Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə89/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   100

365 
 
VIII ƏLAVƏ 
 
BMT-nin Minillik Bəyannaməsi
  
 
ÖN SÖZ 
 
Birləşmiş Millətlərin Minillik Bəyannaməsi yeni əsr 
üçün tarixi sənəddir. 2000-ci il sentyabr ayının 6-dan 8-dək 
Nyu Yorkda keçirilən Minillik Sammitində  qəbul olunmuş 
bu sənəd dünya rəhbərlərinin ən böyük yığıncağında iştirak 
edən 147 Dövlət və Hökumət başçılarının, ümumilikdə isə 
191 millətin maraqlarını təmsil edir.  
Bu Bəyannamə uzun aylar boyu davam edən söhbət-
lərdən sonra, insanlarının səsinin eşidilməsinə imkan 
yaradan regional müzakirələr və Minillik Forumu nəzərə 
almaqla ərsəyə gətirilib. Mənim Minillik Hesabatımda təklif 
etdiyim bir çox tapşırıq və  vəzifələrin bu Bəyannaməyə 
daxil edilməsini görmək mənim üçün çox xoşdur.  
Sammitin keçirilməsini təklif etməkdə mənim istəyim 
Minilliyin simvolik qüvvəsini dünyanın hər yerində yaşayan 
insanların  əsl ehtiyaclarını ödəmək işinə yönəltməkdən 
ibarət olub. Dünya rəhbərlərinə qulaq asarkən və onların 
qəbul etdikləri Bəyannaməni oxuyarkən mən 
qarşılaşdığımız problemlər və bu problemlərin həlli yolunda 
təcili addımlar atılmasına çağırış barədə onların 
fikirlərindəki nəzərə çarpacaq dərəcədə oxşarlıqdan çox 
təsirləndim.  
Rəhbərlər hədsiz yoxsulluq içərisində yaşayan insan 
təbəqəsinin sayının yarıyadək azaldılması, hamının təmiz su 
və ilkin təhsillə təmin edilməsi, HIV/AIDS-in yayılmasının 
qarşısının alınması  və digər inkişaf yönümlü nailiyyətlərin 
əldə olunması üçün xüsusi vəzifələr müəyyən ediblər. Onlar 
Birləşmiş Millətləri sülh əməliyyatlarını gücəndirilməyə 
çağırırlar ki, aztəminatlı insan təbəqələri ehtiyac duyduqları 
366 
 
anlarda bizlərə arxalana bilsinlər. Onlar eyni zamanda bizi 
ədalətsizliyə  və qeyri-bərabərliyə, terrora və cinayətlərə 
qarşı mübarizə aparmağa və ümumi irsimizi, bəşəriyyəti 
gələcək nəsillərin xatirinə qorumağa çağırırlar.  
Bəyannamədə dünya rəhbərləri bu Təşkilatı yeni əsrə 
uyğunlaşdırmaq üçün aydın istiqamətlər göstəriblər. Onlar 
haqlı olaraq Birləşmiş Millətlərin səmərəliliyi ilə çox 
maraqlanırlar. Onlar işlərin icra olunduğunu və ən əsası isə 
bu işlərin nəticələrini görmək istəyirlər. Öz tərəfimdən onu 
deyə bilərəm ki, mən və  mənim bütün işçi heyətim bütün 
cəhdlərini bu tapşırıqların həll olunmasına həsr edəcəyik. 
Ancaq eyni zamanda onu da qeyd etmək lazımdır ki, elə 
həmin dünya rəhbərlərinin özləri Birləşmiş Millətləri təşkil 
edirlər. Qarşıya qoyduqları  məqsədlərin  əldə olunması 
onların qüvvəsindən asılıdır və buna görə də elə onlar özləri 
bu nailiyyətlər üçün cavabdehdirlər. Mən həmin rəhbərlərə, 
onların seçicilərinə, bütün dünya xalqlarına deyirəm: 
Birləşmiş Millətlərin hər hansı bir problemə sinə  gərib-
gərmədiyini yalnız siz müəyyən edə bilərsiniz.  
 
 
Kofi  Annan  
 
Birləşmiş Millətlər Təşkilatının Baş katibi  
 
 
 
 


367 
 
Baş Assambleya aşağıdakı Bəyannaməni qəbul edir: 
 
Birləşmiş Millətlərin Minillik Bəyannaməsi 
 
I. Dəyər və Prinsiplər 
 
1.
 
Biz, Dövlət və Hökumət başçıları 6-8 sentyabr 
2000-ci il tarixində, yeni minilliyin astanasında Birləşmiş 
Millətlərin Nyu Yorkda yerləşən Baş  Qərargahında 
tolaşmışıq ki, daha sülhsevər, çiçəkli və  ədalətli bir 
dünyanın vacib prinsipləri kimi bu Təşkilata və onun 
Nizamnaməsinə qarşı sədaqətimizi bir daha təsdiq edək.  
2.
 
Biz bilirik ki, hər birimizin öz cəmiyyətlərimiz 
üzrə daşıdığımız ayrı-ayrı öhdəliklərdən  əlavə, biz qlobal 
səviyyədə insan şəxsiyyəti, bərabərlik və obyektivlik kimi 
məsələlər üzrə ümumi cavabdehlik daşıyırıq. Rəhbər 
olmaqla biz eyni zamanda bütün dünya xalqları, xüsusilə də 
daha aztəminatlı  təbəqə  və daha dəqiq desək, gələcəyin 
sahibi olmalı olan dünya uşaqları qarşısında daha böyük 
cavabdehlik daşıyırıq.  
3.
 
Biz daimi və  bəşəri olaraq yaratdığımız Birləşmiş 
Millətlərin Nizamnaməsində irəli sürülən prinsip və məqsə-
dlərə sadiq qaldığımızı  təsdiq edirik. Əslində, dünya 
millətləri və xalqları bir birindən daha çox asılı və bir birləri 
ilə daha çox əlaqəli hala gəldikləri üçün yuxarıda göstərilən 
amillərin müvafiqliyi və ilham yaratma gücü daha da artıb.  
4.
 
Nizamnamədə göstərilən məqsədlər və  vəzifələrə 
əsasən biz bütün dünyada uzun-müddətli və ədalətli bir sülh 
şəraiti bərqərar etməliyik. Biz Dövlətlərin suveren 
bərabərliyini müdafiə etmək, onların  ərazi bütövlüyünə  və 
siyasi müstəqilliyinə hörmət etmək, münaqişələri sülh yolu 
ilə ədalət prinsipləri və beynəlxalq hüquqa müvafiq olaraq, 
həll etmək koloniya və xarici işğal  əsarətində qalan 
xalqların öz müqəddəratını  təyin etmə hüquqlarını, 
368 
 
dövlətlərin daxili işlərinə qarışmamaq insan hüquqları  və 
fundamental azadlığa hörmət, irqindən, cinsindən, dilindən 
və dinindən asılı olmayaraq hər kəsin bərabər hüquqlarına 
hörmət, iqtisadi, sosial, mədəni və humanitar xarakterli 
beynəlxalq məsələlərin həllində beynəlxalq  əməkdaşlıq 
kimi amilləri dəstəkləməkdə 
əlimizdən gələni 
əsirgəməməliyik.  
5.
 
Biz inanırıq ki, bu gün qarşımızda duran əsas 
vəzifə qloballaşmanın bütün dünya insanlarının həyatında 
müsbət bir qüvvəyə çevrilməsini təmin etməkdən ibarətdir. 
Çünki qloballaşma insanlara böyük imkanlar təklif etdiyi 
halda, hal-hazırda onun mənfəəti və  dəyərləri insanlar 
arasında bərabər  şəkildə bölüşdürülmür. Biz başa düşürük 
ki, inkişaf etməkdə olan və ya keçid dövrü iqtisadiyyatına 
malik olan ölkələr bu ümumi problemə sinə  gərməkdə 
böyük çətinliklərlə üzləşirlər. Ona görə də, yalnız geniş və 
davamlı cəhdlər hesabına bizim ümumi bəşəriyyət və onun 
bütün müxtəliflikləri  əsasında hamı arasında bərabər 
bölüşdürülmüş bir gələcək yaratmaqla qloballaşmanı hamı 
üçün tam ədalətli və obyektiv şəklə  gətirmək olar. Bu 
cəhdlərə qlobal səviyyədə  qəbul olunmuş, inkişaf etməkdə 
olan ölkələr və ya keçid dövrü yaşayan iqtisadiyyatların 
ehtiyaclarına cavab verən qayda-qanunlar və ölçülər daxil 
olmalı  və  həmin ölkələrin səmərəli iştirakı sayəsində 
formalaşdırılaraq icra olunmalıdır.  
6.
 
Biz müəyyən fundamental dəyərlərin iyirmi birinci 
əsrdə beynəlxalq münasibətlər sahəsində  əsas xarakter 
daşıyacağını nəzərə alırıq. Bunlar aşağıdakılardır:  
 
o
 
Azadlıq. Kişilər və qadınlar layiqli həyat tərzi keçir-
mək və öz uşaqlarını da bu tərzdə, aclıqdan və zorakılıq 
qorxusundan, təzyiqdən və ya ədalətsizlikdən uzaq 
böyütmək hüququna malikdirlər. Xalqların iradəsinə 
əsaslanan demokratik və  iştirak xarakterli hakimiyyət bu 
hüquqların ən yaxşı təminatçısıdır.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə