Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə86/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   100

351 
 
V ƏLAVƏ 
 
PRAKTİK MƏŞĞƏLƏLƏR ÜÇÜN  
İŞGÜZAR OYUNLAR  
Tədris prosesində  işgüzar oyunların tətbiq edilməsi 
təqdirəlayiq haldır. Bu oyunlar peşəyə yiyələnmənin praktik 
tapşırıqlarının səmərəli şəkildə həllinə şətait yaradır, fənnin 
tədrisi sisteminin bütün elementlərinə təsir göstərir. 
Dərs zamanı  işgüzar oyunları  təşkil edərkən 
aşağıdakı əsas məqamlara ciddi diqqət yetirilməlidir:  
1.
 
Jurnalist əsəri mətn növü kimi. 
2.
 
Jurnalist mətni xüsusi növ yaradıcılığın nəticəsi 
kimi. 
3.
 
Cəmiyyətin sosial-iqtisadi və ictimai-siyasi 
həyatı və jurnalistin səriştəliliyi. 
4.
 
Oxucu və tamaşaçıya təsir prosesi və jurnalistin 
sosial mövqeyi. 
5.
 
Jurnalistikada gerçəkliyin operativ əks 
etdirilməsi. 
6.
 
Jurnalist yaradıcılığı və mədəniyyəti. 
7.
 
Jurnalist yaradıcılığının qanunauyğunluğu. 
8.
 
Jurnalistin hüquq və  etikası.  
MƏQALƏ 
 
İştirak edirlər: 
Müxbir – tələbə. 
Şöbənin redaktoru – tələbə. 
Məsul katib – tələbə. 
Baş redaktor – tələbə. 
 
Birinci hərəkət.  Tələbə evdə yazdığı 
materialı dərsə gətirir. 
352 
 
Tələbəyə verilən tapşırıq: təqdim etdiyiniz 
materialın məqalə olduğunu sübut edin. Redaksiyanı 
inandırın ki, məqaləniz aktual problemə həsr olunub 
və kompozisiyası düzdür. Məqalənizdəki faktların, 
məntiqi və emosional vasitələrin, tezis, antitezis, 
induksiya və deduksiyanın,  əsaslandırma sisteminin 
necə “işləməsini” göstərin. 
 
İkinci hərəkət.  Şöbənin redaktoru materialı 
redaktə edir. Şöbə redaktoru rolunu oynayan 
tələbəyə aşağıdakı tapşırıqlar verilir: 
1.
 
Materialın peşəkarlıq səviyyəsini qiymətləndirin. 
O, məqalə janrına uyğundurmu? 
2.
 
Məqalənin müəllifinin problemin, kritik 
situasiyanın və ya müsbət təcrübənin təhlili 
sayəsində  əldə etdiyi nəticələr inandırıcıdırmı? 
Onun tövsiyələri əsaslandırılıbmı? 
3.
 
Materialın rubrikasını müəyyən edin. Başlığı 
qiymətləndirin. 
4.
 
Materiala lazımi düzəlişləri edin və yaxud onu 
yenidən işləyib başa çatdırmaq üçün müəllifə 
qaytarın. 
Üçüncü hərəkət.  Material katibliyə  təhvil 
verilmişdir. Məsul katib rolunu oynayan tələbəyə 
tapşırıq verilir: 
1.
 
Təqdim olunan material barədə qərar qəbul edin. 
2.
 
Materialda nəyin çatmadığını, nəyinsə artıq 
olduğunu müəyyən edin. 
3.
 
Rubrika və başlıqla razısınızmı? 
4.
 
Lazımi düzəlişləri edin və ya da onu şöbəyə 
qaytarın. 
Dördüncü hərəkət. Baş redaktor qərar qəbul 
edir. Baş redaktor rolunu oynayan tələbəyə tapşırıq 
verilir: 
1.
 
Materialı qiymətləndirin. 


353 
 
2.
 
Tənqidin və yaxud müsbət təcrübənin ünvanının 
dəqiq verilib-verimədiyini müəyyən edin. 
3.
 
Oxucunun bu materiala mümkün reaksiyasını 
müəyyən etməyə çalışın. 
4.
 
Redaktor düzəlişlərini edin və ya da materialı 
katibliyə qaytarın. 
Beşinci hərəkət.  Material artıq çap 
olunmuşdur  (şərti). Redaksiyanın  əməkdaşları 
rolunu oynayan tələbələrə tapşırıq verilir: - 
Materialın üstün və çatışmayan cəhətlərini 
qiymətləndirin.  
Altıncı  hərəkət.  Naşirin adından çıxış edən  
müəllim materialı qiymətləndirir,  onun 
səmərəliliyinin səviyyəsini müəyyən edir, işgüzar 
oyunu yekunlaşdırır. 
 
OÇERK  
İştirak edirlər: 
Oçerkin müəllifi – tələbə. 
Şöbənin redaktoru – tələbə. 
Məsul katib – tələbə. 
Baş redaktor – tələbə. 
 
Birinci hərəkət.  Tələbə evdə yazdığı 
materialı  dərsə  gətirir. Tələbəyə verilən tapşırıq: 
təqdim etdiyiniz materialın oçerk olduğunu sübut 
edin. Redaksiyanın  əməkdaşlarını inandırın ki, 
problem və mövzunuzun qəhrəmanı ilə bağlı 
seçiminiz düzgündür.  Oçerkin növünün və süjetinin 
seçimini  əsaslandırın. Haqqında yazdığınız insanın 
şəxsi keyfiyyətlərini açıb göstərən münaqişə sizin 
tərəfinizdən uğurlamı təsvir olunur? 
 
354 
 
İkinci hərəkət.  Şöbənin redaktoru materialı 
redaktə edir. Şöbə redaktoru rolunu oynayan 
tələbəyə aşağıdakı tapşırıqlar verilir: 
1.
 
Materialın peşəkarlıq səviyyəsini 
qiymətləndirin. O, oçerk janrına uyğundurmu? 
2.
 
Müəllifin materialda oçerkin qəhrəmanının 
şəxsi keyfiyyətlərini, onun xarakterini, 
hərəkətlərini  açıb göstərməsi və  əldə etdiyi 
nəticələr inandırıcıdırmı? 
3.
 
Başlıqları qiymətləndirin. 
4.
 
Materiala lazımi düzəlişləri edin və yaxud onu 
yenidən işləyib başa çatdırmaq üçün müəllifə 
qaytarın. 
Üçüncü hərəkət.  Material katibliyə  təhvil 
verilmişdir. Məsul katib rolunu oynayan tələbəyə 
tapşırıq verilir: 
1.
 
Təqdim olunan material barədə qərar qəbul edin. 
2.
 
Materialda nəyin çatmadığını, nəyinsə artıq 
olduğunu müəyyən edin. 
3.
 
Başlıqlarla razısınızmı? 
4.
 
Lazımi düzəlişləri edin və ya da materialı şöbəyə 
qaytarın. 
Dördüncü hərəkət. Baş redaktor qərar qəbul 
edir. Baş redaktor rolunu oynayan tələbəyə tapşırıq 
verilir: 
1.
 
Materialı qiymətləndirin. 
2.
 
Oxucunun bu materiala mümkün reaksiyasını 
müəyyən etməyə çalışın. 
3.
 
Redaktor düzəlişlərini edin və ya da materialı 
katibliyə qaytarın.    
Beşinci hərəkət.  Material artıq çap 
olunmuşdur  (şərti). Redaksiyanın  əməkdaşları 
rolunu oynayan tələbələrə tapşırıq verilir: - 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə