Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə93/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   100

381 
 
vəzifələrin həyata keçirilməsinə güclü dəstək verəcəyimizə 
və onlara nail olmaq üçün əlimizdən gələni 
əsirgəməyəcəyimizə söz veririk.  
 
A/RES/55/2 saylı Qətnamə 
8 sentyabr 2000-ci il 
 
 
 
 
 
 
 
 
 
 
382 
 
IX ƏLAVƏ  
 
BMT Baş katibinin 
 
Narkotiklərdən sui-isstifadə və onların qanunsuz 
dövriyyəsinə qarşı mübarizə günü münasibəti ilə  
 
MÜRACİƏTİ 
 
(26 iyun 2008-ci il) 
 
On il bundan öncə dünyada narkotiklərlə bağlı 
problemin ciddiliyini nəzərə alaraq Birləşmiş Millətlər 
Təşkilatının Üzv dövlətləri narkotiklərin təchizatı  və ona 
olan tələbatı azaltmaq üçün güclü fəaliyyət planlarını 
öhdəliklərinə götürdülər.  
Bu gün narkotiklər insanların həyatlarını məhv edir, 
cinayətlərə  səbəb olur və davamlı inkişafı  təhlükə altına 
qoyur. Bunula yanaşı bu gün bizim narkotiklərdən sui-
istifadə  və onun qanunsuz dövriyyəsinin necə qarşısının 
alınması barədə daha yaxşı anlayışımız var. Siyasətçilər 
narkotiklərdən asılılıq və narkotiklərdən istifadəyə meyllik 
barədə mövcud faktlara diqqət yönəldə bilərlər. Beynəlxalq 
əməkdaşlıq və texniki yardım hüquq mühafizə orqanlarının 
imkanlarını daha da artırır. Getdikcə artan inkişafa yardım, 
yoxsulluğun və fermerlərə davamlı alternativlər təklif 
etməklə qeyri qanuni məhsulların satışının azaldılmasına 
kömək edir. Profilaktik və müalicə tədbirlərinə geniş diqqət 
yetirməklə sağlamlığı narkotiklərə  nəzarət strategiyasının 
mərkəzinə qoyur və  HİV/AİDS-in yayılmasının qarşısını 
alır. Eyni zamanda,  ictimaiyyət və dövlətlər narkotiklərə 
nəzarətin hamının iştirakının vacib olduğu ümumi öhdəlik 
olması barədə razılığa gəlirlər.  
 


383 
 
Bizim narkotiklərə meylliyi azaltmaq üçün görəcək 
çox işlərimiz var. Zəif  ədliyyə sistemi və  məhdud hüquq 
mühafizə imkanları olan dövlətlər cinayət, korrupsiya və 
qeyri stabilliyə  səbəb olan və Minilliyin İnkişaf 
Məqsədlərinin uğurlu həyata keçirilməsini təhlükə altına 
qoyan narkotiklərin qanunsuz dövriyyəsinin azaldılması 
üçün yardıma ehtiyac dururlar.  
İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 
60 –cı ildönümünü qeyd edərkən, mən bütün Üzv ölkələrə 
narkotik asılılığı olan və ya narkotiklə bağlı cinayətlərə görə 
həbsdə olan məhbusların hüquqlarına, xüsusilə də yaşamaq 
və ədalətli məhkəmə araşdırması hüquqlarına tam hörmətlə 
yanaşmaq məsuliyyətlərini xatırladıram. Həmçinin mən Üzv 
ölkələri narkotik asılılığı ilə mübarizə edən insanlara tibbi 
və sosial xidmətlərdən istifadə etmək imkanını tam bərabər 
şəkildə  təmin etmələrinə çağırıram. Heç kim narkotik 
asılılığına görə  nə rüsvay nə də diskriminasiya olunmalıdır.  
Son on il ərzində edilən birgə səylər nəticəsində biz 
bütün dünyada narkotik probleminin anlanmasını  və 
narkotiklərin şəxslərə, onların sevdiyi insanlara, icmalara və 
dövlətlərə olan  dağıdıcı  təsirinin azaldılması  və bu 
məsələnin həlli yolunda öz bacarığımızı gücləndirmişik. Bu 
Beynəlxalq Narkotikdən Qanunsuz İstifadəyə Qarşı 
Mübarizə Günü, gəlin birləşərək narkotiklərin dağıdıcı 
təsirini azaldaq və onun qarşısını alaq və bununla daha 
sağlam və təhlükəsiz dünya quraq.   
 
 
 
 
384 
 
X ƏLAVƏ 
 
TƏKLİF OLUNAN BEYNƏLXALQ SƏNƏDLƏRİN 
SİYAHISI 
 
1.
 
İnsan hüquqları haqqında Ümumi Bəyannamə. 
İstənilən nəşri. 
2.
 
İqtisadi, sosial və  mədəni hüquqlar haqqında 
Beynəlxalq Pakt . İstənilən nəşri. 
3.
 
İnsan hüquqları haqqında Amerika Konvensiyası. 
İstənilən nəşri. 
4.
 
İnsan hüquqlarının və  əsas azadlıqlarının 
müdafiəsi haqqında Avropa Konvensiyası. İstənilən nəşri. 
5.
 
Kütləvi informasiya vasitələri və insan hüquqları 
haqqında Bəyannamə. Avropa Şurasının Konsultativ As-
sambleyası tərəfindən 23.01.1970-ci ildə qəbul olunmuşdur. 
6.
 
Avropa  İttifaqı üzv-dövlətlərinin hökumət 
nümayən-dələri konfransının Bəyannaməsi. Maastrixt, 
17.02.1992-ci il. “İnformasiya əldə etmək hüququ haqqında 
Bəyannamə”.  
7.
 
“Parlamentlərarası Assambleya üzv-dövlətlərində 
informasiya münasibətlərinin tənzimlənməsi prinsipləri haq-
qında” tövsiyə edilən qanunvericilik aktı. Müstəqil Dövlət-
lər Birliyi iştirakçı-dövlətlərin Parlamentlərarası Assamb-
leyasının Qərarı ilə  qəbul olunmuşdur, 23.05.1993-cü il, 
Sankt-Peterburq. 
8.
 
“İnformasiya sahəsində yeni beynəlxalq nizam”ın 
yaradılması münasibəti ilə bağlı Talluar Bəyannaməsi. 
17.05.1981-ci ildə Talluarda (Fransa) dünyanın 20 
ölkəsindən olan müstəqil informasiya strukturlarının 
rəhbərləri tərəfindən qəbul olunmuşdur. 
9.
 
İohannesburq prinsipləri. “Milli təhlükəsizlik, 
özünüifadə azadlığı və informasiyanın əldə edilməsi”. 1995-
ci il oktyabrın 1-də qəbul olunmuşdur. 


385 
 
10.
 
İnformasiya azadlığı haqqında ABŞ Federal 
Qanunu. (The Federal Freedom of Information Act
20.06.66). 
11.
 
İnsanın  şəxsi həyatının müdafiəsi haqqında ABŞ 
Federal Qanunu. (The Federal Privacy Act). 
12.
 
“İctimai rəy sorğusunun bəzi növlərinin nəşri və 
yayılması haqqında” Fransa Respublikasının Qanunu. № 
77-808, 19.07.1977-ci il. 
13.
 
“İdarəetmə orqanları  və ictimaiyyət arasında 
münasibətlərin yaxşılaşmasına yönəldilmiş  tədbirlər və 
inzibati, sosial və maliyyə  vəziyyətləri haqqında” Fransa 
Respublikasının Qanunu. № 78-753, 17.07.1978-ci il (№ 
79-987, 11.07.1979-cu il tarixli Qanunla edilmiş 
dəyişikliklər nəzərə alınmaqla).  
14.
 
“Siyasi həyatın maliyyə  aşkarlığı haqqında” 
Fransa Respublikasının Qanunu. № 88-227, 11.03.1988-ci 
il. 
15.
 
Hamburqun azad Hanzey şəhərinin mətbuatı 
haqqında Qanun. 29.01.1965-ci il (1980-ci il və 1985-ci il 
dəyişiklikləri nəzərə alınmaqla). 
16.
 
Şimali-Reyn Vestfaliya torpağının mətbuatı 
haqqında Qanun, Maddə 4 – “İnformasiya hüququ”. 
17.
 
Bavariya torpağının mətbuatı haqqında Qanun. 
18.
 
İsveç. Mətbuat azadlığı haqqında Akt. 
07.02.1974-cü ildə Riksdaqın qəbul etdiyi redaksiyada, 
1983-cü ildə edilmiş dəyişikliklər və əlavələrlə). 
  
 
 
386 
 
XI ƏLAVƏ 
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik 
Konsepsiyası 
 
(Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 may 
tarixli sərəncamı ilə təsdiq edilmişdir) 
 
Mündəricat 
 
Giriş 
1. Təhlükəsizlik mühiti 
2. Azərbaycan Respublikasının milli maraqları 
3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər 
3.1. Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi 
bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər 
3.2. Qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması  və 
insan hüquq və  əsas azadlıqlarının müdafiəsi sahəsində dövlət 
funksiyalarını yerinə yetirməyə qarşı fəaliyyət 
3.3. Separatçılıq, etnik, siyasi və dini ekstremizm 
3.4. Terrorçuluq və kütləvi qırğın silahlarının yayılması 
3.5. Regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq 
3.6. Azərbaycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət 
3.7. Xarici siyasi, hərbi və ya iqtisadi asılılıq 
3.8. İqtisadi qeyri-sabitlik 
3.9. Peşəkar insan ehtiyatlarının çatışmazlığı 
3.10. Regional hərbiləşdirmə 
3.11. Ekoloji problemlər 
4. Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin  əsas 
istiqamətləri 
4.1.Təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi 
4.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması 
4.1.2. Avropa və Avratlantik strukturlara inteqrasiya 
4.1.3. Beynəlxalq təhlükəsizliyə töhfə 
4.1.4. Beynəlxalq təşkilatlarla əməkdaşlıq 
4.1.5. Regional əməkdaşlıq və ikitərəfli münasibətlər 
4.1.5.1. Region ölkələri ilə əməkdaşlıq 
4.1.5.2. Qeyri-region ölkələri ilə əməkdaşlıq 
4.2. Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi 
4.3. Təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə