaq.  
o
 
Təbii və insanların törətdiyi fəlakətlərin sayının və 
tə-sirinin azaldılması üçün əməkdaşlığı gücləndirmək.  
o
 
Müxtəlif nəsillərin informasiya mənbələrindən 
lazımi qədər istifadələrinə təminat yaratmaq  
 
V. İnsan Hüquqları, Demokratiya və Səmərəli 
İdarəetmə 
 
24.
 
Biz, demokratiyanı inkişaf etdirmək, qanunun 
aliliyini gücləndirmək, həmçinin, beynləxalq səviyyədə 
tanınmış insan hüquqlarına və fundamental azadlıqlara, o 
cümlədən inkişaf hüquqlarına hörmət etmək yolunda 
əlimizdən gələni əsirgəməyəcəyik.  
25.
 
Bu məqsədlə də biz aşağıdakıları qət edirik:  
 
o
 
İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinə 
tam hörmətlə yanaşmaq və ona sadiq qalmaq.  
o
 
Bütün üzv ölkələrdə hamının sivil, siyasi, iqtisadi, 
sosial və mədəni hüquqlarının tam müdafiəsi və gücləndiril-
məsi uğrunda mübarizə aparmaq.  
o
 
Demokratiyanın prrinsiplərini və təcrübələrini həya-
ta keçirmək üçün bütün üzv ölkələrimizin potensial 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə