Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə38/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   100

157 
 
edilməsində,  əhalinin gəlirlərinin artırılmasında və rifah 
halının  əhəmiyyətli dərəcədə yaxşılaşmasında mühüm rol 
oynayan faktorlar kimi çıxış edir. Hazırda özünün sosial-
iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələni yaşamaqda 
olan Azərbacan  əmək ehtiyatlarından, təbii və iqtisadi 
resurslarından səmərəli istifadə etməklə qeyri-neft 
sektorunda, o cümlədən emal, xidmət, infrastruktur və digər 
belə  qəbildən olan sferalarda ciddi uğurlara imza atır. 
Burada daha bir mühüm məqam ondan ibarətdir ki, yaşanan 
iqtisadi inkişaf ölkə üzrə proporsional şəkildə müşahidə 
olunur, paytaxtdan başlayaraq  ən ucqar regionları da əhatə 
edir. Digər tərəfdən, son illər ərzində qeydə alınan iqtisadi 
artımda dövlətlə yanaşı, özəl sektorun xüsusi çəkisinin də 
artan xətt üzrə inkişafı qazanılan  ən önəmli nailiyyətlər-
dəndir.  
Özəl sektorda qeydə alınan tərəqqinin daha dinamik 
xaratker alması  məqsədilə ölkəmizdə  həyata kecirilən 
sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də 
sahibkarlığın inkişaf etdirilməsidir. Ölkədə sahibkarlığın 
inkişafı məqsədilə biznes muhitinin daim yaxşılaşdırılması, 
bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, 
regionların inkişafı, yerli və xarici investisiyaların, müasir 
texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu 
yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların 
istehsal edilməsi iqtisadi inkişaf strategiyasının 
prioritetlərindəndir. Sahibkarlıq fəaliyyətinin dövlət 
tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində atılan 
əhəmiyyətli addımlar, onların hüquqlarının müdafiəsinin 
işlək mexanizmlərinin yaradılması  və  tətbiqi sahibkarlıq 
subyektlərinin fəaliyyət miqyasını xeyli dərəcədə 
genişləndirmişdir. 
Qeyd edilənlər Azərbaycanda qeyri-neft sektorunda 
ümumi istehsalın həcminin artmasında özünəməxsus vacib 
rol oynayan əsas məqamlardandır. Burada mühüm 
158 
 
sahələrdən biri isə  ərzaq məhsullarını  əhatə edir. Bu gün 
yerli istehsal hesabına  ərzaq məhsullarının artımı  hər bir 
dövlət üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bu, etibarlı 
ərzaq təhlükəsizliyinin təmin edilməsinin  ən  əsas  şərtləri 
sırasında yer alır. Dünya üzrə  ərzaq istehsalında artım 
səviyyəsi azalmaqdadır. Birləşmiş Millətlər Təşkilatının 
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına 
görə, əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 
30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil 
edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton 
səviyyəsində olacaq. Deməli, qarşıdakı illər  ərzində 
istənilən həcmdə ərzaq məhsullarının idxalı sahəsində ciddi 
çətinliklərin yaşanması istisna olunmur.  
Lakin, Azərbaycanda görülən məqsədyönlü tədbirlər 
və aparılan siyasət indi əksər  ərzaq məhsullarının yerli 
istehsal hesabına hazırlanmasına imkan verir. Prezident 
İlham  Əliyevin xüsusi sərəncamlarla təsdiq etdiyi 
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi 
inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “2008-2015-
ci illərdə Azərbaycan Respublikasında  əhalinin  ərzaq 
məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və 
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü 
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bu 
istiqamətdə mühüm əhəmiyyətə malikdir. 
Göstərilən sənədlərin icrası ilə  əlaqədar görülən 
tədbirlər ölkədə yoxsulluğun azalmasında mühüm rol 
oynamışdır. Ötən dövr ərzində  kənd təsərrüfatının ümumi 
məhsulu 25 faizdən,  əhalinin gəlirləri isə 4 dəfədən çox 
artmışdır.  
 
Qlobal ərzaq probleminin əsas hüdudları 
 
Dünyada ərzaq probleminin əsas təzahürləri arasında: 
a) inkişaf etməkdə olan ölkələrdə  kənd təsərrüfatı istehsalı 


159 
 
sahəsində  məhsuldarlığın aşağı olması; b) kəskin surətdə 
ərzaq çatışmazlığı; c) doyunca yeməmək və milyonlarla 
insanın ac qalması; ç) qidalanmanın balanslaşdırılmaması 
və ç) ərzağın yararsızlığını xüsusilə qeyd etmək olar. Həm 
də  zəif inkişaf etmiş ölkələrdə  ərzaqla təminatın qeyri-
qənaətbəxş olması üzvi surətdə iki başlıca amillə - iqtisadi 
geriliklə  və “demoqrafik partlayış” nəticəsində  əhalinin 
sayının kəskin şəkildə artması ilə bağlıdır.  
Məsələ burasındadır ki, müasir yüksəksəmərəli dünya 
ərzaq sənayesi bütövlükdə Yer kürəsinin bütün əhalisini 
yedizdirmək iqtidarındadır. Lakin, bu sənayenin hamısı 
inkişaf etmiş ölkələrdə cəmləşmişdir və bu ərazidə əhalinin 
sayı stabildir, həm də yavaş artır.  İnkişaf etməkdə olan 
ölkələrdə isə, yuxarıda qeyd etdiyimiz kimi, həm istehsal 
məhsuldar deyil, həm də  əhalinin sayı  və  sıxlığı  həddən 
artıq sürətlə artır. Bunun da nəticəsində  bəşəriyyətin bir 
hissəsi  ərzaq məhsullarının çoxluğunun və piylənmənin 
qayğısı ilə yaşayır, digər hissəsi isə doyunca yeməməkdən 
və aclıqdan əziyyət çəkir.  
BMT-nin məlumatlarına  əsaslanaraq,  ərzaqla təminat 
sahəsində disproporsiyanın miqyası barədə belə bir nəticəyə 
gəlmək olur ki, əgər planetin 20 faizlik zəngin hissəsi 
dünyanın  ət və balıq həcminin 45 %-ni istifadə edirsə, 
bəşəriyyətin 20 faizlik yoxsul hissəsi cəmi 5 %-dən 
yararlanır. 
Bununla bərabər, vegetarianların təsdiq etdiklərinə 
görə, insanın qidalanmasında “ət aksenti” yalnız insanların 
sağlamlığı höqteyi-nəzərindən deyil, həm də  təbii 
resursların məsrəf edilməsi prizmasından baxdıqda da 
qüsurludur: otlaqların yaradılması  məqsədi ilə  əsrlər 
boyudur ki, meşə sahələri kütləvi surətdə  məhv edilir, ət 
istehsalı isə böyük həcmdə su tələb edir (1 kq. buğda 
becərmək üçün 60 litr suya qarşı 1 kq. ərzaq üçün 3000-dən 
6000 litrə  qədər su), “ətlik” heyvanların böyük bir hissəsi 
160 
 
dənli bitkilərlə bəslənilir (ABŞ-da 0,5 kq. ət almaq üçün 8 
kq. dənli bitki sərf olunur). Mütəxəssislərin hesablamalarına 
görə,  əgər  əkilib-becərilmək üçün yararlı hala salınmış 
torpaq yalnız bitkiçilik üçün istifadə edilsəydi, 20 milyard 
insanı yedizdirmək mümkün olardı. Belə  nəticəyə  gəlmək 
olur ki, aclıq problemi süni bir problemdir və  bəşəriyyətin 
qeyri-rasional davranışı nəticəsində əmələ gəlmişdir.  
Qlobal  ərzaq probleminin əsas həlli yollarına gəlincə 
isə, onları aşağıdakı dörd istiqamətdə cəmləşdirmək olar: 
 
zəif inkişaf etmiş ölkələrin özlərində  ərzaq 
istehsalının inkişaf etdirilməsi və səmərəliliyinin artırılması; 
 
dünya okeanlarında  ərzaq məhsullarının hasil 
edilməsi və istehsalının genişləndirilməsi; 
 
geridə qalmış ölkələrin istehsal imkanlarına 
müvafiq olaraq bu ölkələrdə  əhalinin sayının artmasının 
məhdudlaşdırılması; 
 
bu məsələlərin həllində dünya ictimaiyyətinin 
geridə qalmış ölkələrə yardım göstərməsi.  
İri  ərzaq dövlətlərinin aqrar nailiyyətlər  əldə 
etməsinin 
əsasını 
yaşıl inqilab - kompleks 
mexanikləşdirilmə  və avtomatlaşdırılma, bitkilərin və 
heyvanların qorunması üçün kimyəvi və digər vasitələrin 
geniş 
tətbiqi, onların artım stimullaşdırıcılarının, 
yüksəkməhsuldarlı növlərin yaradılması, bio- və digər  ən 
yeni texnologiyaların həyata keçirilməsi yolu ilə  kənd 
təsərrüfatı istehsalının həcminin artırılması prosesi təşkil 
edir. 
Bu cür tədbirləri geridə qalmış ölkələr də  həyata ke-
çirməlidirlər. Hərçənd, istisna etmək olmaz ki, “yaşıl 
inqilab”ın bəzi neqativ tərəfləri də var – kənd təsərrüfatı 
məhsullarının və  ətraf mühitin kimyəvi, bioloji və s. yolla 
çirklənməsi baş verir. Deməli, ekoloji cəhətdən təmiz 
olmayan  ərzağın insanların sağlamlığına ziyan vurması 
ehtimalı artır. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə