Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə99/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   100

407 
 
Elm, təhsil, mədəniyyət və  mənəviyyatın qorunması siyasəti 
Azərbaycan xalqının mədəni irsinin, maddi və  mənəvi dəyərlərinin 
mühafizəsinə, onun mədəni tələbatlarının ödənilməsi vasitələrinin və 
elmi-texniki potensialının daxili və xarici təhdidlərdən qorunmasına, 
mütərəqqi daxili və beynəlxalq inkişafdan bəhrələnməsinə yönəlmişdir. 
Azərbaycan Respublikası ümumdünya mədəniyyətinin qloballaşması 
meyillərindən kənarda qalmamaq şərti ilə, milli mədəniyyətin 
özünəməxsusluğunu qoruyur və eyni zamanda, dünyanın mədəni 
nailiyyətlərindən milli mədəniyyətin tərəqqisində istifadə üçün imkanlar 
yaradır. Azərbaycan Respublikası beynəlxalq öhdəliklərinə uyğun 
olaraq öz ərazisində tarixi və mədəni abidələrin qorunmasını təmin edir. 
Ölkənin davamlı inkişafı üçün adekvat sayda, yaxşı təhsil almış və təlim 
keçmiş peşəkar insan potensialını, həmçinin elmi-texniki tərəqqini 
təmin etmək zəruridir. Bu məqsədlə, Azərbaycan Respublikası elm və 
təhsil səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması, yeni 
texnologiyalardan istifadə üçün inkişaf etmiş ölkələrlə  əməkdaşlıq 
əlaqələrini genişləndirir, beynəlxalq təcrübəni öyrənir və  tətbiq edir. 
Azərbaycan Respublikası elmi potensialın qorunması və inkişafına dair 
dövlət siyasətinin uzunmüddətli proqramlarını hazırlayıb həyata keçirir. 
4.3.4. İqtisadi və sosial inkişaf 
Ölkənin iqtisadi inkişafının davamlı olması hökumətin iqtisadi 
siyasətinin təməl prinsipidir. Bu həm iqtisadi, həm də sosial ölçülərin 
bərabər səviyyədə nəzərə alınmasını tələb edən kompleks bir məsələdir. 
Ona görə  də Azərbaycan Respublikası bu istiqamətlərin hər biri üzrə 
sinxron və əlaqələndirilmiş proqram həyata keçirmək niyyətindədir. 
Azərbaycan Respublikasında inflyasiya tempinin məqbul səviyyədə 
saxlanılması  və valyuta bazarında sabit və proqnozlaşdırıla bilən 
vəziyyət təmin edilmiş, strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə 
artmışdır. Dövlət idarəetmə sistemində struktur islahatları  həyata 
keçirilmiş, müəssisələrin böyük qismi öz fəaliyyətlərini bazar 
iqtisadiyyatının tələblərinə uyğun olaraq səmərəli təşkil edə bilmişdir. 
Sürətlə artan neft və qaz gəlirlərindən həddən artıq asılılıq nəticəsində 
yarana biləcək iqtisadi qeyrisabitlik təhdidinin qarşısının alınması 
məqsədilə iqtisadi siyasət iqtisadi çoxşaxəliliyin təşviqinə 
yönəldilməlidir. 
Sahibkarlıq fəaliyyətində mühüm inkişaf müşahidə olunmuş, 
iqtisadiyyatın liberallaşmasının dərinləşdirilməsi istiqamətində 
nailiyyətlər  əldə edilmişdir. Artım tempi əhalinin rifah səviyyəsinin 
artması üçün görülən konkret tədbirlər, struktur-texnoloji 
408 
 
müasirləşmənin həyata keçirilməsi və ölkənin rəqabət üstünlükləri 
sayəsində təmin edilməlidir. Sosial-iqtisadi inkişafda yeni nailiyyətlərin 
əldə edilməsi həm də islahatların aparılmasına, özəlləşdirmə zamanı 
şəffaflığın təmin edilməsinə, iqtisadiyyatın müasirləşməsinə, sosial 
dəyişikliklərin keçirilməsinə kompleks yanaşmanın davam etdirilməsini 
tələb edir. 
Həyata keçirilən regional iqtisadi siyasətin  əsas məqsədi ölkəmizin 
bütün bölgələrinin mövcud potensialından səmərəli istifadə etməklə 
qeyri-neft sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin 
daha da genişləndirilməsinə, ixracyönlü məhsul istehsalının 
stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat 
səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, 
xüsusilə, gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına və ölkə 
iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaqdır. 
Azərbaycan Respublikasının uzunmüddətli dövrdə dayanıqlı  və tarazlı 
inkişafının təmin edilməsində  sərmayələrin cəlb edilməsi xüsusi rol 
oynayır. Sərmayələrin tələb olunan həcm və keyfiyyəti, ilk növbədə, 
özəl sərmayələrin dəstəyi nəticəsində  təmin edilə bilər. Ona görə  də 
əlverişli sərmayə mühitinin yaxşılaşdırılması qarşıda duran ən  əsas 
vəzifələrdəndir. Bunun üçün şəxsi mülkiyyətin qorunması və korporativ 
idarəetmənin təkmilləşdirilməsinə, mülkiyyət formasından asılı 
olmayaraq bütün sərmayədarlar üçün daha əlverişli rəqabət mühitinin 
yaradılmasına, sərmayə fəaliyyətinin normativ hüquqi bazasının daha da 
təkmilləşdirilməsinə, sərmayə axınının qeyri-neft sektorunun və 
regionların inkişafına yönəldilməsinin stimullaşdırılmasına diqqət 
yetiriləcəkdir. Eyni zamanda, Azərbaycan  şirkətlərinin xarici ölkələrdə 
fəaliyyəti və beynəlxalq layihələrdə iştirakı dəstəklənəcəkdir. 
Həmçinin "Şərq-Qərb" və  "Şimal-Cənub" nəqliyyat dəhlizində 
Azərbaycan Respublikasının tranzit ölkə kimi potensialının 
gücləndirilməsinə, müasir texnologiyaların ölkəmizə  gətirilməsinə  və 
informasiya-telekommunikasiya sistemlərinin inkişafına xüsusi önəm 
veriləcəkdir. 
4.3.5. Daxili təhlükəsizliyin möhkəmləndirilməsi 
Daxili təhlükəsizliyin təmin olunması dövlətin  ən vacib vəzifələrindən 
biridir. Bu, həmçinin onun beynəlxalq risk və  təhdidlərə cavab vermə 
qabiliyyətini gücləndirir. Davamlı daxili təhlükəsizlik yalnız insan 
hüquq və  əsas azadlıqlarına hörmət, vətəndaş  cəmiyyətinin və sosial 
rifahın inkişafı vasitəsi ilə mümkündür. Azərbaycan Respublikasının 
müvafiq dövlət orqanları öz növbəsində ictimai asayişi qorumaq


409 
 
cinayətkarlıq və korrupsiya ilə mübarizə aparmaqla, daxili 
təhlükəsizliyin təmin olunmasında məsuliyyət daşıyır. Bu sahədə hüquq 
mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması  məqsədi 
ilə qanunvericilik və institusional islahatlar aparılır, praktiki tədbirlər 
görülür. 
Milli təhlükəsizliyin  ən vacib elementlərindən biri kimi kəşfiyyat və 
əks-kəşfiyyat dövlətin və onun vətəndaşlarının təhlükəsizliyinin təmin 
olunması baxımından mühüm əhəmiyyət kəsb edir. 
4.3.6. Sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi 
Azərbaycan Respublikasının həssas coğrafi vəziyyəti onu beynəlxalq 
terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, 
insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı  və kütləvi qırğın 
silahlarının yayılması kimi bir sıra transsərhəd təhdidlər ilə üzləşdirir. 
Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan 
Respublikasının  İran  İslam Respublikası ilə 132 km və Ermənistanla 
733 km. uzunluğunda olan beynəlxalq sərhədləri Ermənistan tərəfindən 
zəbt olunmuşdur. Bu sərhədlərin nəzarətdən kənarda qalması yuxarıda 
sadalanan cinayətkarlıq üçün münbit şərait yaradır. Transsərhəd 
təhdidlərin mövcudluğu ölkənin sərhəd təhlükəsizliyinə xüsusi diqqət 
yetirilməsini zəruri edir. Sərhəd təhlükəsizliyi siyasətinin effektiv 
həyata keçirilməsi üçün mərkəzi dövlət orqanı kimi Dövlət Sərhəd 
Xidməti yaradılmışdır. Ölkədə aparılan ümumi demokratik dövlət 
quruculuğu və xüsusən, təhlükəsizlik sektorunun islahatı prosesi 
çərçivəsində  sərhəd təhlükəsizliyinə konseptual olaraq yenidən baxılır 
və Dövlət Sərhəd Xidmətinin hərbi qurumdan hüquq-mühafizə orqanına 
keçidi məqsədi ilə  əsaslı struktur islahatları aparılır. NATO və digər 
xarici tərəfdaşlarla əməkdaşlıq şəraitində aparılan islahatlar nəticəsində 
effektiv sərhəd nəzarəti sistemi yaradılmaqla Silahlı Qüvvələrin və digər 
təhlükəsizlik strukturlarının sərhəd təhlükəsizliyi sahəsindəki mümkün 
dəstəkləyici rolu və  fəaliyyətlərinin koordinasiyası mexanizmləri daha 
da təkmilləşdirilir. Sərhəd təhlükəsizliyi məsələsi neft və qaz 
yataqlarının, nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin 
olunmasında getdikcə daha çox əhəmiyyət kəsb etməkdədir. Sərhəd 
təhlükəsizliyinin daha səmərəli təmin edilməsi üçün normativ hüquqi 
baza beynəlxalq standartlara uyğunlaşdırılır, idarəetmə sistemi 
təkmilləşdirilir və şəffaf büdcə sistemi yaradılır. 
Azərbaycan Respublikası  sərhəd təhlükəsizliyi sahəsində NATO
Avropa  İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatı, Atom Enerjisi üzrə 
Beynəlxalq Agentlik, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans və 
410 
 
digər beynəlxalq təşkilatlar çərçivəsində, habelə ikitərəfli və çoxtərəfli 
qaydada dövlətlərarası səviyyədə əməkdaşlığı genişləndirir. 
Bu istiqamətdə islahatları daha da inkişaf etdirmək üçün havadan və 
dənizdə  nəzarət, axtarışxilasetmə, çeviklik imkanları müasirləşdirilir, 
təlim sistemi təkmilləşdirilir, quru sərhədlər və  nəzarət məntəqələri 
müasir texniki avadanlıqlarla təmin olunur və peşəkar heyətə keçid 
sürətləndirilir. 
Ermənistan-Azərbaycan münaqişəsi həll olunduqdan sonra sərhədlərin 
nəzarətdən kənarda qalmış hissəsinin Azərbaycan Respublikasının 
ümumi sərhəd təhlükəsizliyi sisteminə daxil edilməsi və  həmin 
ərazilərdə  ən müasir tələblərə uyğun təhlükəsizlik tədbirlərinin həyata 
keçirilməsi islahat və quruculuq prosesində müvafiq şəkildə  nəzərə 
alınır. 
4.3.7. Miqrasiya siyasəti 
Son illərin təhlili göstərir ki, Azərbaycanda müşahidə olunan sürətli 
sosial-iqtisadi inkişaf, energetika və  nəqliyyat sahələrində beynəlxalq 
kommunikasiyaların genişlənməsi, eyni zamanda, ölkəmizin geosiyasi 
mövqeyi miqrasiya proseslərinin intensivləşməsinə  gətirib çıxarmışdır. 
Bu da öz növbəsində ölkənin inkişafı  və  təhlükəsizliyinin təmin 
edilməsi baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin 
həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin 
tənzimlənməsi məsələlərinin təkmilləşdiril-məsini şərtləndirir. 
Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin 
həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir 
dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, milli təhlükəsizliyin və 
sabit sosial-iqtisadi, demoqrafik inkişafın təmin edilməsi,  əmək 
ehtiyatlarından səmərəli istifadə edilməsi, ölkə  ərazisində  əhalinin 
mütənasib yerləşdirilməsi, miqrantların intellektual və  əmək 
potensialından istifadə edilməsi, tənzimlənməyən miqrasiya 
proseslərinin mənfi təsirinin aradan qaldırılması, insan alveri də daxil 
olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə 2006-
2008-ci illər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya 
Proqramı qəbul olunmuşdur. 
Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə 
sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və 
proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının 
fəaliyyətinin  əlaqələndirilməsi məqsədi ilə Dövlət Miqrasiya Xidməti 
yaradılmışdır. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə