Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə31/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   100

123 
 
  Dünya 
iqtisadiyyatı (tarixin müxtəlif 
mərhələlərində) canlanma fazasından əvvəl böhran xəttinin 
ən aşağı həddinə çatdıqda, - bir neçə ölkədə olsa da belə, - 
nə üçün milyonlarla insanın iqtisadi böhranın qurbanına 
çevrilməsi barədə  səslənən suallar hələ  də cavabsız qalır. 
Müşahidələr göstərir ki, cəmiyyət buna görə günahların bir 
hissəsini kütləvi informasiya vasitələrinin üzərinə atmağa 
çalışır. Transmilli Analitik “Nielsen Company”nin 2009-cu 
ilin yazında dünyanın 52 ölkəsində (Avropa, Asiya-Sakit 
okean regionu, Şimali və Cənubi Amerika, Yaxın Şərq) 25 
min respondent arasında apardığı qlobal tədqiqatların
62
 
nəticələrinə görə, insanların böyük bir hissəsi belə fikirdədir 
ki, KİV-lər hazırkı (2008-ci ildə pik vəziyyətinə çatmış) 
iqtisadi böhranın səbəbləri barədə ictimaiyyəti 
məlumatlandırmaq sahəsində öz fəaliyyətlərini pis yerinə 
yetirmişdir.  
Latın Amerikası istisna olmaqla, dörd regionda 
böhran proseslərinin işıqlandrılmasında kütləvi informasiya 
vasitələrinin işini qeyri-qənaətbəxş hesab edən 
respondentlərin sayı əks fikirdə olanların sayından iki dəfə 
çox olmuşdur. Xüsusilə  də Avropa və  Şimali Amerikada 
iqtisadi böhranın səbəblərinin işıqlandırılmasında KİV-in 
fəaliyyətindən narazı qalanlar daha çox olmuşlar.  Şimali 
Amerikada respondentlərin 51 %-i belə hesab etmişlər ki, 
böhran başlayan ana qədər iqtisadi məsələlərin və böhran 
hallarının işıqlandırılması lazımi səviyyədə olmamışdır. 
Soruşulanların yalnız 20 %-i bu fikirlə razı olmamışdır. 
Avropada isə razı olanların və olmayanların nisbəti müvafiq 
olaraq 48 % və 22 % təşkil etmişdir.  
 “Nielsen  Company”nin  sorğularında iştirak edən 
Rusiyalıların 65 %-i kütləvi informasiya vasitələrinin onları 
iqtisadi böhranın səbəbləri barədə düzgün məlumatlandır-
                     
62
 
htpp://gtmarket.ru/news/state/2009/06/09/2096 
124 
 
madığını bildirmişdir. Eyni zamanda, respondentlərin 30 %-
i hesab edir ki, dünya iqtisadiyyatına hansı amillərin təsir 
etdiyini anlamaqda KİV onlara kömək etmir. KİV-in 
fəaliyyətinin bu aspektindən razı olanlar da 30 % təşkil 
etmişdir.  İştirakçıların 40 %-i bu suala cavab verməkdə 
çətinlik çəkmişdir (bu göstəricilər əksər MDB ölkələri üçün 
xarakterikdir).  
Respondentlər cari iqtisadi problemlərin həlli 
sahəsində hökumət orqanlarının fəaliyyətlərinin işıqlandırıl-
ması ilə bağlı da narahatdırlar. Onların cavabları aşağıdakı 
kimi parçalanmışdır: 28 %-i hesab edir ki, KİV hökumət 
orqanlarının bu sahədə  fəaliyyəti ilə tanış olmaqda onlara 
kömək edir, 35 %-i bu istiqamətdə  məlumatlandırmanı 
qeyri-qənaətbəxş hesab edir, qalanları isə suala cavab 
verməkdə çətinlik çəkirlər. Müqayisə üçün deyək ki, Şimali 
Amerikada iştirakçıların 50 %-i böhrandan çıxmaq üçün 
hökumətin gördüyü tədbirlərlə tanış olmaqda KİV-in onlara 
yaxından kömək etdiyini bildirir.  
Hər iki Rusiyalıdan biri iqtisadi böhran haqqında 
informasiyanın həcminin kifayət qədər olmadığını hesab 
edir. Bu göstərici Yunanıstanda 67 %, Rusiyada 49 %, 
İtaliyada 48 %, Latviyada isə 47 %-ə  bərabərdir. Bununla 
bərabər, böhranla əlaqədar informasiyanın həddən artıq çox 
olduğunu bildirənlər də var. Bütün dünyada hər 5 
respondentdən biri bu qənaətdədir.  
Tədqiqat iştirakçıları iqtisadi böhranın o qədər də 
dərin olmadığı Asiya-Sakit okean regionunun əksər 
ölkələrində, o cümlədən digər dünya ölkələrində kütləvi 
informasiya vasitələrinə elə  də  tənqidi yanaşmırlar. Onlar 
iqtisadi problemlərin həlli sahəsində hökumətlərin həyata 
keçirdikləri tədbirlərin KİV tərəfindən yaxşı  işıqlandırıl-
dığını bildirirlər.  
Ümumiyyətlə, təcrübə göstərir ki, əhali arasında 
(qəzet və jurnal oxucuları, televiziya tamaşaçıları, radio 


125 
 
dinləyiciləri və internet istifadəçiləri) bu cür sorğuların 
aparılması, onun nəticələrinin düzgün qiymətləndirilməsi və 
bu nəticələrin KİV-in fəaliyyətinə düzgün tətbiq edilməsi 
medianın iqtisadi problemlərin həllində  iştirakının 
səmərəliliyini  əhəmiyyətli dərəcədə artırır, bu şərtlə ki, 
sorğuya mütləq həm ölkədəki (şərti olaraq), həm də 
dünyadakı iqtisadi situasiyanın KİV-lər tərəfindən obyektiv 
və ya qeyri- obyektiv, tam və ya natamam işıqlandırılması 
və s. parametrlər daxil edilsin və bu zaman respondenrlərin 
məşğulluq üzrə qrupları, cinsi, yaşı, təhsilləri, gəlirləri, 
yaşayış  məntəqələrinin növləri və s. məqamlar nəzərə 
alınsın, konfidensiallıqları  təmin edilsin. Bu cür yanaşma, 
respondentlərin fikrincə, informasiyanın natamam 
olduğunu, çox şeyin  əhalidən gizlənildiyini (“informasiya 
tam deyildir, yalnız qısa xırdalıqlar verilir”, “iqtisadiyyatda 
nələrin baş verdiyini bizdən gizlədirlər”, “KİV-də bizim 
iqtisadiyyatımız barədə heç nə verilmir, başqa ölkələrdən 
danışılır”), onların KİV-ə, onun verdiyi informasiyaya və bu 
informasiyanın həqiqiliyinə inanmadıqlarını (“aldadırdılar, 
aldadırlar və yenə  də aldadacaqlar”, “yalan danışırlar”, 
“televizorda deyilənlərə tam inanmıram” və s.) ortaya 
çıxarır. Fikri soruşulanların bir hissəsi KİV-in “insanlarda 
təlaş yaratmaqdan çəkindiynə əmin olduqlarını”, “vəziyyəti 
yumşaltmağa çalışdığını” bildirirlər. Bəziləri KİV-in 
“dövlətdən çəkindiyini”, öz təcrübələrinə  əsaslanaraq, 
“qəzetdə, televiziya və radioda, internetdə verilən 
informasiyanın gündəlik həyatla düz gəlmədiyni” bəyan 
edirlər.  
Adətən, hansı ölkədə keçirilməsindən asılı olmayaraq, 
respondenrlərin böyük bir hissəsi “KİV-lər tərəfindən 
dünyadakı iqtisadi vəziyyətin obyektiv və ya qeyri-
obyektiv, tam və ya natamam işıqlandırılırmı?” sualına 
cavab verməkdə  çətinlik çəkdiklərini bildirirlər. KİV-in 
obyektivliyinə inanmayanlar öz mövqelərini informasiyanın 
126 
 
gizlədilməsi (“belə hiss edirik ki, həmişə nəyisə gizlədirlər”, 
“çox  şeyi gizlədirlər”, “bizə heç nəyi demirlər”, “Bütün 
həqiqəti demirlər”, “axıradək demirlər”), həmçinin onun 
təzadlı xarateri və bütövlükdə, KİV-ə inamsızlıqla 
(“həqiqəti demirlər”, “müxtəlif kanallarda müxtəlif fikirlər 
söylənilir”, “qəzetdə bir şey yazırlar, radioda başqa  şey 
deyirlər”, “vəziyyəti birtərəfli işıqlandırırlar”, “bizdə 
vəziyyət başqa ölkələrdən yaxşıdır”) əsaslandırırlar. Az rast 
gəlinsə  də, jurnalistlərin səriştəsizliyini, qeyri-peşəkarlığını 
qeyd edənlər də olur. Göründüyü kimi, dünyadakı iqtisadi 
vəziyyətlə bağlı milli KİV-in obyektivliyi ilə  əlaqədar 
söylənilmiş mülahizələrin balansı ölkədəki (istənilən) 
iqtisadi situasiya ilə əlaqədar fikirlərdən fərqli olaraq media 
ictimaiyyəti üçün daha xoşagələndir.  
Bu cür tədqiqatlar zamanı sorğu vərəqlərinin hazırlan-
ması, sualların müəyyən edilməsi, sorğunun keçirilməsi və 
onun nəticələrinin təhlili proseslərində jurnalist ictimaiyyəti 
təmsilçilərinin birbaşa iştirakı jurnalistlərə problemə 
daxildən nəzər salmağa imkan verə bilər.  Bu  da  öz 
növbəsində  həm jurnalistlərin peşəkarlığının artmasını, 
səriştəli təhlillərin aparılmasını, problemin adekvat həlli 
yollarının müyyən edilməsini və  nəhayət onların həllində 
medianın iştirakının səmərəliliyinin yüksəlməsini 
şərtləndirən əsas amillərdən biridir. 
Nümunə üçün bu cür sorğu vərəqlərinin layihələri 
(müxtəlif vəziyyətlər üçün, suallar və cavabların nəticələri 
daxil olmaqla, diaqram və  cədvəllər  şəklində) mövzu 
mətninin sonuna edilmiş əlavələrdə təqdim olunur (bax: səh. 
131-136).  
 Qlobal iqtisadi problemlərin KİV-də  işıqlandırılması 
sahəsində diqqəti cəlb edən  əsas məsələlərdən biri də 
iqtisadi publisistikanın janr və  məzmun formaları 
məsələsidir. Bir sıra jurnalistika tədqiqatçıları belə hesab 
edirlər ki, jurnalist yazıları materialın oxucuya təqdim 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə