Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə98/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   100

403 
 
inteqrasiyanın dərinləşməsində, birgə regional iqtisadi layihələrin 
həyata keçirilməsində maraqlıdır. Azərbaycan Respublikası xüsusilə 
Baltikyanı,  Şərqi və  Cənub-Şərqi Avropa ölkələri ilə siyasi, iqtisadi 
əməkdaşlığın genişləndirilməsini vacib hesab edir. Azərbaycan 
Avropada enerji mənbələrinin diversifikasiyası 
və enerji 
təhlukəsizliyinin təmin olunması siyasətinə öz töhfəsini verməklə bu 
istiqamətdə bir sıra mühüm addımlar atmışdır. 
Mərkəzi və Orta Asiya dövlətləri ilə  də münasibətlər Azərbaycan 
Respublikasının xarici siyasətində  əhəmiyyətli yer tutur. Bu regionun 
ölkələri ilə mövcud ikitərəfli  əlaqələrin daha da inkişaf etdirilməsinə 
xüsusi önəm verilir. 
Azərbaycan Respublikası Uzaq Şərqin və  Cənub-Şərqi Asiyanın 
qabaqcıl dövlətləri olan Çin, Koreya Respublikası  və Yaponiya ilə 
qarşılıqlı faydalı  əməkdaşlıqda maraqlıdır. Bu ölkələrin Azərbaycan 
Respublikasındakı iqtisadi layihələrə  fəal qoşulması, "Avropa-Qafqaz-
Asiya Nəqliyyat Dəhlizi" (TRACECA) layihəsinin gerçəkləşməsi 
ikitərəfli münasibətlərin zəngin potensialının inkişaf etdirilməsi üçün 
əlverişli zəmin yaratmışdır. Cənub-Şərqi və  Cənubi Asiyada yeni 
iqtisadi və siyasi güc mərkəzlərinin təşəkkülü Azərbaycan 
Respublikasının xarici siyasətinin bu istiqamətə marağının artmasına 
səbəb olmuşdur. 
Azərbaycan Respublikasının Yaxın Şərq dövlətləri ilə münasibətləri də 
böyük potensiala malikdir və ölkəmiz bu dövlətlərlə ikitərəfli əlaqələrin 
inkişaf etdirilməsi istiqamətində səyləri davam etdirəcəkdir. 
 
4.2. Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi 
Azərbaycan Respublikasının müdafiə qabiliyyəti ölkənin milli 
maraqlarını təmin etmək üçün əsas amillərdən biridir. 
Azərbaycan Respublikasının müdafiə siyasəti milli resurslara və 
mövcud təhlükəsizlik vəziyyətinə əsaslanan, demokratik nəzarət altında 
olan müdafiə qabiliyyətinin inkişaf etdirilməsinə  və saxlanmasına 
əsaslanır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkənin 
müdafiə qabiliyyətinin əsasını təşkil edir. 
Azərbaycan Respublikasının milli müdafiə siyasətinin  əsasını 
aşağıdakılar təşkil edir: 
* bütün ölkələrlə dinc yanaşı yaşama; 
* digər dövlətlərin suverenliyinə  və müstəqilliyinə hörmət və onların 
daxili işlərinə qarışmama; 
* mövcud dövlət sərhədlərinin bütövlüyü və onların dəyişməzliyi; 
404 
 
* beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi; 
* hərbi quruculuqda konkret qüvvələr nisbətini nəzərə almaqla zəruri 
müdafiə kifayətliliyi məfhumunun dəstəklənməsi. 
Tarixi keçmişini, təhlükəsizlik vəziyyətini, demokratik dövlət 
quruculuğunun əsas vəzifələrini və ərazisinin bir hissəsinin Ermənistan 
tərəfindən işğal olunması faktını  nəzərə alan Azərbaycan 
Respublikasının apardığı milli müdafiə siyasətinin  əsas məqsədləri 
aşağıdakılardan ibarətdir: 
* Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin 
qorunması, ərazi bütövlüyünün bərpa 
edilməsi və bütün əraziləri üzərində nəzarətin təmin olunması; 
* xarici hərbi təcavüzün qarşısının alınması  və  dəf edilməsi üçün 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə  və  səfərbərliyə 
hazırlıq səviyyəsində saxlanılması; 
* NATO-nun "Sülh naminə  tərəfdaşlıq" Proqramının müvafiq 
mexanizmlərində  iştirakının davam etdirilməsi, NATO dövlətləri və 
digər tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əsaslara söykənən ikitərəfli və 
çoxtərəfli hərbi əməkdaşlığın həyata keçirilməsi; 
* Azərbaycan Respublikasının müdafiə sahəsində öz üzərinə götürdüyü 
beynəlxalq hüquq öhdəliklərinin yerinə yetirilməsi; 
* müvafiq tədbirlərin həyata keçirilməsi yolu ilə beynəlxalq 
təhlükəsizliyə töhfə. Azərbaycan Respublikasının müdafiə siyasəti 
aşağıdakı prinsiplərə əsaslanır: 
* Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericilikdə 
nəzərdə tutulan başqa silahlı birləşmələrlə mərkəzləşdirilmiş rəhbərliyin 
vəhdəti və bu fəaliyyətə demokratik nəzarətin təmin olunması; 
* Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin olunması 
sisteminə qarşı  hərbi təhdidlərin vaxtında aşkarlanması  və 
qiymətləndirilməsi; 
* hərbi sahədə milli təhlükəsizliyin təmin olunması üçün qüvvə, vasitə 
və ehtiyatların zəruri kifayətliliyi, onların müvafiq planlaşdırılması  və 
istifadəsi. 
Hərbi sahədə milli təhlükəsizliyin etibarlı  təmin edilməsi məqsədi ilə 
müdafiə sahəsində dövlətin praktiki fəaliyyəti mühüm hərbi vəzifələri, 
ehtimal olunan müharibə  və  hərbi münaqişələrin xüsusiyyət və 
məqsədinin qiymətləndirilməsi, mümkün təhlükənin miqyasını, ölkənin 
hərbi sahədə təhlükəsizliyinə təhdid olan hərbi və siyasi qüvvələrin və 
digər amillərin yerini, silahlı qüvvələrin təşkili prinsiplərini və mümkün 


405 
 
təcavüzün qarşısını almağa hazırlıq yollarını müəyyən etməkdən 
ibarətdir. 
Milli müdafiə siyasətinin mühüm elementlərindən biri iqtisadiyyat və 
müdafiə arasında optimal qarşılıqlı nisbətin bərqərar edilməsi və milli 
müdafiə  sənayesinin inkişaf etdirilməsidir. Ölkənin müdafiə 
qabiliyyətinin möhkəmləndirilməsi yolunda hərbi-siyasi və  hərbi-
texniki sahədə beynəlxalq  əlaqələrin və  əməkdaşlığın hər cür inkişafı 
müstəsna  əhəmiyyət kəsb edir. Avratlantik məkanın təhlükəsizlik 
sisteminə inteqrasiya, NATO dövlətlərinin qüvvələri ilə qarşılıqlı 
uzlaşan hərbi  əməliyyat qüvvələrinin yaradılması, böhranların aradan 
qaldırılması  məqsədilə müvafiq beynəlxalq təşkilatların mandatı 
əsasında aparılan sülhməramlı cavab əməliyyatlarında iştirak etmək 
Azərbaycan Respublikasının müdafiə siyasətinin əsas istiqamətlərindən 
hesab olunur. 
Ölkə  ərazisinin və onun vətəndaşlarının tam müdafiəsi Azərbaycan 
Respublikası Konstitusiyasının tələbidir ki, bu da bütün vasitələrlə 
təmin olunmalıdır. Bu məqsədlə Azərbaycan Respublikasının Silahlı 
Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələr 
səlahiyyətləri daxilində öz vəzifələrini həyata keçirirlər. Dövlətin Silahlı 
Qüvvələri və başqa silahlı birləşmələri Azərbaycan Respublikasının 
Konstitusiyasında, qanunlarında, digər normativ hüquqi aktlarda, 
beynəlxalq humanitar hüquq sahəsində  tərəfdar çıxdığı beynəlxalq 
müqavilələrdə təsbit olunmuş hüquq və vəzifələri yerinə yetirir. 
 
4.3. Təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi 
4.3.1. Demokratiyanın möhkəmləndirilməsi 
Azərbaycan Respublikası insan hüquq və  əsas azadlıqlarının 
qorunmasına təminat kimi demokratik idarəetmə  və  vətəndaş 
cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçmişdir. 
Dövlət müstəqilliyinin bərpa olunmasından sonra ərazisinin bir 
hissəsinin qonşu Ermənistan tərəfindən davam edən işğalının mənfi 
təsirlərinə baxmayaraq, Azərbaycan Respublikası qanunvericilik 
sistemində  və iqtisadi sistemdə mühüm islahatlar aparmışdır. 
Azərbaycan Respublikası  vətəndaşlarının Azərbaycan Respublikasının 
Konstitusiya Məhkəməsinə, Avropa İnsan Hüquqları  Məhkəməsinə  və 
BMT-nin insan hüquqları üzrə müqavilə-nəzarət orqanlarına müraciət 
etmək hüququ təmin edilmişdir.  İnsan hüquq və  əsas azadlıqlarını 
qorumaq üçün Ombudsman təsisatı yaradılmış, məhkəmələrin 
müstəqilliyi təmin olunmuşdur. Bütün kütləvi informasiya vasitələri 
406 
 
üzərində dövlət nəzarəti və senzura ləğv edilməklə söz azadlığını 
qoruyan müvafiq qanunvericilik tədbirləri görülmüşdür. 
Eyni zamanda, davam edən demokratik islahatlar prosesi çərçivəsində 
ölkədə seçki praktikasının bundan sonra da inkişaf etdirilməsi, 
qanunların icrası mexanizmlərinin təkmilləşdirilməsi, dövlət 
idarələrində və bu idarələrə işəgötürmə ilə bağlı şəffaflığın yaradılması, 
yerli özünüidarə orqanlarının səlahiyyətlərinin aydın surətdə müəyyən 
olunması  və onların yerli problemlərin həll edilməsində rolunun 
artırılması, habelə kütləvi informasiya vasitələrinin və qeyri-hökumət 
təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi hökumətin 
diqqət mərkəzində olan önəmli məsələlər sırasındadır.Bütün 
təhlükəsizlik strukturları üzərində demokratik və mülki nəzarət, onların 
fəaliyyətinin  şəffaflığı, korrupsiyaya qarşı  səmərəli mübarizə, ümdə 
vəzifəsi xalqa xidmət olan yüksək vəzifəli şəxslərin məsuliyyətinin daha 
da artırılması və onların məsul olduğu sahələr üzrə fəaliyyətləri barədə 
Milli Məclis deputatlarının, kütləvi informasiya vasitələri ilə 
ictimaiyyətin məlumatlandırılması kimi məsələlər üzrə hökumət ardıcıl 
səylərini davam etdirəcəkdir. 
Demokratik hüquqi dövlətin qanunun aliliyi, insan hüquq və  əsas 
azadlıqları və sosial ədalət kimi fundamental əsaslarının təmin olunması 
müvafiq dövlət funksiyalarının yerinə yetirilməsi  əleyhinə yönəlmiş 
fəaliyyətlərə qarşı mübarizəyə və milli maraqların həyata keçirilməsinə 
əhəmiyyətli dəstək verəcəkdir. 
4.3.2. Milli və dini tolerantlıq mühitinin qorunması 
Azərbaycan Respublikası  həmişə müxtəlif millətlərin və dinlərin sülh 
şəraitində birgə yaşayışına nümunə olmuşdur. Azərbaycan dövləti 
cəmiyyətin maraqlarından irəli gələn rasional milli siyasət kursunu, dini 
tolerantlıq mühitinin qoruması və inkişafını, bütün vətəndaşların qanun 
qarşısında bərabərliyi və qanunun aliliyini, demokratik hüquq və 
azadlıqların, həmçinin insanların bu hüquq və azadlıqlardan sərbəst 
istifadə imkanlarının təmin edilməsini müvafiq riskin real təhdidə 
çevrilməsinin qarşısının alınması  və neytrallaşdırılmasının mühüm 
şərtləri qismində  nəzərdən keçirir. Hazırkı  mərhələdə ölkədə  bərqərar 
edilmiş milli və dini tolerantlıq mühitinin qorunması və inkişafı dövlət 
qarşısında duran başlıca vəzifələrdən hesab olunur. Azərbaycan 
dövlətinin milli siyasət kursu Konstitusiyanın əsas prinsiplərindən birinə 
əsaslanır: Azərbaycan Respublikası bütün ölkə  vətəndaşlarının ümumi 
və bölünməz vətənidir. 
4.3.3. Elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunması 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə